ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   ...   19

 19 

təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] 

Onun  şərif zatının bəyənilmiş  əxlaq və gözəl 

xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət 

pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə 

məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi 

aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın. 

Allah lətif və duaları qəbul edəndir. 

 20

MÖVZUYA GİRİŞ 

Bu risalənin şamil olacağı bəhslərin zikri 

Şəksiz hər kəs özünə  və  əməllərinə  nəzər salsa özünü 

başqasına möhtac görəcəkdir və  hər kəs başqasına 

möhtac olsa zatən naqisdir. Elə ki, insan öz naqisliyindən 

agah oldu, daxilində kamala varmağa doğru bir şövq 

oyanacaqdır və beləliklə kamala doğru hərəkətə ehtiyac 

hiss edəcəkdir. Təriqət  əhli

1

 bu hərəkəti süluk



2

 

                                                 



1

 Təriqət əhli − Sufilər, ariflər, süluk əhli də deyirlər. Məqsəd seyrü-

süluk yoluna qədəm qoyanlardır. Süluk əhli iki dəstədir: 

1.  Ali məqsəd tələbində olanlar və “vəchullah” müridləri. 

2. Axirət tələbində olanlar və axirət müridləri.  

Tanınmış arif və şair Baba Tahirə görə camaat üç tayfaya bölünür; 

alim, mürid, arif. 

Arif o kəsdir ki, bu yolda alacağı  həzzləri nəzərdə tutmadan öz 

Allahının istəyində olar. Alim elmin və öz həzzlərinin istəyində olar. Mürid, 

öz həzzlərini görməklə öz muradının istəyində olar. Həmçinin deyir: 

“Seyrü-süluk yolunda camaat üç təbəqəyə bölünür: 

1. Cəhd və riyazət əhli.  

2. Hifz və siyasət əhli.  

3. Haqq və inayət əhli.  

Birinci dəstə öz ibadətlərində ciddi və çalışqan olub riyazət çəkərlər. 

İkinci dəstə öz hallarını və məqamlarını qoruyub saxlayarlar və öz nəfslərini 

ilahi  ədəblə  tərbiyə etməkdə siyasət  əhli olarlar. Üçüncü dəstə haqqa 

qovuşanlardır ki, ilahi inayət məqamında yer tutarlar. 

2

 Seyrü-süluk − Müəyyən bir hədəfə doğru müəyyən bir yolun xüsusi 



tə`limatlar əsasında qət edilməsi. Seyr bu yoldakı hərəkət, süluk qət edilən 

yol, üsul, gediş, salik isə bu yolun yolçusudur. Ariflərin nəzərində seyrü-

süluk haqq yolun yolçusu (salik) tərəfindən vüsal və fəna məqamına çatana 

qədər xüsusi mərhələləri başa vurmağa deyilir və o cümlədən bu 

mərhələləri aşmaq nəzərdə tutulur: tövbə, zöhd, fəqr, riyazət, sükun, xof və 

rəca, hüzn və s. 

Nəfisi deyir: “Bil ki, süluk ərəb dilində mütləq gedişdən ibarətdir

yə`ni yolçu ola bilsin zahiri aləmdə seyr etsin, ola da bilsin batini aləmdə 

seyr etsin. Sufilər yanında süluk xüsusi hərəkətdən, gedişdən ibarət olub 

müəyyən dərəcələrə bölünür, bu həmin “seyr iləllah” (Allaha doğru seyr), 

“seyr fillah”dır (Allahda seyr). Allaha doğru seyrin nəhayəti var, Allahda 



 21 

adlandırır. Bu hərəkətə  rəğbət göstərən kəsin altı 

məsələyə diqqət yetirməsi lazımdır: 

1. Hərəkətin hidayəti (başlanğıcı) və bu səfər üçün 

lazım olan azuqə, yol tədarükü. (Yə`ni bu hərəkətə, yola 

qədəm qoyan ilk qədəmi haradan götürəcəyini, ilkin 

hazırlığı bilməlidir.) 

2. Onu hərəkətdən və sülukdan saxlayacaq, [seyri-

süluk yolunda] maneələrin aradan qaldırılması. 

3. İnsanı ilk qədəmdən son məqsədə aparan hərəkət ki, 

[bu hərəkət] seyri-süluk olar və bu hərəkət zamanı 

salikin qarşılaşacağı hallar. 

4. Seyri-süluk əsnasında, yolun əvvəlindən son 

məqsədə doğru olan hərəkət zamanı salikin qarşılaşacağı 

hallar. 

5. Sülukdan sonra vüsal əhlinə, (məqsədə çatanlara) baş 

verəcək hallar. 

6. Hərəkətin sonu ki, bu yerdə ona “tövhiddə  fəna” 

deyərlər. 

Altıncı  bəndi çıxmaqla yerdə qalan bəndlərin hər biri 

başqa neçə  məsələyə  şamil olar ki, onları altı babda və 

hər babı altı  fəsildə verəcəyik. Və amma axırıncı (6-cı) 

bab bölünmədiyi üçün bu bölgüdən istisnadır, [çünki] 

hərəkətdə olduğu kimi bilməliyik ki, keçmiş  hərəkətin 

hər bölməsinin hasil olması, ondan öncə mövcud olmuş 

başqa bölümə dayanır və [həmçinin] özündən sonra 

                                                                                                       

seyrin nəhayəti olmaz. Əgər bu deyilənlər çətin anlaşılırsa başqa bir şəkildə 

söyləyim. 

Bil ki, sufilər yanında süluk, pis danışıqdan yaxşı danışığa, pis 

əməldən yaxşı  əmələ, pis əxlaqdan yaxşı  əxlaqa, öz varlığından Allahın 

varlığına doğru getməkdən ibarətdir.” 

Seyrin ilk dərəcəsi bu dünyanın məhdud dairəsindən çıxmaqdır. 

Salikin seyrdə keçəcəyi ilk məqam tövbə məqamıdır ki, ona “babul-əbvab” 

(qapılar qapısı) deyirlər. 

 22


gələcək başqa bir bölümdən öndə dayanır və amma 

axırıncı bölüm yolun sonu olduğu üçün və ondan sonra 

heç bir bölüm olmadığı üçün heç bir məsələyə  şamil 

olmayacaqdır. 

Və amma səfər  əsnasında salikin düşdüyü hər bir hal 

öncəki və sonrakı halət arasında bir vasitə olub, əgər 

öncəki hala nisbətdə müqayisə olunsa kamal və 

bəyənilmiş,  əgər sonrakı halət ilə müqayisə olunsa 

nöqsan və bəyənilməz olacaqdır. 

Ona görə də Peyğəmbəri-əkrəm (s) buyurub: “İki günü 

bərabər (oxşar) olan adam zərər etmişdir.”

1

 



Və buna görə də atalar demişlər: “Yaxşıların bəyənilən 

işləri müqərrəblərin

2

 pis işləri yerində hesab olunar.”



3

 

İnşəallah bütün bu mətləblər bu risalənin fəsillərində 



aydınlaşacaqdır.  İndi ki, bu müqəddimə aydın oldu, 

Allahın köməkliyi ilə bu risalənin bablarının və 

fəsillərinin bəyanına keçirik. 

 

                                                 



1

 “Əvalil-ləyali”, c. 1, səh. 284. 

2

 Müqərrəblər  − Allaha və ya bir şəxsə (məsələn  şaha)  ən yaxın 



həmdəm. Bir şəxs yanında  ən möhtərəm,  əziz adam. Burada Allah 

dərgahına yaxınlaşmaq istəyən kəslər nəzərdə tutulur. Təriqət yolçularının 

ən ali məqamlarından sayılır. 

3

 “Məhəccətul-bəyza”, c. 7, səh. 89. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə