«Ozan dünyası». 2010.№2. S. 3-19. HeydəR ƏLİyev və azərbaycan folkloru



Yüklə 291,35 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü291,35 Kb.
#55381


«Ozan dünyası».-2010.-№2.-S.3-19.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN FOLKLORU

Məhərrəm QASIMLI - professor

Milli-mənəvi  varlığımızın  daşınmasında  bənzərsiz  və  təkrarsız  yeri  olan  folklor  mədəniyyətimiz  xalqımıza

məxsus  tarixi-mental  keyfiyyətlərin,  etnopsixologiyanın,  fəlsəfi-estetik  dünyaduyumun,  əxlaqi  dəyərlər  sisteminin

ana qaynağıdır. Xalqımızın əsrlər boyu yaradıb yaşatdığı zəngin milli-mənəvi sərvətlərin qorunub saxlanılması və

dəyərləndirilməsi  istiqamətində  müxtəlif  zamanlarda  çeşidli  tədbirlər  həyata  keçirilsə  də,  bu  sahədə  sistemli  və

irimiqyaslı fəaliyyətə iyirminci yüzillikdə daha çox diqqət yetirilməyə başlanılmışdır.

Sovet hakimiyyətinin ilk onilliklərində sadə, zəhmətkeş  xalqa məxsus mənəvi mədəniyyətin əsas göstəricisi

kimi şifahi xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi işinə xüsusi əhəmiyyət verilsə də, bu, daha çox mövcud

ideoloji  sistemə  xidmət  məqsədi  daşımışdır.  Belə  ki,  marksist-leninçi  ideologiyaya  uyğun  olaraq  folklora  sinfi

yanaşma metodu tətbiq edilmiş, istismarçı siniflərin ifşası, əzilən sadə, zəhmətkeş xalqın onlara kin və nifrəti, eləcə

də  mübarizəsi  həm  nəşr,  həm  də  tədqiq  işlərində  ön  plana  çəkilmişdir.  Türk-islam  dəyərlərini,  xalqın  gerçək

milli-tarixi yaddaşını əks etdirən folklor örnəkləri üzərinə isə yasaq qoyulmuşdur. Məhz buna görə də "Kitabi-Dədə

Qorqud" başda olmaqla qədim türk eposunun bütün şah əsərləri, Novruz bayramı kimi dərin fəlsəfi məzmuna malik

etnoqrafik  mərasim,  eləcə  də  Qurban,  Ramazan  bayramlarında  inikas  olunmuş  bəşəri-humanist  dəyərlər  "proletar

mədəniyyətinin"  tələblərinə  cavab  verməyən  yabançı,  zərərli  ünsürlər  sayılmışdır.  Bu  proses  bir  çox  görkəmli

ziyalıların,  dəyərli  elm  adamlarının,  folklor-etnoqrafiya  irsimizin  fədakar,  qeyrətkeş  araşdırıcılarının  taleyində

faciəvi iz buraxmış, onların böyük əksəriyyəti otuz-qırxıncı illərdə repressiya qurbanına çevrilmişlər.

Əsrin  ikinci  yarısının  əvvəllərində  Sovetlər  İttifaqında  gedən  siyasi  mülayimləşmə  mənəvi  həyatın  bu

sahəsindəki  gərgin  havanın  yumşalmasına  müəyyən  qədər  təsir  göstərsə  də,  folklora  münasibətin  sinfi  yanaşma

mövqeyindən  milli  yanaşma  müstəvisi  üzərinə  keçməsi  altmışıncı  illərin  sonlarına,  yetmişinci  illərin  əvvəllərinə

qədər uzandı. 1969-cu ildə baş

 

verən tarixi dəyişiklik - Heydər Əliyevin Azərbaycan Respublikasının siyasi rəhbəri



vəzifəsinə  gəlməsi  bir  çox  başqa  sahələrlə  yanaşı,  mənəvi-humanitar  istiqamətin,  o  cümlədən  də  milli

mədəniyyətimizlə  bağlı elmi  və  mədəni-təşkilati  fəaliyyətin  canlanmasına  səbəb  oldu.  Memarlıq,  xalçaçılıq,  xalq

musiqisi,  folklor  və  etnoqrafiya  kimi  ən  müxtəlif  istiqamətləri  cəmləşdirən  milli-mənəvi  dəyərlər  kompleksi

xatırlanan  mərhələdən  etibarən  əlahiddə  bir  qayğı  və  diqqətlə  əhatələnməyə  başladı.  Yetmişinci  illərdə  Heydər

Əliyevin  müdrik  və  uzaqgörən  bir  rəhbər  kimi  Azərbaycanda  yeritdiyi  siyasətin  tərkibində  xüsusi  yer  tutan

humanitar istiqamət məhz belə bir iqlimin yaranmasına səbəb olmuşdur. Onun xalqımızın tarixi keçmişinə, klassik

ədəbi  qaynaqlarına,  ana  dilinə,  milli-mənəvi  sərvətlərinə  həssas  və  qayğıkeş  münasibəti  bu  sahənin  öyrənilməsi,

qorunub  yaşadılması  işinə  güclü  təkan  verdi.  Sözügedən  illərdən  başlayaraq  milli  ruhun  güclənməsi,  vətənçilik,

azərbaycançılıq  ideyalarının  qüvvətlənməsi  nəzərəçarpacaq  bir  dalğalanma  yaratdı.  Heydər  Əliyevin  siyasi

himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş  uzunmüddətli bir mübarizə və mücadilənin əsasını

qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi.

Yüzillərin  qan  yaddaşını daşıyıb  gətirən  tarixi-mənəvi  dəyərlərə,  o  sıradan  folklor  qaynaqlarına  göstərilən

qayğı  və  diqqət  bütün  Azərbaycan  miqyasında  özünütanıma,  özünüdərk  və  özünəqayıdış  proseslərini  hərəkətə

gətirdi.  Əvvəlki  onilliklər  üçün  yasaq  olan  "Dədə  Qorqud",  "Oğuz",  "Oğuz  yurdu",  "Ozan",  "Türk  mədəniyyəti",

"Qan yaddaşı" anlayışları respublikada yaranmış münbit zəmindən nəşət taparaq, elmi toplantılarda, ədəbi-mədəni

yığıncaqlarda,  kitablarda,  mətbuatda,  radio-televiziya  verilişlərində  boy  göstərdi.  Mənəvi  yaddaşın  və  milli

özümlülüyün  bərpası İçərişəhər,  Şuşa,  Ordubad,  Gəncə  memarlıq  komplekslərinin  milli  qoruq  elan  edilməsindən,

qədim  xalçaların  muzey-qoruğa  ("Xalça  muzeyi"nə)  cəmləşdirilməsindən,  sazı-sözü,  muğam  sənətini,  xalq

mahnıları və  rəqs-oyun  mədəniyyətimizi  himayə  edən  rəsmi  qurumların  (Azərbaycan  Aşıqlar  Birliyi,  "Aşıq  Pəri

Məclisi", "İrs", "Atəşgah", "Gülüstan", "Yallı" və s. kimi məşhur xalq kollektivləri, "Muğam teatrı", "Dastan teatrı"

, "Ozan-Aşıq Muzeyi") yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyasda təbliğindən (folklor

festivalları, saz bayramları, "Bulaq" və "Ozan" verilişləri, qəzet və jurnallarda folklor səhifələri) başladı və az sonra

öz uğurlu nəticələrini göstərdi.

Artıq yetmişinci illərin ortalarından soykökə, milli kimlik məsələlərinə, tarixi qaynaqlarla bağlı problemlərə

təkcə  alim,  müəllim  və  tələbələrə  məxsus  ixtisas  auditoriyalarının  yox,  bütün  ziyalı  təbəqələrinin,  o  cümlədən

gənclərin  xüsusi  həssaslıq  göstərdiyi  duyulmaqdaydı.  Təkcə  belə  bir  faktı xatırlatmaq  kifayətdir  ki,  1978-ci  ildə

akademik Həmid Araslının nəşrə hazırladığı "Kitabi-Dədə Qorqud" kitabı böyük tirajla çapdan çıxdıqdan az sonra

sürətlə satılıb qurtarmışdı. Eyni sözləri həmin illərin digər elmi və kütləvi folklor nəşrləri ("Koroğlu", "Azərbaycan

dastanları",  "Aşıq  Ələsgər"  və  s.)  haqqında  da  söyləmək  mümkündür.  Kütləvi  informasiya  vasitələrində  folklor

irsimizin  təbliğinin  xalq  tərəfindən  böyük  maraq  və  rəğbətlə  qarşılanması  o  illərdə  radio  və  telepoçta  gələn

məktubların sayından da görünməkdədir. Belə ki, 1975-ci ildə radionun "Bulaq" verilişinin ünvanına həftə ərzində

100-150  məktub  daxil  olmuşdur.  1979-cu  ildə  "Ozan"  verilişinin  həftəlik  poçtu  daha  yüksək  göstərici  (150-200

məktub)  nümayiş  etdirmişdir  (bu  materiallar  indi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutunun

Arxivində saxlanılır).




"Ədəbiyyat  və  incəsənət",  "Sovet  kəndi",  "Azərbaycan  gəncləri"  qəzetlərinin,  "Azərbaycan",  "Qobustan",

"Ulduz",  "Kənd  həyatı" jurnallarının  poçtunda  da  xalq  yaradıcılığı ilə  bağlı materiallar  xeyli  yer  almışdır.  Bütün

bunlar yetmişinci illərdə folklor işinə ümumxalq miqyasında həssaslığın səviyyəsini müəyyənləşdirmək baxımından

böyük tarixi-mədəni əhəmiyyətə malikdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969-1982) folklorun təbliği, nəşri və tədqiqi

istiqamətində  həyata  keçirilən  irimiqyaslı  tədbirlər  bır  qayda  olaraq  onun  şəxsi  təşəbbüsü,  birbaşa

 

sərəncamı və



qayğısı sayəsində mümkün olmuşdur. Həmin illər bir tərəfdən sistemli və sanballı folklor nəşrlərinin vüsət  alması

ilə  səciyyəvidirsə,  başqa  bir  tərəfdən  də  xalq  yaradıcılığı  ilə  bağlı təşkilati  tədbirlərin  -  aşıqların  qurultaylarının

çağırılması,  "Koroğluya  qayıdaq"  rubrikası  altında  Respublika  Sarayında  (indiki  Heydər  Əliyev  adına  sarayda)

silsilə  ozan-aşıq  tədbirlərinin,  dastan  axşamlarının  təşkil  edilməsi,  böyük  xalq  sənətkarlarının  yubileylərinin

keçirilməsi, xalq istedadlarını üzə çıxaran folklor festivallarının, sonralar ənənə halını alan və Azərbaycan musiqi

mədəniyyətinə  bir  çox  istedadlar  bəxş  edən  məşhur  "Xan  bülbül"  müsabiqələrinin  təşkil  edilməsi  və  s.  ilə

əlamətdardır.

Azərbaycan  Respublikasının  mədəni  həyatında  mühüm  hadisəyə  çevrilən  həmin  tədbirlərin  böyük

əksəriyyətində Heydər Əliyev vaxt taparaq özü şəxsən iştirak etmiş, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən

ürək  sözlərini  söyləmiş,  xeyir-duasını vermişdir.  Şübhəsiz  ki,  respublikanın  başında  duran  birinci  şəxsin  belə  bir

mövqe  nümayiş  etdirməsi  həm  bu  tədbirlərin  təşkilatçı  və  iştirakçılarını,  həm  də  sözün  geniş  mənasında  xalqı

ruhlandıraraq  milli-mənəvi  dəyərlərimizə  qarşı  həssaslığı gücləndirmişdir.  O  illərdə  respublika  rəhbəri  tərəfindən

"Xalqın  istedadı,  onun  yaradıcılıq  dühası  "Kitabi-Dədə  Qorqud",  "Koroğlu"  və  başqa  epik  əsərlərdə  bütün

dolğunluğu ilə təcəssüm tapmışdır" - fikrinin söylənilməsi heç də təsadüfi deyildi. Heydər Əliyevin söylədiyi bu və

bu  qəbildən  olan  digər  istiqamətverici  mülahizələr  elm  və  sənət  adamlarını  milli-mənəvi  dəyərlərin  öyrənilməsi,

qorunması  və  böyüməkdə  olan  gənc  nəslə  mənimsədilməsi  işinə  yönəldirdi.  Həmin  illərdən  başlayaraq  folklor

problematikası elm və bədii yaradıcılıq təşkilatlarının fəaliyyətində aktiv şəkildə gündəmə daxil oldu. Elə buna görə

də  o  vaxtdan  etibarən  elmi  idarə  və  tədris  müəssisələrində  türk  mifologiyası  və  qədim  türk  epos  mədəniyyəti,

xüsusən də "Kitabi-Dədə Qorqud"la bağlı elmi müzakirələr keçirilməyə başlandı, problematik məqalələrdən ibarət

toplular  nəşr  edildi,  eposun  elmi-tənqidi  mətninin  hazırlanması  ilə  əlaqədar  vacib  elmi-nəzəri  işlər  görüldü.

H. Araslı,  M.H. Təhmasib,  M. Seyidov,  F. Zeynalov,  T. Hacıyev,  S. Əlizadə,  Ş. Cəmşidov,  E. Əlibəyzadə,

B. Abdulla  və  başqa  tədqiqatçıların  bu  sahədəki  elmi  fəaliyyəti  gücləndi.  Azərbaycan  folklorşünaslığının  ən

mötəbər tədqiqatçılarından olan M.H. Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" (Bakı, Elm, 1972) adlı

sanballı  monoqrafiyası  da  bu  dövrün  məhsulu  oldu.  Həmin  illərdə  "Qobustan",  "Azərbaycan",  "Ulduz"

jurnallarında,  "Azərbaycan  filologiyası",  "Filologiya  məsələləri"  məcmuələrində  türk  mifoloji  düşüncə  sistemi,

tarixi-etnik  yaddaş,  soykökə  qayıdış,  milli  kimlik  probleminin  folklor  və  etnoqrafiya  mədəniyyətimizdə  inikası

məsələlərinə həsr olunmuş

 

çoxsaylı məqalələrin ardıcıl şəkildə çap olunması da elmi-mədəni həyatın milli ovqatını



əks etdirirdi.

Yetmişinci  illərdən  start  götürən  Dədə  Qorqud  hərəkatı qarşıdan  gələn  onilliklərin  Qorqud  elmi  məkanına

çevrilməsini  təmin  edə  bildi:  Azərbaycan  qorqudşünaslığı bir-birinin  ardınca  abidənin  kamil  mətnlərini  nəşr  etdi,

Dədə Qorqudla bağlı sistemli araşdırmalar ortaya çıxdı. Qorqudşünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş

Sovetlər İttifaqı miqyasında deyil, beynəlxalq səviyyədə də Azərbaycanda mərkəzləşdi.

