P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   2   3   4   5   6   7   8   9   ...   56

D astam n  respublikam ıza  g ətirilm əsinə  yardıtnçı  olm uş  Paris  M illi  K itab- 
xanasm ın  əm əkdaşı  Jak  Karo,  o  zam an  B M T -nin  m ə d ən iy y ə t  m ə sələlə ri 
şöbəsində (Y U N ESK O ) çahşan həm yerlim iz R am iz A butalıbov xüsusi tə şə b - 
büs  göstorm işlor.
Eposun n əsr (yurd) hissəsini  fars dilindən A zərbaycan türkcəsinə  Q ulam - 
rza B udaqi tə rc ü m ə etmişdir.  B u sətirlərin m üəllifı təqdim  olunan m ə tn i q ə h - 
rəm anlıq  dastanlarım ızm   üslubuna,  zəngin  tarixi  keçmişi  olan  dastan  ifaçılığı 
ən ə n ə lə rin ə   uyğunlaşdırarkən bir  sıra  kiçik  d üzəlişlər aparm ışdır.  M ə c lislə r- 
dəki  şeirlərin  (onlar  A zərbaycan  türkcəsindədir),  o  cüm lədən,  a y rj-ay rı  söz 
və  ifad ələrin   dəqiqləşd irilm əsin d ə  A zərbaycan  M E A -nın  F olklor İnstitutun- 
da  qorunan  “K oroğlu  arxivi”n d ək i  dastanın  əksor  variantları,  həm çinin  epo- 
sun  R .Z əkibəy,  V .X uluflu,  R əcəb li,  H .Ə lizadə,  M .H .T əhm asib  və  İ.A bbaslı 
ilə  B .A bdullanm   adları  ilə  bağlı  n əşrləri  faydalanılan  başlıca  qaynaqlar 
olm uşdur.
Ə lbəttə, təqdim  olunan m ətn geniş oxucu auditoriyası üçün n əz ərd ə tutul- 
duğundan  daha  çox kütləvi n əşr  səciy y əsi  daşıyır.
İndi qarşıda daha ciddi və h əy a ta k eçirilm əsi vacib olan b ir m ə sə lə  durur: 
Paris  əlyazm asınm   elm i-tənqidi  m ətnini  hazırlam aq,  onu  elm i  ictim aiyyətin 
sərəncam ına verm ək.
İsrafil Abbaslı
on  ıo  po
x
q
O O ’O O Q
k   w n o § £ U   ^
S
(Paris nüsxəsi) 
J


BİRİNCİ  MƏCLİS
K oroğlunun  əsl-nəsəbi  Təkə-Türkm annandı.  O nun  atasm ın  adı 
M irzə  Sərraf, öz  adı  isə  R övşən  idi.  O zam anlar M irzə  S ərraf T ürküs- 
tan  şahı  Sultan  Muradın  baş  ilxıçısıydı.  Türküstan  padşahının  nə  ki 
ilxısı  varıdı,  hamısı  M irzənin  əlində  idi.
B ir  gün  ilxıçılardan  biri  M irzəyə  xəbər  gətirdi  ki,  Ceyhun  ça y ın - 
dan  b ir  at  çıxıb  iki  madyana  basıb,  sonra  qayıdıb  suya  giriblər.  M irzə 
bu x əb ə ri  eşidən kimi  ilxmın  içinə girib  o  iki  madyanı  damğaladı,  ilxı- 
çıya  tapşırdı  ki,  gözdə-qulaqda  olsun,  m adyanlar  doğanda  ona  x əb ə r 
versin.  M irzə  özü də  bu  tarixi  yadında  saxladı.
M adyanlar doğan vaxt M irzə onların yanına gəldi.  Doğulan q u lu n - 
ları y erə düşm əmiş çadıra bükdülər.  Qulunlar çox tüklü, bədheybət idi.
M irzə  hər il  ilxının  içərisinə  gəlir,  üç-dörd  yüz dayça  seçir,  onları 
padşahın tövləsinə aparırdı.  H ər il olduğu kimi, M irzə o il də atların ən 
yaxşılarm ı  seçm ək  üçün  ilxının  içinə  gəldi.  O  həm in  iki  dayçanı  da 
ayırıb  padşahın  tövləsinə  apardı.  Padşah  atlara  baxm aq  üçün  tövləyə 
gəldi.  Dayçaların  ham ısım   bəyəndi,  amma  o  iki  dayçadan  xoşu  g ə l- 
m ədi.  Padşah M irzəni  yanına çağırtdırdı.  Buyurdu ki,  deyəsən,  bu  kişi 
m əni  naşı  hesab  edib.  M irzə  qocalıb,  görünür,  daha  at  tammır.  Padşah 
əm r elədi  ki,  M irzənin  gözlərini  qızdırılm ış  şişlə  oysunlar.
Padşahın  hökmü  ilə  M irzənin  gözlərinə  oddu  şiş  soxub,  çıxartdı- 
lar.  M irzə  oradan evə  qayıtdı.
O  zaman  M irzənin  oğlu  R övşənin  on  doqquz  yaşı  var  idi.  R övşən 
m əd rəsəd ə dərsdə  idi.  R övşənə x əb ə r çatdı ki, padşah atasını kor edib. 
R övşən  m ədrəsədən  çıxıb  ağlaya-ağlaya  atasının  yanına  gəldi.  M irzə 
gördü  R övşən  çox  ağlayır,  dedi  ki,  ağlama,  mon  ulduzlara baxıb  sənin 
taleyini  oxumuşam.  Sən  bir pəhləvan  olub  padşahdan  m ənim   qisasım ı 
alacaqsan.  Axı  M irzə  həm   də  m ünəccim   idi.  O,  ulduzların  sirrindən 
x əb ə r tuturdu.  O, oğluna bildirdi  ki,  sənin taleyin çox parlaqdı,  haınıya 
qalib  gələcəksən.  Elə bu saat get padşaha de  ki,  sən bu dayçalara görə 
atamın  gözünü  çıxartdırdın.  İndi  m ərhəm ət  elo,  o  dayçaları  atam a  b a- 
ğışla,  atam   kordu,  ona  minib  sənin  hüzuruna golər.
Padşah  buyurdu  ki,  dayçalardan  birini  R övşənə  versinlər.  O nlar 
tövləyə  getdilər.  R övşən  göy  dayçam   seçdi.  M irzo  oğluna  tapşırmışdı 
ki,  göy dayçanı  götürsün.  Çünki  göy dayça  o  birindən  yaraşıqh  idi.
OO 13  ro


Rövşon  dayçanı  evə  gətirdi.  Mirzo  oğluna  tapşırdı  ki,  dayça  üçün 
yerin  altında bir tövlə tiksin.  R övşən atasm ın dediyinə əm əl etdi.  T öv- 
lodə  iki  axur,  axurların  arasında da bir hovuz tikdi.  H ovuzu su ilə  dol- 
durub  axurlara  da  çoxlu  arpa,  saman  tökdü.  Dayça  qırx  gün  tövlədə 
qalmalıydı.  Tövlənin bütün d əlm ə-deşiyini elə tutdu ki, qırx günə kimi 
iynə  deşiyi  boyda  da  olsa,  ora  işıq  düşm əsin.  R övşən  dözə  bilm əyib 
otuz  doqquzuncu  gün  dayçaya  tam aşa  etm ək  üçün  göz  yekəlikdə  bir 
deşik  açdı.  Gördü  dayça  çıraq  kimi  işıq  saçır.  R övşənin  bir  baxışı  ilə 
elə bil  ki,  bu  çıraq  söndü,  dayça  da  soluxdu.
R övşən deşiyi tutub  atasım n yanına gəldi.  Səhərisi M irzə R övşənə 
dedi  ki,  oğlum,  bu gün qırx gün tam am  olur, dur gedək atı tövlədən çı- 
xaraq.
Ata  ilə oğul  dayçanın yanına gəldi.  M irzənin gözü görm ürdü,  əlini 
atın başına,  belinə,  əl-ayağına çəkib  dedi ki,  “səni cavan öləsən,  oğul, 
buna  işıq dəy ib ” .
R övşən  soruşdu:
-  Ata,  sən hardan bildin,  ata  işıq dəyib?
M irzə  dedi:
-   Ona  görə  bildim  ki,  at  sınıxıb,  qol-qanadı  əriyib.
Bu  sözdən  sonra R övşən  sarsılıb  fıkrə  getdi.
M irzə  dedi:
-   Qorxma,  yer  üzündə  heç  bir at bunun tozuna belə  çata bilm əz.
Bundan  sonra atı  yəhərlədilər.  M irzə R övşənə tapşırdı ki,  onun təli-
m iylə  m əşğul  olsun,  qırx  gün  atı  dağda-daşda çapıb  sovqun etsin.  B i- 
rinci  qırx gün tam am  olandan  sonra ikinci  qırx gün onu m eşədə çapsın, 
ikinci  qırx  gün başa çatandan  sonra üçüncü qırx günü onu suda, palçıqda 
çapsın.  Atın sovqunu  sona yetəndən  sonra M irzə R övşənə  igidlik g ö s- 
tərm ək,  at  sü n n ək   dərsini  öyrətdi.
M irzə  R övşənə  dedi  ki,  m əni  Ceyhun  çayının  o  biri  üzünə  çatdır, 
Sonra  olavə  etdi  ki,  ay  oğul,  padşah  ov  üçün  Ceyhunun  kənarına  g ə - 
ləndə  atın  belinə  qalxıb  onun  yanına  gedib  deyərsən:  “Ey  nankor 
padşah!  Sən  bu  ata  görə  atamın  gözlərini  çıxartdırdm.  İndi  bax  gör 
homin  at necə  at olub!”
Rövşən  o q əd ə r gözlədi  padşah  Ceyhunun kənarına gəldi, atı onun 
yanına  sürdü.  Padşahın  gözü  ata  düşdü.  V əzirə  üz  tutub  dedi:
-   Bu  cavan  oğlan  kimdi?
V əzir oğlana  üz  tutub  soruşdu:
-  Ey  cavan  kim sən?
R övşən cavab  verdi:
-  Ey vəzir,  m ən  bu nankor padşahın  nökəriyəm .
Padşah  soruşdu:
-  Bu  atı  sənə kim  verib?
R övşən dedi:
-  Ey nankor padşah,  sən b u   ata  görə  atam ın gözlərini  kor etdirdin, 
indi  isə  bax gör at necə  at  olub.
Sonra padşaha dedi ki,  sən naşısan, at tanım ırsan.  Q ulaq as, m ən bu 
atın tərifıni  deyim:
P adşahım ,  gəl  sə n ə  x ə b ə r verəlim ,
B ədoydə  n işa n a neçə  gərəkdi?
S əksənib,  xorruyub,  səq in ən d ə  o,
C eyran tə k   tullanıb  keçə  gərəkdi.
Q ızıl ov sə q ə rli,  köşək  dönüm lü,
D əyirm an  m adarlı,  ac  qurd  yeyim li,
Dovşan  beli  ipək,  xəyyatə  yalı,
Tavus tə k  y elk ə si  uca  gərəkdi.
D ördündən  b eşin ə  girən d ə  yaşı,
Şahm ar tək  g ərə k d i b ədöyün  başı,
A lm a tək gözləri,  alm as  tə k   dişi,
D odağı  nər  kim i  baca  gərəkdi.
Əsli  M ahm ududu,  tasm a  boyunlu,
M eydana g irən d ə  yüz  m in  oyunlu.
Qarçqay*  baxışlı,  ac  qurd  yeyim li 
Ortası  qoluna  dolu gərəkdi.
İgid  odu ata  sözün  haqlıya,
B ədöyün b ec ərə,  yaxşı  saxlıya,
Suyun  safın b ə n d i-b ə stin  toxluya 
M irzə  kimi  s ə rra f  qoca  g ərəkdi.
Padşah bunu  eşidən  kimi  dedi:
-  B u M irzənin  oğludu,  tutun  onu!
Padşahın qoşunu R övşəni  dörd tərəfdən  m ansırıya  aldı.
*  O v   quşu


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə