P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

O sm anlılar Eyvazın dükanına gəldilər.  Onlar on bir quruş  verib on 
bir  şaqqa  əti  aldılar.
Koroğlu  on  iki  şaqqa  əti  on  iki  quruşa  satdı.  Eyvaz  atasının  yanına 
gəlib  sevincək dedi:
-  Ata,  dükana bir çodar gəlib,  doqquz yüz baş qoyunu var.  Bax elə 
indi  onu  dükanda qoyub  gəlm işom .
M ir İbrahim  qəssab tez ayağa qalxıb sevincək dükana gəldi.  Gördü 
çodar oturub.  M ir İbrahim qollarını K oroğlunun boynuna salıb o üz-bu 
üzündən  öpüb  dedi:
-  Y ardım əli  bəy,  B ayram əli  bəy,  soni  xoş  gördük!
Koroğlu ürəyində  dedi:  “A y arvadı  ..., çörəyi  çörəkçidən ahb yenə 
çörokçiyə  satırsan?”
K oroğlu  dedi:
-   Ağa,  m ənim  adım R övşəndi.
Qəssab  M ir İbrahim  dedi:
-  N iyə  görünmürdün?
Koroğlu  cavab  verdi:
-   Q oyunları  Əcəm   vilayətindən  gətirm işəm .  Ç əm libeldə  Koroğlu 
adlı bir igid yaşayır. Onun qorxusundan gələ bilmirdim. İndi neçə gündü 
ki,  Koroğlu  ölüb.  Bundan  sonra nə  q əd ə r qoyun  istəsən,  gətirərəm .
M ir İbrahim   soruşdu:
-   Koroğlu  öldü?
Koroğlu  dedi:
-   Bəli,  öldü.
M ir İbrahim   dcdi:
-  C əhonnəm ə  ölsün,  gorbagor olsun!
Koroğlu  dedi:
-  N iyə  belə  dcyirsən?
M ir İbrahim   dedi:
-   K oroğlunun  şöhrəti  yayılandan  paşa  Eyvazın  qaladan  çıxmasını 
qadağan  cləyib,  tapşırıb  ki,  onu  qaladan  kənara  çıxm ağa  qoymasınlar. 
Koroğlu Eyvazı  oğurlayıb aparar, abrım ız gedər, rüsvay olarıq.  O vaxt- 
dan  indiyə  kim i  ycddi  ildi  ki,  Eyvaz  qaladan  kenara çıxmayıb.
Koroğlu  ürəyindo  dedi:
-   Ay  anasını..,  sən  m əni  diriykən  gorbagor  edirsən,  səni  elə  gor- 
bagor  edim  ki,  naqqallar qiyam ətə  q əd ə r səndən danışsınlar.
Eyvaz baxıb  gördü  on  iki  quruş pul  var.
Dedi:
-  Ay çodar,  A llah evini  yıxsın.
Eyvaz hönkür-hönkür ağladı.  M ir İbrahim   qəssab  dedi:
-  Oğlum,  niyə  ağlayırsan?
Eyvaz dedi:
-  Ata, Rövşən əm iy ə on iki şaqqa ət tapşırm ışdım , onları on iki qu- 
ruşa  satıb.
Koroğlu  dedi:
-   M ir  İbrahim,  m ən   eşitm işdim   qəssab  tayfası  xəsis  olar,  am m a 
görməmişdim.  Bu şəh ərd ə m ənim  on iki  dostum  var.  Onların  hərəsinə 
bir şaqqa ət sovqat yolladım .  On  iki  şaqqa ət altı baş qoyun eləyir.  Q o - 
yunları  sövdələşəndə  on  iki  qoyunun haqqını  sənə  bağışlayacağam .
M ir İbrahim bu  sözü  eşidib  Eyvazın başına bir qapaz  salıb  dedi:
-   Eyvaz,  əm in  çox  m ərd  kişidi,  on  iki  qoyun  yox,  lap  on  dörd 
qoyun bağışlayar.
Koroğlu  gördü  ki,  iki  baş  d a  bu  artırdı,  fıkirləşdi  ki,  eybi  yoxdu, 
qoy onlar deyən  olsun.
M ir İbrahim  dedi:
-  R övşən bəy,  dur gedək  ev d ə  sövdələşək.
Eyvaz dükam  bağladı.
O nlar üçlükdə  Eyvazgilin  evinə  gəldilər.
M ir İbrahim  K oroğluya  dedi:
-  Rövşən bəy, sən Eyvazla söhbət elə, m ən gedim pulları hazırlayım.
M ir  İbrahim  pul  dalısınca  getdi.  Eyvaz  otağın  aşağı  başında  otu r-
muşdu.  Koroğlunun  gözü  E yvazda  idi.  Eyvaz  yerindən  durub  rofdon 
bir  qab  götürüb  qabağm a  qoydu.  Qollarını  çırm alayıb  şorabdan  p iya- 
ləyə  süzüb,  incə  dodaqları  ilə  içm əyə  başladı.  Ç oxdan  idi  ki,  K oroğ- 
lunun dilinə şərab dəym əm işdi, ürəyi  içm ək  içtoyirdi.  K oroğlu dodaq- 
larını yalaya-yalaya Eyvaza baxdı.  Eyvazın gözü K oroğluda idi.  Eyvaz 
dedi:
-  R övşən əm i,  dodaqlarını  niyə  yalayırsan?
Koroğlu dedi:
-   S ənə  qurban  olum ,  içdiyin  o  qırmızı  su  nə  idi?
Eyvaz  dedi:
-  Əmi,  heç bundan  görm əyibsən?  B una  şərab  deyirlər.
Koroğlu dedi:
-   Sən  əminin  canı,  ondan  bir piyalə  də  ver,  m ən  içim.


Eyvaz  dedi:
-  Əm i,  bu  suyun xasiyyəti pisdi,  içib  dəli  olarsan.
K oroğlu dedi:
-  N ədi  bunun  xasiyyəti?
Eyvaz  dedi:
-   B undan  bir  m isqal  keçiyə  versən  buynuzlarını  itildib  canavarla 
cəng  edər,  balığa  versən,  ticarət  üçiin  yük  vurub  H əştərxan  dənizinə 
gedər.  Sən  bundan  içsən,  dəli  olarsan,  çıxıb  bazarda  car  çəkərsən   ki, 
ay  cam aat  qəssaba  doqquz yüz  baş  qoyun  gətirm işəm .  O nlar da  tök ü - 
lüb qoyunlarm m  ham ısm ı  qarət edərlər.
K oroğlu dedi:
-   Eyvaz,  gözlərinə  qurban  olum,  m ən  ondan  çox  içm işəm ,  bizim  
tərəflərdə  şərab  çoxdu.
Eyvaz  dedi:
-   S izlərdə  şərab necə  olur?
K oroğlu dedi:
-   Ü züm ü  əzib  şirəsini  çıxardırıq,  sonra  onu  tiyana  töküb  od  üstə 
qoyuruq,  o  q ədər qaynayır ki,  axırda dörddə  biri qalır.  Ç örəyi  ona b a - 
tırıb  yeyirik.
Eyvaz dedi:
-  Canın  üçün,  ay  dedin  ha,  o  doşabdı.
K oroğlu  dedi:
-  Ay uşaq,  bəs bu nədi?
Eyvaz  dedi:
-  Bu  şərabdı.
Koroğlu  dedi:
-  H ə,  başa düşdüm ,  bizim  yerlərdə  bundan  çox  olur.
Eyvaz  dedi:
-   Sizdə  necə  olur?
K oroğlu dedi:
-  B iz qatığı tiyana töküb çalxalayırıq, üstünün yağını götürüb plova 
tökür,  altının  suyunu  isə  içirik.
Eyvaz  dedi:
-  A y dedin ha,  o  ayrandı.
K oroğlu  dedi:
-  Əm in  sənə  qurban,  Eyvaz!  Ondan bir piyalə  ver  içim.
Eyvaz dedi:
-   Əm i,  qorxuram  içib  dəli  olasan.
K oroğlu  çox  yalvardı:
-   S ən ə  qurban olum,  ondan  bir piyalə  ver dodaqlarım a  sürtüm. 
E yvazın  ürəyi  yandı,  piyaləni  şərabla  doldurub  K oroğluya  verdi.
K oroğlu  piyaləni  alıb  ürəyində  dedi:  “İlahi,  ölsəm   də,  həsrətim   qal- 
m adı.  Eyvaz m ənə şərab verdi” .  Koroğlu şərabı başm a çəkdi.  B ığları- 
mn  b ir yanı  islandı,  o  biri  tərəfl  isə  quru  qaldı.
K oroğlu  dedi:
-  E yvaz,  sənə qurban olum, bir piyalə d ə ver, bığlarım ın bu biri tə - 
rəfi  d ə   islansın.
E y v az piyaləni bir də doldurub Koroğluya verdi.  K oroğlu içib dedi:
-  Y e n ə   də ver.
K oroğlu  şərabın hamısım  içib  qurtardı.  Eyvaz q əz əb lə  dedi:
-  B u   ayran deyil,  indi  keflənərsən,  onda  görüm necə  dözəcəksən. 
K oroğlu  dedi:
-  A y   bala,  özünə  də  bax,  m ən ə  də.
K oroğlu  bunu  deyib  ayağa  qalxdı,  gördü  rəfdə  b eş-altı  qab  şərab 
var.  B irini  götürüb başına çəkdi.  O biri  qabları  da b ir-b ir başına çəkdi. 
E y vaz  dedi:
-  A y  yaram az, bu araqdı,  heç  olm asa birini  iç.
K oroğlu dedi:
-  A y  bala,  bunları  qam ım da  qatışdıracağam .
E yvaz  öz  yerində  oturub  fıkirləşirdi  ki,  indi  o  keflənib  yıxılacaq. 
Koroğlu  isə  sakitcə  oturmuşdu.  Eyvaz  cuşa  gəlib  setarı'  götürüb  çal- 
mağa başladı.
K oroğlu 
d e d i r
-   S ə n ə   qurban  olum,  onu ver m ən  də  çalım.
E yv az  dedi:
-   Ə m i,  çalm aq bilirsən?
K oroğlu  dedi:
-   Ç obanlıq  edəndə  atam ondan  birini  at  quyruğundan  düzəltm işdi, 
onu  çalırdım .
Eyvaz  sazı  K oroğluya  verdi.  Koroğlu  sazı  alıb  köklədi.  O  elə  saz 
çalırdı  ki,  elə  bil bülbül  c ə h -cə h   vururdu.  Eyvaz  ona heyran qalmışdı. 
Eyvaz  dedi:


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə