Öyrənilməsinə Dair Ş.İ. Xasayeva*, E. F. Hüseynov



Yüklə 107,83 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü107,83 Kb.
#39790


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 68-74 (2015)

 

68 



Ağstafa Rayonu Ərazisində Hörümçəklərinin  (Arachnida, Araneae

Öyrənilməsinə Dair 

 

Ş.İ. Xasayeva*, E.F.  Hüseynov 

 

AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, 504 məhəllə, Bakı AZ1073, Azərbaycan; 

*E-mail: Shafa_Xasayeva@mail.ru, Apsheron@list.ru 

 

Məqalədə 2012-2014-cü illərdə  Ağstafa rayonu ərazisində aparılmış  tədqiqatların nəticələri veril-

mişdir. Toplanılmış araxnoloji nümunələrin tədqiqi zamanı 11 fəsiləyə aid 24 növ hörümçək aşkar 

edilmişdir. Bunlardan iki növ (Clubiona frutetorum, L.Koch, 1867; Monaeses israeliensis Levy, 1973)  

Qafqaz faunası üçün,  8 cins (Arctosa C.L. Koch, 1847; Parasteatoda Archer,  1946;  Pachygnatha 

Sundevall, 1823;  Enoplognatha Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall,  1833; 

Heriaeus Simon,  1875;  Tmarus Simon, 1875) və 13 növ [Neriene clathrata (Sundevall, 1830); 

Philodromus dispar (Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalangioides 

(Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis (Westring, 1861); Crustulina sticta 

(O. P.-Cambridge, 1861); Pachygnatha degeeri Sundevall, 1830; Parasteatoda lunata (Clerck,  1757); 

Enoplognatha quadripunctata (Simon, 1884 ); Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus 

horvathi Kulczynski, 1895] isə  Gəncə-Qazax bölgəsi üçün  ilk dəfə qeyd olunur. 

 

Açar sözlər: Hörümçək, Gəncə-Qazax bölgəsi,  fauna, yeni növlər 

 

 

GİRİŞ  

 

Gəncə-Qazax bölgəsinə daxil olan Ağstafa ra-



yonu Respublikanın  şimal-qərb hissəsində, Böyük 

Qafqazın  ətəkləri, Kiçik Qafqazla Qabırrı yaylası 

arasında, Gəncə-Qazax maili düzənliyində və Cey-

rançöl öndağlığında yerləşir. Səthi  əsasən düzən-

likdir (Gəncə, Qazax və Qarayazı düzləri).  Cənub-

qərb,  şimal və  şimal-şərq hissələri (Yaylacıq sils-

iləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır.  Şərq his-

səsi Ceyrançöl düzüdür. Ən yüksək zirvəsi 1038 m 

olub rayonun cənub hissəsindədir. Öz başlan-

ğıclarını Kiçik Qafqaz dağlarından götürən Ağstafa 

və  Həsənsu çaylarının aşağı axınları  və  həmçinin 

Kür çayı rayonun ərazisindən keçir. İqlimi mülayim 

isti, quru subtropikdir. Qışı quraq keçir. Əsasən dağ 

şabalıdı, dağ boz-qəhvəyi,  şabalıdı, açıq  şabalıdı 

dağ-meşə torpaqları yayılmışdır. Yovşanlı-şoran-

otlu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində 

Tuqay meşələri vardır (Məmmədov, 2007) . 

Gəncə-Qazax bölgəsinin hörümçəklərinin  öy-

rənilmə tarixinə  nəzər saldıqda  aydın oldu ki, in-

diyə  qədər bölgədə müntəzəm olaraq geniş elmi 

tədqiqat işi aparılmamışdır və müxtəlif müəlliflər 

tərəfindən 21 fəsiləyə aid 85 hörümçək növü qeyd 

edilmişdir (Schmidt, 1895; Харитонов, 1936).  

Bunlardan 4 fəsiləyə (Theridiidae, Zodariidae, Tho-



misidae, Oxyopidae) aid 5 növ (Theridion  impres-

sum,  Oxyopes  heterophtalmus, Oxyopes  lineatus, 

Zodarion thoni, Thomisus albus, Thomisus onustus) 

Kulczysky tərəfindən Ağstafada qeyd olunub 

(Kulczynsky, 1895). 

 

MATERİAL VƏ METODLAR 



 

Material 2012-2014-cü illərdə  Ağstafa rayonu-

nun  ətraf kənd və  qəsəbələrinin  ərazisindən toplan-

mışdır. 100-ə yaxın araxnoloji nümunə götürül-

müşdür. Tədqiqat zamanı materialın yığılması ümu-

mi qəbul olunmuş metodika ilə - vizual axtarma və 

əl (manual) ilə toplama yolu ilə aparılmışdır. Hö-

rümçəklər yaşaya bilən bütün yerlər diqqətlə  nəzər-

dən keçirilmişdir. Bundan başqa nümunələrin top-

lanmasında çətir, entomoloji tor, eksqauster, tələlər-

dən, botrobiont hörümçəklərin yuvalardan çıxarıl-

ması  və s. üsullardan istifadə olunmuşdur. Bütün 

tapılan materiallar 75%-li etil spirtində fiksasiya 

edilib, etiketlənmişdir. Materialın təyin edilməsi 

NİKON SMZ 1270 mikroskopu vasitəsilə yetkin 

fərdlər üzrə aparılmışdır. Növlərin təyin olunması 

sistematikası əsasən Avropanın hörümçəklər faunası 

vasitəsilə, dünyada yayılması isə Platnikin dünyanın 

hörümçəkləri kataloquna əsaslanaraq verilmişdir 

(http://www.araneae.unibe.ch; http://research.amnh. 

org/iz/spiders/catalog_15.0/index.html). 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  



 

2012-ci ildən başlayaraq Ağstafa rayonu ərazi-

sində tədqiqat işləri aparırıq. Rayonun ətraf kənd və 

qəsəbələrinin  ərazisindən topladığımız araxnoloji 

materialların tədqiqi zamanı 11 fəsiləyə aid 24 növ 

hörümçək aşkar edilmişdir. Bunlardan iki növ (Clu-



biona frutetorum, L.Koch, 1867; Monaeses isra-

eliensis Levy, 1973) isə Qafqaz faunası üçün, 8 cins 

(Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer, 


Ağstafa Rayonunun Hörümçəklərinin 

69 


1946; Pachygnatha Sundevall, 1823;  Enoplognatha 

Pavesi, 1880; Crustulina Menge, 1868; Asage-



na Sundevall, 1833; Heriaeus Simon, 1875; Tmarus 

Simon, 1875) və 13 növ [Neriene clathrata (Sunde-

vall, 1830); Philodromus dispar (Walckenaer, 1826); 

Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalan-

gioides (Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheid-

ze, 1946; Pardosa agrestis (Westring, 1861); Crus-



tulina sticta (O. P.-Cambridge, 1861); Pachygnatha 

degeeri Sundevall, 1830; Parasteatoda luna-

ta (Clerck, 1757); Enoplognatha quadripunctata (Si-

mon, 1884); Asagena phalerata (Panzer, 1801); 



Heriaeus sp.; Tmarus horvathi Kulczynski, 1895] isə 

Gəncə-Qazax bölgəsi üçün  ilk dəfə qeyd olunur. 

 

Həmin növlər aşağıdakılardır: 

 

Fəsilə: Araneidae Simon, 1895 



Cins: Mangora O. P.-Cambridge, 1889 

Növ: Mangora acalypha (Walckenaer, 1802) 

Material:  2♀♀,1 juv., Ağstafa, Poylu kəndi,  

20.05.2012, N.Sneqovaya; 1♂, Ağstafa, S.Vurğun 

qəsəbəsi, 09.05.2013, Ş.Xasayeva. 

Azərbaycanda yayılması:  Qusar, Gəncə, Abşeron 

yarımadasında, Böyük Qafqazın cənub hissəsində

Muğan düzündə, Lənkəran təbii vilayətində,  İsma-

yıllıda və  Şərurda qeyd olunub. (Вержбицкий, 

1902; Xаритонов, 1936; Дунин, 1984; Дунин, 

1989; Мамедов, 1992; Guseinov, 1999; Hüseynov 

və b., 2003; Marusik et al., 2004). 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd: Dişilər 3.5-4 mm, erkəklər 2.5-3 mm uzun-

luğunda olurlar. İsti  ərazilərdə qısa bitkilərin, otla-

rın üzərində tapılır. Hər iki cinsin yetkin fərdlərinə 

may-iyun aylarında rast gəlinir. 

 

Fəsilə: Clubionidae Wagner, 1887 

Cins: Clubiona Latreille, 1804 

Növ: Clubiona frutetorum, L.Koch, 1867 

Material: 1♂, Poylu kəndi, 20.05.2012, 

N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Qafqaz faunası üçün 

yeni növdür. 



Dünyada yayılması:  Avropadan Mərkəzi Asiyaya 

qədər yayılıb. 



Qeyd:  Bu növə  çəmənliklərdə, kolluqlarda, şitillə-

rin və  qısa boylu bitkilərin arasında rast gəlinir. 

Erkək fərdin bədəni 4-7 mm uzunluğunda olur. 

 

Fəsilə: Linyphiidae Blackwall, 1859 



Cins: Neriene Blackwall, 1833 

Növ: Neriene clathrata (Sundevall, 1830) 

Material: 2♂♂, Ağstafa, 28.04.2014, Ş.Xasayeva. 

Azərbaycanda yayılması:  Xaçmaz,  Şamaxı, Lən-

kəran və Muğan düzündə qeyd olunub (Tanase-

vitch, 1987; Дунин,  Мамедов, 1992). Gəncə-Qa-

zax bölgəsi üçün yeni növdür. 



Dünyada yayılması: Bu növ açıq, geniş ərazilərdə, 

otların, kolların arasında, bataqlıqlarda, meşədə, 

bağlarda alçaq boylu bitkilərin üzərində yaşayır. 

Hər iki cinsin yetkin fərdlərinə  il boyu hər yerdə 

rast gəlmək olur.  Lakin,  yaz, yay və payızda daha 

çox tapılır. Dişilərin bədəni 3,0-5,5 mm, erkəklə-

rinki isə 3,6-4,8 mm uzunluqda olur. 

Qeyd: Holarktik növdür.  

Fəsilə: Philodromidae Thorell, 1870 

Cins: Philodromus Walckenaer, 1826 

Növ: Philodromus dispar (Walckenaer, 1826) 

Material: 1♀, Ağstafa,  19.05.2012, N.Sneqovaya. 

Azərbaycanda yayılması:  Böyük Qafqazın cənub 

hissəsində, Lənkəran təbii vilayətində  və Şahbuzda 

qeyd olunub (Дунин,1989; Guseinov, 1999; Maru-

sik et al., 2004). Gəncə-Qazax bölgəsi üçün yeni 

növdür. 

Dünyada yayılması:  Avropadan Mərkəzi Asiyaya 

qədər yayılıb. 



Qeyd: Dişilərin bədəni  4-5 mm uzunluğunda, tünd 

qəhvəyi və ya qara rənglidir. Erkəklərinki isə parıl-

tılıdır, ölçüsü 7-8 mm-dir. Əsasən ağac və kolların 

üzərində rast gəlinən bu növ tor toxumur, qidasını 

aktiv şəkildə ovlayır. 

 

Cins: Thanatus C. L. Koch, 1837 



Növ: Thanatus imbecillus L. Koch, 1878 

Material:  1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012, 

N.Sneqovaya. 



Azərbaycanda yayılması: Abşeron yarımadasında,  

Muğan düzündə,  Lənkəran təbii vilayətində, Şərur 

və  Şahbuzda qeyd olunub (Дунин, 1984; Дунин, 

Мамедов, 1992; Guseinov, 1999; Hüseynov və b., 

2003; Marusik et al., 2004).  Gəncə-Qazax bölgəsi 

üçün yeni növdür. 



Dünyada yayılması: Bolqariyadan Mərkəzi 

Asiyaya qədər yayılıb. 



Qeyd: Bu növ quru və qumlu ərazilərdə,daşların al-

tında, torpağın səthində, sıx və ya seyrək bitkilərin 

arasında tapılır. Bədəni boz rənglidir və 7 mm 

uzunluğundadır. Yetkin fərd erkən yazdan aprelin 

axırınadək rast gəlmək olur. Bu növ tor qurmur. Öz 

qidasını pusquda duraraq aktiv şəkildə ovlayır. Əsa-

sən arılarla, kəpənəklərlə, ağcaqanad, böcək və di-

gər buğumayaqlılarla qidalanır. 

 

Cins: Tibellus Simon, 1875 

Növ: Tibellus oblongus (Walckenaer, 1802) 

Material:  2♂♂, 1♀, Ağstafa, Poylu kəndi, 

20.05.2012, N.Sneqovaya;   



Azərbaycanda yayılması: Gəncədə, Şəki-Zaqatala 

bölgəsində, Abşeron yarımadasında, Böyük Qafqa-

zın cənub hissəsində, Muğan düzündə və Lənkəran 

təbii vilayətində  qeyd olunub (Xаритонов, 1936; 

Атакишиев, 1969; Дунин, 1984; Дунин, 1989; 

Дунин, Мамедов, 1992; Guseinov, 1999). 



Dünyada yayılması: Holarktik növdür. 


Xasayeva və  Hüseynov 

70 


Qeyd:  Bu növə müxtəlif  ərazilərdə rast gəlinir: 

quru və ya nəmli otların arasında, günəşli yerlərdə, 

qumların arasında, bitkilərin üzərində və s. Bədəni 

açıq və  ya  tünd  sarı  rəngdə olur. Erkəklər 5-7.5 

mm, dişilər 6.5-11.5 mm uzunluqda olur.  

 

Fəsilə: Pholcidae C. L. Koch, 1851 



Cins: Pholcus Walckenaer, 1805 

Növ: Pholcus phalangioides (Fuesslin, 1775) 

Material: 1♂, 1♀, Ağstafa, 12.12.2013, Ş.Xasaye-

va. 



Azərbaycanda yayılması: Şəki-Zaqatala bölgəsin-

də, Abşeron yarımadasında, Böyük Qafqazın cənub 

hissəsində  və  Lənkəran təbii vilayətində  qeyd 

olunub.Gəncə-Qazax bölgəsi üçün yeni növdür. 

(Атакишиев, 1969; Дунин, 1984; Дунин, 1989; 

Guseinov, 1999). 



Dünyada yayılması: Kosmopolit növdür. 

Qeyd: Nazik və uzun ayaqları ilə diqqəti cəlb edən 

bu növ isti və rütubətli binalarda, anbarlarda, divar-

ların küncündə dağınıq  şəkildə tor qurur və öz 

torunda tərs şəkildə oturaraq ovunu gözləyir. O toru 

vasitəsilə öz ölçüsündən böyük böcək və digər 

onurğasızları ovlayır. Tora toxunduqda hörümçək 

və tor şiddətli titrəyir. Erkəklər 7-10 mm, dişilər 7-

8 mm uzunluqda olur. 



 

Fəsilə: Oxyopidae Thorell, 1870 

Cins: Oxyopes Latreille, 1804 

Növ: Oxyopes  heterophtalmus (Latreille, 1804) 

Material:  10♂♂, 12♀♀, Ağstafa, Poylu kəndi, 

19.05.2012, N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Ağstafa, Qusar, Gəncə, 

Abşeron yarımadası, Lənkəran təbii vilayəti və 

İsmayıllıda qeyd olunub (Kulczynsky, 1895; Верж-

бицкий, 1902; Xаритонов, 1936, Дунин, 1984; 

Guseinov, 1999; Hüseynov və b., 2003).. 

Dünyada yayılması: Paleraktik növdür. 

Qeyd:  Bu növə quru otların və bitkilərin arasında 

rast gəlinir. Bitkilərin arasında  gəzərək öz qidasını 

ovlayır. Bədəni tünd qəhvəyi rəngdədir. Ayaqları 

qaradır, üzərində açıq rəngli tüklər və tikancıklar 

var.  Uzunluğu  5-7 mm olur.  

 

Növ: Oxyopes lineatus (Latreille, 1806) 



Material: 1 juv., Ağstafa, Poylu kəndi, 19.05.2012, 

N.Sneqovaya. 



Azərbaycanda yayılması: Ağstafa, Naxçıvan, Qu-

sar, Abşeron yarımadası, Böyük Qafqazın cənub 

hissəsi, Muğan düzü, Lənkəran təbii vilayəti və 

İsmayıllıda qeyd olunub (Kulczynsky, 1895; 

Schmidt, 1895 Вержбицкий, 1902; Дунин, 1984; 

Дунин,1989;  Дунин,  Мамедов, 1992; Guseinov, 

1999; Hüseynov və b., 2003). 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd: Meşələrdə, otlaqlarda, düzlərdə alçaq bit-

kilərin üzərində rast gəlinir. Gün ərzində aktiv olur, 

xüsusilə  də günəşli günlərdə yarpaq və otların 

arasında fəal hərəkət edir. Bu öv öz qidasını toru ilə 

ovlamır. O pusquda duraraq həşərat və digər kiçik 

onurğasız heyvanları gözləyir. Onun görmə qabiliy-

yəti çox yaxşı olmasa da öz qidasını 10  sm məsafə-

dən aşkar edir. Ovunu tapan kimi uzun ayaqları ilə 

sürətlə qaçaraq onun üzərinə tullanır və  zəhərli 

dişləri (xeliser) ilə onu sancıb iflic edərək öldürür. 

Onun zəhəri iri heyvanlar və insan üçün təhlükəli 

deyil. Dişilər 6-6.5 mm, erkəklər 4-5 mm uzunlu-

ğunda olur. 

 

Fəsilə: Lycosidae Sundevall, 1833 



Cins: Arctosa C. L. Koch, 1847 

Növ: Arctosa tbilisiensis Mcheidze, 1946 

Material:  2♀♀, Ağstafa, Tatlı  kəndi, 29.04.2014, 

Ş.Xasayeva; 2♀♀, Ağstafa, 09.05.2014, Ş.Xasa-

yeva. 

Azərbaycanda yayılması: Abşeron yarımadasında, 

Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə, 

Lənkəran təbii vilayətində,  İsmayıllıda və  Şərurda 

qeyd olunub (Дунин, 1984; Дунин, 1989; Дунин, 

Мамедов, 1992; Guseinov, 1999; Hüseynov və b., 

2003; Marusik et al., 2004). Gəncə-Qazax bölgəsi 

üçün yeni cinsdir. 

Dünyada yayılması:  Bolqarıstan, Yunanıstan və 

Gürcüstanda yayılıb. 



Qeyd: Erkəklərin bədəni 3.92-4.34 mm, dişilərinki 

isə 6.35-6.68 mm uzunluğunda olur. İlin bütün 

fəsillərində rast gəlinir. 

 

Cins: Pardosa C.L.Koch, 1847 



Növ: Pardosa agrestis (Westring, 1861) 

Material:  1♂, Ağstafa, Aşağı  Kəsəmən kəndi. 

09.05.2014, Ş.Xasayeva. 



Azərbaycanda yayılması: Abşeron yarımadasında, 

Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə 

və Lənkəran təbii vilayətində qeyd olunub (Дунин, 

1984;  Дунин, 1989; Дунин,  Мамедов, 1992; 

Guseinov, 1999). Gəncə-Qazax bölgəsi üçün yeni 

növdür. 



Dünyada yayılması: Palearktik novdür. 

Qeyd:  Bu növə müxtəlif  ərazilərdə,  açıq, quru 

sahələrdə, qayalıqlarda, meşələrdə, dağlarda,seyrək 

bitkilərin arasında, gilli torpaqlarda, sahilə yaxın 

ərazilərdə, bəzən rütubətli və ya bataqlıq ərazilərdə 

rast gəlinir. Dişilər 6-9 mm, erkəklər 4.5-7 mm 

uzunluğunda olur. 

 

Cins: Trochosa C. L. Koch, 1847 

Növ: Trochosa ruricola (De Geer, 1778) 

Material:  1  ♂, Ağstafa, Köçəsgər kəndi, 

04.05.2014, Ş.Xasayeva. 



Azərbaycanda yayılması: Gəncədə, Böyük Qafqa-

zın cənub hissəsində  və  Lənkəran təbii vilayətində 

qeyd olunub (Xаритонов, 1936; Дунин, 1989; 

Guseinov, 1999). 




Ağstafa Rayonunun Hörümçəklərinin 

71 


Dünyada yayılması: Holarktik növdür. 

Qeyd:   Növə daşların, qayaların və  sıx bitkilərin 

altında rast gəlinir. Hər iki cinsin yetkin fərdlərini 

mart ayından dekabra qədər tapmaq olur. Erkək-

lərin bədəni 7-9.5 mm, dişilərinki isə 8-14 mm 

uzunluğunda olur. 

 

Fəsilə: Tetragnathidae Menge, 1866 

Cins: Pachygnatha Sundevall, 1823 

Növ: Pachygnatha degeeri Sundevall, 1830 

Material:  1  ♂, Ağstafa, S.Vurğun qəsəbəsi, 

05.05.2014, Ş.Xasayeva. 



Azərbaycanda yayılması: Abşeron yarımadasında, 

Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə, 

Lənkəran təbii vilayətində  və  Şahbuzda qeyd olu-

nub (Дунин, 1984; Дунин, 1989; Дунин,  Маме-

дов, 1992; Guseinov, 1999;  Marusik et al., 2004).  

Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir. 



Dünyada yayılması: Palearktik növdür. 

Qeyd: Bu növ meşələrdə, otların  və digər bitkilərin 

arasında yaşayır.Yetkin fərdlərə yayın ortasından 

qışın birinci yarısına qədər rast gəlinir. Erkəklər 2-4 

mm, dişilər 2-4.5 mm uzunluqda olur. 

 

Fəsilə: Theridiidae Sundevall, 1833 

Cins: Enoplognatha Pavesi, 1880 

Növ: Enoplognatha quadripunctata (Simon, 1884

Material:  1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012, 

N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Şərur, Abşeron, Xızı, 

Qobustan, Qusar, Lerik, Lənkəran və Siyəzəndə 

qeyd olunub (Huseynov, Marusik, 2008; Hüseynov 

və b., 2003). Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir. 



Dünyada yayılması:  Aralıq dənizindən Azərbay-

cana qədər yayılıb. 



Qeyd:  Adətən quru ərazilərdə yaşayır. Daşların 

altında, meşələrdə, quru kolların arasında, daşlı dağ 

yamaclarında, qumların arasında rast gəlinir. Dişi-

lərin bədəni 2.2-4.1 mm, erkəklərinki isə 1.8-3.8 

mm uzunluğunda olur. 

 

Cins: Crustulina Menge, 1868 



Növ: Crustulina sticta (O. P.-Cambridge, 1861) 

Material: 2♀♀, Ağstafa, 30.04.2014, Ş.Xasayeva 

Azərbaycanda yayılması:  Muğan düzündə qeyd 

olunub (Дунин,  Мамедов, 1992).Gəncə-Qazax 

bölgəsi üçün yeni cinsdir. 

Dünyada yayılması: Holarktik növdür. 

Qeyd:  Bu növ rütubətli, isti çöllərdə, daşların ara-

sında, rütubətli qumluqlarda, bataqlıqlarda yayılıb. 

Hər iki cinsin yetkin fərdlərinə may-iyun aylarında 

rast gəlinir. Dişilərə  hətta oktaybra qədər rast gəl-

mək olar. Dişilərin bədəni 2.8-3.5 mm, erkəklərinki 

isə 2.5 mm uzunluğunda olur. 



Cins: Parasteatoda Archer, 1946 

Növ: Parasteatoda lunata (Clerck, 1757) 

Material:    1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012, 

N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Qusar,  Şəki-Zaqatala 

bölgəsi, Böyük Qafqazın cənub hissəsi və Lənkəran 

təbii vilayətində qeyd olunub (Вержбицкий, 1902; 

Атакишиев, 1969; Дунин, 1989; Guseinov, 1999). 

Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir. 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd:  Əsasən kölgəli və gizli yerlərdə, ağac və 

kolların budaqları arasında rast gəlinir. Dişilərin 

bədəni 2.7-5.6 mm, erkəklərinki isə 2.7-5 mm 

uzunluğunda olur. 



 

Cins: Asagena Sundevall, 1833 

Növ: Asagena phalerata (Panzer, 1801) 

Material:  4♂♂, Ağstafa, Dağ  Kəsəmən kəndi, 

09.05.2014, Ş.Xasayeva. 



Azərbaycanda yayılması: Abşeron yarımadasında, 

Böyük Qafqazın cənub hissəsində,  Lənkəran təbii 

vilayətində  və  İsmayıllıda qeyd olunub (Дунин, 

1984; Дунин, 1989; Guseinov, 1999; Hüseynov və 

b., 2003). Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir. 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd: Bu növ isti və quru ərazilərdə torpağın üzə-

rində və ya alçaq boylu bitkilərin üzərində, qumla-

rın arasında tapılır. Yetkin erkəklərə may-sentyabr 

aylarında, dişilərə isə  hətta oktyabr ayında rast 

gəlinir. Xarici görünüşünə görə qarışqaya oxşayır 

və adətən qarışqalarla birgə, bəzən isə qarışqa 

yuvalarında rast gəlinir. Tor qurmur. Lakin, qarış-

qaları  fəal  şəkildə ovlayır. Dişilərin bədəni 4.5-5.7 

mm, erkəklərinki isə 4.5-5 mm uzunluğunda olur.  

 

Fəsilə: Thomisidae Sundevall, 1833 

Cins: Heriaeus Simon, 1875 

Növ: Heriaeus sp. 

Material:  1sub  ♂, Ağstafa, Poylu kəndi, 

20.05.2012, N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Cinsin 3 növü Abşeron 

yarımadasında, Böyük Qafqazın cənub hissəsində, 

Muğan düzündə və Lənkəran təbii vilayətində qeyd 

olunub (Дунин, 1984; Дунин, 1989; Дунин,  Ма-

медов, 1992; Guseinov, 1999). Gəncə-Qazax böl-

gəsi üçün yeni cinsdir.  



Dünyada yayılması:  Cinsə daxil olan 25 növ 

Afrika, Avropa və Asiyada yayılmışdır. 



Qeyd:  Xarici görünüşləri xərçəngi xatirlatdığına 

görə bu cinsin nümayəndələrinə  xərçəng hörüm-

çəklər də deyirlər. Bu hörümçəklərdə I-II yerimə 

ayaqları  əvvəlcə yana, sonra isə önə doğru uzan-

mışdır və III-IV cüt yerimə ayaqlarından daha 

uzundurlar. Pusquda duraraq öz qidalarını ovla-

yırlar. Yaşadıqları yerin rənginə uyğunlaşdıqları 

üçün növlər müxtəlif rəngdədirlər. Növlərin  əksə-

riyyəti çiçəkli bitkilərin üzərində yaşayır. 



Xasayeva və  Hüseynov 

72 


Cins: Monaeses Thorell, 1869 

Növ: Monaeses israeliensis Levy, 1973 

Material:  1♂, 1♀, Ağstafa, 05.05.2014, Ş.Xasa-

yeva. 



Azərbaycanda yayılması:  Qafqaz  faunası üçün 

yeni növdür. 



Dünyada yayılması:  Yunanıstan, Türkiyə,  İzrail, 

Mərkəzi Asiya. 



Qeyd:  Sıx otların, alçaq boylu kənd təsərrüfatı  

bitkilərinin arasında rast gəlinir. Bu növ tor qurmur. 

Qidasını bitkilərin budaqları arasında pusquda 

durmaqla tutur. Erkəklər 6-7 mm, dişilər 8-9 mm 

uzunluqda olur. 

 

Cins: Synema Simon, 1864 



Növ: Synema globosum (Fabricius, 1775) 

Material:  2♂♂, Ağstafa, 20.05.2012, N.Sneqo-

vaya. 



Azərbaycanda yayılması:  Qusar, Gəncə,  Böyük 

Qafqazın cənub hissəsi, Lənkəran təbii vilayəti və 

İsmayıllıda qeyd olunub (Вержбицкий, 1902; Xа-

ритонов, 1936; Дунин, 1989; Guseinov, 1999; 

Hüseynov və b., 2003). 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd:  Bu növə alçaq boylu bitkilərin, kolların 

budaqları üzərində, otların arasında rast gəlinir. Tor 

qurmur, öz qidasını pusquda duraraq ovlayır. Dişi 

6-8 mm, erkək 3-4 mm uzunluğunda olur. 

 

Cins: Thomisus Walckenaer, 1805 

Növ: Thomisus onustus Walckenaer, 1805 

Material:  2♂♂, 3♀♀, Ağstafa, Poylu kəndi, 

19.05.2012, N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Lənkəran təbii vila-

yətində, Ağstafada, Qusarda, Gəncədə, Abşeron 

yarımadasında, Böyük Qafqazın cənub hissəsində, 

Muğan düzündə,  İsmayıllıda və  Şərurda qeyd 

olunub (Koch, 1878; Kulczynsky, 1895; Верж-

бицкий, 1902; Xаритонов, 1936; Дунин, 1984; 

Дунин, 1989; Дунин,  Мамедов, 1992; Hüseynov 

və b., 2003; Marusik et al., 2004). 



Dünyada yayılması: Palearktik növdür 

Qeyd: Növə günəş radiasiyası çox olan isti və quru 

ərazilərdə, meşələrdə, yamaclarda, quru otların 

arasında rast gəlinir. Hər iki cinsin yetkin fərdlərinə 

may-iyun aylarında rast gəlinir. Dişilər iyun ayında 

yumurta kisələrini çiçəklərin üzərinə qoyurlar. Tor 

qurmur. Öz qidasını çiçəklərin üzərində pusquda 

duraraq ovlayır. O, ovunu güclü və uzun ön ayaq-

ları ilə tutur. Qidasını  əsasən milçəklər, böcəklər, 

kəpənəklər, arılar təşkil edir. Bu növün rəngi çox 

dəyişkəndir. Bir neçə gün ərzində aktiv rəng 

dəyişdirmə xüsusiyyətinə malikdir. Dişi 7-9,8 mm, 

erkək 2-3,6 mm uzunluğunda olur.  

 

Cins: Tmarus Simon, 1875 

Növ: Tmarus horvathi Kulczynski, 1895 

Material: Material: 1♂, Ağstafa, Poylu kəndi, 

20.05.2012, N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Şamaxıda qeyd olunub 

(Logunov, 1992). Gəncə-Qazax bölgəsi üçün yeni 

cinsdir. 

Dünyada yayılması: Palearktik növdür. 

Qeyd:  Növə alçaq boylu ağacların budaqlarında, 

kolların yarpaq və budaqları arasında, otların üzə-

rində rast gəlinir. Bu növ tor qurmur, qidasını ovla-

yır. Mühitə uyğun rəngdəyişmə qabiliyyətinə ma-

likdir. Xarici görünüşü xərçəngi xatırladır. I-II  ye-

rimə ayaqları III-IV yerimə ayaqlarından uzundur.  

 

Cins: Xysticus C. L. Koch, 1835 

Növ: Xysticus kochi Thorell, 1872 

Material:  4♂♂, 11♀♀, Ağstafa, Poylu kəndi, 

20.05.2012, N.Sneqovaya; 2♂♂, 6♀♀, Ağstafa, 

19.05.2013, Ş.Xasayeva. 

Azərbaycanda yayılması: Gəncədə, Şəki-Zaqatala 

bölgəsində, Böyük Qafqazın cənub hissəsində, Mu-

ğan düzündə, Lənkəran təbii vilayətində,  İsmayıl-

lıda və  Şahbuzda qeyd olunub (Xaritonov, 1936; 

Атакишиев, 1969; Дунин, 1989; Дунин,  Маме-

дов, 1992; Guseinov, 1999; Hüseynov və b., 2003; 

Marusik et al., 2004). 

Dünyada yayılması:   Aralıq dənizindən Mərkəzi 

Asiyaya qədər və avropada yayılıb. 



Qeyd: Müxtəlif ərazilərdə - daşların altında, torpaq 

üzərində, qısa boylu bitkilərin üzərində, otların 

arasında, bəzən açıq ərazilərdə rast gəlinir. Hər iki 

cinsin yetkin fərdlərinə may-iyun aylarında, dişilərə 

hətta payızda da rast gəlinir.Dişilərin bədəni 6-8 

mm, erkəklərinki isə 4-5 mm uzunluğunda olur. Bu 

növ tor toxumur. Öz qidasını  ağac və çiçəklərin 

üzərində pusquda durmaqla tutur. 



 

Fəsilə: Uloboridae Thorell, 1869 

Cins: Uloborus Latreille, 1806 

Növ: Uloborus walckenaerius (Latreille, 1806) 

Material: Material: 1♀, Ağstafa, Poylu kəndi, 

20.05.2012, N.Sneqovaya. 



Azərbaycanda yayılması:  Gəncə, Xaçmaz, Saatlı, 

Lənkəran, Böyük Qafqazın cənub hissəsi, Muğan 

düzü,  İsmayıllı  və  Şərurda qeyd olunub (Xарито-

нов, 1936; Дунин, 1988; Дунин,1989; Дунин, Ма-

медов, 1992; Hüseynov və b., 2003;  Marusik et 

al., 2004). 



Dünyada yayılması: Palearktik növdür. 

Qeyd:  Bu növ isti və açıq  ərazilərdə, bitkilərin 

arasında diametri 13-18 sm olan üfüqi  tor qurur. O 

yumurtalarla (70-100 ədəd) dolu olan baramasını 

torun kənarına bərkidir.  Hər iki cinsin yetkin 

fərdlərinə yayın sonlarında rast gəlinir.Dişilərin bə-

dəni 6-8 mm, erkəklərinki isə 4-5 mm uzunluqda 

olur. Bu fəsiləyə daxil olan növlərdə zəhər vəziləri 

olmur.Ona görə bu növ öz ovunu parçalayarq qida-

lanır.  



Ağstafa Rayonunun Hörümçəklərinin 

73 


NƏTİCƏLƏR 

 

1) Araxnoloji nümunələrin tədqiqi zamanı 11 fəsi-

ləyə aid 24 növ hörümçək aşkar edilmişdir. 

2) 8 cins (Arctosa C.L.Koch, 1847; Parasteato-



da Archer,  1946;  Pachygnatha  Sundevall, 1823;  

Enoplognatha  Pavesi, 1880; Crustulina Menge, 

1868;  Asagena Sundevall, 1833; Heriaeus Simon, 

1875; Tmarus Simon, 1875)   və 13 növ  [Neriene 

clathrata (Sundevall, 1830); Philodromus dispar 

(Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 

1878; Pholcus phalangioides (Fuesslin, 1775; Arc-



tosa  tbilisiensis  Mcheidze, 1946; Pardosa agrestis 

(Westring, 1861); Crustulina sticta (O. P.-Cam-

bridge, 1861); Pachygnatha degeeri Sundevall, 

1830;  Parasteatoda lunata (Clerck,  1757);  Enop-



lognatha quadripunctata (Simon, 1884 ); Asagena 

phalerata (Panzer, 1801); Heriaeus sp.;  Tmarus 

horvathi Kulczynski, 1895]    Gəncə-Qazax bölgəsi 

üçün ilk dəfə qeyd olunub. 

3) 2 (Clubiona frutetorum, L.Koch, 1867; Mona-

eses israeliensis Levy, 1973)  növ Qafqaz faunası 

üçün ilk dəfə qeyd olunub. 

 

 

ƏDƏBİYYAT 



 

Hüseynov E.F., Əliyev X.Ə., Sneqovaya N.Y. 

(2003) İsmayıllı qoruğunun hörümçəklər faunası-

nın öyrənilməsinə dair. Azərbaycan Zooloqlar cə-

miyyəti, I Qurultayın materialları, Bakı: s.191-

195. 



Məmmədov Q. (2007) Azərbaycanın torpaq ehti-

yatlarından səmərəli istifadənin sosial-iqtisadi və 

ekoloji əsaslar. Bakı: Elm, s. 222-293. 

Атакишиев  Т.А. (1969) Пауки – симбионты 

медоносной  пчелы.  Уч.  зап.  Казанск.  вет.  ин-



та., 105: 317-323. 

Вержбицкий  Э.  (1902)  О  пауках  Кавказского 

края. Зап. Киевск. общ. естествоисп.17 (вып. 



2): с. 461-504. 

Дунин    П.М.  (1984)  Фауна  и  экология  пауков 

(Aranei) Апшеронского полуострова (Азербай-

джанская ССР). Фауна и экол. паукообразных, 

Пермь: Пермск.  ун-т., с. 45-60. 



Дунин  П.М.  (1988)  Пауки  (Aranei) ) юго-вос-

точной  части  Большого  Кавказа  (в  пределах 

Азербайджанской ССР). Автореф. дис…. канд. 

биол. н. Л.:ЛГУ, 16 с. 



Дунин  П.М. (1989). Фаунa  и высотное  распре-

деление  пауков  (Arachnida, Aranei)  Азербай-

джанской  части  южного  макросклона  Боль-

шого Кавказа. Фауна и экол. пауков и скорпио-



нов: Арахнол. сб. М.:  Наука., с. 31-39. 

Дунин П.М., Мамедов А.А. (1992) Пауки хлоп-

ковых  полей  юго-восточной  части  Азербай-

джана.  Бюл.  Моск.  общ-ва  испыт.  природы, 

отд. биол., 97 (вып. 6): 53-61 

Харитонов  Д.Е. (1936) Дополнение  к  каталогу 

русских  пауков.  Уч.  зап.  Пермск.  ун-та,  



(вып. 1): 167-225.  

Guseinov E.F. (1999)  Spiders of Lenkoran natural 

region and Apsheron peninsula in Azerbaijan. 



Autoref. of the PhD thesis, Baku, 29 p. 

Huseynov  E.F., Marusik Y.M. (2008) Spiders 

(Arachnida, Aranei) of Azerbaijan 3. Survey of 

the genus Enoplognatha Pavesi, 1880 (Theridi-

idae). Arthropoda Selecta, 16: 153-167. 

Logunov D.V. (1992) A review of the spider ge-

nus Tmarus Simon, 1875 (Araneae, Thomisidae

in the USSR fauna, with a description of new 

species. Siberian biol. J., (1): 61-73. 



Marusik Y.M., Guseinov E.F.,  Aliev H.A. (2004) 

Spiders (Arachnida : Aranei) of Azerbaijan. 4. 

Fauna of Naxcivan. Arthropoda Selecta, 13: 135-

149. 



Tanasevitch A.V. (1987) The linyphiid  spiders of 

the Caucasus, USSR. Senckenberg. biol.,  Bd. 67 



(H. 4-6): 197-383. 

Kulczynsky A.L. (1895) Attidae Musei Zoologici 

Varsoviensis in Siberia Orientali Collecti. Dissert. 



Akad. Cracoviensis, 32: 44-98, tab. II.  

Koch L. (1878) Kaukasische Arachnoiden. 

O.Schneider (ed.): Naturwissenschaftliche Beitra-



ge zur Kenntniss der Kaukasuslander. Dresden, 3: 

36-71. 



Schmidt P. (1895) Beitrag zur Kenntnis der Lauf-

spinnen (Araneae, Citigradae Thor.) Russlands. 



Zool. Jb., Abt. syst. Bol., 8 (Nr. 4): 439-484. 

http://www.araneae.unibe.ch  (Araneae spiders of 

Europe). 



http://research.amnh.org/iz/spiders/catalog_15.0

/index.html (The World Spider Catalog, Version 

15 by Norman I. Platnick). 



 

 


Xasayeva və  Hüseynov 

74 


Изучениe Пауков (Arachnida, Araneae)  Агстафинского Района 

 

Ш.И. Хасаева, Э. Ф. Гусейнов 

 

Институт зоологии НАНА 

 

В статье приводятся результаты исследования фауны пауков Агстафинского района, проведенных в 

2012-2014  гг.  В  результате  исследований  было  выявлено 24 вида  пауков  из 11 семейств.  Из  них 8 

родов (Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer, 1946; Pachygnatha Sundevall, 1823;  Enoplognatha 

Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833; Heriaeus Simon,  1875;  Tmarus  Simon, 

1875)  и 13 видов [Neriene clathrata (Sundevall, 1830); Philodromus dispar (Walckenaer, 1826); Thanatus 



imbecillus L. Koch, 1878; Pholcus  phalangioides (Fuesslin, 1775; Arctosa  tbilisiensis  Mcheidze, 1946; 

Pardosa agrestis (Westring, 1861); Crustulina sticta (O.P.-Cambridge, 1861); Pachygnatha degeeri 

Sundevall, 1830; Parasteatoda lunata (Clerck,  1757);  Enoplognatha quadripunctata (Simon, 1884); 



Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus horvathi Kulczynski, 1895] впервые указываются 

для  фауны  Гянджа-Газахской  зоны.  Два  вида  (Clubiona frutetorum, L.Koch, 1867; Monaeses 



israeliensis Levy, 1973) оказались новыми для фауны всего Кавказа в целом. 

 

Ключевые словаПауки, Гянджа-Газахская зона, фауна,  новые виды 

 

 

Study of Spiders (Arachnida, Araneae)  in Agstafa Region 

 

Sh. I. Khasayeva, E.F. Huseynov 

 

Institute of Zoology, ANAS 

 

In the paper results of the investigation of the spider fauna in Agstafa district conducted in 2012 -2014 years 

are provided. During the period of the investigation 24 species of spiders belonging to 11 families were 

found. Eight genera (Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer,  1946;  Pachygnatha  Sundevall, 1823;  



Enoplognatha  Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833; Heriaeus Simon,  1875; 

Tmarus  Simon, 1875)  and 13 species [Neriene clathrata (Sundevall, 1830); Philodromus dispar 

(Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 1878; Pholcus  phalangioides (Fuesslin, 1775; Arctosa 

tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis (Westring, 1861); Crustulina sticta (O. P.-Cambridge, 1861); 

Pachygnatha degeeri Sundevall, 1830; Parasteatoda lunata (Clerck,  1757);  Enoplognatha quadripunctata 

(Simon, 1884 ); Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.;  Tmarus horvathi Kulczynski, 1895] are 

new records for the fauna of the Ganja-Gazakh zone and two species (Clubiona frutetorum, L.Koch, 1867; 

Monaeses israeliensis Levy, 1973) for the whole Caucasus. 

 

Key words  Spider, Ganja-Gazakh zone, fauna, new species 

 

 

 



 

 

Yüklə 107,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə