Oxucu: Yaylaq yoluna



Yüklə 56,49 Kb.
tarix14.06.2018
ölçüsü56,49 Kb.
#48975

Dünyanın məhvəri nədir sorsalar

Min dəfə deyərəm anam, can anam !...


Oxucu: Yaylaq yoluna
Öz içimdən gecə-gündüz talandım,

Kösöy olub ocaqlara qalandım,

Zərrə-zərrə ömürlərə calandım

Bir yaddaşda izim varsa, bəsimdir !


Dünya böyük, yollarımız gen idi,

Zirvələrə layla deyən gün idi.

O dağlara dağlar boyda ümidim-

Ürəyimdə ucalırsa, bəsimdir !


Ağ dumanlar-üstümdə ağ bayrağım,

Sal qayalar-son limanım, dyağım.

Yad torpaqda fəryad çəkən ayağım

Dağ yolunda yoxuş yorsa-bəsimdir !....


SON


Metodika və biblioqrafiya şöbəsinin müdiri: Hüsynova F.


AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi


SABIR RÜSTƏMXANLI 70

Sərhədsiz ədəbiyyat yolçusu” adlı ədəbi-bədii gecənin



SSENARİSİ

Qazax 2016

SƏRHƏDSIZ ƏDƏBIYYAT YOLÇUSU

Müasir Azərbaycan ədəbiyyatının inkişafında və zənginləşməsində xüsusi, əvəzsiz xidmətləri olan Sabir Xudu oğlu Rüstəmxanlı geniş və əhatəli yaradıcılığa malik olan şairlərimizdəndir. Onun ədəbi irsinin kitabxanalarda təbliği istiqamətində keçirilən tədbirlərdən biri də ədəbi-bədii gecədir. Aşağıda şairin ədəbi yaradıcılığna həsr olunmuş “Sərhədsiz ədəbiyyat yolçusu” adlı Ssenarini təqdim edirik



I Aparıcı: Ədəbiyyata “Tanımaq istəsən” (Gənclik,1970), “Sevgim, sevincim” (Gənclik,1974), “Xəbər gözləyirəm” (Gənclik,1979) kitabçaları ilə gəlmiş Sabir Rüstəmxanlının şairlik, vətəndaşlıq keyfiyyətləri daha çox “Gəncə qapısı” (Yazıçı,1981), “Sağ ol, ana dilim” (Gənclik,1983), “Qan yaddaşı” (Yazıçı,1986) şeir toplularında, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 25 aprel 1986 tarixli zəngin məruzəsində, həmən çağlarda meydana çıxmış “Ömür kitabı” əsərində aşkarlanmış və öz yaradıcısı respublikanın ədəbi-elmi ictimaiyyətinə yeni söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.

Rüstəmxanlı misraları yalnız quru kağızda yox, işdə, həyatda gerçəklənəsi müstəqilliyin sorağındadır:


Müstəqillik! İlk inamım, ilk həsrətim!

Müstəqillik! Xalqın məslək bayrağıdır.

Müstəqillik- hər ölkənin, məmləkətin

Zülm, əsarət orbitindən çıxmağıdır!Insanın, xalqın və millətin həyatında müstəqilliyin nə qədər zəruri, yüksək bir mərhələ olduğunu bildirmək üçün şair poetik boyalarını tam gücü ilə işə salır, ən dürüst, ən gərəkli bənzətmələr və istiarələr seçir: “Yatağında rahat axan çay. Səmalardan aydın baxan Ay”, “Ulduz kimi parlamaq göylərin qübbəsində”, “Müstəqillik-yarışlarda sınanmaqdır öz südünlə, çörəyinlə dolanmaqdır! Pardaxlanıb açılmaqdır tumurcuq tək”.



II Aparıcı: Müstəqillik səadətinə çatmaq imkanı millətin sayından çox sanballı ilə ölçülür- bu həqiqəti aydın bildiyindədir ki, lirik qəhrəmanın həyəcanları sarsıntılar, mənəvi ağrılar dərəcəsinə çatır:

Araz simi üstdə addımlarımdan,

Görüş mahnıları çalınmalıdır.
Oxucu: Bir səsin gücü
Şeir söylədiyin cingiltili səs
nə sənin səsindi, nə mənim səsim.

Çiçək pıçıltısı,

şimşək çaxışı,

könül hayqırışı-

Vətənin səsi !

Oxucu: Allah bu millətdən nə əsirgəyib
Allah bu nə əsirgəyib ?

Yerin nəfəsiylə yanan odu var.

Üzündə göylərin sirli işığı,

Istedad istəsən istedadı var.

Dünyanın ən münbit torpağı kimi

Nə desən bitirər ruhu da elə !

Onun bu bərəkət möcüzəsidi

Min illər düşməni qorxudan elə !

Bəs niyə dünya yağıdır ona,

Min dəfə cəhənnəm odundan çıxıb-

Yəqin səxavətlə yaratdığına

Bəxt vermək Allahın yadından çıxıb.


Oxucu: Anam
Zəngin sarayların böyük dərdindən

Gələrəm komana əlaca, anam !

Dünyada nə qədər yüksəklik gördüm

Bütün zirvələrdən ən uca anam !

Övlad qayğısıyla payıza dönən

Nəvə gəlişinə gül açan anam !

Dərbənd qəbristanı özündən böyük,

Müdrik babamıza dayanacaqdır…

Bir gün Dədəm Qorqud mənə işimcə

Təzə ad verməyə oynacaqdır !


Oxucu:

“İrəvan çuxuru” alışır sazda,

Sinəmə sıxmağa “Göyçə gölüm” var.

Dağların başında Ələsgər kimi

Bizdən uza düşən bir küsülüm var.
Gəzəm oba-oba Qarayazını,

Süleyman saz çala, ağlayam zar-zar.

Hərəsi yurdumun bir paytaxtıdı

Borçalı elində tutqun analar !


Hardan tapacaqsan sərhədlərini

Əmrahın sazından keçirsə əgər !

Dərbənddə Pərvanə adlanan qızın

Çağlayan gözündən keçirsə əgər !

Qitələr dolanan didərginlərin

Yolundan, izindən keçirsə əgər !

O şəkər dillərin belini qıran

Şəhriyar sözündən keçirsə əgər !

Şumerdən adlayan on min il yaşlı

Ölümsüz bir dilin söz qatlarında

“Nənə” kəlməsindən keçirsə əgər !.....
Oxucu: Yurdumun ən gözəl nəğməsi
Yurdumun ən gözəl nəğməsi-öndə,

Hələ yazılmamış, oxunmamışdır.

Sazıma can verən min-min sazəndə

Hələ sarı simə toxunmamışdır.


Dağlara köklənmiş el yollarında

Döyüş mahnıları çalınmalıdır.

“Ən kiçicik ulduzlar var, adı bəlli. Nəhəng-nəhəng peyklər var-işıq umur. Öz işığı, öz olmayanın nəhəngsə də, adı bir gün unudulur”.

“Bütövlük” poeması, hər şeydən öncə, Azərbaycan bütövlüyünə təşnə, tamarzı olan bir şairin qələmindən çıxmışdır, burada vətən, millət, xalq təəssübü güclüdür, şəxsi yanğı dərin atəş səviyyəsindədir. 1981-də meydana çıxan “Gəncə qapısı” şeirlər toplusu şairin bu keyfiyyətlərini bir az da zənginləşdirdi, qüvvətləndirdi.

“Gəncə qapısı” şeirlər toplusu Sabir Rüstəmxanlı şairliyinin yeni keyfiyyətlərlə zənginləşdiyini, sənətkar-vətəndaş mövqeyinin daha möhkəm əsaslara söykəndiyini, ötkəmlik, mərdanəlik pafosunun dərinləşdiyini aşkarladı. Burada “Başını aşağı sal, işini gör”, “M.Sabirin məzarı üstündə”, “Nəyə gərək belə qardaş?”, “Ələk”, “Baxışıq”, “Gərək biz bacaraq”, “Sənə ucqar söylədilər”, “Salam, Gəncə qapısı!”, “Səttar Bəhlulzadə küçəsi haqqında şəhər Sovetinə açıq məktub” kimi əsərlər yalnız öz yaradıcısının deyil, ümumən çağdaş Azərbaycan poeziyasının inqilabi yüksəlişindən xəbər verən örnəklərdir.

I Aparıcı: Kommunist rejiminin hökm etdiyi 70 ildə senzuranın,”Qlavlit”deyilən Baş idarənin ədəbi, elmi inkişafa necə böyük əngəl törətdiyi hamıya bəllidir.Lakin ədəbiyyat və elm üçün ağır olan bu çağların özündə belə “zəka özünə yol aça bilmiş, bəzən tilsimləri qırmağa nail olmuşdur.” Cənublu şair qardaşım yazır…” (Barışıq) əsərin obyekti məgər yalnız cənubmudur? Yox, burada açılan tarixi həqiqətlər cənublu, şimallı bütün Azərbaycana aiddir.Xalq tarixində ən böyük fəlakət cildini dəyişən irtica ilə barışmaqdır:
Barışmışıq-

bir millətin əlifbası iki olub.

Mənzil mənim,yol da mənim,

Çəkdiyimsə özgələrin yükü olub.

…Bir az Şərqdən,bir az Qərbdən,

Yüz imandan,yüz məzhəbdən

gündə bir şey qapa-qapa,

özümüzü itiririk,

özgələri tapa-tapa.

“Sağ ol,ana dilim” kitabı S.Rüstəmxanlının şair kimi yetkinləşdiyini xəbər verirdi. “Yaşıl otlar sübh yelində yellənəcək xanım-xanım” (“Doğmalıq”). Bu, təbiətin ülviləşdirilməsidir. “Bayrağımın işığından gecə-gündüz səddi itər”. Bu, milli özünütəsdiqin yeni və parlaq ifadəsidir.



Oxucu:
Alnına ayrılıq sözü yazılan,

Özü bu dünyaya göz yummamışdan

Qəlbində ümidə məzar qazılan,

Cənublu, Şimallı,-o tay, bu taylı,

Hicranı, əsrlə başabaş olan,

Dərbəndli,Kərküklü, Qarayazılı.

Türk, tatar, iranlı, əcəm, müsəlman,

Gah da tərəkəmə, qızılbaş olan,

Qolları Araza körpü olmamış,

Sınıq körpüləri su altda qalan,

Fikirli qardaşlar, qəmli bacılar.

Sizin sükutunuz yandırar məni.


II Aparıcı: Bu, fəryaddır, milli şüurun ləngiməsinə qarşı ŞAİR FƏRYADI ! “Aman durna, dimdiyini öz başında sınama. Sən gücünü yurddaşına, qardaşında sınama !” Bu da şair yalvarışıdır-cılız didişmədən, mənasız dartışmalardan doğan milli pərakəndəliyə dözməyən vətəndaş ürəyini yalvarış !

Dost ilə qonuşmaq asandır, düşmənlə danışmaq çətin. Bunun üçün tarixi yaddaşa, kəskin məntiqə, yalnız öz millətini deyil, həmçinin bəşəriyyəti sevməkdən, qorumaq əzmində doğan humanism potensialına malik olmalısan.

Sabir Rüstəmxanlı poeziyası milli şüur poeziyasıdır, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizənin, bütün rəsmi və qeyri-rəsmi yalanları, saxtakarlıqları darmadağın ermək yolunda səfərbər olunmuş iradə gücünün, mətanət və mərdanəliyin, qarşısıalınmaz ruh qüvvəsinin poeziyasıdır. Kitabının lirik qəhrəmanı S.Rüstəmxanlı özüdür və o, yalnız lirik qəhrəman deyil, sözün hərfi mənasında qəhrəmandır. “Xəbər gözləyirəm” və “Gəncə qapısı” ilə başlanan S.Rüstəmxanlı igidliyi “Sağ ol, Ana dilim” toplusunda yüksək mərhələyə qalxmış “Ömür kitabı”nda elmi, ədəbi bahadırlıq ilə qovuşmuşdur.
I Aparıcı: Şeir ürəyin, beynin kardioqramıdır. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. S.Rüstəmxanlının dünyaya və milli Türk tariximizə baxış dairəsi olduqca genişdir, nəzərləri iti və nüfuzedicidir. O, xalqın mənəvi tarixində ən gərəkli məqamları görür və poeziya projektoru altında göstərir, xalq mənliyinin harada zədəli, harada sağlam olduğunu loğmancasına aydınlaşdırır.

S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır. Bu şeirləri oxuyandan sonar klassik Azərbaycan dünyası ilə fəxr edirsən, bu ülviyyətə, bütövlüyə qarşı tuşlanmış nə varsa, hamısını yıxmaq, dağıtmaq uğrunda çarpışmalara yerikləyirsən. Haqqa arxalanan mübarizədir bu şeirlərin məramı !

Ocaq, torpaq duyğusu qəribə duyğudu. Hər kəs öz özünə öyrəşdiyi, ata-anasına bağlandığı kimi parça torpağa da bağlanır və orda dünyanın heç yerində tapa bilmədiyi rahatlıq tapır. Yaşamaq burda nuş olur, ölmək burda asanlaşır. Dünyanın bütün əzabları, qorxuları əcdadların ruhlarına qovuşmaq adlanan və sözlə ifadə oluna bilməyən sirli sevinclə üz-üzə gələndə vahiməsini itirir; insan ölümə ayrılıqdan çox, görüşə gedən kimi gedir, tapdığının itirdiyindən böyüklüyünə inanır…..


Oxucu: Ruhumuz sərhədsiz olduğu üçün
Bu vətən deyilən dünyam sirlidi,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədi,

Hələ sərhəddini tapa bilmirəm !


Dünyanın köksündən bir ümman axır,

Yayılıq qolları, dəyişir adı.



Yolları Şərurda dayanan xalqın

Qəlbinin paytaxtı Kərbəladadı.
Yüklə 56,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə