Övlad təRBİYƏSİNDƏ DİQQƏt ediLMƏSİ



Yüklə 87,49 Kb.

tarix26.05.2018
ölçüsü87,49 Kb.


 

 

 



 

 

 

 

ÖVLAD TƏRBİYƏSİNDƏ DİQQƏT EDİLMƏSİ 

GƏRƏKƏN  ƏSASLAR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Müəllif: Abdur-Razzaq ibn abd əl-Muhsin əl-Abbad əl-Bədr (Allah hər ikisini qorusun) 

Risaləni tərcümə etdi: Mansur Cəlilov 

 

 




 

 



 

 

Həmd  Aləmlərin  Rəbbi olan  Allaha  məxsusdur. Onun (Allahın)  sənası  və  salamı qulu, 



Rəsulu, xəlili (dostu) Peyğəmbərimiz Muhəmmədin, onun əhli beytinin və bütün səhabələrinin 

üzərinə olsun. Və sonra:  

Həqiqətən də qulun (insanın) öz həyatında  diqqət etməli olduğu əhəmmiyyəti, böyük 

vaciblərdən  və  əzəmətli  əmanətlərdən  (biri  də)  övladlarıdır.  (Onların)  tərbiyələri,  ədəbləri, 

onlara nəsihətləri və düzgün istiqamətə yönəltmələri üçün (çalışmalıdır). Həqiqətən də övladlar

Uca  Allahın  ona  baxılmasını  və  qorunmasını  əmr  etdiyi  böyük  əmanətlərdən  sayılır.  Necə  ki, 

Uca Allah möminlərin vəsflərini xatırladarkən buyurmuşdur: 

“Onlar öz əmanətlərini və əhdlərini qoruyarlar.” 

Həmçinin buyurmuşdur: 



“Ey iman gətirənlər! Allaha və Rasula, həmçinin bildiyiniz halda əmanətlərə xəyanət 

etməyin.” 

Nöqsanlardan Uca olan Allah atalara bu böyük neməti bəxş etmiş və buyurmuşdur: 



“Yerlərin  və  göylərin  mülkü  Allahındır.  O,  istədiyini  yaradır,  istədiyinə  qız, 

istədiyinə oğlan bəxş edir.” 

Həqiqətən  də  O  (Allah),  atalara  bu  əmanəti  vermiş,  onlara  bəzi  haqlar  və  tapşırıqlar 

vacib  etmişdir.  Və  övlad  (əmanətini)  onlar  üçün  imtahan  etmişdir.  Əgər  onlar  öz  övladlarına

Allahın  əmr  ediyi  kimi  yönəlsələr,  onlara  Allah  qatında  böyük  bir  mükafat  və  çoxlu  savab 

vardır.  Yox  əgər  ona  (övlad  əmanətinə)  fikir  verməslər,  o  zaman  səhlənkarlıqları  dərəcəsində

özlərini cəzaya atmış olacaqlar. 

Uca Allah buyurur: 

“Ey  iman  gətirənlər!  Özünüzü  və  əhlinizi  yanacağı  daşlar  və  insanlar  olan  oddan 

qoruyun! (O od ki,) üzərində əzəmətli mələklər vardır…” 

Bu  ayə  övladlara  baxılmağın  vacibliyində,  tərbiyələrində  və  onlar  üzərində  diqqətli 

olmaqda əsas olan bir ayədir. 

Rəşidi  Xəlifələrdən  olan  Əli  ibn  əbu-Talib  (Allah  ondan  razı  olsun)  bu  ayənin 

açıqlamasında demişdir: 

“Onları öyrədin və ədəblədirin!” 



 

 



Allah  Nəbisindən  də  (sallallahu  aleyhi  və  səlləm)  bu  məsələnin  ciddiliyi  və  atalar 

üzərində vacib hökm olması barədə səhih hədis varid olmuşdur. Allah Rəsulu (sallallahu aleyhi 

və səlləm) buyurur: 

“Hər  biriniz  başçısınız  və  hər  biriniz  əlinizin  altında  olanlardan  sorumludur.  İmam 

başçıdır  və  əlinin  altındakılardan  sorumludur.  Kişi  əhli  üzərində  başçıdır  və  öz  əlinin 

altındakılardan  sorumludur.  Qadın  ərinin  evində  başçıdır  və  əlinin  altındakılardan 

sorumludur.  Qulluqçu  ağasının  evində  başçıdır  (yəni,  ona  tapşırılan  işdə)  və  öz  əlinin 

altındakılardan  sorumludur.  Siz  hamınız  başçısınız  və    hamınız      əlinizin  altındakılardan 

sorumlusunuz.” 

Allah  Rəsulunun  (sallalahu  aleyhi  və  səlləm)  (لوؤسم)  “sorumludur”  sözü  -  Qiyamət 

günü  qul  Allah  qarşısında  durduqda  bu  əmanətlər  haqda  (Allahın)  ondan  soruşacağını 

xatırlatmaqdır.  Hətta  elm  əhlindən  bəziləri  demişdir:  “Həqiqətən  də  Allah  Qiyamət  günü 



övladdan atası haqda soruşmazdan əvvəl atadan öz övladı haqda soruşacaqdır. Çünki atanın 

övladı üzərində haqqı olduğu kimi, övladın da atası üzərində haqqı vardır.” 

İbn  Ömər  (Allah  ondan  və  atasından  razı  olsun)  buyurmuşdur:  ”Övladını  ədəbləndir, 



həqiqətan də sən övladın barəsində soruşulacaqsan - onu necə ədəbləndirdin, ona nə öyrətdin...” 

Həqiqətən  ondan  (övladdan)  sənə  (valideynə)  yaxşılığı  və  tabeçiliyi  barəsində 

soruşulacaqdır.  Necə  ki,  nöqsanlardan  Uca  Allah  övladlara  atalarına  yaxşılığı  və  onlara  yaxşı  

baxmağın vacibliyini vəsiyyət edərək buyurmuşdur: 



“Biz insana valideyninə qarşı yaxşı olmağı əmr etdik.” 

Həmçinin  atalara  da  övladlarının  tərbiyə  və  ədəbində  yaxşı  olmağı  vəsiyyət  etmişdir. 

Necə ki, Uca Allah buyurur: 

Allah sizə övladlarınıza yaxşı baxmağı əmr edir.” 

Artıq  Kərim  olan  Peyğəmbərimiz  (sallallahu  aleyhi  və  səlləm)  bizə  xəbər  vermişdir  ki, 

valideynin övlad üzərində çox güclü tərsiri vardır. Nəinki əxlaqlarında və xasiyyətlərində, hətta 

əqidələrində  və  dinlərində  belə  təsirləri  vardır.  Allah  rəsulu  (sallalahu  aleyhi  və  səlləm) 

buyurur: 

  

“Hər bir doğulan (uşaq) fitrət üzərində doğulmuşdur. (Sonra isə) valideyinləri onu ya 

yəhudi,  ya  nəsrani  (xristiyan),  ya  da  məcusi  (oda  ibadət  edən)  edər.  Necə  ki,  heyvandan 

heyvan əmələ gəlir. Heç onda (heyvanın əzalarında) eyb (qüsur) görürsənmi?!” 

Bu,  yaxşı  və  hiss  olunan  (görülən,  bilinən)  bir  misaldır.  Həqiqətən  də  görülən  üzrə, 

heyvanlar    adətən  səlim  və  sağlam, eybdən  uzaq  heyvanlar  doğurlar.  Onda  nə  bir eyb, nə də 

əlində,  qulağında  və  ayağında  qırıqlıq  görmürsən.  Bu  şeylər,  onun  sahibi  və  ya  baxanı 

tərəfindən  baş  verir  -  ya  ona  fikir  vermir,  ya  da  özü  edir.  Uşaq  da  belədir,  o,  fitrət  üzərində 

doğulur. Əgər yalanı, aldatmağı, fəsadı, azğınlığı və ya başqa münkər (pis, inkar olunan) şeyləri 

öyrənərsə, o zaman o, fitrətindən çıxmış sayılır. Ya pis tərbiyə, ya ona fikir verilməmək, ya da 



 

kənardan pis dostların, yaxud da başqa xətaların səbəbi ilə… Bu əmanətin əzəmətliliyini nəzərə 



alaraq,  burada  bəzi  əsasları  xatırlatmaq  istəyirəm.  O  əsaslar  ki,  hər  bir  ataya  bununla 

maraqlanmaq lazımdır ki, onda (atada) bu uca mətləb və uca məqsəd hasil olsun. 

 

 



 

                                                  “SALEH HƏYAT YOLDAŞI SEÇMƏK” 



 

Övladların  tərbiyəsi  üçün  vacib  əsaslardan  biri,  saleh  həyat  yoldaşı  seçməkdir.  Bu  da 

insanın  övladı  olmazdan  əvvəl  olur.  Sənə  vacib  olan  doğruluq,  salehlik  və  təqva  üzərində

tanınan  həyat  yoldaşı  seçməyə  çalışmaqdır.  Çünki  o  (qadın),  sənə  övladlarının  tərbiyəsində, 

ədəbində  və saleh böyüməsində  köməkçi  olacaqdır.  Hətta fərz etsək,  saleh həyat  yoldaşı  sənə 

övladların tərbiyəsində kömək olmasa belə, sözsüz ki, onun (saleh qadının), övladlarının dininə 

və əxlaqına zərəri olmayacaq. Buna görə də Kərim olan Peyğəmbərimizdən (sallalahu aleyhi və 

səlləm) varid olmuşdur ki, qadın seçəndə din sahibini seçək. O (sallalahu aleyhi və səlləm), belə 

buyurmuşdur: 

“Qadınla  dörd  şeyə  görə  evlənilər:  Malına  görə,  nəsbinə  (nəsil-nəcabətinə)  görə, 

gözəlliyinə görə və dininə görə. Sən din sahibini seç və rahat ol.” 

 

 




 

 “DUA ETMƏK” 



 

Mühüm  olan  səbəblərdən  biri,  övlad  üçün  dua etməkdir.  Bu  dua, (övladlar)  olmazdan

əvvəl də, sonra da edilməlidir. Valideyn Allahdan saleh zürriyyət (övlad) istəməlidir. Övladları 

olduqdan sonar da onlar üçün dua etməlidirlər ki, Allah onları doğru yolda, dini üzərində saleh 

və  sabit  olanlardan  etsin  və  Peyğəmbərləri  (Allahın  salamı  onların  hamısının  üzərinə  olsun) 

özünə  örnək  götürsün.  Necə  ki,  Uca  Allah  bizə  Öz  Xəlili  (dostu)  İbrahimin  duası  barədə 

bildirmişdir: 

“Ey Rəbbim, mənə (saleh övlad) bəxş et.” 

Həmçinin buyurmuşdur: 



“Ey Rəbbim, məni və zürriyyətimi namaz qılanlardan et…” 

Həmçinin Zəkəriyyə (ona Allahın salamı olsun) duasında demişdir: 



“Zəkəriyyə  öz Rəbbinə dua  edətək  demişdir:  Ey  Rəbbim,  mənə  Öz  tərəfindən  gözəl 

zürriyyət bəxş et. Həqiqətən də sən duaları eşidənsən.” 

Həmçinin Allahın təriflədiyi, ər-Rahmənin (xas) qulları belə deyərlər: 



“Ey  Rəbbimiz,  bizə  zövcələrimizdən  və  zürriyyətimizdən  gözlərimizə  işıq  olan 

(övladlar) bəxş et və bizi müttəqilərə imam et”. 

Allahın  nemətindən  və  lütfündəndir  ki,  valideynin  övladı  üçün  etdiyi  duanı  qəbul 

olunan dualardan etmişdir. O dua (cavabsız) qaytarılmır. Necə ki, Allah Rəsulundan (sallalahu 

aleyhi ve səlləm) sabit olmuşdur ki, o, belə buyurur: 



“Üç  dua  vardır  ki,  qəbul  edilir  və  onlarda  (onların  qəbulunda)  şəkk  yoxdur:  Valideynin 

(övladı üçün etdiyi) duası, səfərdə olanın duası və zülm olunmuşun duası.” 

 

Burada  vurğulanması  mühüm  olan  məsələlərdən  biri  də  odur  ki,  valideynlər 



övladlarının əleyhinə dua etməkdən çəkinsinlər. Övladlarına bəd dua etməkdən uzaq olsunlar. 

Xüsusən  də  qəzəbli  halda  olarkən  övladlarına  bəd  dua  etməyə  tələsməsinlər.  Duaları  qəbul 

olunar, sonra isə şiddətli şəkildə peşman olarlar. Artıq Allah Rəsulu (sallalahu aleyhi və səlləm) 

bizi bu şeydən çəkindirmiş və belə buyurmuşdur: 

Özünüzə  bəd  dua  etməyin,  övladlarıınıza  bəd  dua  etməyin,  mallarınıza  bəd  dua 

etməyin!  Elə  bir  saata  müvafiq  olamayasınız  ki,  o  vaxt  Allahdan  istəlinir  və  (o  saatada) 

duanız qəbul olunar.” 

Uca Allah buyurur: 



“İnsan (özü üçün) dua edib  xeyir istədiyi kimi, şər də istəyir. İnsan çox tələskəndir”. 


 

Qatədə (Allah ona rəhmət etsin) buyurur: 



“(İnsan)  malına  bəd  dua  edir,  malını  və  övladını  lənətləyir.  Əgər  Allah  onun  duasını 

qəbul etsə, onu həlak edər.” 

Böyük alim Abdur-Rahmən əs-Sədi (Allah ona rəhmət etsin) buyurur: 



“Bu, insanın cahilliyindən və tələskənliyindəndir ki, qəzəbləniyi halda özünə, övladına 

və malına şər, bəd dua edir. Xeyir istəməkdə tələsdiyi kimi, bu duada da tələskənlik edir.” 

 

 




 

                                                       “GÖZƏL ADLAR SEÇMƏK” 



 

   


Övladın  saleh  tərbiyəsinə  kömək  edən  amillərdən  biri  də,  valideynin  övladları  üçün 

gözəl  adlar  seçməsidir.  O  adlar  ki,  övladı  Allaha  itaətə  bağlayır.  Məslən,  Abdullah,  Abdur-

Rahmən,  Muhamməd,  Saleh  və  s.  buna  bənzər  adlar,  hansı  ki,  onu  (övladı)  saleh  olmağa, 

ibadətə bağlayır. Və o adlara görə (övlad) təriflənir. Bunun (bu adların) da çox vaxt təsiri olur, 

necə deyərlər: “Hər kəsin öz adından nəsibi vardır.” 

Allah Nəbisindən (sallalahu aleyhi və səlləm) səhih (rəvayət) sabit olumuşdur ki, o, belə 

buyurur: 

 “Allaha ən sevimli olan adlarnız: Abdullah və Abdur-Rahməndir.” 

Yaxşı  olardı  ki,  valideyn  övlada  adının  mənasını  desin  və  Allaha  sevimli  tərəfini  izah 

etsin.  Məsələn,  əgər  adı  Abdullahdırsa,  ona  desin:  “Sən  Allahın  qulusan.  Hansı  ki,  O  səni 

yaradıb ve sənə çoxlu nemetlər verib. Bu şeylər sənin Ona şükr və itaət etməni gərəkdirir” və s. 

buna bənzər sözlər… 

 

 



10 

 

“ADİLLİK” 

 

Övladların tərbiyəsində əzəmətli səbəblərdən biri də, onların arasında ədalətli olmaqdır, 



həddi  aşmaqdan,  şiddətdən  və  zülmdən  uzaq  olmaqdır.  Əgər  ata  övladları  arasında  ədalətli 

olmasa, bu, onlar arasında ədavət, həsəd və düşmənçilik yaradacaqdır. Yox əgər onlar arasında 

ədalətli  olmağa  calışsa, bu,  onlarda  ataya  qarşı sevgilərinin,  məhəbbətərinin  və  yaxşılıqlarının 

olması üçün böyük səbəb olacaqdır. 

Səhih Buxaridə, Nomən ibn Bəşirdən (Allah ondan razı olsun) varid olmuşdur ki, atası 

ona bir torpaq (sahəsi) verir. Anası da tələb edir ki, Allah Rəsulu da (sallalahu aleyhi və səlləm) 

bu  şeyə  şahidlik  etsin.  “O  zaman  ki,  Allah  Rəsulu  (sallallahu  aleyhi  və  səlləm)  gəldi,  ona 

(atama) belə dedi: 

-Başqa övladlarına da bunun mislimdə verdinmi? 

(Atam) dedi: “Xeyr.” 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: 

-Allahdan qorxun və övladlarınız arasında ədalətli olun.” 

Başqa rəvayətdə gəlmişdir ki: 



“Zülm üzərində şahidlik etmərəm.” 

Muslimin rəvayətində isə, Allah Nəbisi (sallalahu aleyhi və səlləm) ona belə 

demişdir: 

“İstəmirsənmi hamısı sənə yaxşlıqda eyni olsunlar?” 

O  “bəli”  deyərək  cavab  vermişdir.  Allah  rəsulu  da  (sallalahu  aleyhi  və  səlləm)  ona 

demişdir:  

“Elə isə yox”. 

Bu kimi şeylər (adillik) övladlar arsında şiddət və zülmdən çəkindirir. Əksi olduqda isə, 

valideynin üzünə ağ olmağa və onlara yaxşılıqlar olunmamasına gətirib çıxarır. 

 

 




11 

 

                                               “YUMŞAQ VƏ RƏHİMLİ OLMAQ” 



 

Övladların  tərbiyəsində  olan  əsaslardan  biri  də,  onlara  qarşı  yumşaq  olmaq  və  lütf 

etməkdir.  Onlarla  rəhmli  şəkildə  müamilə  etmək,  şiddətdən,  kobudluqdan  və  soyuq 

münasibətdən uzaq durmaq (lazımdır). Allah Rəsulu (sallalahu aleyhi və səlləm) buyurur: 



“Həqiqətən də yumşaqlıq hansı işdə olarsa, onu gözəlləşdirər, hansi işdə də olmazsa, 

onu eybləndirər.”  

Bu yumşaqlıq və rəhmət uşağın balacalıq vaxtlarından olmalıdır. Hər zaman onlarla bu 

cür  davranılmalıdır.  Çünki  bu,  övladların  atalarına  yaxınlaşmasına  və  onları  sevməsinə 

səbəbdir. Bu yaxınlığın səbəbilə övladların xeyrə yönəlməsi və onlara nəsihət etmək asanlaşır. 

Həmçinin (bu,) nəsihətin qəbul olunmasına səbəb olur. Sünnədə bu əsaslar haqda dəlillər Allah 

Nəbisindən (sallallahu aleyhi və səlləm) sabit olmuşdur: 

Əbu Hureyra (Allah ondan razı olsun) buyurur: 

  

“Allah  Rəsulu  (sallallahu  aleyhi  və  səlləm)  Əlinin  oğlu  Həsəni  (Allah  ikisindən  də 



razı olsun) öpdü. Aqru ibn Həbis də (Allah ondan razı olsun) onun yanında oturmuşdu və 

belə dedi: 

“Mənim on övladım var, hələ onlardan birini də öpməmişəm. Allah Rəsulu (sallalahu 

aleyhi və səlləm) ona tərəf baxıb dedi: 

“Rəhm etməyənə rəhm olunmaz.” 

 

 Möminlərin anası Aişə (Allah ondan razı olsun) buyurur: 



 Bir bədəvi (çöl ərəbi) gəlib Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) belə dedi: 

  

“Uşaqlarınızı öpürsünüzmü?! Biz onları öpmürük.” 

  

Allah Nəbisi (sallallahu aleyhi və səlləm) buyurdu: 

“Allah sənin qəlbindən rəhməti götürübsə, mən nə edim?!” 

 

 




12 

 

                                             “NƏSİHƏT VƏ DÜZGÜN YÖNƏLTMƏ” 



 

Övladların  tərbiyəsi  üçün  əzəmətli  səbəblərdən  də  biri,  nəsihətdə  və  düzgün 

yönəltmədə davamiyyətli olmaqdır. Xüsusən də böyük məsəslələrdə və gözəl əxlaqda. Onlara  

dinlərini  -  əqidəni  öyrətməkdən  başlamaq  lazımdır.  İslamın  vacib  buyurduğu  şeyləri,  onun 

(İslamın)  əsaslarını  və  şəriətin  əmr  etdiyi  başqa  şeyləri  öyrətmək  lazımdır.  Həmçinin 

qorxutmaq və çəkindirmək zamanı böyük günalardan başlamaq lazımdır və şəri1ətin qadağan 

etdiyi  başqa  şeyləri  demək    lazımdır.  Bu  şeylər  nəsihət  bölümündə  böyük  yer  tutmalıdır. 

Bundan sonra isə, ata və ana övladlarının halını bu dünyada islah edən başqa məsələlərə diqqət 

etməlir, məsələn yemək, geyim və başqa məsələlər...  

Faydası  böyük  olan  düzgün  nəsihətlərdən  biri  də,  Allahın  (Öz)  Kitabında    “Loğman” 

surəsində zikr etdiyi, Loğmanın (ona Allahın salamı olsun) öz oğluna verdiyi nəsihətdir ki, ilk 

olaraq (nəsihətinə) Allahın təkliyindən başladı. İkinci olaraq valideynlərə yaxşı baxmağı nəsihət 

etdi  və  ondan  sonra  isə  Allahın  qulları  üzərində  Hökmdar  olmasını  bildirdi.  Burada  (bu 

nəsihətdə) Allahın hər bir əməlimizdə bizi izlədiyini bilməyimizin zərüriliyi vardır. Sonra onu  

(oğlunu)  namaz  qılmağa  rəğbətləndirdi,  o  namaz  ki,  bədənlə  edilən  ən  əzəmətli  ibadətdir. 

Sonda nəsihətini gözəl əxlaqı tövsiyə etməklə bitirmişdir. Uca Allah buyurur:  



“Bir zaman Loğman öz oğluna demişdir: Ey oğlum! Allaha şərik qoşma! Həqiqətən də 

şirk  ən  böyük  zülmdür.  Biz  insana  ata  anasına  yaxşılıq  etməyi  əmr  etdik.  Anası  onu 

bətnində günbə-gün zəifləməsinə baxmayaraq daşımışdır. Onun (süddən) kəsilməsi də iki il 

ərzində  olur.  Mənə  və  valideynlərinə  şükr  et!  Axır  dönüş  mənədir.  Əgər  onlar  bilmədiyin 

(bir)  şeyi  mənə  şərik  qoşmanı  məcbur  etsələr,  onlara  tabe  olma.  Dünyada  onlarla  gözəl 

davran.  Mənə  tərəf  dönənlərin  yolunu  get.  Sonra  dönüşünüz mənə  olacaqdır. Mən  də sizə 

etdikləriniz  barədə  xəbər  verecəyəm.  (Loğman  dedi)  Ey  oğlum!  Etdiyin  əməl  bir  xardal 

dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa belə, 

Allah onu üzə çıxarar. Həqiqətən də Allah Lütfkar və Xəbərdardır. (Oğlum!) Namaz qıl, yaxşı 

işlər görməyi əmr et, pis işləri qadağan et. Başına gələnlərə səbr et. Həqiqətan də (bu) işlər, 

əzmkarlıq tələb edir. İnsanlardan təkəbbürlə üz çevirmə , yer üzərində özündən razı halda  

gəzmə. Allah heç bir özündən razını və özünü öyəni sevmir. Yerişini düzəlt (həddi gözlə) və 

(danışdıqda) səsini alçalt. Həqiqətən də ən pis səs uzunqulaq səsidir.”  

Bu yolu Peyğəmbərlər va salehlər tutmuşlar. Necə ki, öncəki  misallarda qeyd etdik. Uca 

Alla Öz Nəbisi İbrahim və Yaqub (onların üzərinə Allahın salamı olsun) barəsində buyurur:  

“İbrahim də, Yaqub da bunu oğlanlarına vəsiyyət etdilər: Ey oğullarım! Həqiqətən də 

Allah  bu  dini  sizin  üçün  seçmişdir.  Siz  də  ancaq  müsəlman  kimi  ölün.  Yoxsa  siz  Yaquba 

ölüm gəldikdə onun yanında idiniz?! O zaman o, oğullarına dedi: Məndən sora nəyə ibadət 

edəcəksiniz? Onlar dedilər: Sənin və atalarımız İbrahimin, İsmailin və İshaqın ilahı olan tək 

ilaha ibadət edəcəyik. Biz yalnız Ona tərəf təslim olanlarıq.” 



13 

 

Aləmlərin  Rəbbi  olan  Allah  Öz  Nəbisi  İsmaili  (ona  Allahın  salamı  olsun)  öz  əhlinə 



namazı əmr etdiyi üçün səna (tərif) etmişdir. Uca Allah buyurur: 

“O, öz əhlinə namazı və zəkatı əmr edərdi.” 

Uca Allah Öz nəbisi Muhəmmədə (sallallahu aleyhi və səlləm) əmr etmişdir ki, fərz olan

namazları  qorusun  və  öz  əhlinə  də  onu  əmr  etsin.  Həmçinin    onu  yerinə  yetirməyə 

rəğbətlandirmişdir. Necə ki, Uca Allah buyurur: 



“Əhlinə namazı əmr et və onun (namaz) üzərində səbrli ol.” 

Övladları  nəsihətə  və  düzgün  yönəltməyə  daxil  olan  şeylərdən  də  biri,  atanın  (öz) 

övladlarını  onların  əxlaqlarını  və  dinini  pozan  şeylərdən    uzaq  tutmasıdır.  Məsələn,  musiqi 

dinləməkdən, pis kanallardan, haram alətlərdən və s. Həmçinin övladlar ilə haram, lağlağı olan 

yerlərə getməkdən çəkinmək lazımdır. 

 

 




14 

 

“SALEH DOST” 

 

Həqiqətən  də  övladların  davamiyyətli  dostluq  etdiyi  və  oturub-durduğu  adamlar 



övladların tərbiyəsində qorunmalı olan ən əzəmətli məsələdir. Həqiqətən də dost (insana) təsir 

edir. Oturuub-durduğu (insanlar) mütləq adama öz təsirini edir. Artıq Allah Rəsulu (sallalahu 

aleyhi və səlləm) dostun dostuna yaxşı və pis təsiri barədə misal çəkərək belə buyurmuşdur: 

Yaxşı dostla pis dostun misalı,  misk (ətir) satanla körük vuranın (dəmiri qızdıraraq 

döyənin)  misalı  kimidir.  Ətir  satana  gəlincə,  o,  ya  sənə  ətir  bağışlayar,  ya  sən  ondan  ətir 

alarsan,  ya  da  ondan  gözəl  iy  gəldiyini  duyarsan.  Körük  vurana  gəldikdə  isə,  o,  ya  sənin 

paltarını yandırar, ya da ondan pis iy gəldiyini hiss edərsən.”  

Həmçinin buyurmuşdur: 



“Kişi dostunum dinindədir. Bax kimlə dostluq edirsən!” 

Atalara  vacibir  ki,  övladlarının  məktəbdə  və  başqa  yerlərdə  kiminlə  dostluq  etdiyinə, 

oturub-durduğuna diqqət etsinlər, onları bu məsələdə yoxlasınlar. Bu zamanda yeni dostlar və 

yeni  yoldaşlar  tapılıb,  hansı  ki,  onlar  əvvəllər  yox  idi.  Və  bunların  da  təsiri  özündən 

əvvəlkilərin  təsirindən  heç  də  az  deyildir.  Bunlardan:  televiziya  kanalları,  internet,  cihazlarda 

olan  ictimai  danışıq  növləri  və  onların  mislində  olan  şeylər...  Övladlar  bunları  (cihazları) 

əllərində haraya oldu aparırlar - evdə olduqları, (evdən) çıxdıqları zaman onların əllərində olur. 

Əgər  bu  cihazlar  ataların  nəzarətində  olmasa,  o  zaman  (övladların)  ağıllarına,  dinlərinə  və

əxlaqlarına    onun  böyük  zərəri  vardır.  Neçə-neçə  cavan  qız  və  oğlanlar  bu  şeylərin  səbəbilə 

azmışdır və bu şeylər səbəbilə böyük pisliklərə və əzəmətli bəlalara meyl etmişlər. (O bəlaların) 

sonunu Allahdan başqa heç kim bilmir.  

 

 




15 

 

“GÖZƏL ÖRNƏK” 

 

Böyük səbəblərdən biri də - atanın övladları üçün gözəl örnək olmasıdır. Əgər  onlara 



bir  xeyr  əmr  etsə,  özü  həris  olsun  ki,  o  işdə  birinci  olsun.  Onları  nədənsə  çəkindirsə,  özü    o 

şeydən ən uzaq duran olsun. Dediyi sözlərlə bir tərəfdə, əməli ilə digər tərəfsə olmasın. Çünki

(bununla) övladlarında ziddiyyətlər, qanlıqlar və qarışıqlıqlar yaradır. O şeylər ki, övlada tərk

edilməsi deyilir, atalar o şeydə daha birinci olmalıdırlar. Uca Allahın İsrail oğullarını qınadığı 

bu ayəsi yadıma düşür: 

“İnsanlara yaxşılığı əmr etdiyiniz halda özünüzü unudursunuzmu? Halbuki siz kitab 

oxuyursunuz. Məgər ağlınız kəsmirmi?!” 

Həmçinin Allah Nəbisi Şueyb (ona Allahın salamı olsun) (demişdir): 



“Mən sizi çəkindirdiyim şeyi etmək istəmirəm” 

Həmçinin Uca Allah buyurur: 



“Ey  iman  gətirənlər!  Nə  üçün  etmədikəriniz  şeyləri  deyirsiniz?!  Həqiqətən  də 

etmədikləriniz şeyləri demək Allah qatında böyük qəzəbə səbəb olur.” 

Alimlər  zikr  etmişlər  ki,  insanın  halı  ilə  (əməlləri  ilə)  tabeçilik  etməsi,  dili  ilə  tabeçilik 

etməsindən  daha  üstündür.  Bunlar  övladlarin  tərbiyəsində  kömək  edən  ümum  əsaslar  idi. 

Müsəlman  bilsin ki, onun bu əsaslara diqqət etməsi və onları tətbiq etməsi, ona bu tərbiyənin 

bəhrəsini  görən  ilk  insan  olmağa  kömək  edəcək  -  istər  həyatında  olsun,  istər  də  ölümündən 

sonra.  

Həyatına gəlincə: övladı saleh və ona yaxşı baxan olacaqdır. Hüquqlarını qoruyacaq və 

əziyyət verməkdən çəkinəcəkdir. Çünki İslam ona bu tərbiyəni verib, (ona bu) yaxşılıqları əmr 

edir və onlara həvəsləndirir.  

Ölümündən  sonra  isə:  ona  dua  edecəkdir.  Allah  Rəsulu  (sallalahu  alehyi  və  səlləm) 

demişdir: 

“Adəm övladı öldükdə onun üç əməlindən başqa bütün əməlləri dayanar: 

Arası  kəsilməyən  (davamlı)  sədəqə,  qoyduğu  faydalı  elm  və  onun  üçün  dua  eden  saleh 

övlad.” 

Vurğulamaq lazımdır ki, bu məsələ (övladların tərbiyəsi) böyük və əzəmətli məsələdir. 

Hər  bir  ataya  vacibdir  ki,  bu  şeylə  ciddi  məşğul  olsun.  Çünki  çox  övladların  fəsada  düşmə 

səbəbi,  ataların  bu  məsələyə  ciddi  yanaşmamaları  və  səhlankarlıqlarıdır.  Böyük  alim  ibn  əl-

Qeyyim (Allah ona rəhmət etsin) buyurur: 

“Kim  övladına  faydalı  şeyləri  öyrətmakdə  səhlənkar  olarsa,  ona  qarşı  çox  böyük  bir 

pislik etmişdir.” 



16 

 

Çox övladların fəsadı ataları tərəfdən olmuş və onların diqqətsizliklərindən doğmuşdur. 



Bu  da  dinin  fərz  və  sünnə  (müstəhəb)  buyurduqlarını  öyrətmayi  tərk  etməkləri  səbəbinə 

görədir. 



Burada  bilinməli  olan  mühüm  bir  məsələ  vardır  ki,  atalar  daim  yadlarında 

saxlamalədırlar.  Onlar  övladlarının  tərböyəsi  üçün  bu  əzəmətli  səbəbləri  tutmaqla  yanaşı, 

işləri  Allaha  həvalə  etməlidirlər  və  ona  təvəkkül  etməlidirlər.  Yəni,  qəlbləri  bu  sabablərə 

bağlanmasın! Əksinə, işləri Allaha həvalə edib, övladlarının islahında yalnız Ona təvəkkül 

etsinlər. Allah (da) bu səbəblərlə övladlarını qorusun, necə ki, saleh qullarını qoruyub. 

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) buyurur: 



“Elə bir kəs zənn etmirəm ki, övladları üçün Allahdan qorxa və onların düzəlmasi üçün 

şəriətin qoyduğu yolu tuta, nöqsansız Allah da onun övladlarını doğru yola yönəltməyə.” 

 

*********************************** 

Uca Allah övladlarımızın tərbiyəsində və onların düzgün yola istiqamətlənməsində bizə 

kömək olsun. Onları islah etsin və açıq-aşkar fitnələrdən qorusun. Onları hidayətə səbəb etsin 

və azanlardan və azmışlardan etməsin. Həqiqətən də O, Eşidən və duaları qəbul edəndir. 

Allahın salamı onun nəbisinə, əhlinə və səhabələrinin üzərinə olsun. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə