ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 

83 


bu bağlılığı da bütövlükdə  qırır ki, özünə aid hesab 

etdiyi hər bir işi Allaha aid bilsin. 

Və  həmçinin təslim məqamı riza məqamından 

yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü 

hər bir işdən bəndə razı qalar, amma təslim 

mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq 

və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir 

istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş 

olsun. 

Deməli “verdiyin hökmlərə görə özlərində bir sıxıntı 



duymazlar”

1

 riza mərtəbəsinə aid olar və “sənə tam bir 



itaətlə təslim olarlar”

2

 bu mərtəbədən yuxarısına aid olar. 



Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza 

həddində görər, nə  də  təslim. [Özünü bu həddən üstün 

bilər], çünki hər iki mərhələdə insan özünü Allahın 

qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır 

və Allah ondan razı, təslim mərhələsində o təslim 

edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində 

bu e`tibarlar da aradan qalxır. 

Dördüncü fəsil 

Tövhid 

Allah-taala tövhid barəsində buyurur: “Allahla yanaşı 

başqa tanrı qəbul etmə...”

3

 



“Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada 

(danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan 

şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. 

“...Həqiqətən, Allah tək bir tanrıdır...”

4

 

                                                 



1

 “Nisa”, 65. 

2

 Həmin. 


3

 “İsra”, 22. 

4

 “Nisa”, 171. 



 

84

İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil 



olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə 

ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın 

inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan 

gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, 

nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və 

“Allahın üluhiyyətdə 

şəriki yoxdur və [Allah] 

yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki 

yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar. 

Bu mərtəbədə Allahdan sivayı  hər bir şey salik üçün 

hicab olar və Allahdan qeyrisinə  nəzər salmağı “mütləq 

şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən, 

həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü 

göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik 

qoşanlardan deyiləm!”

1

 



Beşinci fəsil 

İttihad 

Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı 

başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir 

tanrı yoxdur...”

2

 

“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada 



[tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa 

tanrı  qəbul etmə!” Burada [isə ittihad barəsində Allah 

buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət 

etmə.” 


Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, 

amma ittihadda yoxdur. 

Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını 

                                                 

1

 “Ən`am”, 79. 



2

 “Qəsəs”, 88. 




 

85 


zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək 

şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad 

heç də  bə`zi dardüşüncəli adamların düşündüyü kimi 

deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir 

olmasıdır:  اريبک اولع کلذ نع ﷲ یلاعت 

Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir 

riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan 

qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. 

Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə 

aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan 

halda] görən, görmək və görüş [məfhumunu itirib] 

aradan qalxar və hamı bir olar. 

Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: 

“Mənimlə  Sənin aranda, mənim varlığım mənimlə 

döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə  mənim bu 

varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı 

aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki 

istəyirəm və istədiyim şey də elə mənəm.” 

Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-

həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə 

də yüksəkdir”  –  heç də Allahlıq iddiası etməmişdir, 

əslində öz varlığının inkarını  və özündən qeyrisinin 

varlığının isbatını iddia etmişdir. 

Altıncı fəsil 

Vəhdət 

Allah-taala vəhdət barəsində buyurur: “(Allah 

buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin 

qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü 

cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri 

 

86



olmayan), qəhr edən (qadir) Allahındır!”

1

 



“Vəhdət” yeganəlik mə`nasındadır. Bu [məqam] 

ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan 

çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan 

yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, 

seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal  –  hamısı 

aradan qalxar. 

“Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”

2

 



                                                 

1

 “Mu`min”, 16. 



2

 “Bihar”, c. 91, səh. 68, bab 3, rəvayət 2. 




 87 

ALTINCI

 

BAB 

Fəna 

Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa 

hər şey məhvə məhkumdur.”

1

 



Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, 

talib, mətlub    –    hamısı aradan qalxar. “Allahdan başqa 

hər şey məhv olar.” 

Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün 

inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və 

inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun 

başlanğıcıdır, ona görə  də inkarın və isbatın orada 

mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, 

[həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz. 

Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların 

fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: 

“Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun 

hüzuruna qayıdacaqsınız!”

2

 



Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları 

bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan 

hər kəs fanidir (ölümə  məhkumdur). Ancaq əzəmət və 

kərəm sahibi olan Rəbbinin zatı baqidir.”

3

  Fəna bu 



mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən 

hər nə varsa,  –  hamısı (fənada) sona yetər: “Hər bir şey 

kamil şəkildə Allaha qayıdar.” 

ةزعلا بر کبر ناحبس و یدھلا عبتا نم یلع ملاسلا و 

 

                                                 



1

 “Qəsəs”, 88. 

2

 “Ə`raf”, 29. 



3

 “Ər-Rəhman”, 26-27. 

 88

Son. 

 

 



 

 

 



Mündəricat 

 

Giriş.......................................................................................... 3 



Ön söz ...................................................................................... 6 

Nəsirəddin Tusinin “Şərafətli ............................................ 16 

insanların xüsusiyyətləri” əsərinə ..................................... 16 

yazdığı müqəddimə............................................................. 16 

MÖVZUYA GİRİŞ................................................................ 20 

Bu risalənin şamil olacağı bəhslərin zikri......................... 20 

BİRİNCİ BAB ........................................................................ 23 

Birinci fəsil............................................................................. 24 

İman ....................................................................................... 24 

İkinci fəsil .............................................................................. 26 

Səbat ....................................................................................... 26 

Üçüncü fəsil .......................................................................... 27 

Niyyət .................................................................................... 27 

Dördüncü fəsil ...................................................................... 29 

Sidq......................................................................................... 29 

Beşinci fəsil............................................................................ 30 

İnabət (tövbə)........................................................................ 30 

Altıncı fəsil ............................................................................ 31 

İxlas ........................................................................................ 31 

İKİNCİ BAB .......................................................................... 34 

Birinci fəsil............................................................................. 35 



 89 

Tövbə ......................................................................................35 

Ümumi tövbə ........................................................................36 

Tövbənin əldə edilməsinin keyfiyyəti ...............................36 

Xas və əxəss  tövbə ...............................................................39 

İkinci fəsil...............................................................................40 

Zöhd .......................................................................................40 

Zahidlərdən biri haqqında hekayət ...................................41 

Üçüncü fəsil ...........................................................................42 

Fəqr .........................................................................................42 

Dördüncü fəsil.......................................................................43 

Riyazət....................................................................................43 

Riyazətdə insanın hədəfi .....................................................45 

Beşinci fəsil ............................................................................45 

Mühasibə və müraqibə ........................................................45 

Altıncı fəsil.............................................................................48 

Təqva ......................................................................................48 

ÜÇÜNCÜ BAB......................................................................50 

Birinci fəsil .............................................................................51 

Xəlvət......................................................................................51 

Seyri-sülukün mühüm maneələri ......................................51 

İkinci fəsil...............................................................................53 

Təfəkkür .................................................................................53 

Üçüncü fəsil ...........................................................................55 

Xof və hüzn............................................................................55 

Dörcüncü fəsil .......................................................................58 

Rəca` .......................................................................................58 

Xof və rəca` ............................................................................59 

Beşinci fəsil ............................................................................61 

Səbir ........................................................................................61 

Səbirin növləri .......................................................................61 

Səbir haqqında bir hekayə...................................................62 

 90

Altıncı fəsil ............................................................................ 63 



Şükür...................................................................................... 63 

DÖRDÜNCÜ BAB ............................................................... 65 

Birinci fəsil............................................................................. 66 

İradə ....................................................................................... 66 

Bu barədə bir rəvayət .......................................................... 67 

İkinci fəsil .............................................................................. 68 

Şövq........................................................................................ 68 

Üçüncü fəsil .......................................................................... 68 

Məhəbbət............................................................................... 68 

Dördüncü fəsil ...................................................................... 71 

Mə`rifət .................................................................................. 71 

Beşinci fəsil............................................................................ 73 

Yəqin ...................................................................................... 73 

Yəqinin mərtəbələri ............................................................. 73 

Altıncı fəsil ............................................................................ 74 

Sükun ..................................................................................... 74 

BEŞİNCİ BAB........................................................................ 76 

Birinci fəsil............................................................................. 77 

Təvəkkül................................................................................ 77 

İkinci fəsil .............................................................................. 80 

Riza......................................................................................... 80 

Üçüncü fəsil .......................................................................... 82 

Təslim..................................................................................... 82 

Dördüncü fəsil ...................................................................... 83 

Tövhid.................................................................................... 83 

Beşinci fəsil............................................................................ 84 

İttihad..................................................................................... 84 

Altıncı fəsil ............................................................................ 85 

Vəhdət.................................................................................... 85 

ALTINCI BAB....................................................................... 87 




 91 

Fəna.........................................................................................87 

Son. .........................................................................................88 

 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə