P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

Çoban  dcdi:
-  Allah  evini  yıxsın,  atın  da özün kimi  dəlidi.  O  dərənin  ortasında 
əl-ayağm ı  bağlam ışam .  B ilm irəm   diridi,  yoxsa ölüb.
Koroğlu:  “A tan  gorbagor  olsun,  nə  dam şırsan?”  dedi,  Q ıratın 
dalınca  getdi.  G ördü  ki,  çoban  yazıq  heyvanın  əl-ayağm ı  bağlayıb. 
Koroğlu  Qıratın  əl-ayağm ı  açıb  yəhərlədi,  iki  gözündən  öpdü,  minib 
Eyvazın  yanına gəldi.  Pulla dolu  xurcunu  götürüb,  Eyvaza  dedi:
-   S ənə  qurban  olum,  qalx  atın belinə  gedək.
Eyvaz  dedi:
-   Y olunla  get,  m ənnən  zarafat  eləm ə,  indi  R övşən  əm i  gəlib  səni 
dəyənəkləyər.
K oroğlu dedi:
-  S ənə qurban olum, gözünü sil bax gör Rövşən əmini tanıyırsanmı? 
Eyvaz  baxıb  gördü ki,  R övşən  əm isi  qabağında  durub,  ancaq  p al-
tarlarım  dəyişib.  Eyvaz “vay  ata,  vay  ana”  deyib,  səslənm əyə başladı. 
Onun  səs-ü n ü n d ən   heç  nə  çıxm adı.  K oroğlu  Eyvazın  əlindən  tutub 
tərkinə  çəkdi.  B elindəki  tim ıə  şalmı  açıb  Eyvazı  m öhkom   özünə 
sarıdı.  Qıratı  qam çılayıb aradan çıxdı.  Q əssab şəyirdi gördü ki, K oroğ- 
lu Eyvazı  aparır.  B öyrü iistə  uzandığı  yerdən  Koroğluya dedi:
-  Ay  kişi,  zarafatı  bir yana burax!
K oroğlu  onun  sözünə  qulaq  asmadı.  Q əssab  şəyirdinin  əlində  bir 
osmanlı  yarağı  var  idi.  Onu  götürüb  Koroğlunun üstünə  cum ub  dedi:
-   Eyvazı  burax,  yoxsa qam ını  yırtaram.
K oıoğlu  qossab  şəyirdinin  yekəbaşlığını  görüb,  qılıncını  çəkdi, 
onun  başını  xaşxaş  toxum u kimi  dağıtdı.  Çobanın  gözü  Koroğludaydı. 
Bunu  görən  kimi  dili  tutuldu.  Fikirləşdi  ki,  indi  m əni  də  öldürəcok. 
Çoban  kəlm eyi-şəhadotini  oxudu.  Koroğlu  üzünü çobana tutub dedi:
-   Ç oban,  qorxm a,  otəyini  aç.
Çoban  ətəyini  açdı.  Koroğlu  xurcunun  bir  gözünü  onun  ətəy in ə 
boşaldıb  dedi:
-  Ç oban,  heç  nə  gönnəyibsən.  Dovo  gördün?
Ç oban  dedi:
-  Yox!
Koroğlu  dedi:
-  Çoban,  m ən  Eyvazı  aparıram ,  sən burda dayanma,  qoyunları  q a- 
laya apar ki,  sənə  bir ziyan  golm əsin.
Çoban  sürünü  çokib  qalaya  yollandı.  Koroğlu  Eyvazı  götürüb 
Ç əm libelə  doğru  yola  düşdü.  K oroğlu  atı  çapırdı.  Eyvaz  atın tərkində
ağlayıb,  “vay,  xalam   qızı  qaldı,  əmiın  qızı,  bibim qızı  qaldı”, -  deyirdi. 
K oroğlu  gördü  ki,  ağlam aqdan  Eyvazın  gözləri  alm a  yekəlikdə  oldu. 
Ö z-özünə  dedi:  “A y  yazıq,  di  gəl  bu  hayhahayda  bunu  sakitləşdir, 
yoxsa ürəyi partlayacaq” .  K oroğlu  götürüb  türkü  ilə  dedi:
S ənə  deyirəm   ağlama,
A ğlam a,  Eyvaz,  ağlama.
X un i-ciy ərim   dağlam a,
A ğlam a,  Eyvaz,  ağlam a.
Eyvaz dedi:
-  Ey  Cəlali  Koroğlu,  izin  ver,  m ən  də bir türkü  deyim.
Eyvaz dedi:
M ənə  deyirsən  ağlam a,
N ecə  ağlam ayım ,  K oroğlu?
X u n i-ciy ərim   dağlam a,
N ecə  dağlam ayım ,  bəyoğlu?
K oroğlu  dedi:
G əlirdim   yarı-yabannan,
Sabığın  aldım   çobannan,
A yırdım   qoca babannan,
Ağlam a,  Eyvaz,  ağlama.
Eyvaz Koroğluya dedi: -  “A tam ın evini yıxıb, oğlunu götürüb apa- 
rırsan” .
Sonra  bu  türkünü  oxudu:
A xcam   xurcuna  tökdün,
Ü rəym in  başını  sökdün,
A tam ın  belini bükdün,
N ecə  ağlam ım ,  K oroğlu?
Koroğlu dedi:
B əy  deyiləm ,  xan  deyiləm ,
S ənə  qıyar can  deyiləm .
A tan,  baban  m ən  deyiləm ,
A ğlam a,  Eyvaz,  ağlama.


Eyvaz dedi:
B ağçam da  güllərim   qaldı,
Q ucm alı bellorim   qaldı,
Bir  ağır  ellorim  qaldı,
N ecə  ağlam ım ,  K oroğlu?
K oroğlu  dedi:
Sən  m əni  eylədün  naşı,
A xıtdun  d idəm dən  yaşı,
K oroğlunun qoç  qardaşı,
A ğlam a,  Eyvaz,  ağlam a.
Eyvaz:  “Ey Koroğlu,  m ən  səni  m ərd  eşitmişdim,  bilm irəm   doğru- 
dan  da m ərdsən,  yoxsa nam ərd” , -  dedi, belə  bir türkü oxudu:
Eyvaznan  oynadın nərdi,
U rəyim ə  vurdun dərdi,
B ilm irəm   m ərdi,  nam ərdi,
N ecə  ağlam ım ,  K oroğlu?
Eyvaz  sözün bitirdikdən sonra K oroğlu onu atın tərkinə  alıb  Ç ə m - 
libelə  yollandı.
Q əssab M ir İbrahim   evə  gəlib  arvadına dedi:
-  A y  arvad,  bu  gün  yonulm am ış  bir çodara rast  gəlm işəm .
B eş-o n   m anat pulum  çatm adı.  Eyvazı  onun  yanında  girov  q o y m u -
şam.  Tez  ol,  pul  tap.
A rvad  tə lə m -tə lə sik   qonum -qonşudan  pul  tapıb  ərinə  verdi.  M ir 
İbrahim   ata m inib  qoyunların yanına yollandı.  Qala darvazasm ın  çıx a- 
cağında qoyunları  qalanın  içində  gördü.  Ç obana dedi:
-  A llah evini  yıxsm , m ənim  rnalımı  niyə  qalamn  içinə  g ətin n isən ? 
Ç oban  dedi:
-   M al  özüm iindü,  istərəm   qalanm   içində  saxlaram ,  istərəm   b ay ı- 
rında.
M ir İbrahim   dedi:
-  M ən pul verib bunları alm ışam. N ə üçün m ənim  qoyunlarım ı  q a- 
lanın  toz-torpağına  salıbsan
Ç oban  dedi:
-  Boş-boş dam şıb  zayıllam a.
M ir İbrahim  dedi:
-   Sən çodar R övşən  bəyin  dostu deyilsən?
Çoban:
-  A xm aq-axm aq danışm a,  sən  də  q ələt  eliyirsən,  R övşən b əy   də! 
R övşən bəy kimdi?
M ir İbrahim dedi:
-  Arvadını...  sən  indicə  bu  qoyunları  m ənə  satıb  pulunu alm adın?
Çoban dedi:
-  A y qurumsaq,  bu qoyunlar Ərəb Reyhanındı.  B uraya gətirm işom  
ki,  sağıb  südünü  satım.
Çoban  belə  deyəndə  M ir  İbrahim   qəssabın  canm a  üşütm ə  düşdü. 
A td an   yenib  qoyunlara  baxdı,  gördü  bunların  ham ısı  dişidi,  döşləri 
sü d lə  doludu.
M ir İbrahim dedi:
-  O  evi yıxılm ış  bunları  m ən ə  erkək adına satmışdı.
Sonra  fikirləşdi  ki,  birdən  bu,  Koroğlu  olar,  m əni  aldadıb,  Eyvazı 
götürüb  aradan çıxar.  Ç obandan soruşdu ki,  dağda  iki  oğlan uşağı  gö r- 
dünm ü?
Ç oban dedi:
-  H ə,  gördüm dağm  başında zarafatlaşırdılar,  güləşirdilər.
M ir  İbrahim  dərhal  atın  belinə  sıçrayıb  Eyvazm  yanına  çapdı. 
D ağm   başına çatanda  gördü  ki,  nə  Eyvaz var,  nə  çodar.  Qəssab  şəy ir- 
dinin  meyidini  gördü,  dili tutuldu.  Atdan enib başına bir neçə n ən b ə cə 
saldı.  M ir İbrahim torpağı başm a  ələyib  ah-vay elədi:
-  Vay,  oğlumu  apardılar,  oğlum   əlim dən  çıxdı.
S izə  kim dən  deyim ?  Ə rəb  Reyhandan.  Ərəb  R eyhan  əlli-altm ış 
atlı  ilə  ova çıxmışdı.
Ə rəb  Reyhan  uzaqdan  gördü  ki,  bir  n əfər  başına  torpaq  sovurub 
hönkür-hönkür  ağlayır.  Tez  atın  cilovunu  çəkib,  atı  ona  tə rə f çapdı. 
Y axınlaşdı,  gördü  ki,  yeznəsi  qəssab M ir İbrahimdi.  Ə rəb Reyhan M ir 
İbrahim den  soruşdu  ki,  niyə  ağlayırsan,  nəyi  apardı,  kim   apardı?
M ir İbrahimin  ağzı  söz tutmurdu.  Elə hey  deyirdi:  “apardı” .
Ə rəb  Reyhan hirslənib  dedi:
-   Köpəyoğlu,  de  görüm   kim  apardı,  nəyi  apardı?
H annan-hana M ir İbrahim in  dili  açılıb  dedi:
-  Koroğlu  ilə  sövdələşm işdim ,  götürdü  apardı.


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə