ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 29 

razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) 

böyük mükafat verəcəyik!”

1

 



 

Dördüncü fəsil 

Sidq 

Allah-taala sidq barədə buyurur: “Ey iman gətirənlər! 

Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq 

olanlardan olun” (Peyğəmbər və onun səhabələri ilə 

birlikdə olun!)

2

 



Sidqin lüğətdəki mə`nası doğru danışmaq və əhdə vəfa 

anlamındadır. Amma burada murad həm danışıqda, 

həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-

peymana vəfa etməkdə – ümumiyyətlə  həyatda 

qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq 

mə`nasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün 

hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; 

belə ki, heç bir yerdə xilaf işin eyni və  əsəri onda 

müşahidə edilməsin. Aqillər və alimlər demişlər: “Əgər 

bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır” və 

göstərilən bu ayə  də onların  şə`nində nazil olmuşdur: 

“Mö`minlər içərisində elələri də vardır ki, Allahla 

etdikləri əhdə sadiq olarlar...”

3

 



Siddiqləri peyğəmbərlər və  şəhidlərlə bir sırada 

tutmuşlar. Allah-taala buyurur: “Allaha və Peyğəmbərə 

itaət edənlər (axirətdə) Allahın ne`mətlər verdiyi nəbilər 

(peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), 

e`tiqadı dürüst, peyğəmbərləri hamıdan  əvvəl təsdiq 

                                                 

1

 “Nisa”, 114. 



2

 “Tövbə”, 119. 

3

 “Əhzab”, 23. 



 30

edən  şəxslər),  şəhidlər və salehlərlə (yaxşı  əməl 

sahibləriylə) bir yerdə olacaqlar.”

1

  



İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti 

ilə  vəsf etmişlər: “Həqiqətən, o, (İbrahim) büsbütün 

doğru danışan bir zat-bir peyğəmbər idi.”

2

 



Həmçinin bə`zi peyğəmbərlər haqqında da 

buyurmuşdur: “Biz onlara doğru danışan və yüksək 

dərəcəli dil qərar verdik.” 

Düzgünlük və  sədaqət məqsədə çatmaq üçün ən yaxşı 

yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim 

yolla seyri-süluk edən  şəxs  ən ümidverici kəs olacaqdır, 

inşaallah. 

 

Beşinci fəsil 



İnabət (tövbə) 

Allah-taala inabət haqqında buyurur: “Tövbə edib 

Rəbbinizə dönün. Əzab sizə  gəlməmişdən  əvvəl Ona 

təslim olun.”

3

 

“Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış 



mə`nasındadır. Tövbə üç cür olur: 

1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə 

Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq 

istədiyi qərarda Allaha yaxınlaşmağı  tələb etməlidir. 

Necə ki, Allah buyurur: “Rəbbinin hüzuruna haqqa 

dönən qəlblə qayıtdı.”

4

 

2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən 



                                                 

1

 “Nisa”, 69.  



2

 “Məryəm”, 41. 

3

 “Zumər”, 54. 



4

 “Qaf”, 33. 




 31 

Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın 

bəndələri yad etməklə  məşğul olur. Allahın buyurduğu 

kimi: “(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən 

kimsə yad edər.”

1

 



3.  Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi 

işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, 

vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara 

getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək

insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, 

müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı 

davranmaq və xülasə  şəriətin bütün hökmləri Allaha 

yaxınlaşmaq, Onun razılığını  cəlb etmək qəsdi ilə 

olmalıdır. Allah da bu barədə buyurur: “Cənnət də 

müttəqilər üçün yaxın bir yerə  gətiriləcəkdir. (Onlara 

deyiləcəkdir): “Bu, və`d olunduğunuz cənnətdir. O, hər 

bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, 

özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən 

qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə 

gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil 

olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün 

istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı 

(mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o 

cümlədən Allahın camalına tamaşa etmək və s.) 

mövcuddur!”

2

 

 



Altıncı fəsil 

İxlas 

                                                 

1

 “Mu`min”, 13. 



2

 “Qaf”, 31-35. 

 32

Allah-taala ixlas barəsində buyurur: ”Halbuki onlara 



əmr edilmişdi Allaha – dinlərini xalis edərək, (yalnız 

Allaha məxsus edərək) digər bütün batil dinlərdən 

islama dönərək – ibadət etsinlər...!

1

  



Fars dilində “ixlas” məxsus qılmaq mənasındadır, yə`ni 

bir  şeyi yanaşı olduğu və ya qarışdığı başqa bir şeydən 

paklamaq, ayırmaq. Amma burada ixlas o deməkdir ki, 

insanın dediyi, gördüyü hər bir iş Allah dərgahına 

qürbət qəsdilə, xas və xalis [şəkildə] Allah üçün olsun

belə ki, hər cür dünya və axirət qərəzindən pak olsun. 

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha 

məxsusdur...”

2

 

İxlasın ziddi odur ki, ona başqa bir qərəz qarışsın, 



məsələn vəzifə, mal-dövlət istəyi,  şöhrət arzusu və ya 

axirət savabı tamahı, və ya cəhənnəm  əzabından 

qurtulmaq istəyi. Bunlar hamısı  şirkdir.  Şirkin özü iki 

növdür: aşkar və gizli. Aşkar  şirk bütpərəstlikdir, yerdə 

qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) 

buyurur: “Mənim ümmətim arasında  şirkin niyyəti, 

zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın 

hərəkətindən gizlidir.”

3

  

Seyri-süluk yolunda kamal sorağında olan üçün şirk ən 



pis maneədir. “Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət 

günü dirilib haqq-hesab üçün Allahın hüzurunda 

duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən 

qorxursa), yaxşı  iş görsün və  Rəbbinə etdiyi ibadətə heç 

kəsi şərik qoşmasın!”

4

  



Elə ki, gizli şirk aradan qalxdı, süluk və ona nail olmaq 

                                                 

1

 “Bəyyinə”, 5. 



2

 “Zumər”, 3. 

3

 “Bihar”, c. 72, səh. 96, bab 98, rəvayət 8. 



4

 “Kəhf”, 110. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə