Отзыв независимиого консультационного центра за гражданское общество об избирательной кампании по выборам в муниципальные органы власти азербайджанской республики



Yüklə 96,4 Kb.
tarix20.02.2018
ölçüsü96,4 Kb.
#27250




S
eçicinin kitabxanası



AZƏRBAYCANDA SEÇKİLƏR:

QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
Azərbaycan Respublikasında 2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki kampaniyası barədə RƏY




S
eçicinin kitabxanası

Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi
Bülleten №4-5
AZƏRBAYCANDA SEÇKİLƏR:

QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

Azərbaycan Respublikasında 2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki kampaniyası barədə RƏY


Bülleten Avropa İttifaqı Komissiyasının yardımı ilə nəşr edilib və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin həyata keçirdiyi “Azərbaycan Respublikasında 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərinin monitorinqinin hazırlanması və keçirilməsi” layihəsinin tərkib hissəsidir. Layihənin yerinə yetirilməsində Mərkəzin partnyorları Almaniyanın Fridrix Naumann Fondu və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyidir.

Layihənin rəhbəri: prof. Eldar İsmayılov

Bülletenin redaktoru: Rəsul Hüseynzadə

Bülletendə nəşr olunan materiallar Avropa İttifaqı Komissiyasının rəsmi mövqeyini əks etdirmir

Azərbaycan və ingilis dillərində




Giriş
12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin Konstitusiyası qüvvəyə mindi. Konstitusiyada demokratik hüquqi dövlət quruculuğu kursunun götürüldüyü ifadə olundu. Konstitusiyaya tamamilə yeni, yerli özünüidarəetmə sistemi ilə bağlı bölmənin salınması belə məqsədin ifadələrindən biri olmuşdur. Bir çox obyektiv və subyektiv səbəblər ucbatından Konstitusiyanın müddəaları onun qəbul olunmasından yalnız 4 il sonra yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirildi. Bundan bir qədər əvvəl Azərbaycan Respublikasının siyasi sistemində bələdiyyələrin yerini, rolunu və əhəmiyyətini müəyyən edən baza qanunverici sənədlər qəbul olundu. Bu sənədlərdən ən əhəmiyyətliləri “Bələdiyyələrin ctatusu haqqında” və “Yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçkilər haqqında” qanunlar olmuşdur. Bu qanunverici aktlar praktiki olaraq 10 il ərzində bələdiyyələrin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişlər.

Nəzərinizə təqdim olunan kitabda 2009-cu ildə Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi rəyi dərc edilmişdir. Rəy Bakıda və Azərbaycanın regionlarında yerləşən 30 seçki dairəsində aparılmış monitorinqin nəticələri əsasında hazırlanmışdır. VCU Mərkəzinin əməkdaşlarının və müşahidəçilərinin uzun illər ərzində qazandığı təcrübə və istər seçkiqabağı dövr, istərsə də seçki günü haqqında topladıqları materiallar bələdiyyə seçkiləri barədə kifayət qədər keyfiyyətli və obyektiv sənəd hazırlamağa imkan vermişdir. Bülleten beynəlxalq təşkilatlar və geniş ölkə ictimaiyyəti üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, Mərkəzin zəhməti hədər getməmişdir.


Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin Azərbaycan Respublikasında 2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki kampaniyası barədə RƏYİ


1999-cu ildən başlayaraq hər beş ildən bir Azərbaycanda müntəzəm olaraq bələdiyyə seçkiləri keçirilmişdir. İlk belə seçkilər 1999-cu ilin, ikinci seçkilər isə 2004-cü ilin dekabr aylarında keçirilmişdir. Növbəti seçkilər isə 23 dekabr 2009-cu ildə keçirilmişdir. 1997-ci ilin mart ayında yaradılmış və yaradıldığı dövrdən etibarən keçirilmiş bütün seçkiləri izləmiş “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi hələ 2008-ci ildə bu seçkilərin monitorinqində iştirak etməyə qərar verdi. Bu məqsədlə Mərkəz müvafiq proqramla Avropa İttifaqı Komissiyasına yardım üçün müraciət etdi. 2008-ci ilin sonunda Avropa İttifaqı Komissiyası təqdim olunmuş proqramı bəyəndi Mərkəzlə 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərinin monitorinqi ilə bağlı iki illik müqavilə bağladı. 2009-cu ilin yanvarından etibarən “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz bu proqramın icrasına başladı. Proqramın birinci ilində bələdiyyə seçkilərində seçki kampaniyasının monitorinqi (müşahidəsi) planlaşdırılmışdı. Ölkədə mövcud olan 125 seçki dairəsinin 30-da seçkilərin müşahidə olunması nəzərdə tutulurdu.
23 №-li Nəsimi Səbail seçki dairəsi

24 №-li birinci Nizami seçki dairəsi

25 №-li ikinci Nizami seçki dairəsi

29 №li Səbail seçki dairəsi

33 №-li birinci Xətayi seçki dairəsi

35 №-li ikinci Xətayi seçki dairəsi

16 №-li birinci Yasamal seçki dairəsi

17№-li ikinci Yasamal seçki dairəsi

37 №-li birinci Nizami (Gəncə) seçki dairəsi

38 №-li ikinci Nizami (Gəncə) seçki dairəsi

39 №-li birinci Kəpəz seçki dairəsi

40 №-li ikinci Kəpəz seçki dairəsi

42 №-li ikinci Sumqayıt seçki dairəsi

43 №-li üçüncü Sumqayıt seçki dairəsi

44 №-li Sumqayıt Abşeron seçki dairəsi

52 №-li Quba seçki dairəsi

53 №-li Quba Qusar seçki dairəsi

55 №-li Xaçmaz şəhər seçki dairəsi

56 №-li Xaçmaz kənd seçki dairəsi

47 №-li Mingəçevir şəhər seçki dairəsi

48 №-li Yevlax seçki dairəsi

49 №-li Yevlax Mingəçevir seçki dairəsi

6 №-li Culfa Babək seçki dairəsi

93 №-li Bərdə seçki dairəsi

86 №-li İsmayıllı seçki dairəsi

88 №-li Göyçay seçki dairəsi

89 №-li Göyçay Ağdaş seçki dairəsi

90 №-li Ağdaş seçki dairəsi

3 №-li Babək Kəngərli seçki dairəsi

4 №-li Naxçıvan şəhər seçki dairəsi


“Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz əldə etdiyi təcrübəyə və digər ölkələrdə seçkilərin monitorinqinin keçirilməsi praktikasına istinad edərək öz işini qurdu. Könüllü müşahidəçilər korpusu yaradıldı, zəruri texniki sənədlər hazırlandı və müşahidəçilərlə lazımi biliklər aşılayan təlimlər keçirildi və artıq 2009-cu ilin oktyabr ayında Mərkəz qarşısında duran vəzifənin icrasına hazır idi. Seçki kampaniyası ərəfəsində mərkəzin müşahidəçi korpusu fəaliyyəti 30 seçki dairəsini əhatə edəcək 900 nəfərdən artıq könüllünü birləşdirirdi.
Hüquqi baza və cəmiyyətdə siyasi proseslər.
Azərbaycanda 2003-cü ildə “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” qəbul olundu. Bu sənədin qəbul olunması ölkənin həyatında mühüm bir hadisə oldu. Hər bir seçkilər, istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri ərəfəsində seçkilərin keçirilməsi qaydalarını müəyyən edən yeni qanun qəbul edildiyi bir dövrdə belə məcmu qanunun qəbul olunması ölkənin seçki sisteminin inkişafında öz müsbət rolunu oynadı. Məcəllənin bəzi müddəaları birmənalı reaksiya doğurmasa da onun qəbul olunması seçki prosesinin qqaydaya salınmasına öz müsbət təsirini göstərdi. Məcəllənin bir sıra bölmələri, xüsusilə də VII bölməsi bilavasitə bələdiyyə seçkilərinə aid idi. Sonrakı illərdə Məcəllədə bələdiyyə seçkilərinə aid bir sıra dəyişikliklər və dəqiqləşdirmələr aparılmışdır. Bu cür dəqiqləşdirmələr 2004-cü ilin 8 iyun, 12 oktyabr, 30 dekabr, 2005-ci ilin 4 mart, 14 iyun, 28 iyun, 25 dekabr, 2007-ci ilin 16 iyun, 2008-ci ilin 2 iyun tarixlərində aparılmışdır. Bütün bu dəqiqləşdirmələr Qanuna nə isə yeni, prinsipial məsələlərin salınması ilə nəticələnmişdir. Bunlar özünü doğrultmamış qaydalardan imtina edilib seçkilərin keçirilməsinin daha mükəmməl formalarının axtarışından xəbər verirdi. Digər tərəfdən qanunvericilər hakim Yeni Azərbaycan partiyasının üstünlüyünü təmin etməyə inadla çalışırdılar. Seçkilərin keçirilməsində yalnız majoritar seçki sisteminin qəbul olunması bununla bağlı idi. Majoritar sistem Azərbaycandakı real şəraitdə hakimiyyət inzibati resursların partiyasının xeyrinə daha dolğun istifadəsi üçün şərait yaradırdı və digər partiyaların, xüsusiylə müxalifət partiyalarının inkişaf imkanlarını məhdudlaşdırırdı.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin fikrincə seçki prosesinin ən vacib məsələlərindən biri seçki komissiyalarının formalaşdırılması prinsipidir. Seçki Məcəlləsinin tərtibi zamanı seçki komissiyalarındakı yerlərin çoxu parlamentdə çoxluq təşkil edən partiyalar üçün ayrılması nəzərdə tutulurdu. Bitərəf vətəndaşların nümayəndələri ilə birlikdə seçki komissiyalarında hökumət yönümlü üzvlərin tam çoxluğu təmin olunurdu. Bu zaman qərarların qəbul olunması üçün səslərin 2/3-si tələb olunurdu. Belə şəraitdə çoxluq hakimiyyət nümayəndələrinə məxsus olurdu. Bu ilk dövrlərdə müxalifət partiyalarının narazılığına səbəb oldu və son nəticədə müxalifət partiyalarının, ilk növbədə isə “Müsavat” partiyasının seçki komissiyalarının tərkibində iştirakdan imtinasıyla nəticələndi. Bələdiyyə seçkiləri başlananda seçki komissiyalarında “Müsavat”, Xalq Cəbhəsi və digər aparıcı müxalifət partiyalarının nümayəndələri yox idi. Komissiyalar digər partiyaların, əsasən “psevdomüxalifət” partiyalarının nümayəndələri ilə komplektləşdirilmişdi. “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz hələ belə vəziyyəti görərək, 2007-ci ildə altı digər QHT ilə birgə seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi təklifi ilə müraciət etmişdi. Seçki komissiyalarının partiya prinsipləıri əsasında formalaşdırılması, komissiyaların komplektləşdirilməsi zamanı imtina olunması, namizədlərin peşəkar hazırlığına üstünlük verilməsi, komissiyaların test imtahanları əsasında komplektləşdirilməsi təklif olunurdu. Ancaq müraciət hakimiyyət strukturlarının, siyasi partiyaların və hətta qeyri hökumət təşkilatlarının lazımi dəstəyini qazanmadı. Bu təkliflərə Avropa Şurasının Venetsiya Komissiyası da diqqətlə yanaşmadı. Nəticədə komissiyaların yaradılmasının mövcud prinsipləri saxlanıldı. Bu isə seçki komissiyalarının işinə mənfi təsir göstərməli idi və belə də oldu.

Bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrin öz vəzifələrini layiqincə və keyfiyyətlə yerinə yetirməsi hakimiyyəti narahat edən məsələlərdən biri idi. Bələdiyyələrin yaradılması zamanı onların üfqi prinsiplə formalaşdırılmasına üstünlük verilmişdi. Onlar, demək olar ki, bütün yaşayış məntəqələrində yaradılmışdı. Sonrakı illərdə də bələdiyyələrin sayı artmaqda davam edirdi. Seçkilərə yaxın dövrdə onların sayı 2757 idi. 1275 bələdiyyədə əhalinin sayı 1000 nəfərdən az idi, 1279 bələdiyyədə isə əhalinin sayı 1000 nəfərdən 5000 nəfərədək idi. Bələdiyyələrin əksəriyyəti kiçik yaşayış məntəqələrində yerləşirdi. Belə vəziyyət inkişaf etmiş və inkişafda olan ölkələrdəki vəziyyətdən kəskin fərqlənirdi. Məsələn, Belçikada əhalisinin sayı 1000-dən az olan bələdiyyələrin xüsusi çəkisi 0,17%, Finlandiyada 4,8%, Norveçdə 4,1%, Estoniyada 9,4%, İtaliyada 23,8%, Litvada 0,1% təşkil edir. Azərbaycanda isə belə bələdiyyələrin xüsusi çəkisi 49% təşkil edirdi. Bu Azərbaycan bələdiyyələrinin maliyyə vəziyyətinin çox məhdud olmasından xəbər verirdi. Buna görə də Azərbaycan bələdiyyələrinin əksəriyyətinin maddi imkanları kiçik idi, hətta onların çoxu rentabelsiz idi. Belə vəziyyətdən narahat olan hakimiyyət bələdiyyələrin sayının optimallaşdırılması ilə bağlı qərar qəbul etdi. Bu məsələnin bələdiyyələrin könüllü şəkildə birləşəcəklərini güman etmək isə real görünmürdü. 2009-cu ilin yaz-yay dövründə prezident aparatı rəhbərlərinin iştirakı ilə keçirilmiş bələdiyyə sədrlərinin regional görüşlərində bələdiyyələrin sayının azalması ilə bağlı fikir səsləndi. Qeyd etmək lazımdır ki, 2006-2007-ci illərdə Avropa Şurasının regional və yerli hakimiyyətlər Konqresinin təkidi ilə yaranmış şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyaları arzu olunan nəticələri verə bilmədi. Yaranmış assosiasiyalar bələdiyyələrin sayının optimallaşdırılması məsələsinə lazımi təsir göstərə bilmədi. Bununla bağlı prezident aparatında problemin inzibati qaydada həll olunmasının zəruri olduğu barədə fikir yarandı. Bununla əlaqədar Milli Məclisə məsələnin inzibati həllinin planı təqdim olundu. 29 мay 2009-cu ildə Milli Məclis “Azərbaycan Respublikası bələdiyyələrinin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununun yeni redaksiyası haqqında qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti 22 iyul 2009-cu il sərəncamı ilə qanunun yeni redaksiyasını təsdiq etdi. Nəticədə Azərbaycan Respublikasının bələdiyyələrinin sayı min vahiddən də artıq azaldı.

Azərbaycanda əvvəlki bələdiyyə seçkilərindən keçən dövr ərzində partiya quruculuğu sistemində kifayət qədər ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklərdən ən əsası ənənəvi müxalifət partiyalarının rolunun və əhəmiyyətinin zəifləməsi olmuşdur. Onların seçki komissiyalarının, bəzilərinin isə parlamentin işində iştirakdan imtina etmələri, 2004-cü ilin bələdiyyə seçkilərinin boykot etmələri və bir sıra digər səbəblər onların fəallığının və əhali yanında nüfuzlarının aşağı düşməsinə səbəb olmuşdur. Müsavat, Xalq cəbhəsi, Liberal Partiyası və bir sıra digər partiyalar ölkədə baş verən hadisələrə öz təsir imkanlarını itirmişlər. Bu zaman onlar, adətən Yeni Azərbaycan və digər hökumətyönümlü partiyalarla qeyri-bərabər şəraitin mövcud olmasını vurğulamışlar. Burada müəyyən həqiqət mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, bir sıra siyasi partiyalar özləri üçün yaranmış mürəkkəb şəraitdə lazımi konstruktivlik, çeviklik və çətin vəziyyətdən çıxmaq bacarığı göstərə bilmədilər. Ona görə də bələdiyyə seçkiləri ərəfəsində çox əlverişsiz bir vəziyyətdə qaldılar. Həm də onlar uzun müddət bələdiyyə seçkilərində iştirakla bağlı tərəddüdə qalmışdılar. Bu sıravi partiya üzvlərinin və bütövlükdə partiya təşkilatlarının fəallığının azalmasında özünü göstərmişdir. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və bələdiyyə quruculuğu sahəsində kifayət qədər qeyri hökumət təşkilatını çalışmasına baxmayaraq, onlar da da xüsusi fəallıqları ilə fərqlənmirdi. Qeydiyyatdan keçmiş qeyri hökumət təşkilatları arasından yalnız “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz bələdiyyə seçkilərinin monitorinqində iştirak etmək arzusunu bildirdi.


Namizədlərin irəli sürülməsi. Təşviqat kampaniyası.
2009-cu il oktyabr ayının ikinci yarısında bələdiyyələrə namizədlərin irəli sürülməsinin başlanması elan olundu. Hakimiyyət əvvəlcə hamını qanunvericiliyə uyğun seçkilərin keçirilməsinə səmimi istəyinin olduğuna inandırmağa çalışdı. Seçkiqabağı kampaniya ərəfəsində bu istiqamətdə müəyyən iş aparıldı. Məsələn, seçici siyahılarının dəqiqləşdirilməsinə kifayət qədər böyük yer ayrıldı. Keçən illərdə seçici siyahılarında olan xətaların xeyli hissəsi aradan qaldırıldı. Bununla əlaqədar “seçici siyahılarının hazırlanmasının dürüstlütünə görə heç bir Avropa ülkəsi Azərbaycanla yarışa bilməz” deyən Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun sözləri kifayət qədər inandırıcı səslənirdi. Ola bilsin ki, bu sözlər seçici siyahılarının tərtib olunmasında sanballı təcrübə toplamış ölkələrə münasibətdə bir qədər qeyri-etik səslənirdi. Lakin tam əsasla demək olardı ki, Azərbaycanda bu dəfə bütün seçici siyahıları vicdanla və daha səliqəli tərtib edilmişdi. Hər halda siyahıların tərtib edilməsində olan qeyri dəqiqliklə bağlı “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzə şikayətlər daxil olmamışdır. Hətta seçici siyahıları başqa illərdən fərqli olaraq demək olar ki, bütün məntəqələrdə vaxtında asılmışdı. Hakimiyyətin seçkilərin demokratik keçiriləcəyinin təmin olunacağı ilə bağlı istəyi onun nümayəndələrinin bəyanatlarında da öz əksini tapmışdı. Məsələn, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri öz çıxışlarının birində bəyan etmişdi ki, “Azərbaycan cəmiyyəti üçün... seçkilərin demokratikliyini təmin etmək zəruridir. O, həm də əlavə etmişdi ki, “bələdiyyə seçkiləri demokratik əsaslarla şəffaf, ədalətli və beynəlxalq standartlara müvafiq keçiriləcəkdir.” Seçkiqabağı kampaniya dövründə seçki komissiyalarının işlərinin qaydaya salınması ilə bağlı geniş təşkilati iş aparılmışdır. Bu dövrdə onların tərkibi yeni daxil olan üzvlərin hesabına komplektləşdirilmişdir ki, bu da səsvermə günü komissiyaların tam tərkibdə fəaliyyətini təmin etmişdir. Əksər səsvermə məntəqələrində səsvermə otaqları normativ sənədlərin tələblərinə tam cavab verirdi. Xeyli sayda (500 seçki məntəqəsi) seçki məntəqəsinin VEB kameralarla təzhiz olunması da böyük əhəmiyyət kəsb edirdi. Seçki dairələrinin çoxunda namizədlərin qeydə alınmasında seçki administrasiyasının subyektivliyi ilə bağlı problemlər mövcud deyildi. Lakin qeydiyyata başlamağın ilk günlərindən bir sıra seçki dairələrində müxalifət partiyalarının nümayəndələri tərəfindən onların namizəd kimi qeydə alınmalarında problemlərin yarandığı barədə şikayətlər səslənməyə başladı. Belə hallar İsmayıllı, Yardımlı, Zərdab, Zaqatala və bir sıra digər rayonların bələdiyyələrində özünü göstərdi. Məsələn, İsmayıllı rayonunun Tircan bələdiyyəsində Müsavat partiyasının nümayəndəsi M.Abdulovu namizəd kimi qeydə almaqdan imtina etdilər. Qeydiyyatla bağlı Yardımlı rayonunda Xalq Cəbhəsi partiyasının üzvü Q.Əhmədovda da problemlər yaranmışdı. Müxalifət partiyalarının nümayəndələri belə problemlərlə Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bakı şəhərinin Binəqədi rayonunda da rastlaşmışlar. “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz yaranmış problemlərin təhlil edərək, belə bir qərara gəldi ki, bu tendensiya seçki prosesini və seçki komissiyalarını nəzarətdə saxlamaq məqsədiylə bir sıra rayonların və çəhərlərin rəhbərliyinin subyektiv yanaşmasının təzahürüdür. Bu məsələyə beynəlxalq təşkilatların da diqqəti cəlb olundu. Təsadüfi deyil ki, noyabr ayının 16-da Bakıda rayon icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün “Seçki prosesinə mane olmayaq” devizi ilə məlumat sessiyası keçirildi. Sessiya ATƏT-in Bakı ofisinin təşəbbüsü, Prezident Aparatının və MSK-nın təşkilati dəstəyi ilə həyata keçirildi. Bu sessiyada ATƏT-n Bakı ofisinin rəhbəri Alibilge Cankorell öz çıxışında beynəlxalq müşahidəçiləri ehtiyatlandıran mənfi siqnalların mövcud olduğunu bildirdi və ümid etdiyin bildirdi ki, qarşıdakı seçkilərdə seçicilər fəal iştirak edəcəklər və bu seçkilər Azərbaycanın beynəlxalq imicinin yaxşlaşmasına xidmət edəcəkdir. O, qeyd etdi ki, bitərəıf komissiyaların formalaşdırılması problemi gündəmdə qalmaqda davam edir. Onun fikrincə, dairə komissiyalarının rəhbərliyi mövcud qaydada deyil, başqa prinsiplər əsasında seçilməlidir. O, bunu onunla izah etdi ki, bələdiyyələrin formalaşdırılmasında və seçkilərin vicdanla keçirilməsində siyasi partiyalara olan etimad böyük əhəmiyyət kəsb edir. Eyni zamanda cənab Cankorel, onun fikrincə, MSK-nın daxil olan şikayətləri vaxtlı vaxtında araşdırdığını bildirərək, bunu müsbət bir hal kimi qeyd etdi. O, həm də bildirdi ki, dairə seçki komissiyaları namizədlərin qeydiyyatında və MSK-nın təlimatlarının yerinə yetirilməsində problemlər görmürlər, lakin, onda məlumatlar var ki, bir sıra rayonlarda namizədlərə onların namizədliklərinin geri götürülməsi məqsədiylə təzyiq göstərilir.

Müxalifət partiyalarından olan namizədlərin qeydiyyatında həqiqtən problemlər mövcud idi. Bir sıra hallarda Mərkəzi Seçki Komissiyasının işə qarışması yaranmış problemləri aradan qaldırırdı. Məsələn noyabr ayının 26-da MSK 41, 42, 43 №-li seçki dairələrindən beş namizədin qeydə alınmaması ilə bağlı şikayətləri araşdıraraq, onların qeydiyyatdan keçirilməsi barədə qərar verdi. Bu cür qərar həm də Ümid partiyasının 111 №-li Zaqatala-Balakən seçki dairəsində namizədin qeydiyyatından imtina ilə bağlı olan şikatyəti əsasında qəbul edilmişdir. Anoloji qərarlar digər partiyaların şikayətləıri əsasında da verilmişdir. Lakin, qeyd etməyi zəruri hesab edirik ki, bəzi hallarda MSK-nın qərarları gecikmiş xarakter daşıyırdı və partiyaların seçkilərdə iştirak imkanlarına təsir edirdi. Qeyd etmək lazımdır ki, partiyaların şikayətləri bir çox hallarda əsaslı idi, eyni zamanda bu partiyaların öz maraqlarının təmin olunması imkanları xeyli zəif idi. İlk növbədə bu, siyasi partiyaların regional təşkilatlarının xeyli azalması ilə bağlı idi. Digər səbəb isə partiyaların maddi imkanlarının məhdud olması ilə əlaqədar idi. Hər halda hakimiyyətin inzibati resursları namizədlərin qeydiyyat zamanı partiya təmsilçiliyinin məhdudlaşmasında öz rolunu oynadı. Belə şəraitdə bələdiyyələrdə partiya təmsilçiliyinin balanslaşdırılması haqqında danışmaq çox mürəkkəb idi. Qeydiyyat vaxtının bitdiyi zaman noyabr ayının 25-də qeydiyyatdan 3200-ə yaxın namizəd keçmişdi. Bələdiyyələrə 15,7 minə yaxın üzvün seçilməsi lazım olduğunu bilərək, məlum oldu ki, bir yerə cəmi 2 nəfərə yaxın namizəd iddia edir. Əhalinin yerli özünüidarəetmə orqanlarına maraqlarının daha böyük olmasını nəzərə alsaq, bu rəqəm çox kiçik idi. Bütün bunlar bələdiyyələin nüfuzunun artmasının təmin olunmasında ciddi problemlərin olmasından xəbər verirdi. Əgər hakim “Yeni Azərbaycan” partyasının üzvləri partya intizamına riayət edərək, namizədlərin irəli sürülməsində fəal iştirak edirdilərsə, digər partiyaların üzvləri və bitərəflər bu məsələdə xüsusi fəallıq göstərmirdilər.



Noyabr ayının ortalarında namizədlər haqqında məlumatlar açıqlandı. Xəbər verilirdi ki, qeydiyyatdan keçmiş 31849 namizəddən 16004 nəfəri ali təhsilli, 6217 nəfəri isə qadın idi. 17500 nəfər Yeni Azərbaycan, 300 nəfə rə yaxın Ana Vətən, 400 nəfərə yaxın Ümid, 154 nəfər isə Müsavat partiyalarının nümayəndələri idi. 11000 nəfərdən çox namizəd bitərəf idi. Beləliklə, qeydiyyata alınmış namizədlərin yarısından çoxunu hakim partiyanın və hökumətyönümlü partiyaların nümayəndələri təşkil edirdi. Daha sonra namizədlərin sırası şikayətləri Mərkəzi Seçki Komissiyası tərəfindən təmin olunmuş namizədlərin hesabına artdı. Nəticədə müxalifət partiyalarının nümayəndələrinin sayı bir qədər artdı, lakin bu artım o qədər də nəzərə çarpan deyildi. Qeyd etmək lazımdır ki, namizədlərin iştirakı haqqında bir sıra əvvəllər böyük olmuş partiyaların qərargahında məlumat yox idi. Məsələn, Milli İstiqlal partiyasının qərargahından məlumat verildi ki, partyanın cəmi 38 üzvü namizəd kimi qeydə alınmışdır. Xalq Cəbhəsi partiyasının qərargahında isə öz namizədlərinin sayı haqqında məlumat verməyə çətinlik çəkdilər. Beləliklə, təşviqat kampaniyasının başlanğıcı ərəfəsində məlum oldu ki, səsvermənin yekunlarından aslı olmayaraq bələdiyyə şuralarında çoxluq Yeni Azərbaycan partiyasının nümayəndələrinə məxsus olacaq, müxalifət, hətta psevdomüxalifət partiyalarının nümayəndəlikləri isə minimal olacaqdır. Hökumət partiyasına aıd olmayan digər partiyaların nümayəndələrini çox hissəsi qeydiyyat maneəsini keçə bilmədilər. Xəbər verilirdi ki, seçkilərdə 30 siyasi partiyanın nümayəndələri iştirak edəcəkdir, əslində isə real vəziyyət belə idi: Yeni Azərbaycan partiyasının və bitərəflərin namizədləri qeydiyyata alınmış namizədlərin 91%-ni, digər partiyaların (29) namizədləri isə qeydə alınanların yalnız 9%-ni təşkil edirdi. Partiya nümayəndəliklərində bu cür disbalans Azərbaycanda partiya quruculuğunu vəziyyətinin heç də yaxşı olmasından xəbər vermir.
Təşviqat kampaniyası. Seçkilərin müşahidəsi.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin yerli nümayəndələrindən alınan məlumatlar, dövri mətbuatda dərc olunan məqalələr, bələdiyyə seçkilərində baş verən proseslərin radio və televiziyada işıqlandırılmasından bu seçki kampaniyasına marağın kiçik olduğunu başa düşmək çətin deyildi. Bu, ilk növbədə bələdiyyələrin nüfuzdan düşməsinin nəticəsi, əhalinin və hətta hakimiyyətin nəzərində bələdiyyələin ölkənin və cəmiyyətin həyatında oynadığı rolun azlığının bir etirafı idi. Qəzetlər çox nadir hallarda bələdiyyələrin vəziyyəti və onların problemləri barədə analitik materiallar dərc edirdilər. Jurnalistlər bələdiyyələrin problemləri haqda məlumatları çox həvəssiz işıqlandırırdılar. Bütün təşviqat kampaniyası boyunca bələdiyyələrə seçkilər haqqında mətbuatda yalnız epizodik məlumatlar verilirdi. Rəsmi televiziya və radio kanalları, hətta özəl kanallar belə bu problemə barmaqarası yanaşırdı. Böyük təssüf hissi doğuran haldır ki, yerli seçkilərlə bağlı məlumatlar regional mətbuatda, yerli televiziyalarıln və radioların efirində belə xəsisliklə verilirdi. Namizədlər özləri də, onları tövsiyyə edən siyasi partiyalar da təşviqat kampaniyasında lazımi fəallıq göstərmirdilər. Bu, hiss olunacaq dərəcədə bələdiyyə seçkiləri kampaniyasının maliyyələşdirilməsinin qanunvericilik cəhətdən həll olunmaması ilə bağlı idi. Belə ki, Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti bildirmişdi ki, seçki kampaniyasının aparılması üçün maliyyə vəsaitinin ayrılması Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərindədir və MSK yerli seçki komissiyalarına kampaniyanın keçirilməsi üçün vəsait ayrılmasını tövsiyyə etdi. Hərgah, bu vəsaitin ayrılması mexanizmi işlənib hazırlanmadı və məsələ öz həllini tapmadı. Mövcud qanunvericiliyə görə, yalnız bələdiyyələrin heç olmasa yarısından çoxuna namizədləri qeydə alınmış siyasi partiyalar pulsuz efir vaxtından istifadə edə bilərdi. Belə şəraitdə bu hüquqdan yalnız Yeni Azərbaycan partiyası bəhrələnə bilərdi, digər partiyaların bu hüquqdan istifadə etməsi mümkün deyildi. Yeni Azərbaycan partiyası isə bu hüquqdan yararlanmadı. Bələdiyyə üzvlüyünə namizədlərin mütləq əksəriyyəti isə efirdə etdikləri kütləvi çıxışların haqqının ödənilməsi üçün verilmiş imkandan istifadə etmədilər. Namizədlərin əksəriyyəti əyani təşviqat vasitələrindən də istifadə imkanlarından da yararlanmadılar, hətta Bakı, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə belə təşviqat xarakterli sənədlərin, proqramların asıldığı stendlərə az az rast gəlinirdi.

Bütün bunlara baxmayaraq, bələdiyyə üzvlüyünə namizədlər seçkilərin müşahidə olunmasının təşkil olunmasında kifayət qədər fəallıq göstərdilər. Partiya nümayəndələri də fəallıq göstərdilər, MSK-nın məlumatına əsasən 36000 nəfərdə artıq şəxs müşahidəçi kimi qeydiyyatdan keçmişdi. Dekabr ayının 14-ə olan məlumata əsasən 1200 nəfərdən artıq müşahidəçi bilavasitə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdi.



Beynəlxalq təşkilatlar da Azərbaycandakı seçkilərə müəyyən maraq göstərdilər. Hələ noyabr ayında Avropa Şurası Nazirlər Kabinetinin AQO qrupu Bakıya qısamüddətli səfərə gəldi. Dekabr ayının 1-də Avropa Şurasının yerli və regional hakimiyyətləri konqresinin Azərbaycandakı bələdiyyə seçkilərində müşahidə missiyasının tərkibi məlum oldu. Nümayəndə heyətinə Türkiyədən olan deputat Qaya Doğanoğlu rəhbər təyin edildi. Missiyanın tərkibinə İngiltərənin, Avstriyanın, Macarıstanın və Serbiyanın nümayəndələri daxil idi. Görüşün məqsədi seçkiqabağı vəziyyətlə tanış olmaq idi. Daha sonra isə Konqresin nümayəndələri bilavasitə səsvermə günündə iştirak etdilər.
Səsvermə günü.
Səsvermə ərəfəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin müşahidəçiləri müşahidə vərəqləri və mövcud qanunvericiliyin pozulması faktlarını təsdiqləyən akt blankları kimi hesabat sənədləriylə təmin olunmuşdular. Müşahidə vərəqlərində 16 qapalı sual var idi ki, onlara müşahidəçilər müsbət və ya mənfi cavab verməli idilər. Müşahidəçilərin seçki məntəqələrinə buraxılmasında elə bir maneə olmamışdır. Nəticədə Mərkəzin 933 müşahidəçisi seçkiləri müşahidə etmişlər. Müşahidəçilər, əsasən, qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən gəlmiş və doldurulmuş hesabat sənədlərini təqdim etmişlər. Təqdim olunan materialların analizi keçirilmiş seçkilərin keyfiyyəti barədə fikir yürütməyə imkan verir. Əvvəlki seçkilərdən fərqli olaraq, müşahidəçilərin mütləq əksəriyyəti komissiya sədrləri və üzvləri tərəfindən maneələrlə rastlaşmamışlar. Seçki qutuları vaxtında yoxlanılmış və möhürlənmişdir. İcra hakimiyyəti nümayəndələrinin, polisin və digər kənar şəxslərin seçki prosesinə fəal müdaxıləsi halları qeyd olunmamışdır. Səyyar qutularla bağlı sui-istifadə hallarına rast gəlinməmişdir. Əvvəllər tipik olan bu və ya digər seçki qanunvericiliyi pozuntularının sayı minimuma endirlmişdir. Bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi, qutulara seçki komissiyası üzvləri və kənar şəxslər tərəfindən topa bülletenlərin atılması kimi hallar xeyli azalmışdır. Lakin belə hallar hələ də mövcud olmuşdur. Belə ki, müşahidəçilərin məlumatına əsasən, bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi halları aşkar edilmişdir. Bakı şəhərinin 16, 17, 23, 24, 29, 33, 35, Sumqayıt şəhərinin 42, 43, Gəncə şəhərinin 37, 38, 39 №-li seçki dairələrinin, habelə 47 №-li Mingəçevir şəhər və 48 №-li Yevlax seçki dairələrinin bir sıra digər seçki dairəsinin ayrı ayrı məntəqələrində qanun pozuntusu halları baş vermişdir. Bu əsasən, bir nəfərin özünün və ailə üzvlərinin əvəzinə səs verməsi halları idi. Təssüf ki, Azərbaycan üçün tipik olan bu pozuntuların qarşısı seçki komissiyaları tərəfindən heç də həmişə alınmırdı. Ayrı ayrı hallarda müşahidəçilər komissiya üzvlərinin seçicilərin əvəzinə bülleten hallarını qeyd etmişlər. Belə hallar aşağıdakı məntəqələrdə baş vermişdir: Müşahidəçi Quliyev İlkin qeyd etmişdir ki, ona tapşırılmış məntəqədə komissiya üzvlərinin qutulara topa bülleten atması halı aşkar edilmişdir. Belə halı 24 №-li birinci Nizami seçki dairəsinin 2 №-li məntəqəsində Namiq Məmmədov, 33 №-li birinci Xətayi seçki dairəsinin 17 №-li məntəqəsində İlyas Məmmədov, 89 №-li Göyçay Ağdaş seçki dairəsinin 5 №-li məntəqəsində Ələskərov Rəşid, 37 №-li birinci Nizami (Gəncə) seçki dairəsinin 22 №-li məntəqəsində Arıxova Sevinc aşkar etmişlər. Elə bu cür hallar da 86 №-li İsmayıllı seçki dairəsinin 15 №-li məntəqəsində, Naxçıvan şəhər seçki dairəsinin 12 №-li məntəqəsində, 52 №-li Quba seçki dairəsinin 7 №-li məntəqəsində, 53 №-li Quba Qusar seçki dairəsinin 10 №-li məntəqəsində, 56 №-li Xaçmaz kənd seçki dairəsinin 14 №-li məntəqəsində baş vermişdir.

Müşahidəçilər səsvermə prosesinə digər tipli pozuntu hallarının baş verdiyini bildirirlər. Məsələn, seçki komissiyası üzvləri seçicilərin iradəsinə təsir edərək, onları konkret namizədlərə səs verməyə sövq etmək istəmişlər. Belə ki, müşahidəçi Davud Xələfov 23 №-li Nəsimi Səbail seçki dairəsinin 5 №-li seçki məntəqəsində belə halın baş verdiyini göstərir. Xumar Vəliyeva isə belə pozuntunun 42 №-li Sumqayıt ikinci seçki dairəsinin 34 №-li məntəqəsində, Rəşid Ələskərov 89 №-li Göyçay Ağdaş seçki dairəsinin 5 №-li məntəqəsində, Şükürov Məcid, Məmmədov Hümmət, Zeynalov İlqar 49 №-li Yevlax Mingəçevir seçki dairəsinin 7, 14, 23 №-li məntəqələrində aşkar olunduğunu bildirirlər. Bu tipli pozuntular 39 №-li birinci Kəpəz, 40 №-li ikinci Kəpəz, 52 №-li Quba, 53 №-li Quba Qusar seçki dairələrinin məntəqələrində digərlərinə nisbətən daha çox baş vermişdir. Bir sıra hallarda Mərkəzin müşahidəçiləri pozuntu hallarının qarşısını almışlar. 90 №-li Ağdaş seçki dairəsinin 13 №-li məntəqəsində bir neçə nəfərin əvəzinə səsyermə faktının qarşısı müşahidəçi Qarayev tərəfindən alınmışdır. 90 №-li Ağdaş seçki dairəsinin 13 №-li seçki məntəqəsində müşahidıçı Qədirov səsvermənin gedişində elə bu cür pozuntunun qarşısını almışdır. Bir qayda olaraq seçki komissiyasının üzvləri müşahidəçilərin irad və xəbərdarlıqlarına məhəl qoymamışlar. Bəzi seçki komissiyasının üzvləri seçicilərin fəallığını artırılmasını nəzərdə tutan köhnə sovet qaydalarını rəhbər tutaraq, vətəndaşların fəal olması görüntüsünü yaratmağa çalışmışlar. Baxmayaraq ki, buna tamamilə ehtiyac yox idi.

Digər tipli pozuntular da baş vermişdir. Bakının, Sumqayıtın, Qubanın, Gəncənin, Xaçmazın, Mingəçevirin bir sıra seçki məntəqələrində konkret namizədlərin xeyrinə təbliğat aparılması, şəxsiyyət vəsiqələri təqdim edilmədən bülletenlərin verilməsi və digər bu kimi hallar da qeydə alınmışdır. Lakin bütün bu sadalanan pozuntular seçkilərin nəticələrinə ciddi təsir göstərmək iqtidarında deyildi. Ən böyük pozuntu isə səsvermənin nəticələri haqqında protokolların surətinin müşahidəçilərə vaxtında verilməməsi faktlarının mövcudluğu idi. Bəzi hallarda protokollar müşahidəçilərə seçkilərin sabahı gün verilmiş, bir çox hallarda isə bir neçə gün sonra verilmişdir ki, bu da mövcud seçki qanunvericiliyinin kobud pozuntusu hesab edilir. Belə faktların səbəblərinin təhlili, seçki komissiyası üzvlərinin, xüsusilə sədrlərin, protokolların tərtib olunması kimi kimi xüsusi savad və hazırlıq tələb edən prosedur üçün hazırlıq səviyyəsinin aşağı olmasından xəbər verirdi. Bu böyük təəssüf doğuran bir faktdır və onun səbəblərinin komissiya üzvləri üçün geniş tədris və təlim işləri aparmış Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin təşkilati tərəfinin pis qurulmasında axtarılması ədalətsizlik olardı. Görünür ki, gələcəkdə bu məsələyə daha çox diqqət yetirmək lazım olacaqdır.

Mərkəzi Seçki Komissiyası 11 yanvar 2010-cu ildə ölkədə keçirilmiş bələdiyyə seçkilərinə yekun vurdu. Yekun sənəddə bildirilirdi ki, seçkilərdə seçicilərin 32,04%-i iştirak etmişdir ki, bu da seçkilərin baş tutmasını deməyə əsas verdi. Seçkilərdə bələdiyyə üzvlüyünə 30954 vnamizəd iştirak etmişdir. Seçkilər 118 seçki dairəsinin 4813 seçki məntəqəsində keçirilmişdir. Ermənistan Respublikasının təcavüzünə məruz qalmış seçki dairələrində seçkilər keçirilməmişdir. Seçkiləri beynəlxalq təşkilatları təmsil edən 54, yerli təşkilatları təmsil edən 50000-dən artıq müşahidəçi izləmişdir. Seçkilərin yekunları Mərkəzi Seçki Komissiyası tərəfindən diqqətlə yoxlanılmışdır. 33 seçki məntəqəsi və 9 bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab edilmişdir. Buraxılan pozuntulara görə bir sıra seçki dairəsinin (50 №-li Qobustan-Xızı-Quba, 72 №-li Yardımlı-Masallı, 70 №-li Massallı şəhər, 80 №-li İmişli- Beyləqan seçki dairələri) rəhbərləri tutduqları vəzifədən azad edilmişlər. Pozuntular barədə materiallar Azərbaycan Respublikasının prokurorluğuna göndərilmişdir. Xoş təsir bağışlayan haldır ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin müşahidəçilərinin iştirak etdiyi seçki dairələrində seçkilərə nə beynəlxalq, nə də ki, yerli müşahidəçilər tərəfindən irad bildirilməmişdir. Bunu Mərkəzin müşahidəçilərinın və əməkdaşlarının uğuru kimi qeyd etmək olar.


Yekun və problemlər.
Beləliklə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə yekun vuruldu. Bu seçkilər bütün əvvəlki seçkilərdən bir qədər fərqlənsə də, ölkədə seçkiləri ənənəvi xarakterizə edən bir sıra problemi aradan qaldırmadı. Ancaq digər seçkilərlə müqayisədə 2009-cu ilin bələdiyyə seçkiləri seçicilərin çox aşağı fəallığı ilə yadda qaldı. Rəsmi rəqəmlərə görə ölkə üzrə bu göstərici 32% təşkil etmişdir. Bəzi hallarda bu göstəricilərin süni şəkildə artırılmasını nəzərə alsaq, etiraf etmək lazımdır ki, bu real rəqəmlərdən bir qədər yuxarıdır. Bu müşahidəçilərdən daxil olan məlumatlarda da öz əksini tapmışdır. Bir neçə misal göstərək:

Bakı
16 №-li birinci Yasamal seçki dairəsi
8 №-li seçki məntəqəsi üzrə 27,8%

25 №-li seçki məntəqəsi üzrə 27,4%

1 №-li seçki məntəqəsi üzrə 27,0%
17№-li ikinci Yasamal seçki dairəsi
6 №-li seçki məntəqəsi üzrə 28,0 %
23 №-li Nəsimi Səbail seçki dairəsi
29 №-li seçki məntəqəsi üzrə 25,1%

13 №-li seçki məntəqəsi üzrə 27,2%


25 №-li ikinci Nizami seçki dairəsi
6 №-li seçki məntəqəsi üzrə 26,3%
33 №-li birinci Xətayi seçki dairəsi
7 №-li seçki məntəqəsi üzrə 27,3%
35 №-li ikinci Xətayi seçki dairəsi
1 №-li seçki məntəqəsi üzrə 11,2%

2 №-li seçki məntəqəsi üzrə 21,9%

17 №-li seçki məntəqəsi üzrə 23,4%

18 №-li seçki məntəqəsi üzrə 25,9%


Mingəçevir
47 №-li Mingəçevir şəhər seçki dairəsi
21 №-li seçki məntəqəsi üzrə 26,1%
Yevlax
48 №-li Yevlax seçki dairəsi
6 №-li seçki məntəqəsi üzrə 25,2%

3 №-li seçki məntəqəsi üzrə 25,3%

14 №-li seçki məntəqəsi üzrə 25,2%

21 №-li seçki məntəqəsi üzrə 26,2%


49 №-li Yevlax-Mingəçevir seçki dairəsi
33 №-li seçki məntəqəsi üzrə 26,1%

34 №-li seçki məntəqəsi üzrə 26,3%


İsmayıllı

86 №-li İsmayıllı seçki dairəsi


2 №-li seçki məntəqəsi üzrə 13,2%

3 №-li seçki məntəqəsi üzrə 15,5%

6 №-li seçki məntəqəsi üzrə 14,8%
Göyçay
89№-li Göyçay seçki dairəsi
4 №-li seçki məntəqəsi üzrə 27,0%

7 №-li seçki məntəqəsi üzrə 26,2%



Bərdə
93 №-li Bərdə şəhər seçki dairəsi
2 №-li seçki məntəqəsi üzrə 26,0%

14 №-li seçki məntəqəsi üzrə 19,4% seçici iştirak etmişdir.


Digər seçki məntəqələrində də seçicilərin iştirak göstəriciləri aşağı olmuşdur, bi çox hallda isə bu göstəricilər ümumölkə göstəricilərindən xeyli aşağıdır. Bütün bunlar bələdiyyələrin nüfuzunun seçicilərin nəzərində aşağı düşməsi tendensiyasının mövcud olmasından xəbər verir və bu nüfuzun tamamilə itə bilməsi təhlükəsinin real olduğunu təsdiq edir.

Bütün bunlar bələdiyyə quruculuğu sahəsində köklü və düşünülmüş islahatların vaxtının yetişdiyindən xəbər verir. Bələdiyyələrin sayının nəzərəçarpacaq dərəcədə azaldılması ilə bunun təməli qoyulmuşdur. Bələdiyyələrin hüquq və səlahiyyətlərinin artırılması bu prosesin məntiqi davamı ola bilərdi. Fikrimizcə, bunu üçün ilk addım yaşayış məntəqələrində icra hakimiyyəti nümayəndəliyi institutunun ləğvi ola bilərdi. İcra nümayəndəliklərinin saxlanılmasına sərf edilən vəsaitin isə bələdiyyələrin maddi bazasının möhkımləşdirilməsi məqsədiylə dotasiya şəklində onlara verilə bilərdi. Bu halda bələdiyyələr yaşayış məntəqələrində real hakimiyyətə çevrilə bilərdi.

Bütün sosial-mədəni obyektlərin təsərrüfat və yerli əhəmiyyətli sənaye, Tikinti, nəqliyyat müəssisələrinin, məktəblərin, məktəbəqədər tərbiyə ocaqlarının və səhiyyə obyektlərinin bələdiyyələrə verilməsi barədə ardıcıl və düşünülmüş siyasətin hazırlanması növbəti addım ola bilərdi. Belə halda bu obyektlərin dəqiq cizgilərinin hazırlanması çox vacib olardı. Metodiki, texniki rəhbərlik və kadr məsələlərinin müvafiq idarələrin tabeçiliyində saxlamaq şərt ilə, bu idarələrin yalnız təsərrüfat və təşkilati fəaliyyətinin təmin olunması ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi zəruridir. Bu bələdiyyələrin həm bütövlükdə, həm də əhalinin nəzərində rolunun artmasına və mövqelərinin möhkənlənməsinə təkan verərdi. Bütün bu dəişikliklərin səlis hazırlanmış proqram əsasında həyata keçirilməsi mümkündür. Məsələnin bu cür qoyulması vətəndaşların maraqlarına cavab verər və bələdiyyələrin rolunun artmasına xidmət edərdi. Bu işdə bələdiyyə Assosiasiyaları da müəyyən rol oynaya bilərdi. Saylarını ikiyə - Şəhər və Qəsəbə Bələdiyyələri və Kənd Bələdiyyələri Assosiasiyalarınadək azaltmaq, onların çevikliyini təmin etmiş olardı.

Bələdiyyələrin strukturlarının köklü şəkildə dəyişdirilməsi yolunda addımların atılması da onların işinin səmərəliliyini artırardı. Bizə elə gəlir ki, bələdiyyələrin üfqi prinsiplə qurulmuş hazırki sistemi, mövcud ənənələrə cavab vermir, icra və bələdiyyə hakimiyyətlərinin davamlı inteqrasiyasına xidmət etmir. Sovet quruculuğu dövründə olduğu kimi yerli seçkili orqanların vahid regional (rayon və ya şəhər seçkili orqanına) seçkili orqanlara qismən tabeçiliyi məqsədəuyğun olardı. Bu, hər bir strukturun məsuliyyətini artırar, gələcəkdə bələdiyyə orqanlarının regional (rayon və ya şəhər) çərçivədə vahid hakimiyyət alətinə çevrilməsini təmin edərdi. Həm də məsələnin bu cür qoyuluşu Avropa Şurasının təkid etdiyi kimi, Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə bələdiyyə və icra hakimiyyətlərinin birləşdirərək vahid bələdiyyələrin yaradılmasını təmin etmiş olardı.



Bizə elə gəlir ki, bələdiyyə seçkilərinin rəqabətliliyinin artırılması üçün həm də seçkilərin qaydalarının dəyişdirilməsinə ehtiyac vardır. Bələdiyyə seçkilərinin hazırki sistemi bələdiyyələrə əhalinin sayından aslı olaraq 5 -19 üzvün seçilməsini nəzərdə tutur. Kiçik və orta ölçülü bələdiyyələrdə bu sistem özünü doğruldur. Lakin 15 nəfərdən artıq bələdiyyə üzvünün seçilməsi lazım olan böyük bələdiyyələrdə belə sistem seçicilər qarşısında xeyli problem yaradır. Belə hallarda proporsional və majoritar sistemlərdən ibarət qarışıq sistemin tətbiq olunması daha uğurlu olardı. Orta və kiçik ölçülü bələdiyyələrdə partya quruculuğunun az inkişaf etdiyini nəzərə alaraq, onlarda majoritar sistemin saxlanılması məqsədəuyğun olardı. Daha böyük bələdiyyələrdə isə partiyaların potensialından tam istifadə etmək məqsədəmüvafiqdir. İrəli sürülənləri tanımadan onlarla namizəd arasından 19 nəfərin seçilməsi, bir qayda olaraq, çətinliklər yaradır. Bu seçicilərin fəallığına da mənfi təsir göstərir. Proporsional sistemin tətbiqi isə seçicilərin seçim imkanlarını artırardı.

Bunlar 23 dekabr 2010-cu ildə keçirilmiş bələdiyyə seçkilərində baş verənləri təhlil etmiş Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin seçki prosesinin daha da təkmilləşdirilməsi üçün təklifləri idi. Rəy “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin idarə heyətini 01 fevral 2010-cu ildə keçirilmiş yığıncağında təsdiq edilmişdir.
Yüklə 96,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə