P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli


Yeraltı sulara dair məlumatlar



Yüklə 225,07 Kb.
səhifə3/5
tarix20.09.2017
ölçüsü225,07 Kb.
1   2   3   4   5

2.3 Yeraltı sulara dair məlumatlar

Beynəlxalq hidrogeologiya eksperti tərəfindən ətraflı məlumatlar qiymətləndirilmişdir. Müvafiq hesabat Türyançay hövzəsində əsas hidroloji xüsusiyyətləri təsvir edir. BSİ modelinə xas olan səciyyəvi xüsusiyyətlərdən biri yeraltı suların istismar ehtiyatının hövzədə 2.2 m3/san-ə bərabər olmasıdır.

Lakin hesabat məlumat çatışmazlığı səbəbi ilə Türyançay hövzəsində yeraltı suların paylanması barədə geniş məlumat vermir, bu isə BSİ (WEAP) modeli üçün tələb olunurdu (bax: Bölmə 3).

2.4 Infrastruktura dair məlumatlar

Mühafizə divarlarının və əsas körpülərin yerləri yalnız müəyyən dərəcədə məlumdur və məlumat topluları əhatəli deyil. Bir neçə kiçik miqyaslı su elektrik stansiyaları pilot hövzələrdə yerləşir. Yeni bir su elektrik stansiyasının planlaşdırıldığı bildirilir, lakin yeri məlum deyil. Bu yeni stansiyaya bənd/anbar daxil olacaqdır ki, o, ölçüsündən asılı olaraq modelin qurulması üçün önəmli ola bilər.



2.5 Suya tələbat



Suvarma
Suvarılan ərazilərlə bağlı məlumatlar Şəkil 14-də xəritələşdirilir. Suvarma üçün sugötürmə qurğuları ilə bağlı məlumatlar Cədvəl 3-də ümumiləşdirilir. Suvarma suyunun mənbələri çay suyu, yeraltı sular (bulaq) və ya hər ikisidir. Bütün sugötürmə qurğularının yeri barədə məlumat yoxdur, bəziləri isə Türyançay hövzəsindən kənardadır. Türyançay hövzəsində 2013-cü ildə bu qurğular üzrə suya tələbat Qoçalan su istifadəçi birliyi üçün ildə 8.8 milyon kub metr, Qəbələ su istifadəçi birliyi üçün ildə 11 milyon kub metr olmuşdur. Türyançay hövzəsində suvarma üçün sugötürmə məntəqələri üzrə ümumi tələbat ildə 19.8 milyon kub metr olmuşdur.
Qeyd edək ki, Türyançay çayı boyunca heç bir sugötürmə qurğusu barədə məlumat verilmir (xüsusilə də Siebert və digərlərinin (2013) suvarmanın olmasının mümkünlüyünü qeyd etdiyi Türyançay hövzəsinin orta hissəsində (şəkil 14)). Bu ona işarə edir ki, Türyançay hövzəsində suvarma üçün sugötürmə qurğularının müəyyənləşdirilməsi tam olmaya bilər.
Cədvəl 3: Türyançay hövzəsində müəyyən olunmuş suvarma üçün sugötürücü qurğular barədə məlumat (Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təmin edilmişdir). Suyun istifadəsinə dair rəqəmlər 2013-cü ili əks etdirir


Şəkil 14: Türyanchay hövzəsində suvarma. "Suvarma üçün təchiz edilmiş ərazi" Siebert və digərlərinin (2013) 1 hesabatından götürülüb, relyefin rəqəmsal modeli SRTM v4-dən, ərazi məlumatları sifarişçi tərəfindən təmin edilmişdir. Suvarma üçün sugötürmə qurğuları Cədvəl 3-də göstərilənlərdir.


Cədvəl 4 səciyyəvi suvarma rejiminin təsvirini və Cədvəl 5 Türyançay hövzəsində müvafiq səciyyəvi aylıq suvarma tələbatı rejimini əkas etdirir. Üstünlük təşkil edən məhsullardan buğda yazda suvarma tələb edir, daha sonra çoxillik bitkilər və yem bitkiləri gəlir.
Cədvəl 3: 2012-ci ildə Qəbələdə məhsulların bölgüsü (Meliorasiya və Su Təsərrüfatı ASC).


Cədvəl 4: 2012-ci ildə Qəbələnin suvarma suyuna olan tələbatı. Mənbə: Meliorasiya və Su Təsərrüfatı ASC


Məişət (içməli)
Hövzə üzrə əhalinin paylanması Şəkil 15-də xəritələşdirilir. Ümumi əhali 2009-cu ildə təqribən 79 000 olmuşdur. Ən çox əhalisi olan şəhər Qəbələdir (14500 nəfər), daha sonra Xaçmaz və Nic (6200 nəfər) gəlir.

Şəkil 15: 2009-cu ildə Türyançay pilot hövzəsində əhalinin paylanması. Mənbə: Siyahıyaalınma 20092. Relyefin Rəqəmsal Modeli SRTM v4-dən, digər ərazi məlumatları sifarişçi tərəfindən təmin edilmişdir.


İçməli suya tələbat əhali əsasında hesablanır və bu zaman adambaşına istehlak səviyyəsi EECCA CSİ 9 (2007) əsasında 150l/nəfər/gün-ə bərabər götürülür.3 İçməli uya tələbatın 2009-cu il üzrə paylanması Şəkil 16-da xəritələşdirilir və icmalı Cədvəl 6-da təqdim edilir. 2009-cu ildə Türyançay hövzəsində ümumi suya tələbat təqribən 4.3 milyon kub metrə bərabər olmuş, Qəbələ üzrə göstərici təqribən 0.8 milyon m3, Xaçmaz və Nic üzrə 0.3 milyon m3 olmuşdur.

Şəkil 16. 2009-cu ildə Türyançay pilot hövzəsində məişət/içməli suya tələbatın paylanması. Mənbə: Siyahıyaalınma 2009. Relyefin Rəqəmsal Modeli SRTM v4-dən, digər ərazi məlumatları sifarişçi tərəfindən təmin edilmişdir.


Cədvəl 5: 2009-cu ildə Türyançay pilot hövzəsində məişətdə suya tələbat (Şəkil 15 əsasında hesablanmışdır).

Yaşayış məntəqəsi

2009-cu ildə məişətdə uya tələbat (1,000 m3/il)

Qəbələ

792

Xaçmaz

341

Nic

340

Hövzəsinin qalan hissəsi

2,847

Cəmi

4,320



Heyvandarlıq
Heyvandarlıqla bağlı məlumatlar hazırda yoxdur, amma tədqiqatlar əsasında hesablana bilər.
Sənaye
Sənayedə suya tələbat məlum deyil, lakin tədqiqatlar əsasında hesablana bilər.
Hidroenergetika
Pilot hövzədə bir neçə kiçikmiqyaslı su elektrik stansiyaları yerləşir, onlar suyu anbarlar olmadan kanallar vasitəsilə çaylardan götürür və çaylara buraxır. Bu cür çay rejimləri suyun istehlakı hesab edilmir, lakin yetərli axının olmasına ehtiyac duyur. Bu baxımdan təfsilatları müəyyən etmək üçün tədqiqat aparıla bilər.
Yeni bir su elektrik stansiyasının planlaşdırıldığı bilinir, lakin yeri məlum deyil. Bu yeni stansiyaya anbar/bəndin daxil olacağı bildirilir. Cədvəl 2 su ehtiyatlarının modelləşdirilməsi üçün faydalı ola biləcək. məlumatları göstərir.
Cədvəl 2: Yeni su elektrik stansiyasının planlaşdırılan xarakteristikası

Yer




Çay




Bənd hündürlüyü




Anbar həcmi




Lillənmənin idarə olunması




Q içməli(məişət)




Q suvarma




Q hidroenerji




Hasil olunan elektrik enerjisi(MW)




Yeraltı sulara və buxarlanmaya gedən təqribi itki




İş rejimi





Ekoloji

Çoxşaxəli çaylarda ekoloji axının tələblərini müəyyən etmək çətindir. Layihə ərazisi üçün ekoloji axının tələbatı ilə bağlı məlumatlar yoxdur.

Abbasov və Smakhtin (2009)4 axın rejimi və iqlimə dair praktiki amillər əsasında təqribi ekoloji axını hesablamaq üçün metodologiya təklif etmişlər. Sınaq olaraq bu metod suvarma üçün (bax: Cədvəl 3) istifadə edilən Tikanlıçay (axın ölçmələri barədə məlumat Tikanlıda mövcuddur) üzərində tətbiq edilmişdir. Müəlliflər tərəfindən təsvir edilən aşağıdakı addımlar həyata keçirilmişdir:


  1. 12 ayın hər biri üzrə gündəlik axın minimumu və 99%-i keçən axın hesablanmışdır. İki gündəlik axın dəyərindən ən aşağı olanı "ilkin ekoloji minimum" götürülür və həmin ay üçün  ilə göstərilir.

  2. Müəyyən təqvim ayı üçün aylıq ekoloji axın  aşağıdakı düsturla hesablanır:


Burada  - i ilinin oktyabrın əvvəlindən mart ayının sonuna qədər Qəbələ məntəqəsindəki yağıntıdır.  - həmin dövr (oktyabr - martın sonu) üçün uzunmüddətli orta yağıntıdır (bu halda 2001-2010) və  is ilkin minimum ekoloji axını ifadə edir və verilmiş ay üçün əvvəlki addımda hesablanır.
Müəlliflər gündəlik axınları aylıq ekoloji axınla müqayisə etmək üçün bu metodu hazırlamışdır. Bizim nümunədə Türyançay hövzəsində WEAP modellləşdirilməsi aylıq vaxt intervalında olacağından, bu metod aylıq axınlara tətbiq edilmişdir ki, bu da müəlliflərin hazırladığı kimi, məhdudlaşdırıcı deyil. Şəkil 17 hesablanmış ekoloji axını Tikanlıçayın ölçmə məlumatları ilə müqayisəli əks etdirir. Ekoloji axını vizual nümayiş etdirmək üçün bu şəkil Şəkil 8-də göstərilən eyni ölçmələri Y oxu üzrə daha kiçik miqyasda əks etdirir. Aylıq intervalda, ölçülmüş axınlar məntiqi olaraq hesablanmış ekoloji axından daha böyük olur. Bununla belə, bəzi illər üçün iki əyri bir-birinə çox yaxın olur, bu, xüsusilə 2003-2004-cü ilin qışına aiddir. Buna görə də bu hesablanmış ekoloji axını WEAP modelinə daxil etmək maraqlıdır. Məqsəd Tikanlıçayın aylıq axınının suvarma üçün sugötürücü qurğulardan aşağı axarda daha böyük olmasını təmin etməkdir.

Şəkil 16: Tikanlıda Tikanlıçayın ölçülmüş aylıq axını və hesablanmş ekoloji axın (2001-2010).


Ekoloji axın tələbatının ayrıca spesifik bir tədqiqatda müəyyən edilməsi tövsiyə olunur.
Gələcəkdə suya tələbat
Gələcəkdəki suya tələbatla bağlı proseslər demoqrafik proqnozlar və müvafiq inkişaf planları əsasında qiymətləndirilə bilər. Təfsilatlar mümkün qədər Suya Tələbatın Qiymətləndirilməsi Hesabatında təsvir olunur.


: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə