7
olmuşdur. Adı və soyadı Məhəmməd bin Məhəmməd bin
əl-Həsən ət-Tusi, kunyəsi «Əbu Cə`fər», ləqəbi isə
«Nəsirəddin»dir.
Fəqihlər onu «Mühəqqiq Tusi» və ya «Xacə Tusi», hükəma
«Bəşərin ustadı» və «On birinci əql», filosoflar «Üçüncü
müəllim» adlandırmışlar. Daha çox «Xacə Tusi» ləqəbi ilə
məşhurlaşmışdır.
Bir müddət (təqribən 22 il) Qohestan hakimi, İsmaililərin
əmiri Nasirəddin Əbdürrəhim bin Əbu-Mənsurun qəzəbinə
düçar olduğu üçün Ələmut qalasında ev dustağı şəraitində
həbsdə olmuşdur.
Təqribən 654 (h.q.) ildə Monqol hökmdarı Hülakunun
İsmaililər üzərində qələbəsindən sonra Tusi azad olmuş,
amma qəzəbli monqol hökmdarlarının dövlət sistemində
mühüm mənsəblərə yiyələnməsi ilə həyatın daha ağır və
qorxulu imtahanlarına tuş gəlmişdir. Bütün bunlara
baxmayaraq Tusi, həyatın ağır sınaqlarından həmişə üzüağ
çıxmışdır. Nəhayət 672-ci (h.q.) ildə yaxın şagirdləri ilə
Bağdada səfər edən Tusi xəstələnib orada da vəfat edir və
öz vəsiyyətinə görə Kazimeyndə
1
iki imamın qəbirlərinin
ayaq tərəfində torpağa tapşırılır.
Xacənin əksər elmi əsərləri fəlsəfə, kəlam, nücum və
riyaziyyat sahələrini əhatə edir. Əsərlərinin dəqiq sayı
indiyə
qədər müəyyənləşdirilməmişdir. Müxtəlif
tədqiqatçıların əsərində Tusinin əsərlərinin sayı fərqli
rəqəmlərlə göstərilir. Bə`ziləri bu rəqəmləri hətta 220 qədər
yüksəldirlər. Bunlarla yanaşı Nəsirəddin Tusinin ən böyük
elmi abidəsi sözsüz ki, banisi olduğu Marağa rəsədxanası
olmuşdur.
Bir filosof, fəqih, mütəkəllim, vəzir, siyasətçi, əxlaq ustadı,
1
İraqın “Kazimeyn” şəhəri; imam Kazim (ə) ilə imam Cavadın (ə) adını
daşıyır.
8
ədib, münəccim, riyaziyyatçı, şair və yazıçı kimi bənzərsiz
şəxsiyyətə malik olan Xacə şəxsiyyətinin bə`zi cəhətləri
təzadlı görünsə də, bu cəhətlərin hər birində kamillik həddi
kəsb edilmişdir.
Nəsirəddin Tusinin həyat və yaradıcılığında ilk baxışda
ziddiyyətli görünən bir neçə yönlü baxışları tusişünaslar
müxtəlif cür izah etməyə çalışmışlar. Bə`zi tədqiqatçıların
e`tiqadına görə Xacənin şəxsiyyət və əqidəsi ətrafında
müxtəlif rə`ylərin toqquşmasının əsas səbəbləri Tusinin
ziddiyyətli ictimai-siyasi mühitdə yaşayıb-yaratması
olmuşdur. Bu səbəblərin bir neçəsini aşağıdakı şəkildə
göstərmək olar:
1. Tusinin, o dövrün hakim ictimai-dini baxışları ilə
fərqlənən şiə məzhəbində olması;
Təbiidir ki, böyük şiə alimlərindən sayılan Tusinin o
zaman onu əzmək istəyən çoxlu müxalifləri olmuşdur.
2. Tusinin bir filosof olması;
Fəlsəfənin əsas mehvər və açarı olan ağıl və məntiqi
«korun
əlində
gəzdirdiyi
əsa»-ya bənzədən bə`zi
«müqəddəs» ünsürlər aydındır ki, İslam fəlsəfəsində «on
birinci əql» ləqəbini qazanmış Tusiyə xoş üz göstərə
bilməzdilər.
3. Zahirdə və zərurətdən irəli gələn səbəblər üzündən
monqol hökmdarları ilə həmrə`y olması;
Bə`zi tarixçilər Tusini, monqol hökmdarı Hülakunun
Abbasi xəlifəsini qətlə yetirməsinə təhrik etməsilə
günahlandırırlar.
1
4.
İctimai
şəraitin amansız tələbləri nəticəsində
İsmaililərin yanında sığınacaq tapması və İsmaili
1
Seyyid Məhəmmədrza Qiyasi Kermani, “Seyrü-süluk”, səh. 10,
“Hüzur” mətbəəsi 1379.
9
hökmdarlarının adına kitab yazması.
1
Böyük zəkaya və gələcəyi qabaqcadan görə bilmək
qabiliyyətinə malik olan Tusi heç vaxt şəxsiyyətinin və
elminin hansısa firqəyə və ya məktəbə mənsub dar
çərçivədə məhdudlaşmasına imkan verməmişdir.
Bildiyimiz kimi «Hikməti mütəaliyyə» fəlsəfi məktəbinin
banisi olan Molla Sədraya qədər ilahi mə`rifətin dərkində
müxtəlif üsullara söykənən üç böyük fikri cərəyan −
kəlamçılar, filosoflar və irfan əhli arasında həmişə ixtilaf
olmuşdur və indinin özündə də bə`zi hallarda özünü biruzə
verir. Molla Sədra qismən də olsa bu ixtilafları həll etməyə
çalışmışdır. Görünür Molla Sədradan çox-çox qabaq Tusi bu
mübahisəli məsələləri özü üçün həll etmiş, həmişə bu
ixtilafların fövqündə durmuşdur. Elə buna görədir ki, hər
üç məktəbin nümayəndələri Tusini özlərinə mənsub etməyə
çalışmışlar.
Kəlam məktəbinin nümayəndələri Tusini böyük şiə
mütəkəllimi hesab edib özlərinə mənsub bilmiş, fəlsəfi
məktəbin nümayəndələri onu İbn Sinadan sonra «üçüncü
müəllim» kimi özlərinə aid etmiş, irfan əhli isə Tusinin tam
bir övliya olduğunu iddia etmişlər.
Həqiqətən də Tusinin «Təcridül-e`tiqad» əsərinə nəzər
salanda, onu şiə kəlamının ən mükəmməl kitablarından
biri, bəlkə də birincisi olduğuna şübhə yeri qalmır.
Təsadüfü deyil ki, indinin özündə də ilahiyyat bölmələrinin
kəlam dərslərində, elmi-dini hövzələrdə şiə kəlamı olaraq
əsas dərslik kimi Tusinin qabaqcıl şagirdlərindən olan
Əllamə Hillinin «Təcridül-e`tiqad»a yazdığı «Kəşfül-
murad» adlı şərhi tədris edilir.
Bir filosof kimi Tusi islam aləmində yunan fəlsəfi
1
Məhəmmədtəqi Daneşpəjuh, “Əxlaqi Möhtəşəmi”, səh. 5, Tehran
Universiteti mətbəəsi 1361.
10
məktəbinin iftixarı olan «birinci müəllim» ləqəbini
qazanmış Aristotelin davamçısı, «ikinci müəllim» adına
layiq görülmüş «Məşşa» fəlsəfi məktəbinin nümayəndəsi
İbn Sinanın tələbəsi (silsilə şagird vasitəsilə) və «üçüncü
müəllim» kimi yad edilir.
Tusinin fəlsəfi əsərlərinin hətta adına diqqət yetirmək
dediklərimizə kifayət edir.
Amma qəribə burasıdır ki, hətta Tusinin fəlsəfi
baxışlarında fərqli mövqelərdən çıxış etdiyi iddia edilir.
Tusi elmi irsinin varislərindən sayılan Əllamə Həsənzadə
Amuli özünün «Min bir nöqtə» adlı əsərində belə yazır:
«Ustad Əllamə Təbatəbai söyləyirdi: «Ustadım rəhmətlik
Seyyid Hüseyn Badkubi deyirdi ki, Qütbiddin Şirazinin
«İşraq fəlsəfəsi»nə yazdığı şərhi, Xacənin dərslərində qeydə
aldığı yaddaşları əsasındadır. Qütbiddin Şirazi Xacənin
dərsləri əsnasında, Xacənin Şeyx İşraqın bəyanları ətrafında
ifadələrini və fikirlərini qeydə almışdır.
Başqa bir vaxt deyirdi ki, Xacənin özü (əqidəsində, fəlsəfi
baxışlarında) işraqyönlü idi.»
1
İrfani baxımdan Tusi həyatına və yaradıcılığına diqqət
yetirəndə onun da öz sələfləri kimi ömrünün sonlarında
irfana üz tutduğu zənn edilir. Orta əsrlərin əksər ədib və
alimlərinə xass xüsusiyyətlərdən biri də ömürlərinin son
illərini təsəvvüf və irfana bağlamalarıdır. Əlbəttə bu, sufilik
və dərvişlik həyat tərzi olmayıb, sadəcə şəriət çərçivəsində
yer verilən irfani süluka meyl göstərmək olmuşdur.
Ümumiyyətlə orta əsrlər islam dünyasının əksər alim və
mütəfəkkirləri bə`zən, məsləklərinin xilafına olsa belə, bu
mövzuda qələmlərini sınamağa çalışmışlar. Görünür,
Nəsirəddin Tusinin də həyat və yaradıcılığında irfani
meyllərin gözə çarpması bu səbəbdən olmuşdur.
1
Həsənzadə Amuli, “Hezaro yek nokte”, səh. 128, 195-ci nöqtə.