P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   48   49   50   51   52   53   54   55   56

İsabalı dedi:
N ə   xoş  gündə  Ü sküdara  gəlm işəm ,
K eçən  günün m ən  qədrini b ilm üşəm ,
A llah b ilü r  ondan ötrü gəlm işəm ,
Ö lə r əc əm   oğlu,  g etm əz bu  yerdən.
Dona xanım İsabalıya belə cavab verdi:
Haşa,  sevdiciyim ,  g əl  etm ə  haşa,
Ə g ər qism ətim sən,  yetü şər başa,
B u   sözü  sö y lə d i ol D ona paşa,
D ur get,  ə c ə m   oğlu,  qalm a bu  yerdə.
İsabalı  dedi:
İsabalı  der,  yam an  gördüm   duşum u.
A llah  özü  avand etsün  işim i,
Y a k əsərəm ,  ya  k əsd ü rrəm  başım i,
Ö lə r əc əm  oğlu,  getm əz b u  yerdən.
İsabalı  sözünü bitirən kimi  Dona xanım dedi:
-  Əcəm oğlu, Bolu bəyin beş yüz adamı qalanı mansırıya alıb. Dur 
Koroğlunu da verim, götür get.
İsabalı dedi:
-   Sən  Koroğlunu  tap  mənə  ver,  buradan  elə  gedək  ki,  heç  tozu- 
muzu da görən  olmasm.
Onlar durub quyunun başma gəldilər.  İsabalı  dedi:
-  Xanım, mən Koroğlunun xasiyyətinə yaxşı bələdəm, o çox m əğ- 
rur adamdı.  Bilsə ki,  mən onu xilas etməyə gəlmişəm, heç səsimə səs 
verməz.  Sən onu  səsləyib de ki,  ey Cəlali,  gəl  səni  quyudan çıxarım.
Dona xanım Koroğlunu səslədi. Koroğlu yeddi yuxunun içində idi. 
Heç nə eşitmədi.  Dona xanım yenə də səslədi.  Koroğlu Dona xanımın 
səsinə yuxudan oyanıb,  öz-özünə dedi:  “Görəsən, bu gecəyarısı Dona 
xanım nə istəyir?”
Koıoğlu:
-  Nədi,  ay xanım? -  deyə  Dona xanıma cavab verdi.
Dona xanım dedi:
-  Ey  Cəlali  Koroğlu, bu quyuda çox  əzab  çəkirsən,  gəl səni  çıxa- 
rım.  Çəmlibelə yola  salım.
K oroğlu D ona xanımın bu  sözündən  acıqlanıb  qeyzlə  dedi:
-   A y  qız,  kəs  səsini,  istəyirsən  sabah  hamı  “K oroğlunu  bir  arvad 
xilas  e lə d i”  desin?
D ona xanım  elacsız qalıb  İsabahya dedi:
-  K oroğlu m ən im  sözüm den acıqlandı,  sən de, b əlk ə,  sənin sözünə 
qulaq  asa.
İsab ah   quyunun  başına  gəlib  K oroğlunu  səslədi.  K oroğlu  İsabalı- 
nın səsin i  eşid ən d ə  sevincinden  az qaldı ki,  ürəyi partlasm .  Koroğlu:
-  İsa,  oğlum ,  sənsən? -  dedi.
İsabalı:
-  B əli,  ağa,  -  deyə  cavab  verdi.
K oroğlu zarafatla:
-   O ğlum ,  yerim  yaxşıdı,  buradan  çıxm aq  istəm irəm , -  dedi.
İsabalı  təəc cü b lə  soruşdu:
-  A ğa,  nə  üçün  çıxmaq  istəm irsən?
K oroğlu dedi:
-  D o n a xam m ın dövlətindən yeyib-içm əyim  başım dan  aşıb.
İsabalı  dedi:
-  A ğa, Bolu b ə y  m in nəfərə yaxın qoşunu ilə qalanı m ansırıya alıb. 
S abah  sə h ə r  m əni  də,  Dona  xanımı  da  öldürəcəklər.  M ən  bir  yana, 
D ona  x an ım  heyifdi,  sənə  çox qulluq edibdi.
K oroğlu  dcdi:
-   M ən   yam an  kökəlm işəm .  Siz  ikilikdə  m əni  buradan  çıxara  b il- 
m əzsiniz.
B eş-a ltı qalın-qayım  ip gətirdilər.  İpləri bir-b irin ə düyünləyib q u - 
y uya  salladılar.  İsabalı,  Dona  xanım,  kənizlər  ipin  ucundan  tutub  m in 
ə z a b -ə z iy y ə tlə   Koroğlunu  quyudan çıxartdılar.
K oroğlu kəl camış kimi olmuşdu.  İsabalı  K oroğlunun əlindən, K o - 
roğlu  da onun üzündən öpdü.  İsabalı K oroğlunun k ə d ə rli-k əd ərli  fikrə 
dalıb:  -   “M əni  quyuya salla”, -  dedi.
İsabalı  təəccü b lən ib   səbəbini  soruşdu.
K oroğlu  dedi:
-  M en   Q ıratsız heç  nəyəm.
İsabalı  dedi:
-  A ğa,  ü rəyini  sıxma,  Qıratı  da,  yaraq-yasağını  da  gətirm işəm .
Sonra  İsabalı  Koroğlunun  hökm ü  ilə  Q ıratı  da,  onun  y araq -y a sa -
ğını  da gətirdi.  K oroğlu  yaraq-yasağını bağlayıb,  Qıratı  m inib  dedi:
-  İndi m ən im   im anım  yerinə  gəldi.


Koroğlu  Dona xanım a dedi:
-   Sən  H əsən  paşanın  qızı  yox,  m ənim   qızımsan.  Soni  o  nam ərd 
Bolu  bəyo  verm əyəcəyəm .
Sonra K oroğlu  Dona xanım a dedi:
-  Hazırlaş,  səni  də  özüm lə  Ç əm libelə  aparacağam .
Dona  xanım   iki  xurcun  yüngül  çəkili,  baha  qiym ətli  c ə v a h ir,  İsa- 
balı  ilə  özünə  iki  baş  at  götürdü.  K oroğlu hökm   etdi  ki,  atları  m insin- 
lər.  Dona  xanım la  İsabalı  atlandılar.  K oroğlu  özü  də  Q ıra tı  mindi. 
O nlar  Narınqalanın  qapısına  gəldilər.  Koroğlu  qalanın  q ap ısın ı  bağlı 
görüb özündən çıxdı.  E lə o saat şeşpəri çıxarıb bir şeşpər z ə rb ə s ilə  qa- 
pını  qırıq-qırıq  etdi.  İsabalı  tez  Dona  xanım ı  qapıdan  e şiy ə  çıxartdı. 
Koroğlu  İsabalıya  dedi:
-  Oğlum, B olu bəyin ac\ğı ürəyim dən çıxm ayıb.  Sən D o n a  x an ım - 
dan  m uğayat ol,  m ən ondan  intiqamımı  ahm.
İsabalı  D ona  xanım ın  yanında  dayanıb  ondan  göz  oldu.  K oroğlu 
öz-ö zü n ə  dedi:  “B ir türkü  ilə  Bolu  bəyi  döyüşə  çağırım.  D o n a   xanım  
da  m əniın döyüşüm ə  şahid olsun” .
Koroğlu  dedi:
A y  ağalar,  qovğa  günü  gələndə,
Başı  ağrur,  naçaq  olur  m üxənnət.
A t  zərb in d ən  qulaqları tutulur,
G ühdan-güha  qaçaq  olur m üxənnət.
B olu bəy qalxanına dayanıb durm uşdu ki, q əfıldən K o roğlunun sə- 
sini  eşitdi.  Bolu  bəyin  canına  üşütm ə  düşdü.  Y əqin  etdi  ki,  qalanın 
içində  olan  Koroğlunun  adam ı  imiş.
Koroğlu  dedi:
G etm əg ilən   m üxənnətün  yanına,
L ənət g əlsü n   sultaninə,  xaninə,
Bir tasalaq  qənim   g olsə  yaninə,
Siyir  qılıc  biçaq olur m üxənnət.
Koroğlu  görəndo  ki,  B olu  bəydən  səs  çıxm ır dedi:
-  Ay vələdüzna, Dona xanımın dərdinə qal ki, onu özümlə aparıram .
B olu bəy  D ona xanım ın  adını  eşidəndə  yarım can  irəlilədi.
K oroğlu dedi:
K oroğlu der b u   gün d ü şm ə n  boğulur,
Cam   solur,  boğazundan  asulur,
M üxənnət olanın  səri  kəsülür,
B ilsə  döyüş  g erç ək  olur,  m üxənnət.
K oroğlu sözünü qurtaran kim i B olu b əy  qılmcını  siyirib ona hücum  
etdi.  B olu b əy  üzünü  adam larına tutub  dedi:
-   C anım   igidlər,  Koroğlunu  sağ  buraxm aym .  -   K oroğlu  da  qılın- 
cını  çəkib  B olunun  üstüno  cum du.  İsabalıynan  Dona  xanım   qıraqdan 
baxıb  tam aşa  edirdilər.  Bolu  b əy   K oroğlunun başına  qılm c  endirəndə 
Koroğlu qalxanla onun zərbəsini rədd edib  özü qılıncla onun başından 
elə b ir z ə rb ə   vurdu ki, başı yarı  bölündü.  K oroğlu dedi:
-  A y haram zada,  qılınc  vurm ağı  m əndən  öyrən.
S onra Qıratdan  düşüb  Bolu bəyin başm ı  kəsib  İsabalıya tə rə f atdı. 
Koroğlu  Qıratın  cilovunu İsabalıya  verib  qalam n başına qalxdı,  d əb il- 
qəsini  əyri  qoydu.  Koroğlu  qılıncla  Bolunun  adamlarının  leşini  bir 
yana, başını bir yana salırdı. Axır D ona xanım  Koroğlunu səsləyib dedi:
-  E y C əlali K oroğlu, m ənim  xatirim ə döyüşü dayandır. B əsdi m əni 
götür bir yana apar,  indi xəbər tutub  gələrlər,  daha qaytara bilm ərik.
K oroğlu  döyüşü  dayandırdı.  İsabahnı,  D ona  xanımı  götürüb  k əsə 
yolla  at  sürüb  Ç əm libelin  dörd  ağachğına  çatdılar.
G ö z ətçilər  uzaqdan  Koroğlunun  qaraltısm ı  görüb,  Eyvaz  B alıya 
muştuluq verib  dedilər:
-  Ağa,  gözün  aydın,  Koroğluynan İsabalı  gəlir.
Eyvazın  əm ri  ilə  dəlilər elə  o  saat  atlanıb  Koroğlunu  qarşılam ağa 
çıxdılar.  D əlilərdən kimisi  oynayırdı,  kim isi  çahrdı,  kim isi  oyun  çıx a- 
rırdı.  Yeddi  yüz yetm iş  yeddi  dəli  təm təraqla  Dona  xanınn  Ç om libelə 
gətirdilər.  Koroğlu  Eyvaza dedi:
-   H ərəm xana  əhlinə  de,  Dona  xanım ı  qarşılasınlar,  o  m ənə  çox 
yaxşılıqlar eləyib.
Q adınlar  Dona  xanımı  qarşıladılar.  N igar  xanım  D ona  xanım ın 
əlindən  tutub  öz  evinə  apardı.  Onun  ayağı  altına  payəndaz  saldılar. 
Qadınlar on  beş,  iyirmi  gün  izzət-ehtiram la  D ona xanım ın  qulluğunda 
dayanıb  onu  qonaq  etdilər.  Sonra  K oroğlu  Eyvaza dedi:
-  İsabalı  ilə  D ona xanımın  toy hazırhğını  gör.
Qırx  gün,  qırx  gecə  toy  tutuldu.  Sonuncu  gecə  İsabahnın  əlini 
Dona xanım ın  əlinə  verib  gərdəyə  yolladılar.  İsabalıynan  D ona xanım  
öz arzularına  çatdılar.  N ağılı  deyən  də,  d inləyən  də,  onu  q ələm ə  alan 
da öz m uradına çatsm.


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə