P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli



Yüklə 225,07 Kb.
səhifə2/5
tarix20.09.2017
ölçüsü225,07 Kb.
#783
1   2   3   4   5

2.2 Hidroloji məlumatlar

Hidroloji məlumatların 2 növ mövcuddur və aşağıda təsvir olunur: hidroloji məntəqələrdə aparılan ölçmələr və hidroloji modelləşdirmə əsasında hesablamalar.


Hidroloji məntəqələrdə ölçmələr
Türyançay hövzəsində axınları gündəlik ölçən 4 hidroloji məntəqə var (Şəkil 1).

  • Tikanlıda Tikanlıçay ölçülür,

  • Qəbələdə Qaraçay ölçülür,

  • Qəbələdə Dəmiraparançay ölçülür,

  • Türyançay barajında Türyançay ölçülür.

Cədvəl 1 hər məntəqənin 1996-2010-cu illər arasında əhatə etdiyi ölçmə aralığını, Cədvəl 2 Türyançay hövzəsindəki hidroloji məntəqələrin əsas xüsusiyyətlərini əks etdirir.


Cədvəl 1: Türyançay hövzəsindəki 4 hidroloji məntəqənin 1996-2010-cu illər üzrə əhatə etdiyi ölçmə aralığı




Ölçülən illər (1996-2000)




‘96

‘97

‘98

‘99

‘00

‘01

‘02

‘03

‘04

‘05

‘06

‘07

‘08

‘09

‘10

Tikanlıda - Tikanlıçay














































Qəbələdə -Qaraçay














































Qəbələdə -Dəmiraparançay














































Türyançay barajında -Türyançay













































Cədvəl 2: Türyançay hövzəsində hazırda işlək olan hidroloji məntəqələr (Mənbə: milli və beynəlxalq ekspertlərin layihə hesabatları)



No.

Hidroloji məntəqənin adı

Mənsəbə qədər məsafə, km

Hövzənin ölçülən sahəsi, km2

Məntəqənin sıfırı

Tarix, gün/ay/il

Hündürlük (m)

Sistem hündürlüyü

Açılış tarixi

Bağlanış tarixi

1

Tikanlıda - Tikanlıçay

145

120

12,00

Şərti.

22.11.1972

İşlək

2

Qəbələdə -Qaraçay

28

352

-

-

-

İşlək

3

Qəbələdə -Dəmiraparançay

37

126

-

-

21.03.1946

İşlək

4

Türyançay barajında -Türyançay

Q/M

Q/M

Q/M

Q/M

Q/M

Q/M

Qeyd: BDS = Baltik dənizi səviyyəsi

Şərti = Sabit səviyyə yoxdur

Q/M = Məlumat yoxdur

Mənbə: Milli Hidrometeorologiya Departamenti


Türyançay barajında Türyançay çayı üzrə aparılan ölçmələr yalnız 2009-cu ili əhatə edir və sonrakı işlərdə nəzərdən keçirilməyib. Digər 3 stansiya üzrə məlumatlar diqqətlə yoxlanılıb, aşkar səhvlər və qeyri-dəqiq məlumatlar nümunədən çıxarılıb, filtrlənmiş məlumatlar dəsti aşağıda göstərildiyi kimi təhlil edilmişdir.
Tikanlıçayda ölçmələr
Tikanlıçayda maksimum axın adətən yazın sonu yayın əvvəli (may-iyun) və minimum axın qışda (şəkil 7) müşahidə olunur. Lakin ildən-ilə keçdikcə yüksək dəyişkənlik müşahidə olunur və bəzi illərdə axın payızda çox yüksək göstəriciyə (sentyabr-oktyabr) çatır, bunun yüksək miqdarda yağıntı ilə bağlı olduğu hesab edilir (şəkil 3).

Şəkil 7: Tikanlıda Tikanlıçayın aylıq orta axını (2000-2010). Qara rəng illərarası aylıq orta axını göstərir.


Oxunmuş göstəricilər 2008-ci ildə sentyabr ayında (65m3/san), oktyabr və noyabr aylarında (38m3/san) son dərəcə yüksək axınları göstərir. Bu ölçmənin doğru və ya xətalı olması məlum deyil.

Axının çoxillik məlumatları 2000-2010-cu illər arasında hər hansı xüsusi tendensiya göstərmir (şəkil 8).



Şəkil 8: Tikanlıda Tikanlıçayın çoxillik aylıq orta axını (2001-2010)).


Qaraçayda ölçmələr
Qaraçay daimi axınlı çaydır. Onun Qəbələdəki axını Tikanlıçayın Tikanlıdakı axınından xeyli kiçikdir (Şəkil 9). Çayın ən yüksək axını May-iyun arasında, ikinci yüksək axın müddəti isə Sentyabr-oktyabr aylarında, ən aşağı axınlar isə qışda müşahidə edilir.

Şəkil 9: Qəbələdə Qaraçayın aylıq orta axını (1996-2010). Qara rəng illərarası aylıq orta axını göstərir.

Oxunmuş göstəricilər 2001-ci ilin fevral (3.0 m3/san), mart və aprel (2.2 m3/s) aylarında nisbətən yüksək axınlar göstərir. Bu ölçmə məlumatlarının doğru və ya xətalı olub-olmadığı məlum deyil.
Axının çoxillik məlumatları 1996-2010-cu illər arasında hər hansı xüsusi tendensiya göstərmir (Şəkil 10).

Şəkil 10: Qəbələdə Qaraçayın çoxillik aylıq orta axın məlumatları (1996-2010).


Dəmiraparançayda ölçmələr
Dəmiraparançay daimi axınlı çaydır. Çayın Qəbələdə axını Tikanlıçayın Tikanlıdakı axını ilə eyni böyüklükdədir (Şəkil 11). Çayın ən yüksək axını may-iyun aylarında, ikinci ən yüksək axını sentyabr-oktyabr aylarında və azsulu axınlar qışda müşahidə edilir. Axın ildən-ilə keçdikcə, xüsusən gursulu dövrdə dəyişir.

Şəkil 11: Qəbələdə Dəmiraparançayın orta aylıq axını (1996-2010). Qara rəng illərarası aylıq orta axını göstərir.


1996-2010-cu illər üzrə çoxillik axın məlumatları gursulu axınların 2004-cü ildən etibarən azaldığını göstərir (şəkil 12).

Şəkil 12: Qəbələdə Dəmiraparançayın çoxillik aylıq orta axını (1996-2010).


Hidroloji modelləşdirmə əsasında hesablama
Şəkil 14-də göstərildiyi kimi, suvarma üçün istifadə olunan çayların heç də hamısı ölçülmür. Bu, xüsusilə Bum və Həmzəli çaylarına aiddir. Bu iki çayın axınlarını daxil etmək üçün beynəlxalq hidroloji ekspert tərəfindən hidroloji modelləşdirmədən istifadə etməklə hesablamalar aparılmışdır. Bu axın hesablamaları Türyançay hövzəsində yeganə məntəqə olan Qəbələ stansiyasının meteoroloji məlumatlarına əsaslandığından çox şərtidir (Şəkil 1).
Şəkil 13-də Tikanlıçay üzrə modelləşdirmə ilə ölçmə məlumatlarının müqayisəsi göstərilir. Gursulu axınlar üzrə uyğunsuzluq yüksəkdir, ölçmə məlumatları etibarlı deyil. Azsulu axınlarda uyğunluq yüksəkdir. WEAP ilə su ehtiyatlarının modelləşdirilməsinin məqsədi su ehtiyatlarından birgə istifadəni incələməkdir. Burada suya tələbat növlərinin qarşılanması xüsusi maraq kəsb edir. Buna görə də, az sulu axınların yetərli ifadə olunması vacibdir və bu baxımdan WEAP-da hidroloji modelləşdirmə ilə hesablanmış axınlardan istifadə etmək məqsədəuyğundur.

Şəkil 13: Tikanlıda Tikanlıçayın ölçülmüş və modelləşdirilmiş aylıq orta axını (2001 - 2010).




Yüklə 225,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə