ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 39 

Nə  qədər ki, öz sözündə  qəti olmayıb və ya fikrində 

həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik  əldə 

edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir 

ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: “Günahdan tövbə 

edən kəs, heç bir günahı olmayan kəs kimidir”

1

 – 


zümrəsinə daxil olsun. 

Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi. 

Allah-taala bu camaat haqqında buyurub: “Ey iman 

gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha 

qayıtmamaq  şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz 

günahlarınızın üstünü örtsün.”

2

  

Və  həmçinin buyurmuşdur: “Allah yanında yalnız o 



kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan 

pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah 

belələrinin tövbəsini qəbul edər.”

3

 



Xas və əxəss  tövbə 

Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu 

tövbənin  şəraiti də ümumi tövbədə yad edilən kimidir. 

Allah-taala bu barədə buyurmuşdur: “Allah çətin saatda bir 

qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və 

cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca 

gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”

4

 



Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur: 

1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və 

diqqətindən tövbə etməsi. Bu barədə demişlər: “Sağ və sol – 

hər iki tərəf azdırıcıdır.”

5

 

                                                 



1

 “Üsuli-Kafi”, c. 2, səh. 435, həm. “Bihar”, c. 6, səh. 21, rəvayət 16. 

2

 “Təhrim”, 8. 



3

 “Nisa”, 17. 

4

 “Tövbə”, 117. 



5

 “Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50. 

 40

2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən 



enməsi və o mərhələdə dayanmasından edilən tövbə. 

Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir 

mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin 

mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün 

günah hesab olunur. Buna görə  də demişlər: “Yaxşıların 

bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”

1

 

Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə 



yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin 

mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər 

belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın 

tərki, keçmişdə buraxdıqları  səhvlərdən peşmançılıq və 

Allah dərgahında ağlayıb-sızlamaqla özlərini 

paklamalıdırlar. 

“Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun 

üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak 

olanları sevər!”

2

 



 

İkinci fəsil 

Zöhd 

Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bə`zi 

zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti 

olaraq verdiyimiz mal-dövlətə  rəğbət gözü ilə baxma! 

(Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha 

xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) “Zöhd” 

rəğbətsizlik mə`nasındadır. Zahid o kəsdir ki, dünyaya aid 

olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, 

                                                 

1

 “Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4. 



2

 Birinci cümlə  rəvayətdən, ikinci cümlə isə  Bəqərə surəsinin 222-ci 

ayəsindən götürülmüşdür. 



 41 

mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir 

sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə – 

rəğbəti olmasın.  Əlbəttə bu rəğbətsizlik imkansızlıq və 

yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin 

müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu 

deyilənlərə dünyəvi olduqları üçün e`tinasız olsa zahid 

adlanır. Amma “Həqiqi zahid” o kəsdir ki, yuxarıda 

deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat 

tapmaq və  cənnət savabına çatmağa da tamahı olmasın. 

Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq 

fayda və  bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi 

tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır. 

Mələkənin, yə`ni hansısa sifətin insanın vücudunda adətə 

çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan 

özünü nəfsani istəklərdən saxlamalıdır və  nəfsini çətin 

işlərlə  məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi 

onda möhkəmlənsin. 



Zahidlərdən biri haqqında hekayət 

Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və 

faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun 

belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: “Bir gün 

ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə 

qulaqburması olsun deyə  kəllə-paça satmağı özümə peşə 

seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq 

ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl 

göstərməyim.” 

Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt 

savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır 

ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına 

baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki, 

qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə 

 42

oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə 



məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-

sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri 

kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa  şeyə 

qarışmasın və hədəfdən yayınmasın. 



Üçüncü fəsil  

Fəqr 

Allah-taala fəqr barədə buyurur: “Acizlərə, xəstələrə  və 

sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah 

yoxdur”


1

 

“Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da 



olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma 

burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-

dövlətə, dünyəvi işlərə  rəğbəti olmasın və  əgər  əlinə mal-

dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə 

dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə  və 

qəflət üzündən və ya nə  şəhvətə,  şöhrətə, məşhurlaşmağa 

görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm 

əzabının qorxusu, ya axirət savabının  şövqü ilə 

olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq 

deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün 

lazımlı  şərtlərdən olub Allahın haqqına riayət etməyə  və 

gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey 

onlar üçün hicaba çevrilməsin. Bu “fəqr”, həqiqətdə 

“zöhd”ün bir şö`bəsidir. 

Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə  cənnət  əhlinin 

hökmdarlarından xəbər verimmi? Dedilər: “Bəli.” 

Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, 

                                                 

1

 “Tövbə”, 91. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə