Oxu prosesi



Yüklə 28,96 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü28,96 Kb.
#26250


                      

 

 

                        AZƏRBAYCAN  MÜƏLLİMLƏR  İNSTİTUTUNUN   

                                                       ŞƏKİ FİLİALI 

 

 

 

                                                                          Dillər kafedrası 

                                                                             Elmi rəhbər: 

                                                                             M.Z. Kərimova 

 

 

 



 

 

 



 

 

        İngilis dili ixtisasının I kurs tələbəsi  Mürşüdova Nuran İsmayıl qızının 



      “

OXU DƏRSLƏRİNİN TƏŞKİLİ PROSESI

” 

                                                     mövzusunda



  

 

 

 

 

 

 

         T Ə L Ə B Ə   E L M İ   T Ə D Q İ Q A T   İ Ş İ 

 

 

 

 

                                    ŞƏKİ - 2011 

 

 

 

 


Aktiv oxucu həyatı boyu nə isə öyrənən deməkdir. Ən yaxşı oxuculuq bacarıq 

və vərdişləri mətləblər haqqında təkrar- təkrar oxumaqdır. Oxucu oxuduğu materialı 

anlamalı, müxtəlif əhvalatları öz həyatı ilə bağlamağı, fikirlərə müqayisəli və tənqidi 

şəkildə yanaşmalı, ideyalara aydınlıq gətirməyi bacarmalıdır. Oxunun effektli olması 

üçün tələbə aşağıdakı etapları keçməlidir:   

Söz ehtiyyatının təkmilləşdirilməsi 

Zəngin söz ehtiyyatının inkişaf etdirilməsi dörd vacib etapla həyata keçirilir. 

 

Oxu: Müxtəlif səpkili çox sayda kitabların oxunması 



 

Faydalan: Sözlərin araşdırılması və söz oyunu ilə faydalanmaq  

 

Dinlə: Digər tələbələrin bu sözlərdən necə istifadə etdiklərinı dinlə 



 

İştirak et: Yaxşı sinif müzakirələrində müntəzəm olaraq iştirak et 



Məzmundan istifadə etməklə mənanı aşkar etmək 

Yeni  sözlər  və  bu  sözlər  iştirak  edən  cümlələrdən  müəyyən  kontekstdə  və  ya 

situasiyada  istifadə  edirsiniz.  Hər  hansı  mətnin  tərkibindəki  yeni  sözlərin  və 

frazaların  cümlənin  əvvəlində,  ortasında  və  axırında  işlənməsi  zamanı  məna 

çalarlıqlarına  fikir  ver,  müəllifin  yazdığı  ifadələrlə  öz  bildiklərini  əlaqələndir

mümkün mənanı aşkar et. Aşkar etdiyin məna özünü doğrultmursa yenidən çalış. 

 

Sözün əsil mənasını tapmaq üçün sinonim və antoniminə baxmaq lazımdır.  



 

Mətndə bir sözün mənasının digər sözlə əlaqəsinə diqqət yetir 



 

Həmin sözlərin iştirak etdiyi hərəkətin təsvirinə diqqət et  



 

Yeni sözlə əlaqəli müəyyən bir fikir, yaxud mətn tapmağa çalış 



Sözlərin müəyyən hissələrindən və köklərindən istifadə etmə qaydaları  

      Sözün mənasını müəyyən etmək üçün aşağıdakı elementləri nəzərə almaq 

vacibdir 

 



Sözün kökü hansı mənanı verir 

 



Sözdəyişdirici şəkilçilər sözə bağlanaraq onu necə dəyişir 

 



Sözdüzəldici şəkilçilər əlavə edilərək yeni məna yaradır. 

Referens və digər araşdırma ədəbiyyatlarında istifadə 


Konteksdən istifadə zamanı və sözün hissələri analiz edilərkən sözün əsas mənası 

itmir. Lüğət, sözlük, qlosari (qədim sözlər lüğəti) yaxud internet mənanı dəqiq 

açmaqda kömək edən vasitələrdir. Ədəbiyyatlardan istifadə edərkən aşağıdakı 

qaydalara əməl etmək əhəmiyyətlidir. 

 

Bələdçi sözlərdən istifadə etməklə yeni sözü öz yerində işlədilir  



 

Referenslər vasitəsi ilə yeni sözün hansı nitq hissəsi olması, müxtəlif 

sinonimləri, antonimləri və dəqiq mənaları tapılır 

 



Çoxmənalı sözlərin içərisindən mətnə uyğun olan mənadan istifadə edilir 

 



Oxunan mətnə uyğun məna tətbiq edilir 

 Məna fərqlərinin təsviri 

Sözlər arasındakı məna fərqlərini aydın görmək özü mahir oxucu olmağa tələb 

edir. Məsələn, denotation-(işarələmə) sözün lüğəvi mənasını göstərir. Connotation-

(gizli məna) isə emosional və emfatik məna kəsb etməklə sözün lüğətdəki mənasını 

göstərir.  

Anlama strategiyaları 

Anlama 

Tələbələr nəyi anlamalıdırlar? 

Anlama səkkiz fundamental hissədən ibarətdir ki, tədqiqat və inkişaf etdirici prosesi 

inkişaf etdirir. Bunlar aşağıdakılardır 



Forma- Bu nədir?, Funksiya – O necə baş verir?, Səbəb – Niyə o belədir? 

Dəyişiklik – O necə dəyişir?, Əlaqə - O digər münasibtlərlə necə əlaqə yaradır? 

Perspektiv – Hansı fikirdəyik?, Məsuliyyət – Biz nəyə məsuluq? 

Yenidən mübadilə - Biz necə bilirik? 

Anlama tənqidi oxu üçün vacib olan tapşırıqdır. Fasiləsiz öyrənən oxudan əvvəl, oxu 

zamanı və oxudan sonrakı etaplarda  müxtəlif öyrənmə strategiyalarından istifadə 

edir.  


Oxunun məqsədi 

Öyrənmək, problemi həll etmək, yaxud mürəkkəb istiqamətlərdə tapşırıq təqdim 

etmək üçün oxuma zamanı aşağıdakı üsullara müraciət etmək əhəmiyyətli olar 



Yavaş və diqqətlə oxu, Çətin hissələri yenidən oxu, Diqqətlə qeydlər apar, yaxud 

müəyyən qrafik qur 

Yoxlamaq və oxu strategiyalarının dəyişdirilməsi 

Oxuduğun materialı anladığını yoxlamaq üçün aşağıdakı strategiyalardan istifadə 

edilir.  

Yekunlaşdırmaq, Aydınlaşdırmaq, Sual vermək, Sonra nə gələcəyini əvvəldən demək 

Bu 4 vacib etaplardan hər abzasdan sonar, yaxud bütün materialı oxuduqdan sonra 

istifadə etmək mümkündür. Oxuduğun müddətdə mövzu ilə bağlı maraqlı suallar 

ətrafında düşünmək daha effektli yoldur. Müəllimin verdiyi suallar tələbəni bir az 

passiv edər. Bəzən oxunan material çətin olur və oxucu üçün anlama çətin olur. Bu 

zaman aşağıdakı strategiyalardan istifadə edilir. 

 

Anlamadığınız parçanı yenidən oxu 



 

Digər mənbələr, müəllim, digər tələbələrlə məsləhətləş və müzakirə apar 



 

Müzakirə etmək üçün öz mülahizələrini, yaxud suallarını yaz  



Bu oxu dərsləri zamanı tələbələrin həyatı bilikləri öyrənməsi üçün istifadə edilən ən 

geniş yayılmış metoddur. 



 

 

Ədəbiyyat siyahısı

  

 



Adrian Doff. Teach English. Cambridge University. 1998 

 



Glencoe. Literature. USA California Edition. 2002. 

 



Grant Wiggins and Jay McTighe. Understanding by design. Virginia USA. 

1950 


 

Richard İ. Arends. Learning to teach. USA. 2004 



 

Ulduz Mürşüdova. İngilis dilinin tədrisində aktiv və interaktiv təlim 



metodlarından istifadə qaydaları 



 



Webpages. On line sites 

Yüklə 28,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə