P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

tonha  Pərizad  xanımın  yanına gəldi.  Koroğlu öz-özünə  dedi:  “Pərizad 
xanım  öz razılığı  ilə  gəlsə  heç,  gəlm əsə  zorla  aparm ayacağam ” .
P ərizad  xanım  dedi:
-   Ey  Colali  Koroğlu,  m əni  burda kimin üm idinə  qoyub  gedirsən?
K oroğlu  Pərizad  xanım ın  əlindən  tutub  Q ıratın  tərkinə  mindirdi.
O nlar  yola  düşdülər.  Eyvaz  uzaqdan  gördü  ki,  Koroğlu  bir  ağ  çadralı 
qadınla  gəlir.  Koroğlu çatdıqda Eyvaz  dedi:
-  Ay  ağa,  bu kimdi?
K oroğlu  dedi:
-  Oğlum ,  mənim burda daha heç  nəyim  qalmadı,  bütün bu hənga- 
m ələr bunun  iistündəydi.
Eyvaz  dedi:
-   Ay  ağa,  Çəm libeldə  çörəkdən,  paltardan  heç  nə  qalmayıb.
K oroğlu  dedi:
-  “B abalar der:  bol  gərək,  ya  dərmam ,  ya d ərd i” .
K oroğlu  Pərizadla  Eyvazı  götürüb  d ey ə-g ü lə  Ç əm libelə  doğru 
yola düşdü.  M ənzilbəm ənzil  gəlib  Ç əm libelə  çatdırar.
D olilər Koroğlunun qorxusundan  onun gözünə  görünm ürdülər.
Onlar  dalda  qalıb  Ə rəb  Reyhanın,  Əhm əd  paşam n  var-dövlətini 
yükləm əklə  m əşğul  idilər.  A lm asatan  da  osm anlıların  qorxusundan 
arvad-uşağım   götürüb  dəlilorlə  birlikdə  Ç əm libelə  gəldi.
Koroğlu gəlib  Ç əm libelə  çıxdı.  Pərizad  xanım ı  hərəm xanaya yol- 
ladı.  Ərəb  Reyhanla  Əhm od  paşanın  m al-dövlətini  yerbəyer  edəndən 
sonra Eyvaz N igar xanım a  dedi:
-  Koroğlu  min zəhm ətlə  özünə  qız gətirib,  indi  isə  m əndən utanır.
Nigar xanım   Eyvaza  dedi:
Koroğlu  ilə  Porizad  xanım a  toy tədarükü  gör.
Eyvaz toy todarükü gördü.  Yeddi gün, yeddi  gecə toy çalındı.  Y ed- 
dinci  geco  Pərizad xanımın olini  Koroğlunun əlin ə  verib  gərdəyə yol- 
ladılar.  Koroğlu  ilə  Pərizad  xanım  kam a çatdılar.
DOQQUZUNCU MƏCLİS
İndi  sizə  kim dən  deyim   G iziroğlu  M ustafa  bəydən.  Giziroğlu 
M ustafa bəy  Ç əm libeldə  K oroğluya  qonaq  idi.  Ş ahanə  bir  m əclis  qu- 
rulmuşdu.  K oroğlu  G iziroğlu  M ustafa  bəylə  birgə  yeddi  yüz  yetmiş 
yeddi  dəlisini  başm a  yığıb  şərab  içirdilər.  Eyvaz  Balı,  M usa Balı,  İsa
Balı  m əclisdə  saqilik  edib  şərab  süzürdü.  Koroğlu,  Giziroğlu, dəlilər
m əst  olub başları  qızandan  sonra  K oroğlu  G iziroğluna dedi:
-  M ənim  m əclisim dən yaxşı  bir m əclis  görübsənsə,  de?
Giziroğlu  dedi:
-  Yox,  görm əm işəm ,  am m a bir şey  çatışmır.
Koroğlu:
-  N ə  çatışmır? -  deyə  soruşdu.
Giziroğlu  dedi:
-   Paşa  Toqat  şəhərinin  kənarında  gözəl  bir  bağ  saldınb,  o  bağda 
qaz,  ördək,  qutan,  dum a,  başqa quşlar vardır.  Qoy paşanın dum aların- 
dan  tutub  gətirib  kabab  çəksinlər,  Eyvaz  o  kababları  m əclisə  versin, 
b iz də  yeyib  m əzə  edək.
M ustafa bəy bu  sözü  k e f havasına dedi,  yoxsa  durna əti  cam ış  ə ti- 
nin dadını verir.  K oroğlu E yvazdan bir piyalə şərab alıb üzünü dəlilərə 
tutub  dedi:
-   Bir  cavan  istərəm   bu  piyaləni  m ənim   əlim dən  alıb  içə,  gedə 
H ə sə n   paşanın  bağm dan  bir  neçə  kabablıq  dum a  vurub  gətirə,  kabab 
çəkib  yeyək.  M ustafa  bəy  qonaqdı,  könlü  dum a  kababı  istəyir,  onun 
x ə trin ə   dəym ək olmaz.
D əlilər  hamısı  başlarmı  aşağı  salıb  dinm əz-sö y ləm əz  dayandılar. 
Q e y rət Eyvaza  güc  gəldi,  o,  Koroğlunun qarşısında baş  əyib  dedi:
-  Bu  işi  m ənə  tapşır,  piyaləni  ver  içim.
Eyvazın sözü Koroğlunun xoşuna gəlm ədi. Üzünü Eyvaza tutub dedi:
-  K əs  səsini  yaram az,  yeddi  yüz  yetm iş  yeddi  dəli  dura-dura,  son 
gedib  M ustafa b əy ə  kababhq  durna gətirəcəksən?
Eyvaz  d inm əz-söyləm əz  yerində  oturdu.  K oroğlu  üzünü  dəlilərə 
tutub  iki-üç  dəfə  də  bu  sözü  təkrar  etdi.  D əlilərin  cınqırı  da  çıxmadı. 
B unu  görən  Eyvaz  qeyzlə  yerindən  qalxıb  baş  oyib  dedi:
-  Ağa, bu işi m ənə buyur, v erp iy alən i  içim.  Piyaloni  verməson,  bu 
xəncəri  ürəyim in  başından  soxub  özüm ü  həlak  edocəm ,  üroyino 
öm ürlük  dağ  çəkəcəm .  G ərək   m ən  ayağa  durm ayaydım ,  indi  ki,  du r- 
m uşam ,  daha yerə  oturm aram .


Koroğlu elacsız qalıb piyaləni  Eyvaza verdi.  Eyvaz yaraq-yasağını 
taxdı,  atını  minib  Toqata  yollandı.  Dəmirçioğlu,  K üyüm çüoğlu,  Bəlli 
Ə hm əd dedilər:
-   Bu  vələdüzna  Eyvaz  kefləndiyi  üçün  bu  işi  boynuna  götürdü. 
Sabah  Koroğlunun  başı  kefdən  ayıldıqda  görsə  ki,  Eyvazı  təkbaşına 
H əsən  paşanın  bağına  yollam ışıq,  nəslim izi  kəsər.  D urun  onun  dalı- 
sıncan  gedək.  Eyvaz ölsə,  biz  də  ölərik, diri  qalsa,  biz  də xilas  olarıq.
D əm irçioğlu,  Küyümçüoğlu,  B əlli  Əhm əd  yaraqlanıb,  atlanıb  E y- 
vazın dalısınca yollandılar.  Onlar Eyvaza çatıb dördü də birlikdə m ən- 
zilbəm ənzil  gedib  Toqat  şəhərinə  yetişdilər.
D əlilər  Giziroğlu  M ustafa  bəyin  nişan  verdiyi  bağa  girdilər,  bir 
neçə  quş  vurub  kabab  çəkdilər,  böyürlərini  yerə  verib  şərab  içə-içə 
kabab yem əyə başladılar.  Eyvaz qılm cını çəkib ağacları kəsm əyə baş- 
ladı.  B ağban  görəndə  ki,  Eyvazla  dəlilər bağı  viran  qoyur,  dərhal  şə- 
h ə rə   gedib paşaya xəbər verib  dedi:
-  Koroğlunun  dörd  dəlisi  gəlib bağı kor qoyub,  ağacları  kökündən 
qırırlar.  Onlardan  niyə  belə  eləyirsiniz,  soruşanda,  deyirlər:  “calaq 
eləy irik ” .
Paşa  qəzəblənib  süvarilərinin  sərkərdəsi  B olu  b əyə  dörd  yüz  atlı 
verib  dedi:
-  Koroğlunun dəlilərinin dördünü d ə diri tutub hüzuruma gətirərsən.
D əm irçioğlu Bəlli  Ə hm ədə  dedi:
-  Eyvaz  bizi  dörd  divar  arasında  qəfəsə  saldı.  İndi  bağban paşaya 
x əb ə r  aparacaq,  paşa  da  Toqatın  qoşununu  üstüm üzə  töküb  atamızı 
yandıracaq.
Sonra  D əm irçioğlu  B əlli  Ə hm ədə  dedi:
-   Eyvazın  cürətini  sınayaeağam.  Toqat  qoşunu  gəldikdə  Eyvaz 
qaçm aq  istəsə,  qılıncla  boynunu  vurub  öldürəcəyəm ,  yox,  əgər  kişi 
kimi dayanıb dava etsə, nə qədər canımda qan var, döyüşüb vuruşacağıq.
D əm irçioğlu Eyvaza dedi:
-  Evini  A llah  yıxm asın,  öz gücündən  xəbərin  yoxdu  ki,  bizi  gəti- 
rib  bu  dörd  divar  arasında  tələy ə  saldın,  indicə  paşa  Toqat  qoşununu 
başım ıza tökəcəkdi.
Eyvaz D əm irçioğluna dedi:
-   N ə  q əd ə r  ki,  canım da  can  var,  vuruşacağam.  İşdi  ə g ə r  ölsəm, 
K oroğlu  sizi  qırm asın deyə,  H əsən  paşaya pənah  aparın.
D əm irçioğlu  şad olub  dedi:
-  Gözlərinə qurban  olum ,  Eyvaz,  dur atını  min.
Eyvaz, D əm irçioğlu,  Küyüm çüoğlu, B əlli Ə hm əd yaraqlam b,  atla- 
rına  minib  pələng  kim i  T oqat  qoşununun  qabağım   kəsdilər.  B olu  bəy 
bunları  görən kim i  qoşununa hökm   edib  dedi:
-  Cavanlar,  bunlar K oroğlunun dəliləridi,  tutun bunları.
Eyvaz  D əm irçioğluna,  vurun  -   dedi.  D əlilər  ac  qurd  qoyun  sürü- 
sünə  daraşan  kim i,  qoşunu  darm adağın  etdilər.  B olu  bəy  gördü  ki,  bu 
dörd  n əfər qoşunun  yarısım   qılıncdan  keçirdi.  Ə g ər belə  getsə,  qoşu- 
nun hamısı  qırılacaq, əm r etdi  kəm ənd atsınlar.  Toqat qoşunu Eyvazın 
boynuna kəm ənd atdı.  D əm irçioğlu kəm əndi  qılıncla kəsdi.  O biri  tə - 
rə fd ə n   D əm irçioğlunun  boynuna  k əm ən d   atdılar.  Bəlli  Ə hm əd  k ə - 
m ən d i kəsib  qırdı.  Bolu b əy   əlacsız  qalıb  dedi:
-  Canım  cavanlar,  ham ınız dörd tərə fd ən  k əm ənd atın.
D örd  yandan  kəm ənd  atıb  dəlilərin  dördünü  də  tutub  atdan  yerə 
saldılar.  Onların  qollarını  bağlayıb,  atın  qabağm a  qatıb  piyada  Toqata 
apardılar.
Eyvazın şəklini U rfa şəhərindən K oroğluya gətirən sövdəgar X acə 
Y ə q u b   ticarət  üçün  Toqat  şəhərinə  gəlm iş,  şəhərin  girəcəyində  otur- 
m uşdu.  Xacə Y əqub  gördü,  bağ tərəfdən  qoşun  gəlir.  X acə  Y əqub  bir 
osm anlıdan  soruşdu ki,  bu nə  xəbərdi?
Osm anlı dedi:
-   Koroğlunun  dörd  dəlisi  H əsən  paşanın  bağına  girmişdi  paşanın 
qoşunu  onları  tutub  gətirir.
X acə  Yəqub  dəli  adı  eşidən  kı'mi  özündən  çıxdı.  Qabağa  yeriyib 
g ördü  ki,  Eyvaz,  D əm irçioğlu,  Küyüm çüoğlu,  B əlli  Ə hm əd  qolları 
bağ lı  qoşunun  qabağında gəlirlər.  X acə  Y əqub  dərindən bir  ah  çəkdi. 
Q o şu n a  bir  də  baxıb  gördü  ki,  Koroğlunun  dörd  dəlisi  osmanlı  qoşu- 
n u nun yarıdan çoxunu qırıb. A tlılar qırılanları da özləri  ilə daşıyırdılar. 
X a cə  Yəqub Eyvazı səslədi.  Eyvaz X acə Y əqubu qürbət eldə gördüyü 
ü çün  kövrəlib  ağladı.  Bolu  b əy   Eyvaza  dedi:
-  A y vələdüzna,  ölüm don  qorxub  ağlayırsan? İki  yüz nəfor bizdən 
qıranda  gözündən  heç  yaş  da  gəlm ədi.
Eyvaz  Bolu b əy ə  dedi:
-   Ölüm dən  qorxm uram ,  m ənim   bu  kişiyə  beş  yüz  tümən  borcum  
var,  qorxuram  şüğlüzüm ə  ölüb  gedəm.  K oroğlu  m ənim   xatirimi  çox 
istəyir, iki min də borcum  olsa, yenə də m əni borclu qoym ayıb ödüyər. 
X ahiş  edirəm   əm r  edəsən,  qollarım ı  açsınlar,  K oroğluya  bir  nam ə


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə