ӨвсафүЛ-Әшраф



Yüklə 2,31 Mb.
səhifə12/12
tarix26.09.2017
ölçüsü2,31 Mb.
#2079
1   ...   4   5   6   7   8   9   10   11   12

İttihad


Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”4

“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada tövhid barəsində Allah buyurur : ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada isə ittihad barəsində Allah buyurur : “Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”

Çünki tövhiddə, zahirən riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.

Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, özü və Allah arasında ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır: تعالی الله عن ذلک علوا کبیرا

Bəlkə ittihad odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində ittihadda batini gözlər Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, belə olan halda görən, görmək və görüş məfhumunu itirib aradan qalxar və hamı bir olar.

Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: “Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”

Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.

Altıncı fəsil

Vəhdət


Allah-taala vəhdət barəsində buyurur: “(Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!”1

“Vəhdət” yeganəlik mə`nasındadır. Bu məqam ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal – hamısı aradan qalxar.

“Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”2

ALTINCI BAB

Fəna


Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa hər şey məhvə məhkumdur.”1

Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub – hamısı aradan qalxar. “Allahdan başqa hər şey məhv olar.”

Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, həmçinin isbatın inkarı, inkarın isbatı da olmaz.

Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: “Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!”2

Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) arasında onları bir-birindən ayıran bir həddi vardır: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.”3 Fəna bu mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa, – hamısı (fənada) sona yetər: “Hər bir şey kamil şəkildə Allaha qayıdar.”

و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة



Son.



Mündəricat


Xacə Nəsirəddin Tusinin “Shərafətli 1

insanların xüsusiyyətləri” əsərinə 1

yazdığı müqəddİmə 1

MÖVZUYA GİRİŞ 4

Bu risalənin şamil olacağı bəhslərin zikri 4

BİRİNCİ BAB 7

Birinci fəsil 8

İman 8


İkinci fəsil 10

Səbat 10


Üçüncü fəsil 10

Niyyət 10

Dördüncü fəsil 11

Sidq 11


Beşinci fəsil 12

İnabət (tövbə) 12

Altıncı fəsil 13

İxlas 13


İKİNCİ BAB 15

Birinci fəsil 16

Tövbə 16

Ümumi tövbə 16

Tövbənin əldə edilməsinin keyfiyyəti 17

Xas və əxəss tövbə 19

İkinci fəsil 20

Zöhd 20


Zahidlərdən biri haqqında hekayət 20

Üçüncü fəsil 21

Fəqr 21

Dördüncü fəsil 22



Riyazət 22

Riyazətdə insanın hədəfi 23

Beşinci fəsil 23

Mühasibə və müraqibə 23

Altıncı fəsil 25

Təqva 25


ÜÇÜNCÜ BAB 27

Birinci fəsil 28

Xəlvət 28

Seyri-sülukün mühüm maneələri 28

İkinci fəsil 29

Təfəkkür 29

Üçüncü fəsil 31

Xof və hüzn 31

Dörcüncü fəsil 33

Rəca` 33


Xof və rəca` 34

Beşinci fəsil 35

Səbir 35

Səbirin növləri 35

Səbir haqqında bir hekayə 36

Altıncı fəsil 36

Şükür 36

DÖRDÜNCÜ BAB 38

Birinci fəsil 39

İradə 39


Bu barədə bir rəvayət 39

İkinci fəsil 40

Şövq 40

Üçüncü fəsil 41



Məhəbbət 41

Dördüncü fəsil 43

Mə`rifət 43

Beşinci fəsil 45

Yəqin 45

Yəqinin mərtəbələri 45

Altıncı fəsil 46

Sükun 46


BEŞİNCİ BAB 47

Birinci fəsil 48

Təvəkkül 48

İkinci fəsil 50

Riza 50

Üçüncü fəsil 52



Təslim 52

Dördüncü fəsil 52

Tövhid 52

Beşinci fəsil 53

İttihad 53

Altıncı fəsil 54

Vəhdət 54

ALTINCI BAB 55

Fəna 55

Son. 55




1 Sübuti − Sübuti sifətlər. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun kamal nişanəsinə, olmaması isə həmin mövcudun naqisliyinə işarədir. Sübuti sifətin müqabili səlbi sifətlərdir. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun acizliyinə və naqisliyinə, olmaması isə kamalına dəlalət edir.

Sübuti sifətə cəmaliyyə, kamaliyyə sifətlər də deyilir. Səlbi sifətə cəlaliyyə, tənzihiyyə sifətlər də demişlər.

Sübuti sifətlərin “vacibəl-vücud” üçün sübutu zəruri, səlbi (yə`ni həmin sifətlərin alınması, soyundurulması) isə imkansızdır. Həmçinin səlbi sifətlərin vacibəl-vücuddan səlbi (götürülməsi) zəruri, sübutu isə imkansızdır.


2 13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.

1 Şəmsəddin Məhəmməd Cüveyni: Tarixdə “Cüveyni-Vəzir” adı ilə şöhrət tapmışdır. Cüveyninin əsil-nəsəbinin on beşinci silsilə halqası Abbasi xəlifəsi Mə`munun vəziri və hacibi olmuş “Fəzl bin Rəbi`”ə çatır. Babası Şəmsəddin Məhəmməd, Sultan Məhəmməd Xarəzmşahın və oğlu Sultan Cəlaləddinin hökuməti illərində, hökumət divanında maliyyə işlərinə rəhbərlik etmişdir. Şəmsəddin Məhəmmədin oğlu Bəhaiddin Məhəmməd monqol hökmdarı Hülaku İrana gələnə qədər monqol hökmdarlarının xidmətində yüksək vəzifələrdə çalışmışdır. Cüveyni-Vəzir dövlət xadimi olmaqla yanaşı həm də zəmanəsinin elmlərinə yiyələnmiş böyük alim və şair idi. İbnil Futi özünün “Məcməül-Adab” əsərində bu barədə yazır: “Şəmsəddin Məhəmməd vəzir ömrünün ilk çağlarında ədəbiyyat elmlərini mənimsəyir. “Məqamate Həriri” adlı bölümü İmadəddin Əbu Məhəmməd Naxçıvaninin yanında oxuyub öyrənir. Elmi fənləri kamil öyrənib başa çıxdıqdan sonra ata və babası kimi o da dövlət işlərinə daxil olur.”

Hülaku hökumətinin son illərində və Hülakunun iki oğlu Abaqaxan və Tekudarın padşahlıq illərində, yəni 22 il müddətində (661-683) baş vəzir məqamında çalışmışdır. Xacə Nəsirəddin Tusinin Şəmsəddin Cüveyni vəzir ilə səmimi dostluqları olmuşdur. Xacə özünün məşhur “Övsaful-Əşraf” əsərini onun adına ithaf etmişdir.



1 Təriqət əhli − Sufilər, ariflər, süluk əhli də deyirlər. Məqsəd seyrü-süluk yoluna qədəm qoyanlardır. Süluk əhli iki dəstədir:

1. Ali məqsəd tələbində olanlar və “vəchullah” müridləri.

2. Axirət tələbində olanlar və axirət müridləri.

Tanınmış arif və şair Baba Tahirə görə camaat üç tayfaya bölünür; alim, mürid, arif.

Arif o kəsdir ki, bu yolda alacağı həzzləri nəzərdə tutmadan öz Allahının istəyində olar. Alim elmin və öz həzzlərinin istəyində olar. Mürid, öz həzzlərini görməklə öz muradının istəyində olar. Həmçinin deyir: “Seyrü-süluk yolunda camaat üç təbəqəyə bölünür:

1. Cəhd və riyazət əhli.

2. Hifz və siyasət əhli.

3. Haqq və inayət əhli.

Birinci dəstə öz ibadətlərində ciddi və çalışqan olub riyazət çəkərlər. İkinci dəstə öz hallarını və məqamlarını qoruyub saxlayarlar və öz nəfslərini ilahi ədəblə tərbiyə etməkdə siyasət əhli olarlar. Üçüncü dəstə haqqa qovuşanlardır ki, ilahi inayət məqamında yer tutarlar.


2 Seyrü-süluk − Müəyyən bir hədəfə doğru müəyyən bir yolun xüsusi tə`limatlar əsasında qət edilməsi. Seyr bu yoldakı hərəkət, süluk qət edilən yol, üsul, gediş, salik isə bu yolun yolçusudur. Ariflərin nəzərində seyrü-süluk haqq yolun yolçusu (salik) tərəfindən vüsal və fəna məqamına çatana qədər xüsusi mərhələləri başa vurmağa deyilir və o cümlədən bu mərhələləri aşmaq nəzərdə tutulur: tövbə, zöhd, fəqr, riyazət, sükun, xof və rəca, hüzn və s.

Nəfisi deyir: “Bil ki, süluk ərəb dilində mütləq gedişdən ibarətdir, yə`ni yolçu ola bilsin zahiri aləmdə seyr etsin, ola da bilsin batini aləmdə seyr etsin. Sufilər yanında süluk xüsusi hərəkətdən, gedişdən ibarət olub müəyyən dərəcələrə bölünür, bu həmin “seyr iləllah” (Allaha doğru seyr), “seyr fillah”dır (Allahda seyr). Allaha doğru seyrin nəhayəti var, Allahda seyrin nəhayəti olmaz. Əgər bu deyilənlər çətin anlaşılırsa başqa bir şəkildə söyləyim.

Bil ki, sufilər yanında süluk, pis danışıqdan yaxşı danışığa, pis əməldən yaxşı əmələ, pis əxlaqdan yaxşı əxlaqa, öz varlığından Allahın varlığına doğru getməkdən ibarətdir.”

Seyrin ilk dərəcəsi bu dünyanın məhdud dairəsindən çıxmaqdır. Salikin seyrdə keçəcəyi ilk məqam tövbə məqamıdır ki, ona “babul-əbvab” (qapılar qapısı) deyirlər.



1 “Əvalil-ləyali”, c. 1, səh. 284.

1 Müqərrəblər − Allaha və ya bir şəxsə (məsələn şaha) ən yaxın həmdəm. Bir şəxs yanında ən möhtərəm, əziz adam. Burada Allah dərgahına yaxınlaşmaq istəyən kəslər nəzərdə tutulur. Təriqət yolçularının ən ali məqamlarından sayılır.

2 “Məhəccətul-bəyza”, c. 7, səh. 89.

1 “Ən`am”, 82.

2 “Əsr”, 3.

3 “Nisa”, 136.

1 “Hucurat”, 14.

2 “Hucurat”, 15.

3 “Bəqərə”, 3.

4 “Ənfal”, 2.

5 Həmin. Ayə əslində belədir: “Onlar ancaq öz Rəbbinə təvəkkül edər.”

6 “Yusuf”, 106.

1 “İbrahim”, 27.

2 “Ən`am”, 71.

3 “Ən`am”, 162.

1 “Üsuli-kafi”, c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin “Bihar”, c. 70, səh. 201, bab 53, rəvayət 32.

2 “Sünən”, İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin “Bihar”, c. 67, səh. 111, bab 30, rəvayət 21.

3 “Nisa”, 114.

4 “Tövbə”, 119.

1 “Əhzab”, 23.

2 “Nisa”, 69.

3 “Məryəm”, 41.

4 “Zumər”, 54.

1 “Qaf”, 33.

2 “Mu`min”, 13.

3 “Qaf”, 31-35.

4 “Bəyyinə”, 5.

1 “Zumər”, 3.

2 “Bihar”, c. 72, səh. 96, bab 98, rəvayət 8.

3 “Kəhf”, 110.

4 “Bihar”, c. 70, səh. 249, bab 54, rəvayət 25.

1 “Nur”, 31.

2 “Bihar”, c. 63. səh. 183.

1 “Bihar”, c. 8, səh. 34, bab 21, rəvayət 5.

1 “Üsuli-Kafi”, c. 2, səh. 435, həm. “Bihar”, c. 6, səh. 21, rəvayət 16.

2 “Təhrim”, 8.

3 “Nisa”, 17.

4 “Tövbə”, 117.

5 “Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50.

6 “Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4.

1 Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci ayəsindən götürülmüşdür.

1 “Tövbə”, 91.

2 “Bihar”, c. 77, səh. 93, rəvayət 2.

3 “Bihar”, c. 72, səh. 64, rəvayət 13.

1 “Naziat”, 40-41.

2 Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mə`nalarda işlənir:

1. Hər kəsin və ya hər bir şeyin zatı.

2. Ruh, zehin.

3. Öz.


Hər bir şəxsin özü.

4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Nəfsin tərifində demişlər:

“Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma fe`ldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: “Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir.

Əbulqasim Qüşeyri deyir: “Bir şeyin nəfsi, yə`ni o şeyin vücudu deməkdir. Amma mə`rifət əhli yanında nəfs deyildikdə vücud nəzərdə tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici əxlaqı və əməlləridir.” Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır.

Burada Nəsirəddin Tusi mə`rifət əhlinin, ariflərin nəzərindən çıxış edir, nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri sayır.


3 Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının əsas mənşəyi hesab edilir.

Burada əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe etdirən nəfs nəzərdə tutulur.



1 Əmmarə nəfs − Qur`ani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən götürülmüşdür.

2 Ləvvamə nəfs − Qur`ani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən götülürmüşdür.

3 Mütməinnə nəfs − Qur`ani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən götürülmüşdür.

4 “Bəqərə”, 284.

1 Əql vasitəsilə dərk olunanlar.

2 Hiss üzvləri vasitəsilə dərk olunanlar.

3 “İbrahim”, 34.

4 “Bihar”, c. 70, səh. 73, rəvayət 26.

1 “Ənbiya”, 47.

2 “Bəqərə”, 48.

3 “Bəqərə”, 235.

4 “Hucurat”, 13.

1 “Talaq”, 2, 3.

2 “Ali-İmran”, 76.

1 “Ən`am”, 70.

1 “Rum”, 8.

2 “Rum”, 21.

3 “Bihar”, c. 69, səh. 293, bab 37, rəvayət 23.

1 Afaqi və ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qur`ani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.

2 “Fussilət”, 53.

3 “Fussilət”, 53.

1 “Ali-İmran”, 175.

2 Malixuliya − Malixulaya − Melanxoliya. Yunan mənşəli söz kimi ərəb dilinə daxil olmuşdur. Orta əsrlər təbabətində (psixologiyada) bir növ psixoloji xəstəlik kimi göstərilir. Qara ödün çoxluğundan əmələ gələn qəm-qüssəyə deyirdilər. Qüssəyə dalmaq, iştəhasızlıq, sayıqlama, könül naxoşluğu, qarabasma malixuliyanın əsas əlamətlərindən sayılır. Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərində deyilir: “Maxulaya dediyimiz bir buxardır ki, buluda bənzər və bulud dəxi günəşi necə qablar isə, bu dəxi insanın qəlbini qablayıb və əqlini zayil edib, hər nə gərəksə yabanə söylədər.”

Nəsirəddin Tusi də burada yersiz fikri narahatçılığı malixuliyanın əlaməti kimi göstərmişdir.



1 “Zümər”, 16.

2 “Zümər”, 22.

3 “Ə`raf”, 99.

4 “Yunus”, 62.

5 Xof, xəşiyyət, rəhbət − Hər üç kəlmə lüğət baxımından eyni mə`nada olub qorxu məfhumunu verir, amma seyri-süluk əhli bu üç qorxunu bir-birindən fərqləndirib, ortaya çıxma amillərinə görə müxtəlif dərəcələrə ayırmışlar.

6 “Fatir”, 28

7 “Bəyyinə”, 8

1 “Yunus”, 62.

2 “Rə`d”, 21.

3 “Ə`raf”, 154.

4 “Ən`am”, 82.

5 Kəsrət − çoxluq mə`nasında olub “vəhdətin” (yeganəlik, birlik, vahid) qarşısında dayanır.

6 “Bəqərə”, 218.

1 “Fatir”, 29-30.

2 “Bəqərə”, 218.

3 “Bihar”, c. 70, səh. 389, bab 59, rəvayət 56.

4 “Yusif”, 87.

5 “Zümər”, 53.

1 “Səcdə”, 16.

2 “Ə`raf”, 99.

3 “Yusif”, 87.

4 “Rum”, 8.

5 “Zumər”, 10.

1 “Bəqərə”, 155-156.

2 “Ali-İmran”, 145.

1 “İbrahim”, 7.

2 “İbrahim”, 7.

3 “Bihar”, c. 97, səh. 87, rəvayət 13.

1 “Kəhf”, 28.

2 Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin dilində Tuba müxtəlif sirli mə`nalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari özünün “Kəşfül-Əsrar” adlı əsərində bu barədə deyir: “Tuba Haqla ünsiyyət məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və yarın zülfü var, sabah Tuba və yarın hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mə`rifətin zövqü və məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər”

Mövlana Tubanı mə`rifətin bir rəmzi sayır:

Tubanın sayəsini gör də rahat yat.

Baş qoyaraq o sərkeşin sayəsinə yat.



İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin “Əqli sorx” (qırmızı əql) əsərində kinayə olaraq “külli nəfs”in yerində gəlir. Deyir: “Qaf dağlarının üçüncü silsilə dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur.” Başqa bir yerdə deyir: “Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: “Tuba ağacı böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər.” Dedim: “Heç onun meyvəsi varmı?” Dedi: “Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir.” Həmçinin dedi: “Simurğun yuvası Tuba ağacının başında olar.”

1 “Həcc”, 54.

1 “Bəqərə”, 167.

1 Bil-ərəz, biz-zat − Bil-ərəz, yə`ni zatı olmayan, var olmasında, zahir olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan.

2 “Bəqərə”, 165.

3 Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud əhli, söhbət əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir.

1 “Hud”, 123.

2 “Ali-İmran”, 18.

1 Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.

2 Baxış əhli − Bəsirət əhli də demişlər. Batini gözləri açıq olanlardır. Ariflər nəzərdə tutulur.

3 Yəqin əhli − Xacə Nəsirəddin Tusi yəqin barədə “Əxlaqi Nasiri” kitabında belə buyurur: “Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır. Yəqin əhlinə “müqinan” da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.”

1 “Bəqərə”, 4.

2 “Təkasur”, 5-6-7.

3 “Vaqiə”, 94-95.

1 Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit olmasına işarədir.

2 “Rə`d”, 28.

3 Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan.

1 “Maidə”, 23.

2 “Talaq”, 3.

3 “Nurus-səqəleyn”, c. 5, səh. 357.

1 Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bə`zi firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bə`ziləri isə ikinciyə üstünlük vermişlər. Xacə Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi olaraq hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir və bu məsələdəki nəzərini sonda İmam Sadiqin (əs) dilindən sitat gətirərək açıqlamaqla şiə məktəbinin nəzərini ortaya qoymuş olur.

2 “Bihar”, c. 4, səh. 197.

1 “Zümər”, 36.

2 “Ali-İmran”, 159.

3 “Hədid”, 23.

4 Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.

5 Həqiqət əhli − Həqiqət əhli zahir əhlinin müqabilində olar. Batin əhli də demişlər. Məqsəd Allah əhli olanlardır.

1 “Maidə”, 119.

2 “Tövbə”, 72.

3 “Bihar”, c. 32, səh. 238, bab 4, rəvayət 190.

4 “Loğman”, 17.

1 “Nisa”, 65.

2 “Nisa”, 65.

3 Həmin.

1 “İsra”, 22.

2 “Nisa”, 171.

3 “Ən`am”, 79.

4 “Qəsəs”, 88.

1 “Mu`min”, 16.

2 “Bihar”, c. 91, səh. 68, bab 3, rəvayət 2.

1 “Qəsəs”, 88.

2 “Ə`raf”, 29.

3 “Ər-Rəhman”, 26-27.




Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə