Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   2   3   4   5   6   7   8   9   10   ...   42

24 
Capability list 
Mandat 
siyahısı  –  subyektlərin bütün obyektlərə  giriş  növlərinin 
hamısını identifikasiya edən siyahı. 
 
Capstone 
A
çıq  açarlı  kriptoqrafiya  üçün  standartlar  toplusunun  işlənməsi 
üçün 
ABŞ  hökumətinin  uzunmüddətli layihəsi. Layihə  haqqında 
açıq məlumatlar azdır, layihə 4 hissədən ibarət idi: 

 
Clipper mikrosxemind
ə  realizə  edilmiş  şifrləmə  alqoritmi 
Skipjack; 

 
r
əqəmsal imza alqoritmi DSA

 
heş-funksiya alqoritmi SHA-1; 

 
açarların  mübadiləsi protokolu (Diffi-Helman sxeminə 
əsaslandığı güman edilir). 
 
Cascading  
Kaskadlama  –  video-
konfrans sistemlərində kaskadlama konfransa 
bir çox-
nöqtəli  nəzarət  nöqtəsinin  (multipoint  control  unit,  MCU) 
dəstəkləyə  bildiyindən  daha  çox iştirakçının  daxil  olmasına imkan 
verən metod. 
 
Certificate 
Sertifikat – 
ən azı aşağıdakıları təmin edən informasiyanın rəqəmsal 
t
əqdimatı: 
1) 
onu verən sertifikat mərkəzini identifikasiya edir, 
2) onun abun
əçisini adlandırır və ya identifikasiya edir, 
3) abun
əçinin açıq açarını özündə saxlayır, 
4) onun istismar dövrünü identifikasiya edir, 
5) onu 
verən sertifikat mərkəzi tərəfindən rəqəmsal imzalanır. 
 
Certificate Policy (CP) 
Sertifikat  siyas
əti  –  sertifikatın  idarə  edilməsi  ərzində  yerinə 
yetiril
ən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi 
formasıdır.  Sertifikat siyasəti  rəqəmsal sertifikatların  yaradılması, 
istehsalı,  paylanması,  uçotu,  nüfuzdan  düşmüşlərin  ləğvi  ilə 


25 
əlaqədar bütün aspektləri  nəzərə  alır.  Sertifikat  siyasəti həmçinin 
sertifikatla
ra  əsaslanan  təhlükəsizlik  sistemi  vasitəsilə  qorunan 
kommunikasiya sistemind
ən istifadə  edən  tranzaksiyaları  da  idarə 
ed
ə  bilər.  Kritik  sertifikat  genişlənmələrinə  nəzarət  etməklə  belə 
siyasətlər  və  əlaqədar  məcburiyyət  texnologiyaları  xüsusi  tətbiqlər 
üçün  tələb  edilən  təhlükəsizlik  servislərinin  təmin  edilməsini 
dəstəkləyə bilərlər. 
 
Certification 
Sertifikatlaşdırma – verilənlərin emalı sisteminin bütövlükdə və ya 
qism
ən təhlükəsizlik tələblərinə  uyğun  gəlməsi  haqqında  üçüncü 
t
ərəfin zəmanət verməsi proseduru. 
 
Certification Authority (CA) 
Sertifikat  M
ərkəzi  –  açıq  açar  sertifikatlarını  verən  və  ləğv  edən 
etibar
lı subyekt. 
 
Certification Practice Statement (CPS
Sertifika
t  qaydaları  bəyannaməsi  –  spesifik  tələblərə  (məsələn, 
s
ertifikat  siyasətində  və  ya  servis  üçün  müqavilədə  müəyyən 
edilmiş  tələblərə)  uyğun  olaraq  sertifikatların  verilməsi, 
daya
ndırılması,  ləğvi,  yenilənməsi  və  onlara  müraciətlərin  təmin 
edilməsi  zamanı  Sertifikat  Mərkəzinin  istifadə  etdiyi  qaydaların 
bəyan edilməsi. 
 
Certified Ethical Hacker (CEH)  
Sertifikatlı  etik  haker    mütəxəssislərə  EC-Council  tərəfindən 
informasiya  təhlükəsizliyi  üzrə  verilən  sertifikatdır.  ABŞ  Müdafiə 
Nazirliyi  tərəfindən  tanınır.  Şəbəkə  təhlükəsizliyi  sahəsində 
müvafiq  səviyyədə  biliklərin  olmasını  təsdiq  edir.  Etik  hakerlər, 
adətən  təşkilatlar  tərəfindən  istifadə  olunurlar,  informasiya 
təhlükəsizliyi  boşluqlarını  aşkar  etmək  və  aradan  qaldırmaq 
məqsədilə  hakerlərin  istifadə  etdikləri  eyni  metodlardan  istifadə 
edərək şəbəkələrə və ya kompüter sistemlərinə daxil olmağa cəhdlər 
edirlər. 


26 
CEH  sertifikat  imtahanı  şəbəkə  protokollarının,  əməliyyat 
sistemlərinin və tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, 
rutkitlər,  informasiyanın  toplanması,  şəbəkənin  daranması  və 
resursların  inventarlaşdırılması,  veb-serverlərin  və  simsiz 
şəbəkələrin  sındırılması,  informasiya  təhlükəsizliyi  vasitələrinin 
aldadılması,  nüfuzetmə  testləri,  DoS  hücumların,  SQL-inyeksiya 
hücumlarının  həyata  keçirilməsi,  seansların  ələ  keçirilməsi  və  s. 
kimi sahələri əhatə edir. 
 
Chain of custody (CoC)  
Mühafizə  zənciri    fiziki  və  ya  elektron  sübutların  toplanmasını, 
qorunmasını,  saxlanmasını,  ötürülməsini,  analizini  və  məhv 
edilməsini göstərən xronoloji sənəd və ya kağız jurnal.  
 
Challenge-response protocol 
Sorğu-cavab  protokolu  –  autentifikasiya  protokoludur,  verifikator 
iddiaçıya sorğu göndərir (adətən, təsadüfi qiymət), iddiaçı onu ortaq 
sirlə birləşdirir və cavab generasiya edir, onu verifikatora göndərir. 
Verifikator ortaq sirri bilir, buna 
görə cavabı müstəqil hesablaya və 
onu  iddiaçının  göndərdiyi  cavabla  müqayisə  edə  bilər.  Əgər  onlar 
eyni olsalar, iddiaçı autentifikasiya edilmiş sayılır.  
 
CHAP (Challenge Handshake Authentication Protocol) 
Ça
ğırış-əlsıxma autentifikasiya protokolu – aşağıdakı kimi işləyir: 
M
əsafədən  giriş  serveri  kliyentə  təsadüfi  simvollar  ardıcıllığından 
v
ə  öz  adından  ibarət  sorğu  (challenge) göndərir.  Məsafədən  giriş 
kliyenti  MD5  alqoritmi il
ə  sorğu  və  istifadəçinin parolundan 
hesablanmış  heşin  əsasında  yeni  heş  hesablayır.  Kliyent 
hesablanmış  MD5 heşini  öz  adı  ilə  birlikdə  məsafədən  giriş 
serverin
ə  göndərir.  Məsafədən  giriş  serveri  istifadəçinin  parolu 
əsasında  heşi  hesablayır  və  istifadəçidən  alınmış  heşlə  müqayisə 
edir.  Üst-üst
ə  düşmə  halında  məsafədən  giriş  kliyentinin  uçot 
veril
ələri həqiqi hesab olunur.  Beləliklə,  parol  açıq  şəkildə 
gönd
ərilmir, lakin məsafədəki tərəf istifadəçinin  parolunu  açıq 
şəkildə saxlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə