ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   ...   19

 

11 


Nəsirəddin Tusinin irfani baxışlarına aydınlıq gətirmək

həmçinin seyri-süluk əhlinin istilahlarını tanımaq 

baxımından «Övsafül-Əşraf» 

əsəri olduqca böyük 

əhəmiyyət kəsb edir. 

Mə`lum olduğu kimi Nəsirəddin Tusi bir sıra  əsərlərini 

Ələmut qalasında İsmaililərin yanında olarkən yazmış və o 

əsərlərin bə`zilərini İsmaili əmirlərindən birinin adına ithaf 

etmişdir. Tusinin bu qəbildən olan əsərləri üslub və ruhuna 

görə İsmaili məzhəbi və fikri baxışlarına yaxınlıq təşkil edir. 

O cümlədən: 

1.  Əlaəddin Xurşah Məhəmməd bin Həsən (628-653 h.q.) 

və Qohestan əmiri Xacə Nasirəddin Əbul-Fəth Əbdürrəhim 

Əbu-Mənsurun adına yazdığı «Əxlaqi Nasiri» kitabı.

1

 

2. Batinilərin üslubunda yazdığı «Ağazü əncam» əsəri.



2

 

3. 644-654-cü illər arasında Tə`limilərin üslubunda yazdığı 



«Seyri-süluk»  əsəri. Xacə bu əsərini ismaili əmirlərindən 

Qütbiddin Müzəffər bin Müəyyədə (Məhəmməd) verir ki, 

Ali Dərgaha çatdırsın.

3

 



4. Nasirəddin Möhtəşəmin göstərişi ilə  tərcümə etdiyi 

«Zübdətül-Həqayeqi  Eynül-Qüzat». Amma bu əsərin 

nüsxəsi indiyə qədər əldə edilməmişdir.

4

 



İlk baxışdan Tusinin «Övsafül-Əşraf»  əsərini də  məhz 

İsmaililərin qalasında olduğu zaman yazdığı güman edilir. 

Əsərin dəqiq yazılma tarixi olmasa da Tusinin bu risaləni 

«Əxlaqi Nasiri» kitabından sonra qələmə aldığı göstərilir. 

Bu barədə «Övsafül-Əşraf»-a yazdığı müqəddiməsində Tusi 

belə deyir: «...Amma sonra [deyim ki] bu risalənin yazarı 

Muhəmməd Tusi, gözəl  əxlaqın və filosofların qaydasına 

uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və “Əxlaqi 

                                                 

1

 “Yadnameyi Tusi”, səh. 92. 



2

 Nəcib Mail Hərəvi, “Se risale dər təsəvvüf”, səh. 30, Məşhəd 1361. 

3

 “Məcmueyi Rəsaili Xacə Nəsirəddin”, universitet çapı, səh. 36. 



4

 Məhəmmədtəqi Daneşpəjuh, “Fehresti Daneşqah”, səh. 2115, 2653. 

 

12

Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki,



1

 

təriqət yolçularının və  əqli, nəqli qanunlara söykənən, və 



nəzəri və  əməli yöndən həqiqət aşiqlərinin qaydasına 

müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − 

həmin fənnin xülasəsi və  məğzi həddində ola biləcək  − bir 

risalə hazırlasın.» 

Ustad Müctəba Minəvinin sözlərinə görə «Əxlaqi Nasiri»-

nin nüsxələrinin birində Tusinin bu kitabı  (Əxlaqi Nasiri) 

633 ildə başa çatdırdığı qeyd edilir. Bu sözlərə istinadən 

Tusinin «Əxlaqi-Nasiri» kitabını 36 yaşlarında yazması 

gərəkdir.

2

 



Əlbəttə unutmaq olmaz ki, Tusi «Əxlaqi Nasiri» kitabını 

müxtəlif tarixlərdə  − 1232-33, 1254-55, 1272-73-cü illərdə 

nəzərdən keçirməklə yenidən işləmişdir.  Əgər ustad 

Minəvinin sözlərinə  əsaslansaq, Tusinin «Övsafül-Əşraf»ı 

37-40 yaşlarında yazmasını  fərz etmək olar. Çünki Tusinin 

özü də bu risaləsini «Əxlaqi Nasiri»dən sonra yazdığını 

göstərmişdir. Onda belə  çıxır ki, bu əsər də Tusinin 

İsmaililərin  əsarətində olduğu zaman yazılmış olmalıdır. 

Çünki Tusinin  619-632-ci (h.q.) illər arasında  İsmaililərin 

əlində giriftar olması göstərilir və bu əsarət 654-cü il (h.q.) 

Hülakunun  İsmaililəri darmadağın etməsinə  qədər davam 

edir. 


Başqa bir tərəfdən, «Övsafül-Əşraf»ın müqəddiməsindən 

göründüyü kimi Tusi bu risaləsini Hülakunun oğlu 

Abaqaxan tərəfindən vəzirliyə  mənsub edilmiş  Şəmsəddin 

Məhəmməd  əl-Cüveyninin adına yazmışdır.  Şəmsəddin 

Məhəmmədin 22 il vəzirlik məqamında olmasını  nəzərə 

                                                 

1

 13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri 



haqqında danışarkən birinci şəxs  əvəzliyinin yerinə üçüncü şəxsin dilindən 

çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və  ədəb normalarına riayət 

etmə kimi qiymətləndirilirdi. 

2

 Müctəba Minəvi, “Əxlaqi Nasiri” (müqəddimə), səh. 15. 




 

13 


alsaq, böyük ehtimalla Tusi «Övsafül-Əşraf»  əsərini onun 

vəzirliyinin ilk illərində yazmış olmalıdır. 

Bununla belə, «Övsafül-Əşraf»  əsərinin birbaşa «Əxlaqi-

Nasiri» kitabından sonra yazılması inandırıcı görünmür. 

Çünki «Əxlaqi-Nasiri»dən Məhəmməd 

Şəmsəddinin 

vəzirlik mənsəbinə yiyələnməsinə  qədər uzun bir zaman 

fasiləsi durur. 

Böyük ehtimalla Tusi «Övsafül-Əşraf əsərini Əxlaqi-Nasiri 

kitabından sonra yazdım» dedikdə, «Əxlaqi-Nasiri»nin 

1272-73-cü illərdə monqol hakimiyyəti dövründə üçüncü 

redaktəsini nəzərdə tutmuşdur. 

Üslub baxımından da «Övsafül-Əşraf»  əsəri Tusinin 

İsmaililərin yanında eyni məzmunda yazdığı «Seyri-süluk» 

əsərindən gözə çarpacaq dərəcədə fərqlənir. 

Tusi «Övsafül-Əşraf»  əsərində seyri-süluk mərhələlərini 

olduqca yığcam və aydın  şəkildə verməklə ilahi dərgahın 

şərafətli yolçularının xüsusiyyətlərini açıqlamağa 

çalışmışdır. 

Bu  əsərində Tusi Allaha doğru hərəkətin başlanğıcını, 

hərəkəti  əngəlləyən maneələrin aradan qaldırılmasını, 

salikin seyri-sülukunu, süluk əsnasında baş verən halları, 

sülukdan sonrakı halları  və vüsal əhlinin hərəkətinin 

sonunu altı babda vermiş, altıncı babdan başqa yerdə qalan 

bütün babları beş  fəsilə bölmüşdür. Altıncı babı isə bir 

fəsildə göstərmişdir. Çünki fəna bəhsinə aid olan sonuncu 

bab Xacənin dili ilə desək − «çoxalmır.» 

Tusi hər fəslin  əvvəlində mövzuya münasib Qur`an 

ayələrindən misallar vermiş,  əlavə olaraq, əksər yerlərdə 

yeri gəldikcə, hədis və  rəvayətlərə istinad etmişdir. 

Hədislərə istinad edərkən Tusi bə`zi sufi məsləklərinə 

uyğun və zövqlərindən dolayı bəyəndikləri hədisləri deyil, 

daha çox sənəd baxımından mö`təbər hesab etdiyi hədisləri 

 

14



nəql etməyə sə`y göstərmişdir. Həmçinin sufilərin dilindən 

nəql olunan rəvayətlər sırasında da onların  ən mö`tədil 

olanını seçməyə çalışmışdır. 

Əksər alimlərin islam dini çərçivəsində şəriətdən başlayan 

təriqəti qəbul etdikləri kimi, Tusi də «Övsafül-Əşraf» 

əsərində bu xətti tutduğunu açıq göstərir və  təriqətin 

şəriətdən ayrılmaz olduğunu bildirir. Bu bağlılığı biz 

Tusinin risalənin bölmələrini nizamlamasından da görürük. 

Belə ki, Tusi seyri-sülukun başlanğıcı üçün salikə ilkin 

növbədə imanın, səbatın, niyyətin, sidqin, inabətin və 

ixlasın  əldə edilməsini  əsas  şərt kimi göstərir, sonra bu 

yoldakı maneələrdən və seyri-sülukdan bəhs edir. 

Hərtərəfli bilik sahibi olan Tusi başqa  əsərlərində olduğu 

kimi bu əsərində  də  hər məsələyə münasibət bildirərkən 

digər firqə  və  məktəblərin də  nəzərini qarşıya qoyur, 

məsələyə dar çərçivədən yanaşmadığını nümayiş etdirir. 

Məzmununa görə irfani bir risalə olan «Övsafül-Əşraf» 

əsərinin bə`zi fəsillərində  «Əxlaqi-Nasiri»də olduğu kimi 

hərdən Tusinin fəlsəfi fikirləri özünü biruzə verir. Buna 

görə  də seyri-süluk babında Tusinin ifadələri bə`zən 

sufiyanə, bə`zən də  fəlsəfi rəng alır. 12-13-cü əsrlər nəsr 

ədəbiyyatına görə sadə  və  rəvan dili olduğu hesab edilən 

«Övsafül-Əşraf»  əsəri məfhum baxımından Tusinin digər 

əsərləri kimi olduqca ağır nəzərə çarpır. Bunun ümdə 

səbəblərindən biri də  əsərdə müxtəlif elmi istilahların 

çoxluq təşkil etməsi və bə`zən də fikrin incə rəmzlərlə ifadə 

edilməsidir. Bununla yanaşı, qarşınızda olan bu əsər 

olduqca qiymətli, hər bir şəxsin  öz  elmi  səviyyəsində 

faydalana biləcəyi, hər bir kəsin öz zərurəti qədər payını 

alacağı “açıq süfrədir”. Bu kitabın tədqiqatçı alimlər üçün 

mö`təbər mənbə, mə`nəviyyat yolunda addımlayanlar üçün 

gözəl dərslik, və proqram olacağına şübhə etmirik. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə