3.4 İlkin WEAP tətbiqi
Türyançay hövzəsində WEAP tətbiqinin strukturu mövcud məlumatlardan istifadə etməklə hazırlanmışdır (Şəkil 18-20). Daxil edilən elementlər və modelin məhdudiyyətləri Cədvəl 8-də ümumiləşdirilir. Hövzədə heç bir xüsusi su paylama siyasətinin olmadığını fərz edərək, suyun paylanması/ayrılması coğrafi yerləşməyə ("tez gəl, tez götür" prinsipi əsasında - aşağı axarda suya tələbatdan asılı olmayaraq yuxarı axarda suyun götürülməsi) əsaslanmışdır.
Modelin məhdudiyyətləri ilə bağlı olaraq, model ilkin hesab olunur və hələ ki, yeni məlumatlar təqdim edən nəticələr hazırlamır. Modeldə suvarma kanallarının tutumu ilə bağlı məlumatlar yoxdur. Halbuki bu göstərici suvarma üçün təmin edilən suyun miqdarına təsir edir. Bununla belə, struktur qurulmuşdur və əlavə məlumatlar əldə edildikcə, boşluqlar doldurula bilər.
Cədvəl 7: Türyançay hövzəsində WEAP tətbiqinə əlavə olunmuş elementlər və modelin məhdudiyyətləri.
Kateqoriya
|
WEAP-a əlavə olunmuş
|
Məhdudiyyət
|
Su ehtiyatları
|
Çaylar
|
Bütün əsas qollar Şəkil 1-də göstərildiyi kimi
|
Aşağıdakı axınlar daxil edilir:
-
Tikanlıçay, Bum və Həmzəli çayları üçün əlavə olunmuş şərti modelləşdirilmiş axın,
-
Qaraçay və Dəmiraparançay çayları üçün ölçülmüş axın
Tikanlıçayla qovuşmadan yuxarıda Türyançay çayının yuxarı axını yoxdur
|
Sulu laylar
|
Bütün sistemlər Cədvəl 3-də sadalandığı kimi
|
Bütün sulu lay sistemlərinin heç bir xarakteristikası yoxdur.
|
Suya tələbat
|
Suvarma
|
Bütün suvarma sugötürücü qurğuları Cədvəl 3-də sadalandığı kimi
|
Türyançay çayı boyunca, Türyançay hövzəsinin orta hissəsində suvarılan sahələrin olmaması mümkündür.
|
Domestic Water
| -
Bütün tələbatlar (≥ 0.1 milyon m3/il)
-
11 yaşayış məntəqəsi daxil olmaqla, ümumi tələbat - 2.8 milyon m3/il.
| -
Səpələnmiş tələbatlar (< 0.1 milyon m3/il) nəzərə alınmır).
-
41 yaşayış məntəqəsi daxil olmaqla, ümumi tələbat 1.5 milyon m3/il.
|
Ekoloji axın
|
Tikanlıda suvarma suyunun götürüldüyü məntəqələrin aşağı axarında Tikanlıçay üçün axın tələbatı
|
Bum və Həmzəli çaylar üçün axın tələbatı (ölçülmüş axın məlumatları tələb olunur).
|
Şəkil 17: Türyanchay hövzəsində WEAP-ın ilkin tətbiqinin sxemi – bütün hövzə.
Şəkil 18: Türyançay hövzəsində WEAP-ın ilkin tətbiqinin sxemi – hövzənin qərb tərəfinə köklənməklə. Tikanlıdakı suvarma üçün sugötürmə məntəqələrindən aşağı axarda Tikanlıçayda ekoloji axına (bənövşəyi) diqqət yetirin
Şəkil 19: Türyançay hövzəsində WEAP-ın ilkin tətbiqinin sxemi – hövzənin şərq tərəfinə köklənməklə.
4. Gələcək işlər
Türyançay hövzəsi üçün hazırlanmış WEAP modeli ilkin səviyyədədir. Cədvəl 9 göstərildiyi kimi məlumatlar yoxdur. Xüsusilə:
-
Türyançay hövzəsinin qollarının əksəri üzrə ölçülmüş axın məlumatları (bax Şəkil 1),
-
müəyyən edilmiş suvarılan ərazilərə (bax: Cədvəl 3) su təmin edən sulu lay sistemlərinin (bulaqların) xüsusiyyətləri,
-
Türyançay boyunca, xüsusilə Türyançay hövzəsinin orta hissəsində suvarılan ərazilərin müəyyən edilməsi (Bax: Şəkil 14),
-
Məhsul növləri əsasında suvarmaya tələbatı qiymətləndirmək üçün Cədvəl 3-də müəyyən edilmiş icmaların hər birində suvarılan ərazi (hektarla)
-
suvarma üçün təmin edilən suya məhdudiyyət kimi, suvarma kanalının tutumu
Cədvəl 8: WEAP tətbiqini tamamlamaq üçün Türyançay hövzəsi üzrə çatışmayan məlumatlar.
Hidrologiyanın simulyasiyası (Qar əriməsi ilə Torpağın nəmliyi metodunun istifadəsi)
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Bulud örtüyü
|
Tələb olunur
|
Mümkün olduqda suayrıcıda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Torpaqdan istifadə
|
Tələb olunur
|
3-cü Cədvəldə qeyd edilən suvarılan sahələr daxil olmaqla
|
Məhsuldarlıq əmsalı
|
Tələb olunur
|
Əgər olmasa, ədəbiyyatda olan səciyyəvi göstəriciləri istifadə edə bilərik
|
Yeraltı suların xüsusiyyətəri (Spesifik debit, dərinlik)
|
Könüllü
|
Çox zaman kalibrasiya zamanı bu parametrləri uyğunlaşdırırıq
|
Yeraltı suların təsviri üçün ilkin məlumatlar
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Saxlama potensialı
|
Tələb olunur
|
Sulu lay sisteminin tutumu
|
Yeraltı suların qidalanması
|
Tələb olunur
|
Əgər yerüstü sularla yeraltı sular arasındakı qarşılıqlı əlaqəni simulyasiya etməsək, nəzərə alınmaya bilər. Bu halda, fərziyyə əsas götürülməli və təqribi qidalanma göstəricisi daxil edilməlidir.
|
Maksimum sugötürmə (istismar ehtiyatı)
|
Könüllü
|
Sulu laydan götürülə bilən maksimum (məlum və ya fərz ediləN)
|
Anbarın təsviri üçün ilkin məlumatlar
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Saxlama potensialı
|
Tələb olunur
|
|
Həcm-yüksəklik əyrisi
|
Tələb olunur (əgər hidroenergetikanı simulyasiya etmək istəyiriksə)
|
|
Anbardan buxarlanma
|
Könüllü
|
Olmasa, hesablana bilər
|
Yeraltı sulara gedən itkilər
|
Könüllü
|
|
Anbarın istismar qaydaları (məs. daşqına nəzarət, buraxılış, bufer zona)
|
Könüllü
|
|
Qeyr-fəal /ölü zona
|
Tələb olunur
|
|
Bənd daxilində su elektrik stansiyasının təsviri
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Turbinin gücü
|
Tələb olunur
|
|
Aşağı byefin səviyyəsi
|
Tələb olunur
|
Bənddən aşağıda çayda suyun yüksəkliyi
|
Stansiya əmsalı
|
Tələb olunur
|
Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə
|
Elektrik enerjisi yaratma səmərəliliyi
|
Tələb olunur
|
Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi
|
Elektrik enerjisi istehsalına qoyulan hədəf
|
Könüllü
|
|
Çay axını üzərində su elektrik stansiyasının təsviri
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Turbinin gücü
|
Tələb olunur
|
|
Sabit su səviyyəsi
|
Tələb olunur
|
Hidroenerji istehsalı üçün hesablanmış su təzyiqinin hündürlüyü
|
Stansiya əmsalı
|
Tələb olunur
|
Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə
|
Elektrik enerjisi yaratma səmərəliliyi
|
Tələb olunur
|
Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi
|
Elektrik enerjisi istehsalına qoyulan hədəf
|
Könüllü
|
|
Kanal/tunel/boru kəmərinin təsviri
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Axın qabiliyyəti
|
Tələb olunur
|
|
Suya olan tələbatlar
|
Məlumatlar
|
Tələb olunur/Könüllü?
|
Qeydlər
|
Sənaye/mədən
|
Könüllü
|
|
Əlavə məlumatlar əldə edildikcə, Türyançay hövzəsi üzrə WEAP tətbiqini iş yerində yerli ekspertlərlə təlim çərçivəsində tamamlamaq tövsiyə edilir.
Dostları ilə paylaş: |