Qorqudçuluq  təkcə  elm-təhsil  sistemi  ilə  çərçivələnmədi.  Yazıçılar,  rəssamlar,  heykəltəraşlar,

kinematoqrafçılar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu "Dədə Qorqud"

filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan

bu  gözəl  kino  əsəri  Qorqud  obrazının  və  eposdakı vətənpərvərlik,  qəhrəmanlıq,  bahadırlıq  ideyalarının təbliğində

ölçüyəgəlməz  dərəcədə  böyük  rol  oynadı.  Qorqud  ruhunun,  Qorqud  ideyalarının,  oğuz  mənəvi-estetik  dünyasının

yenidən  xalqa  mənimsədilməsində  "Dədə  Qorqud"  filmi  ilə  yanaşı, M. Abdullayev,  F. Əliyev,  M. Avşar  və  başqa

tanınmış rəssamların Dədə Qorqud motivləri əsasında çəkdikləri silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları

Qorqud  xalçaları,  çağdaş  heykəltaraşlıqda  yer  alan  çeşidli  Qorqud  motivləri  də  əhəmiyyətli  iş  gördü.  Qorqud

ruhuna  qayıdış  İ. Şıxlı,  Ə. Cəfərzadə,  İ. Hüseynov,  Anar,  Elçin,  Ə. Əylisli,  M. Süleymanlı,  F. Kərimzadə,

Ə. Muğanlı, S. Oğuz, V. Nəsib, M. Oruc kimi yazıçıların yaradıcılıq axtarışlarında öz əksini tapdı: onların qələmə

aldıqları  müxtəlif  səpkili  nəsr  əsərlərinin  dil  və  üslub  keyfiyyətlərində  "Kitabi-Dədə  Qorqud"  eposuna  məxsus

poetik-üslubi  maneralar,  bədii-estetik  cizgilər  qabarıq  yer  aldı.  R. Rza,  O. Sanvəlli,  H. Arif,  B. Vahabzadə,

N. Xəzri,  X.R. Ulutürk,  M. Araz,  M. Günər,  M. İsmayıl,  M. Yaqub,  N. Həsənzadə,  S.  Rüstəmxanlı,  Dilsuz,

A. Abdullazadə  kimi  istedadlı  şairlərin  şeirlərində  Qorqud  motiv  və  obrazları  milli-tarixi  özümlüyün  poetik

ifadəsinə çevrildi.

Azərbaycan Respublikasının ədəbi-mədəni həyatındakı bu  canlanma  Cənubi  Azərbaycanın mənəvi  həyatına

da  öz  müsbət  təsirini  göstərdi.  M. Şəhriyar,  B. Səhənd,  S. Behrəngi,  Savalan,  Sönməz  və  başqa  istedadlı  qələm

sahiblərinin yaradıcılığında folklor, Dədə Qorqud ruhu ön plana çıxdı. B. Səhəndin "Dədəmin öyüdü" poeması sırf

Dədə Qorqud mövzusuna həsr olunmuş milli ruhlu bir əsər kimi böyük şöhrət qazandı. Gör kəmli şair sonralar bu

istiqamətdəki bədii axtarışlarını davam etdirərək "Kitabi-Dədə Qorqud" boylarının  hər birini ayrı-ayrılıqda  nəzmə

çəkdi  və  "Dədəmin  kitabı"  adlı  gözəl  bir  folklor  poemasını  qorqudsevərlərə  ərməğan  etdi.  1979-cu  ildə  Doktor

Cavad  Heyətin  naşirliyi  ilə  Cənubi

 

Azərbaycanda  işıq  üzü  görən  "Varlıq"  dərgisinin  səhifələrində  də  "Dədə




Qorqud" mövzusu, eləcə də Azərbaycan folklor mədəniyyəti məsələləri qabarıq yer aldı.

Bütün bunlar elm və sənət aləminin Qorqudla - xalqın folklor yaddaşı, soykökü, milli varlıq dünyası ilə nəfəs

aldığının, yaşadığının əyani təzahürü idi. Tarixi keçmişə, folklor-etnoqrafiya qaynaqlarına, milli-mənəvi sərvətlərə

qayıdış  və  bağlılıq  xalqı  oyanışa,  milli  istiqlal,  azadlıq  mübarizəsinə  hazırlamaqda  misilsiz  iş  gördü  və  bu

qarşısıalınmaz  milli-tarixi  proses  bir  müddət  sonra  özünün  layiqli  bəhrəsini  verdi.  Səksəninci  illərdə  azadlıq

hərəkatının  xüsusi  bir  vüsətlə  dalğalanmasında,  doxsanıncı illərin  əvvəllərində  milli  istiqlal  mücadiləsi  və  Vətən

torpaqlarının bölünməzliyi, bütövlüyü uğrunda mübarizə prosesində "Qorqud" və qorqudçuluğun müstəsna mənəvi

dəstəyi oldu.

Müstəqilliyin  ilk  illərindən  başlayaraq  Azərbaycan  dövlətçiliyi  bu  möhtəşəm  milli-mənəvi  dəyəri  diqqət

önündə  saxladı.  Bu  mənada  1996-cı  ildə  Xəzər  dənizində  müstəqil  Azərbaycanın  ilk  nəhəng  üzən  qazma

qurğusunun "Dədə Qorqud" adıyla fəaliyyətə başlaması da  çox  təbii  göründü.  Nəhəng  qurğunun açılışında  iştirak

edən  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  öz  çıxışında  "Dədə  Qorqud"  adının  tarixi

simvolikasında  yer  alan  müdriklik  və  uzaqgörənlik  anlamlarını  xüsusi  vurğuladı.  Ən  nəhayət,  bütün  bunların

məntiqi  nəticəsi  kimi  1997-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  "Kitabi-Dədə  Qorqud"

dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə tarixi fərman imzaladı.

"Kitabi-Dədə  Qorqud"  dastanlarının  1300  illik  yubileyinin  YUNESKO  tərəfindən  dünya  miqyasında

keçirilməsi  təşəbbüsünü  də  Azərbaycan  Respublikası  adından  Prezident  Heydər  Əliyev  qaldırdı  və  az  sonra

YUNESKO  yubileylə  bağlı  təklifi  qəbul  etdi.  Dədə  Qorqud  Yubiley  Komissiyasının  sədri  Heydər  Əliyev

cənablarının  rəhbərliyi  ilə  1300  illik  yubileyin  yüksək  səviyyədə  keçirilməsi  üçün  mütəmadi  şəkildə  sistemli  və

ardıcıl iş aparıldı.

Geniş miqyaslı hazırlıq işlərinin gedişatına xüsusi diqqət və həssaslıqla yanaşan Heydər Əliyev bir neçə dəfə

mütəxəssislər  və  uyğun  sahə  rəhbərlərinin  də  iştirakı  ilə  Yubiley  Komissiyasının  işgüzar  iclasmı  çağıraraq,

yubileyin  yüksək  səviyyədə  təşkili üçün  lazımi  tövsiyə  və  tapşırıqlar  verdi.  İki əsr  və  iki  minilliyin  qovşağında  -

2000-ci  ildə  keçirilən  "Dədə  Qorqud-1300"  təntənəli  yubileyi  Heydər  Əliyevin  siyasi  öndərliyi  ilə  Azərbaycanın

beynəlxalq miqyasda gerçəkləşdirdiyi uğurlu elmi-mədəni tədbirlər silsiləsində öz ləyaqətli yerini aldı. Bu təntənəli

yubiley  münasibəti  ilə  "Kitabi-Dədə  Qorqud"  eposunun  təkmilləşdirilmiş

 

elmi-tənqidi  mətni  və  müxtəlif  dillərə



(rus,  ingilis,  alman,  gürcü,  eston,

 

litva,  qazax,  yapon  və  s.)  tərcümələri,  bu  ölməz  folklor  abidəsi  haqqında



Azərbaycan və xarici ölkə alimlərinin hazırladıqları tədqiqat əsərləri, Dədə Qorqud mövzusuna həsr olunmuş rəsm,

xalça  və  heykəltəraşlıq  işləri,  teatr,  kino  və  musiqi  əsərləri  ictimaiyyətə  çatdırıldı.  Azərbaycan  Milli  Elmlər

Akademiyasının  müxtəlif  institutlarında,  universitetlərdə,  tədris  müəssisələrində,  elmi-mədəni  mərkəzlərdə

"Kitabi-Dədə  Qorqud"  dastanının  tədqiq  və  təbliği  məqsədi  ilə  keçirilən  konfrans  və  simpoziumlar  eposun  geniş

miqyasda  tanıdılmasında  mühüm  rol  oynadı.  Elmi  istiqamətdə  zirvə  toplantısı  olan  "Dədə  Qorqud-1300"

Beynəlxalq Elmi Simpoziumu da öz missiyasını uğurla yerinə yetirdi. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı

Dövlət  Universiteti  və  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  "Qorqudşünaslıq"  elmi  laboratoriyaları

yaradıldı.  "Dədə  Qorqud"  elmi  jurnalı fəaliyyətə  başladı.  Ulu  öndərin  xeyir-duası, Ön  sözü  ilə  açılan  iki  cilddən

ibarət "Kitabi-Dədə Qorqud ensiklopediyası" yubileyə və bütövlükdə qorqudşünaslığa böyük töhfə oldu: son illərdə

müstəqilliyin imkanlarından istifadə edərək tariximizi  təhlil  etmək,  ədəbiyyatımızı, mədəniyyətimizi  yenidən  dərk

etmək  və  dünyaya  nümayiş  etdirmək  sahəsində  çox  işlər  görülmüşdür.  Sözsüz  ki,  bu  istiqamətdə  bundan  belə  də

qarşımızda  duran  mühüm  problemlər  çoxdur  və  ümidvaram  ki,  biz  onları  həll  edə  biləcəyik.  Bu  genişmiqyaslı

planların  mərhələ-mərhələ  gerçəkləşdirilməsi  Azərbaycanın  müstəqil  dövlət  kimi  daha  yaxşı  tanınmasına  kömək

edəcəkdir. Əlbəttə ki, "Kitabi Dədə Qorqud" ensiklopediyasının nəşri də həmin ali məqsədə xidmət  edən bir amil

olacaqdır.

Ümummilli  liderimiz  Heydər  Əliyevin  mədəniyyətimizin  tarixi  köklərinə,  o  cümlədən  də  folklor

qaynaqlarımıza həssas, diqqətcil münasibəti "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı fikir və mülahizələrində də özün

əyani şəkildə göstərir. Ulu öndərin "milli varlığımızın mötəbər qaynağı adlandırdığı "Kitabi-Dədə Qorqud" eposuna

böyük ehtiram və məhəbbətlə yanaşması təbii bir qanunauyğunluqdan doğurdu: bu möhtəşəm folklor abidəsində öz

inikasını  tapmış  milli-mənəvi  dəyərlər  xalqımızın  tarixi  kimliyini  qürurverici  bir  görüntü  ilə  əks  etdirdiyindən

müstəqil  Azərbaycan  dövlətçiliyi  baxımından  dünəni,  bu  günü  və  sabahı çevrələyən  bütün  zamanlar  üçün  böyük

siyasi-ideoloji əhəmiyyətə malikdir: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin

bir  çox  qaranlıq  səhifələrini  açmaqla  kimliyim  tam  müəyyən  etməyi,  milli  kökləri  ilə  bağlı yeni  təfəkkürlü  gənc

nəsil  yetişdirilməsini  zəruri  edir.  Keçid  dövrünün  çətinliklərinə,  ağır  proseslərinə  baxmayaraq,  biz  öz  tarixi

keçmişimizin çox dəyərli

 

səhifələrini qısa  bir müddətdə aça bilmiş  və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın



hər  bir  övladı öz  tarixi  keçmişini, varisi  olduğu  mədəni  irsi  daha  dərindən  öyrənərək  böyük  qürur  hissi  duymağa

başlayır və sözsüz ki, bununla fəxr edir" (Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild. Bakı, 2000, s. 6).

Məhz  dövlətçilik  düşüncəsi  kontekstində  yanaşma  və  dəyərləndirmə  nəticəsində  Heydər  Əliyev  dünyası

"Kitabi-Dədə Qorqud"un bir qəhrəmanlıq eposu  olaraq  əsas  mahiyyətində  duran  alp-ərənlik,  cəngavərlik  motivini

yeni,  özünəməxsus  biçimdə  şərh  edib  mənalandırdı:  "Kitabi-Dədə  Qorqud"  qəhrəmanlıq  eposudur,  özü  də  bir

cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük

ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda

canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir" (Yenə orada, s.6).




Eposun  əsas  mahiyyətini  təşkil  edən  qəhrəmanlığın  igidlik,  bahadırlıq  motivi  və  ya  cəngavərlik  şücaəti

hüdudundan daha geniş bir miqyası - ideologiya səviyyəsi və səciyyəsi kəsb etməsi məsələsi də ulu öndər tərəfindən

dahiyanə  uzaqgörənliklə  müəyyənləşdirilmişdir:  "Eposun  əsas  mahiyyətini  qəhrəmanlıq  ideologiyası  təşkil  edir.

Ölkəmizin  yaşadığı  bugünkü  mərhələdə  xalqımızın  qarşısında  duran  ən  ümdə  problemlərin  həlli,  o  cümlədən

respublikanın  suverenliyinin  və  müstəqilliyinin  möhkəmləndirilməsi,  ərazi  bütövlüyünün  qorunması  baxımından

müasir  Azərbaycan  Respublikası  vətəndaşlarının  bu  qəhrəmanlıq  ideologiyasından  faydalanmasının  nə  dərəcədə

vacib olduğu gün kimi aydındır" (Yenə orada, s.6).

Göründüyü  kimi,  "Kitabi-Dədə  Qorqud"  eposunda  qəhrəmanlığın  bir  ideoloji  sistem  olması  müstəqil

Azərbaycan dövlətçiliyini, onun ərazi bütövlüyünü qorumaq uğrunda Azərbaycan xalqı, ölkəmizin hər bir vətəndaşı

qarşısında duran çağdaş vəzifələrlə üzvi şəkildə əlaqələndirilir, həmin kontekst fonunda tarix və müasirliyin vəhdəti

yaradılır. Heydər Əliyevin milli dövlətçilik konsepsiyası da "Dədə Qorqud" eposundakı dəyərlər sistemi arasındakı

doğmalıqdan  irəli  gələn  bu  dəyərləndirmələr  xalqımız,  dövlətimiz  qarşısında  duran  taleyüklü  problemlərin  həlli

yollarının göstərməklə yanaşı, milli-strateji istiqamətləri də aydınlaşdırır.

"Dədə Qorqud"u sözün geniş mənasında "xalq kitabı" statusunda görən Heydər Əliyev abidəni böyük qürur

hissi ilə xalqımızın əxlaq kodeksi sayır, Dədə Qorqud öyüdlərinin didaktik-nəsihətamiz səciyyəsinin bu günümüzlə

yaxından  səsləşdiyinə  xüsusi  diqqət  yetirərək,  həmin  davranış  etiketlərinin  milli  mənəviyyatımızın

formalaşmasındakı tarixi rolunu müdrik uzaqgörənliklə açıqlayırdı.  Bu səbəbdən də, onun müdrik qənaətinə görə,

xalqımıza  məxsus  milli-mental  keyfiyyətlərin  biçimlənməsi

 

və  qorunub  bu  günlərə  daşınmasında  "Kitabi-Dədə



Qorqud" boylarında öz əksini tapmış ailə dəyərləri, tayfadaxili ünsiyyət formaları, davranış normalan münbit tarixi

zəmin olduğundan, soykökümüzün həmin keyfiyyətlərinə milli varlığımızın ayrılmaz tərkib hissəsi kimi yanaşılması

olduqca  vacib  və  zəruridir:  "Kitabi-Dədə  Qorqud"  həm  də  bizim  etika  kitabımız,  əxlaq  kodeksimizdir.  Böyüyə

hörmət,  ata-anaya  məhəbbət  iman  və  etiqad,  namus  və  qeyrət,  ailəyə,  torpağa,  vətəninə  sədaqət  -  bu  insani

keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına an; südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son

mənzilə  qədər  də  onlarla  birlikdə  gedir.  Dədə  Qorqud  dünyasındakı milli  dəyərlər,  stereotiplər,  rituallar  sistemi

əslində hər bir azərbaycanlının mentalitetində milli v ümumbəşəri dəyərlərin yerinin müəyyənləşdirilməsi də Dədə

Qorqudu etik prinsiplərindən çıxış etməklə gerçəkləşir" (Yenə orada, s.6).

Heydər  Əliyevin  "Kitabi-Dədə  Qorqud"  dastanlarına  verdiyi  tarixi  dəyərləndirmə,  sözün  əsil  mənasında,

konseptual  yanaşmadır.  Bütün  məqam  və  nüanslarında  kifayət  qədər  dərin  və  mükəmməl  akademizm  mövcud

olduğu  bu  konseptual  yanaşmada  eposun  həm  ideoloq  siyasətçi,  həm  tarixçi,  həm  dilçi,  həm  filosof,  həm  də

folklorşünas  etnoqraf  kimi  professional  elmi  qiyməti  verilmişdir.  Məhz  Heydər  Əliyev  kimi  mütəfəkkir  şəxsiyyət

belə bir tarixi dəyərləndirmə verə bilmək qüdrətinə sahib idi.

Heydər  Əliyevin  Azərbaycan  folkloruna  xüsusi  diqqət  göstərməsinin  parlaq  təzahürü  onun  milli-mənəvi

dəyərlərimizin  unikal  daşıyıcı yaşadıcıları olan  el  sənətkarlarına  -  aşıqlara,  el  şairlərinə,  sinədəftər  s  bilicilərinə,

istedadlı folklor ifaçılarına qayğıkeş münasibətində də ifadəsini tapırdı. Tarixi keçmişimizə, əsrlərin daş sınağından

keçib  gələn  saz-söz  qaynaqlarımıza,  xalqımızın  tarixin  müxtəlif  mərhələlərində  yetişdirdiyi  ustad  sənətkarlara

həqiqi qədirbilənliklə yanaşdığındandı ki, onun təşəbbüsü və sərəncamı ilə böyük xalq ozanlarımız Aşıq Ələsgərin

150  illik  (1972-ci  il),  Aşıq  Alının  180  illik  (1981-ci  il)  yubileyləri  böyük  təntənə  ilə,  ümumxalq  bayramı

səviyyəsində qeyd olunmuşdur.

1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq

Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. İstər Bakıda, istərsə

də  Moskvada  keçirilmiş  Aşıq  Ələsgər  yubileyinə  keçmiş  Sovetlər  Birliyinin  bütün  respublikalarında  ən  tanınmış

elm,  mədəniyyət  və  incəsənət  xadimləri  toplanmışdılar.  Müxtəlif  millətlərdən  olan  natiqlər  Kremlin  Qurultaylar

Sarayında  Aşıq  Ələsgərin  timsalında  Azərbaycan  saz-söz  sənətinin  ecazkar  qüdrətindən  söz  açdılar.  Yubiley

tədbirlərinin  İttifaq  miqyasındakı  böyük  əks-sədası  o  vaxt  hətta  erməniləri  də  Aşıq  Ələsgərin

 

150  illiyini  qeyd



etmək məcburiyyəti  qarşısında  qoydu:  Ermənistan  SSR  ərazisində  olan  Göyçə  mahalında  -  Aşıq Ələsgərin  vətəni

Ağkilsə  kəndində  böyük  sənətkarın  əzəmətli  qəbirüstü  abidəsi  ucaldıldı.  Bu,  həmin  dövrdə  Heydər  Əliyev

nüfuzunun  sayəsində  əldə  edilmiş  parlaq  bir  nailiyyət  idi.  Qüdrətli  söz  ustadının  poetik  irsini  cəmləşdirən  "Aşıq

Ələsgər"  (Elm,  1972;  1973)  ikicildliyinin  Elmlər  Akademiyası tərəfindən  hazırlanıb  nəşr  edilməsi,  aşığın  seçmə

şeirlərinin SSRİ xalqlarının dillərinə tərcümə edilməsi yubileyin uğurlu nəticəsi idi.

Qədirbilən rəhbər iyirmi beş il sonra böyük xalq ozanımız Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi ilə

bağlı növbəti sərəncam (1996) imzaladı. Aşıq Ələsgər sənətinə, Aşıq Ələsgər ruhuna ürəkdən gələn sonsuz hörmət

və ehtiram ifadə edən 175 illik yubiley tədbiri bütövlükdə Azərbaycan saz-sözünün bayramı kimi yüksək təntənə ilə

qeyd olundu.  Ustad  sənətkarın  poetik  irsinin  külliyyat  şəklində  gerçəkləşdirilməsi  imkanını da  sözügedən  yubiley

sərəncamı reallığa  çevirdi. 1999-cu ildə buraxılmış "Aşıq Ələsgər, Əsərləri külliyatı" (hazırlayan İ.Ələsgər) böyük

el aşığının yaradıcılığını cəmləşdirən ən mükəmməl nəşr oldu,

2001-ci  ildə  isə  dövlət  başçımızın  sərəncamı  əsasında  Aşıq  Ələsgərin  180  illiyi  təntənə  ilə  qeyd  olundu.

Aşığın adının əbədiləşdirilməsi, poetik irsinin tədqiq və təbliği istiqamətində irimiqyaslı iş aparıldı.

1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin respublikamızda təntənə ilə qeyd olunması da Heydər Əliyevin

şəxsi təşəbbüsünün nəticəsi idi. Məhz həmin yubiley qərarından sonra Aşıq Alının poetik irsinin toplanılması, nəşri

və təbliği sahəsində geniş miqyaslı elmi-təcrübi işlər aparılmış, böyük el sənətkarının yaratmış olduğu bənzərsiz və




zərif söz inciləri itib-batmaqdan qorunmuşdur.

Yetmiş-səksəninci  illərdə  istedadlı el  sənətkarlarının  yaradıcılıq  və  ifaçılıq  sahəsində  qazandıqları uğur  və

nailiyyətlərə  görə  bir  çox  dövlət  təltiflərinə  layiq  görülməsi  də  Heydər  Əliyevin  xalq  yaradıcılığına,  folklora

qayğıkeş  münasibətinin  əyani  ifadəsi  olmuşdur.  Həmin  illərdə  tanınmış  el  sənətkarları Aşıq Hüseyn  Cavan,  Aşıq

Şəmşir  Qocayev,  Aşıq  Şakir  Hacıyev,  Aşıq  Əkbər  Cəfərov,  Aşıq  Ədalət  Nəsibov,  Aşıq  Pənah  Pənahov  və  Aşıq

İmran Həsənov "Əməkdar incəsənət xadimi", musiqi folklorunun əvəzsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər

Şəkili və Əli Kərimov isə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldülər. Yeri gəlmişkən

qeyd  etmək  lazımdır  ki,  bu  ənənə  müstəqillik  illərində  də  davam  etdirildi.  Ədalət  Nəsibov,  İsfəndiyar  Rüstəmov

kimi  qocaman  ustadlara  fəxri  Prezident  təqaüdünün  verilməsi,  Aşıq  Əhliman  Rəhimov  və  Ədalət  Dəlidağlının

"Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi buna sübutdur.

İstedadlı  saz-söz  ifaçıları  və  folklor  kollektivləri  ötən  əsrin  yetmiş-səksəninci  illərində  Heydər  Əliyevin

yaratdığı  imkanlar  sayəsində  dəfələrlə  Beynəlxalq  festivallara  göndərilmişdi.  Azərbaycan  rəhbərliyinin  ruh

yüksəkliyi ilə uğurladığı xalq istedadları Fransa, İspaniya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Hollandiya,

Monqolustan, Çin, Almaniya və Avstriyada keçirilmiş  Beynəlxalq Folklor Festivallarından  respublikamıza laureat

adı ilə qayıtmışdılar. Qazanılmış uğurlar həmin dövrdə respublikada folklor istedadlarına yaradılmış gözəl şəraitin

məntiqi nəticəsi idi. Təkcə  belə  bir  faktı xatırlatmaq  yetərlidir  ki,  yetmişinci illərdə  başqa respublikalarda  folklor

kollektivləri  ictimai  əsaslarla  fəaliyyət  göstərdikləri  halda,  Azərbaycanda  belə  qurumlar  mədəniyyət  sarayları

strukturuna  yerləşdirilərək,  büdcədən  maliyyələşdirilirdi.  1980-ci  ildə  respublika  rəhbərliyinin  göstərişi  ilə

Ağstafada  "Saz  məktəbi"nin  açılması,  daha  sonra  Tovuzda  Hüseyn  Bozalqanlı  adına  "Ozan  -  Aşıq  Muzeyi"nin

yaradılması  folklorla  bağlı  görülən  böyük  tədbirlər  cərgəsindədir.  Bu  dövrdə  folklor  işinə  maraq  o  qədər

güclənmişdi  ki,  respublika  və  rayon  qəzetlərində  folklor  səhifə  və  guşələrinin  verilməsi,  ali  və  orta  məktəblərdə

folklor  mərasimlərinin  təşkil  edilməsi  adi  hal  almışdı.  Hətta  bir  sıra  yerlərdə  folklor  bayramları -  "Qurbani  saz

bayramı" (Cəbrayıl, 1978), "Bayatı bayramı" (Laçın, 1979), " Dastan gecəsi" (Tovuz, 1980), "Koroğluya qayıdaq"

(Bakı, 1982) və s. keçirilirdi. Azərbaycan Dövlət

 

Filarmoniyasında ardıcıl şəkildə Borçalı, Göyçə, Tovuz, Gədəbəy,



Şirvan,  Gəncə  aşıqlarının  konsertləri  təşkil  edilirdi.  Radio  və  televiziya  ilə  dastan  axşamlan  verilirdi.  Folklorun

təbliğində  fədakarlıq  göstərən  "Odlar  yurdu",  "Bulaq",  "Ozan",  "Elin  sazı  -  elin  sözü",  "Ocaq"  kimi  radio  və

televiziya  verilişləri  xalq  arasında  böyük  rəğbət  qazanmışdı.  Məhz  sözügedən  radio  və  televiziya  verilişləri

sayəsində  Aşıq  Şəmşir,  Mikayıl  Azaflı,  Əkbər  Cəfərov,  İmran  Həsənov,  Şakir  Hacıyev,  İsfəndiyar  Rüstəmov,

Murad Niyazlı və başqa istedadlı el aşıqlarının repertuarından dastanlar, aşıq havalan yazıya alınıb qorundu.

Azərbaycan  Respublikası  hüdudlarından  kənarda  -  qonşu  Gürcüstan  və  Ermnənistan  respublikalarında

yaşayan Borçalı və Göyçə aşıqları - Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Fətulla Göyçəli,

Hacı Bayramov  kimi  ustad  sənətkarlar  tez-tez  Bakıya  dəvət  olunur,  konsertləri  təşkil  edilir,  repertuarları  yazıya

alınırdı.  Göründüyü  kimi,  milli  mənəvi  dəyərlərin  qorunub  yaşadılması  ilə  bağlı  həyata  keçirilən  tədbirlər

kompleksinin  arxasında  olduqca  uzaqgörən  bir  siyasət  yürüdülürdü.  Strateji  məqsəd  daşıyan  bu  siyasət

özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma işinə xidmət edirdi.

Heydər  Əliyevin  yetmiş-səksəninci  illərdə  milli-mənəvi  sərvətlərimizə  verdiyi  qiymət,  göstərdiyi  qayğı  və

diqqət onun doxsanıncı illərdəki fəaliyyətinin də ayrılmaz tərkib hissəsi olaraq qalırdı. Azərbaycan Respublikasının

Prezidenti seçildikdən sonra o, həyatımızın digər sahələri kimi, mənəvi-mədəni dəyərlər istiqamətini də daim diqqət

mərkəzində  saxlayaraq,  bu  sahənin  perspektivi  üçün  sistemli  tədbirlər  həyata  keçirdi.  Müdrik  rəhbərin  folklor  və

klassik ədəbi irsə xüsusi maraq göstərməsi müstəqil Azərbaycana rəhbərliyin hər məqamında qabarıq şəkildə özünü

göstərirdi.  "Dədə  Qorqud-1300",  "Aşıq  Ələsgər-175;  180",  "Aşıq  Şəmşir-100"  yubileylərinin  dövlət  səviyyəsində

hazırlanması və birbaşa Prezidentin nəzarəti altında həyata keçirilməsi bunun əyani təzahürü idi.

Səksəninci illərin ikinci yarısından az qala unudulmaq səviyyəsinə gəlmiş folklor işi məhz ulu öndərin qayğı

və  diqqəti  sayəsində  yenidən  öz  qaynar  həyatına  qovuşdu.  Folklor  kollektivlərinin  yenidən  təşkili  və  bərpası,

Azərbaycan  Folklor  Külliyyatı  və  Atlasının  nəşrinə  başlanılması,  çoxcildlik  Azərbaycan  folklor  antologiyasının

onlarla cildinin (Borçalı, Naxçıvan, İraq-türkmən, Zəngəzur, Göyçə, Qarabağ, Şəki, Şirvan, Dərbənd və s.) işıq üzü

görməsi  və  bu  istiqamətdəki  elmi  fəaliyyətin  uğurla  davam  etməsi  də  Heydər  Əliyev  hakimiyyətinin  ikinci

dönəminin yaratdığı münbit zəmin və yeni ab-hava ilə bağlıdır.

Azərbaycanda  folklor  işinin  yüksək  səviyyəli  təşkilini  həyata  keçirmək  üçün  1994-cü  ildə  Milli  Elmlər

Akademiyasında  xüsusi  elmi

 

statusa  malik  Folklor  Elmi-Mədəni  Mərkəzinin  yaradılması  həmin  dövr  üçün  çox



mühüm bir addım idi. 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə folklor işinin

xüsusi  tələblər  səviyyəsində  qurulması ilə  bağlı qarşıda  duran  perspektiv  vəzifələr  müəyyənləşdirilmiş  və  onların

gerçəkləşdirilməsi üçün uzunmüddətli tədbirlər planı hazırlanmışdı.  Folklorun toplanması, nəşri, tədqiqi və təbliği

sahəsindəki  fəaliyyətin  köklü  şəkildə  yenidən  qurulması  və  mənəvi  quruculuqda  aparıcı  istiqamətlərdən  birinə

çevrilməsi ölkə Prezidentinin humanitar sahədəki strateji siyasətinin tələbi idi. 2003-cü ildən AMEA Nizami adına

Ədəbiyyat  İnstitutu  nəzdindəki  Folklor  Elmi-Mədəni  Mərkəzinin  müstəqil  elmi-tədqiqat  qurumuna  -  Folklor

İnstitutuna çevrilməsi bu sahəyə qayğı və himayənin nə qədər güclü olduğunu bir daha təsdiqlədi.

2002-ci  ildə  Azərbaycan  Respublikasının  Milli  Məclisində  "Folklor  haqqında  Qanun"un  qəbul  edilməsi  və

Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da  müstəqil  Azərbaycan  dövlətçiliyinin  mənəvi-humanitar

həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi.




Bu  həssas  münasibətin  nəticəsi  olaraq  elmi-tədqiqat  müəssisələrində,  universitetlərdə,  konservatoriyada,

eləcə də kütləvi informasiya vasitələrində folklor işinə xüsusi maraq göstərilməyə başlandı. Azərbaycan folklor və

etnoqrafiya mədəniyyətinin geniş arenada tanıdılması məqsəd ilə "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalı

işıq  üzü  gördü  Azərbaycan  muğamının  YUNESKO  tərəfindən  qeydə  alınması  (2004  hadisəsi  də  bu  yöndəki

məqsədyönlü fəaliyyətin nəticəsi oldu.

Vaxtilə  yasaqlara  məruz  qalmış  Novruz  bayramının  Azərbaycanda  hər  il  dövlət  səviyyəli  tədbir  kimi

keçirilməsi  də  ulu  öndərimiz  Heydər  Əliyevin  ictimai-siyasi  fəaliyyəti  ilə  sıx  şəkildə  bağlıdır.  1979-cu  ildə

İçərişəhərdə  keçirilən  Novruz  şənlikləri  onun  göstərişi  əsasında  Azərbaycan  televiziyası  ilə  birbaşa  translyasiya

edilmişdir. Bu, həmin dövr üçün böyük cəsarət tələb edən bir hərəkət idi. Şübhəsiz ki, belə bir addımın atılmasında

böyük siyasi avtoritet kimi Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdı.

Yetmiş-səksəninci  illərdə  milli-etnoqrafik  həyatımızla  bağlı  bayram  mərasimlərinin  keçirilməsini  mümkün

ola  biləcək  imkanlar  daxilin  təşkil  və  himayə  edən  Heydər  Əliyev  doxsanıncı  illərdə  -  hakimiyyətinin  ikinci

dönəmində Novruz bayramının dövlət statuslu bayramlar sırasına daxil edilməsini gerçəkləşdirmişdir. Hər il böyük

təntənələrlə  qeyd  olunan  Novruz  mərasimlərində  müdrik  rəhbər  xalq  arasında  olur,  bayramında  yaxından  iştirak

edirdi.

1997-ci  ilin  yazında  İçərişəhərdə  keçirilən  Novruz  mərasiminə  təşrif  gətirən  Azərbaycan  Respublikasının



Prezidenti  etnoqrafik  etüdlərə,  çal-çağırlara, xalq  rəqslərinə,  Novruzla  bağlı göstərilən  el  adətlərinə  səmimi  nəzər

yetirərək, mərasimə toplaşanları salamlayır və elin bayramını təbrik edirdi. Birdən o, ayaq saxladı və "Bala Nərgiz"

aşıq  mahnısını  böyük  şövqlə  oxuyan  cavan  bir  aşığa  yaxınlaşdı.  Prezidentin  üzündəki  səmimi  təbəssüm  və

məmnunluq  onun  gənc  aşığın  oxumasından  necə  böyük  zövq  aldığını  aydın  göstərirdi.  Cavan  aşıq  oxuyub

qurtardıqdan sonra Heydər Əliyev əlini onun kürəyinə vurub dedi:

- Bu mahnı çox gözəldir. Sən də onu gözəl oxudun. Sağ ol! Belə mahnılar adamın ruhunu oxşayır.

Prezidentin  el  mahnısına  belə  həssas  münasibəti,  şübhəsiz  ki,  onun  xalq  ruhuna,  el  musiqisinə,  bir  sözlə,

milli-mənəvi dəyərlərə qandan-candan bağlılığından irəli gəlirdi.

Ümummilli  liderimizin  Novruz  bayramı münasibəti  ilə  Azərbaycan  xalqına  təbriklərində  də  onun  mənsub

olduğu  etnosun  mənəvi-tarixi  dəyərlərinə  həssas  münasibəti  öz  əksini  tapırdı: "İnsanları baharın  gəlməsi,  təbiətin

oyanması münasibəti  ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı

olmuş,  tariximizin  müxtəlif  dövrlərində  bəzi  təzyiqlərə,  süni  maneələrə  məruz  qalmasına  baxmayaraq,  bu  günə

qədər  gəlib  çatmışdır.  Bu  milli  bayramımızın  indi  dövlət  səviyyəsində  geniş  qeyd  olunması Azərbaycanın  dövlət

müstəqilliyinin bəhrələrindəndir.

Novruz  bayramı  ürəklərdə  saf  duyğuların  oyanması  üçün,  insanlar  arasında  səmimiyyət,  mehribanlıq  və

qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin

yaradır.  Yaxınların  yad  olunması,  umu-küsünün,  kin-küdurətin  aradan  qaldırılması,  cəmiyyətdə  qarşılıqlı  xoş

münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ən-ənələrindəndir".

Soykökdən,  qan  yaddaşından  gələn  milli-mənəvi  keyfiyyətlərin,  xəlqi  koloritin  qüvvəsi  özünü  Heydər

Əliyevin  qeyri-adi,  bənzərsiz  natiqlik  qabiliyyətində  də  əks  etdirirdi.  Ana  dilinin,  xalq  ruhu  və  psixologiyasının

gözəl bilicisi olan ulu öndərin nitq və çıxışlarında, eləcə də söhbət və müsahibələrində Azərbaycan dilinin saflığı,

duruluğu, xəlqi kolorit və dinamizmi öz dolğun və təbii ifadəsini tapırdı.

Folklor və etnoqrafiya mədəniyyətimizin, elat həyatının incəliklərini dərindən bilən Heydər Əliyev cənabları

Naxçıvana səfərlərinin birində çayxanada əyləşib adamlarla söhbətləşdiyi zaman qədim el adətincə, "dişləmə çay"ın

nə  olduğunu  və  onun  necə  içildiyini  çox  təbii  və  səmimi

 

bir  koloritlə  nümayiş  etdirəndə  çevrəsindəkilər  onun



sadəliyinə, həm də "dişləmə çay" adətini necə böyük şövq və qürurla göstərdiyinə heyran qaldılar.

Orada ona ətirli ot çayı da təqdim etdilər. Bu çayı uşaqlıqdan çox bəyəndiyini söylədiyi zaman çayı gətirən

adam:

- Kəkotu çayıdı, - dedi.



Heydər Əliyev gülümsünərək özünəməxsus təbəssümlə:

- "Kəkotu" yox, oğlum, "Kəklikotu". Bu, kəklikotu bitkisindən hazırlanmış çaydır. Odur ki, "kəklikotu çayı"

deyilməlidir, - şəklində onun sözünə düzəliş verdi.

Göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz tarixi fenomenliyi onun dünya miqyaslı böyük siyasi

xadim  olmaqla  yanaşı,  doğma  xalqına  məxsus  adət-ənənələri  dərindən  bilməsi,  onları  öz  şəxsi  həyatının

nümunəsində qoruması və yaşatması amili ilə də çıx bağlı idi.

Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi-mədəni abidələrimizə müdrik meyarlar

və  dəqiq  elmi-nəzəri  ölçülərlə  qiymət  verən  Heydər  Əliyev  təkcə  Azərbaycan  hüdudlarında  dəyərləndirmələr

aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi,

ümumtürk  konteksti  daxilində  təqdim  və  təhlil  edirdi.  Prezidentimizin  təkcə  Bakıda  yox,  dünyanın  ən  müxtəlif

yerlərində,  ən  mötəbər  mədəniyyət  və  siyasət  kürsülərində  tarixi  keçmişimizlə,  mənəvi  dəyərlərimizlə  bağlı

söylədiyi  fikir  və  mülahizələr  bu  baxımdan  öz  konseptuallığı  ilə  seçilirdi.  Mənəvi  mədəniyyətlərimizin  tarixi

köklərinin türk xalqlarının ortaq keçmişində - vahid etnik-mədəni sistem daxilində təşəkkül tapması fikrini Heydər

Əliyev özünəməxsus məntiq və faktlar əsasında açıqlayırdı.  "Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın

böyük  tarixi  mədəniyyəti  haqqında  danışarkən  birinci  növbədə  onların  yaratdıqları  bədii  əsərlərə,  şairlərimizin,



yazıçılarımızın  əsərlərinə  istinad  edirik,  onları  nümunə  gətiririk.  Qədim  dövrlərdə  "Dədə  Qorqud",  "Manas",

"Alpamış",  "Koroğlu"  dastanları,  xalqımızın  hamısına  mənsub  olan  şairlərimiz,  yazıçılarımız  -  Nizami,  Yunis

Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxdumqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks

etdirən,  onu  dünyada  tanıdan  ölməz  əsərlər  yaratmışlar  və  bunlar  nəsillərdən-nəsillərə  xalqımızı  özünəməxsus

milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə

sədaqət hisslərini daim gücləndirmişdir" (1, s. 370-371).

1997-ci  ildə  Özbəkistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  dəvəti  ilə  Daşkənddə  rəsmi  səfərdə

olarkən Heydər Əliyev cənabları öz çıxışında ortaq türk mənəvi dəyərləri sırasında qədim türk eposlarının, yerini də

məhz  bu  məqsədlə  bir  daha  vurğulamışdı:  "Biz  ümumi  köklərə  bağlıyıq,  eyni  tarixi  köklərə  mənsubuq  və

xalqlarımızın  dil  birliyi,  mənəvi-əxlaqi,  mədəni  dəyərlərinin  birliyi  bizi  həmişə  birləşdirmiş  və  dostluq  şəraiti,

qarşılıqlı  yardım  şəraiti  yaratmışdır.  Biz  "Dədə  Qorqud",  "Alpamış",  "Koroğlu"  dastanlarından  iftixar  hissi  ilə

danışırıq. Onlar həm özbək xalqı üçün, həm də Azərbaycan xalqı üçün eyni dərəcədə dəyərlidir".

Türk  folklor  mədəniyyətinin  şah  əsərlərindən  biri  olan  "Manas"  eposunun  1000  illiyinin  beynəlxalq

səviyyədə  qeyd  olunduğu  1997-ci  ildə  bu  möhtəşəm  hadisəyə  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər

Əliyevin  verdiyi  dəyər  həmin  dövrdə  bütün  türk  dünyasında  böyük  əks-sədaya  səbəb  olmuşdu.  Qırğızıstanın

paytaxtı Bişkekdə təntənəli yubiley münasibəti ilə keçirilən zirvə toplantısında o, türk dünyasının müdrik ağsaqqalı

kimi bu əzəmətli dastanın qırğız xalqı və bütövlükdə türk dünyası üçün nə qədər böyük əhəmiyyət daşıdığına xüsusi

diqqət  yetirərək  göstərirdi  ki,  "Manas"  qırğız  xalqının  müdrikliyinin  rəmzidir,  zəkasının,  qəhrəmanlığının,

cəsarətinin  rəmzidir.  "Manas"  qırğız  xalqının  daim  vətənpərvər  olduğunu,  ədalətsevər,  azadlıqsevər  olduğunu,

cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. "Manas" qırğız xalqının böyük mədəni-mənəvi sərvətidir, bütün

dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük

mənəvi sərvətidir. "Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının da mənəvi, mədəni

sərvətidir. "Manas" bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır" {!, s. 309).

Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş

gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq

və  toplantılarda  tez-tez  diqqəti  çəkən  "Heydər  -  Xalq"  şüarında  çox  dəqiq  ifadə  edilmişdir.  Xalq  öz  ümummilli

liderini  ruhunun,  varlığının  yenilməz  ifadəçisi  və  əvəzolunmaz  tərcümanı  kimi  görür.  El  şairlərinin,  aşıqların

Heydər Əliyev şəxsiyyətinin tarixi qüdrətinə, Heydər Əliyev dünyasının parlaq, nurlu, həmişəyaşar əzəmətinə həsr

etdikləri qoşma və gəraylılarda, aşıq mahnılarında da eyni ruhun hakim olması tamamilə təbiidir:

Dilləndir sazını, Aşıq Əhliman,

Sözlərin aləmə qoy olsun bəyan.

Otuz beş il xalq yolunda can qoyan

Ulu Heydər kimi rəhbərimiz var.

(Aşıq Əhliman)

Elin ər oğludu, yurd dayağıdı,

Dünyaya səs salır sözü Heydərin.

Sabaha nur saçan el mayağıdı,

Qartal baxışlıdı gözü Heydərin.

(Aşıq Murad)

Yurduna bağlıdı eşqi, həyatı,

Azad Azərbaycan onun muradı.

Elin sərkərdəsi, xalqın nicatı,

Yenilməz qüdrətdi Heydər babamız.

(Aşıq Mahrnud)

Xalqın  ruhuyla,  milli-mənəvi  dünyasıyla  qırılmaz  tellərlə  bağlı  olan,  onu  işıqlı  sabaha,  aydınlığa  aparan



Heydər Əliyev şəxsiyyətinin nurlu siması el məhəbbətinin gözüylə belə görünür.

Redaksiyadan:  Folklorumuzun  yorulmaz  tədqiqatçısı,  filologiya  elmləri  doktoru,  professor,  AAB-nin

birinci  katibi  Məhərrəm  Qasımlı  bu  tədqiqat  işinə  görə  Dövlət  mükafatına  layiq  görülüb.  Bu  münasibətlə

görkəmli alimimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Yüklə 291,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə