ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 33 

asan olacaqdır. Hədislərin birində deyilir ki, “Kim qırx 

gün işlərini və ibadətini Allah üçün ixlasla yerinə yetirsə, 

hikmət bulağı qəlbindən qaynayıb dilinə cari olar.”

1

  

                                                 



1

 “Bihar”, c. 70, səh. 249, bab 54, rəvayət 25. 

 34

İKİNCİ

 

BAB 

 

 



 

 

 



 

Seyri-süluk yolunda maneələrin aradan qaldırılması. 

Bu bab altı fəsildən ibarətdir: 

 – Birinci fəsil  – Tövbə. 

 – İkinci fəsil – Zöhd. 

 – Üçüncü fəsil – Fəqr. 

 – Dördüncü fəsil – Riyazət. 

 – Beşinci fəsil – Mühasibə və müraqibə. 

 – Altıncı fəsil – Təqva. 

 



 35 

Birinci fəsil 

Tövbə 

Allah-taala tövbə barəsində buyurur: “Ey mö`minlər! 

Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.”

1

  



Tövbənin mə`nası günahdan dönməkdir. Hər şeydən öncə 

bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. 

Bilməlisiniz ki, insanın işləri beş növdür: 

1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib) 

2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş 

(haram) 


3. Görülməsi görülməməsindən daha üstün olan iş 

(müstəhəb) 

4. Görülməməsi görülməsindən daha üstün olan iş 

(məkruh) 

5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah) 

Beləliklə günah birinci bəndə görə görüləcək işin 

görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin 

görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə 

vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan 

günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş 

tutan bütün fikri və  əməli günahlar nəzərdə tutulur. Və 

amma üçüncü növ əməlin – yə`ni müstəhəb əməlin – tərki 

və dördüncü növ əməlin – yə`ni məkruhun – görülməsi 

«tərki-övla» adlanır. Mə`sumlar üçün övlanın tərki 

bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-

süluk  əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların 

Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu 

işdən tövbə etməlidirlər. 

                                                 

1

 “Nur”, 31. 



 36

Deməli tövbə üç növdür: 

1. Bütün bəndələrə şamil olan ümumi tövbə. 

2. Mə`sumlara aid olan xas tövbə. 

3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə. 

Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət 

Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və 

bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: “Həqiqətən 

də  mənim qəlbimə qubar oturur və  mən (buna görə) hər 

gün yetmiş dəfə istiğfar edirəm.”

1

 –  üçüncü növdəndir. 



Ümumi tövbə 

Ümumi tövbə iki şərtə əsaslanır: 

1. Bütün işlərdən agah olub, hansı  işin kamala çatmağa, 

hansı  işin nöqsana səbəb olduğunu bilmək.  Əlbəttə, kamal 

şəxslərə nisbətdə cürbəcür olur; bə`ziləri üçün kamal 

əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, 

digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın 

olmaqdır. 

Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə 

qismə bölünür; bə`ziləri cəzaya səbəb olur, bə`ziləri insanı 

savabdan məhrum edir və  bə`ziləri də Allahın qəzəbinə 

səbəb olur ki, həmin Allahın lə`nətindən ibarətdir. 

2. Kamalın faydalı olduğuna, yə`ni Allah rizasının bu işdə 

olduğuna və nöqsanın zərərli olduğuna, yə`ni Allahın 

qəzəbinə səbəb olduğuna vaqif olmaq. 

Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər 

birdən günah etmiş olsa da, tez tövbə edər. 

Tövbənin əldə edilməsinin keyfiyyəti 

Tövbə üç şəkildə həyata keçir: 

                                                 

1

 “Bihar”, c. 63. səh. 183. 




 37 

1. Keçmiş zamanla müqayisədə tövbə; 

2. İndiki zamanla müqayisədə tövbə; 

3. Gələcək zamanla müqayisədə tövbə; 



Keçmiş zamanla müqayisədə tövbə 

Keçmiş zamana nisbətdə tövbə iki qisimdir: 

 1.  Keçmişdə gördüyü günaha görə insanın həddən artıq 

peşmançılıq və  təəssüf hissi keçirməsi. [Tövbənin] bu şəkli 

digərini icab edər. Bu səbəbdən Peyğəmbər (s) buyurur: 

“Peşmançılıq özü tövbədir.”

1

 

2. Keçmişdə gördüyü günahların əvəzini çıxmaq ki, bu da 



üç növə ayrılır: 

1) Allahın əmrindən boyun qaçırmaqla nəticələnən günah 

iş (Allaha nisbətdə edilən günah); 

2)  İnsanın özünü Allahın qəzəbinə düçar etməklə, 

nöqsana sürükləməklə  nəticələnən günah (Özünə nisbətdə 

etdiyi günah); 

3)  İnsanın dili və ya əməli üzündən başqasının zərəri ilə 

nəticələnən günah. (Başqasına nisbətdə edilən günah); 

Və amma, insan başqaları haqqında etdiyi günahın 

əvəzini ödəməlidir. Nə  qədər ki, başqasının haqqını özünə 

qaytarmayıb süluk yoluna qədəm qoya bilməz.  Əgər 

başqasının haqqını dili ilə tapdalamışsa, gedib ondan üzr 

istəməlidir və ya əvəzini ödəməlidir və ya bir yolla onu 

özündən razı salmalıdır.  Əgər başqasının haqqını  əməli 

olaraq tapdamışsa, onda haqqında günah etdiyi şəxsin 

haqqını – əgər sağdırsa – özünə, yox əgər dünyadan 

köçmüşsə onun varislərinə qaytarmalıdır və ya mümkün 

yolla onların razılığını  əldə etməlidir və  nəzərdə tutulan 

cəzanı çəkməlidir. 

Əgər bir kəsi öldürmüş olsa, ölü yiyəsinin razılığını  əldə 

                                                 

1

 “Bihar”, c. 8, səh. 34, bab 21, rəvayət 5. 



 38

etməlidir, çünki ölmüş  şəxsdən razılıq almaq qeyri-

mümkündür.  Əgər bu şərtləri və tövbənin digər  şərtlərini 

əldə etsə, Allah-taalanın axirətdə onu öz hüdudsuz 

rəhmətinə şamil edəcəyinə ümidvar olsun. 

Və amma özü haqqında etdiyi günahın  əvəzini ödəmək 

üçün tə`yin edilmiş dini və dünyəvi cəzaları ödəməlidir. 

Və amma Allahın haqqında etdiyi günahların  əvəzini 

ödəmək üçün ağlayıb-sızlamaqla Allah dərgahına üz 

tutmalı, ibadətə  və riyazətə  məşğul olmalıdır.  Əlbəttə, bu 

şərtlə ki, özü və başqaları haqqında etdiyi günahların 

əvəzini ödəmiş olsun. 



İndiki zamanla müqayisədə edilən tövbə 

İndiki zamanla nisbətdə tövbə iki cürdür: 

1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət 

qəsdi ilə tərk etsin. 

2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib 

həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın  əvəzini 

ödəsin. 

Gələcək zamanla müqayisədə edilən tövbə 

Gələcək zamanla da nisbətdə tövbə iki cürdür: 

1. Etdiyi günahı  gələcəkdə bir daha təkrarlamayacağına 

qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə 

[bir daha həmin günaha bulaşmamalıdır.]  İstər öz ixtiyarı 

ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə 

razı olmamalıdır. 

2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini 

sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta 

sözünün üstündə dura bilməsi və bir daha həmin günaha 

düşməməsi üçün, həmin günaha qayıtdığı  təqdirdə  nəzir 

verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan 

saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə