P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə14/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   10   11   12   13   14   15   16   17   ...   103

46 
 
 
 
Bəşəri biliklərin mənbəyi 
 
 
Adəmi  mələklərdən  üstün  edən  biliklərin  (elmin)  mənbəyi 
kainatdır.  
Kainatı  tanımaq  (öyrənmək)  istəyi  insanın  təbiətində  möv-
cuddur.  Ondan  bixəbərliyə  heç  bir  vəchlə  bəraət  qazandır-                
maq  olmaz.  Dünya  və  kainatdan  bixəbər  olmaq  yolverilməz-             
dir.  
Quran  bizə  bu  geniş  kainatı  üç  səbəbə  görə  öyrənməyin 
zərurətindən  danışır: 
Birinci.
  Bu  kainatı  Allahın  mövcudluğuna  dəlalət  etdiyi              
üçün  öyrənməliyik.  Biz  digər  kitablarımızda  bu  mövzuya  to-
xunmuşuq.  İndi  isə  biz  kainatda,  kosmosun  sistemli  qurulu- 
şunda  təcəlli  etmiş  ilahi  əzəmətə  işıq  salan  bəzi  nişanələrdən              
söz  açacağıq.  
Biz  daim  hərəkət  edən  bir  kainatda  yaşayırıq.  Ay  Yerin  
ətrafına  dövrə  vurur,  Yer  də  –  Günəşin.  Günəş  də  öz  orbiti                 
üzrə  hərəkət  edir.  Günəşlə  birlikdə  ona  tabe  bütün  digər                  
səma  cisimləri  (söhbət  Bizim  Günəş  sisteminə  aid  göy 
cisimlərindən  gedir  –  mütərcim)  hərəkətdədir.  Günəş  və  “ailə”             
si  (Bizim  Günəş  sistemi  –  mütərcim)  sonu  kəşf  edilmə-                     
miş  kainatdakı  qalaktikalardan  biridir.  
Bütün  istiqamətlərdə  baş  verən  bu  sabit  hərəkətlilik  “möh- 
kəm  vəznli,  xoş  tələffüzlü  qafiyə”yə  oxşayır.  Onu  nə  bir  na-           
qislik,  nə  də  qarmaqarışıqlıq  çulğayır: 


47 
 
“Möhkəm  (bərk)  yaradılmış  göyə  and  olsun  ki,  (ey  müş-
riklər!)  Sizin  (bu  göy  barəsində)  sözləriniz  müxtəlifdir”  (əz-
Zariyat, 7-8). 
Bəli,  dairəvi  hərəkət  edən  qalaktikalar  sistemi  və  kos-             
mosdakı  tarazlıq  insanı  heyrətə  salır.  Quranda  bu  məsələ                  
belə  ifadə  olunub: 
“Yeddi  göyü  (bir-birinin  üstündə)  qat-qat  yaradan  da  Odur. 
(Ey  insan!)  Sən  Rəhmanın  yaratdığında  heç  bir  uyğun-                
suzluq  görməzsən.  Bir  gözünü  qaldırıb  (səmaya)  bax,  heç              
orada  bir  yarıq (çatlaq, nöqsan)  görə  bilərsənmi?! 
Sonra  gözünü  qaldırıb  iki  dəfə  bax.  Göz  orada  (axtar-                 
dığını  tapmayıb)  zəif,  yorğun  düşərək  yenə  də  sənə  tərəf 
qayıdacaqdır!”  (əl-Mülk, 3-4). 
Elə  olur  ki,  dan  yerinin  sökülməsinə,  qaranlığın  yavaş-ya-                
vaş  itməsinə  heyrətlə  tamaşa  edir,  gecənin  qaranlığının  gün-       
düzlə  əvəzlənməsi  qarşısında  həyəcan  keçiririk.  Və  biz  bu-                  
nun  necə  baş  verdiyini,  əngin  kosmosda  (fəzada)  yeni  günün 
necə  başlandığını  da  bilmirik.  
Allahın  aşağıdakı  andı  haqda  düşünməli  oluruq: 
“And  içirəm  (gecə)  yanıb  (gündüz)  sönən  ulduzlara; 
(Günəşlə,  ayla)  seyr  edib  (onlar  batdığı  zaman)  gizlənən 
səyyarələrə  (Zühələ,  Müştəriyə,  Mərrixə,  Zöhrəyə  və  Ütari-           
də); 
Qaralmaqda  olan  gecəyə  (yaxud:  qaralmaqda  və  çəkil-            
məkdə  olan  gecəyə) 
Və  sökülməkdə  olan  dan  yerinə  ki ...” (ət-Təkvir, 15-18). 
Bu  səhnə  hey  təkrarlanır:  ondakı  hadisələr  nə  tələsir,  nə 
gecikir.  Ta  ki  Allahın  izni  gələnədək.  Allahdan  “izn  alan”               


48 
 
Günəş  qərbdən  doğur,  dünya  məhv  olur,  insan  oğlunun  se-  
vincli-ağlamalı  imtahan  günləri  başa  çatır...  
İkinci
.  Kainatı  ona  görə  öyrənməliyik  ki,  insan  oğlunun 
yaşaması,  özü  də  rifah  içərisində  yaşaması  üçün  zəruri  olan                  
hər  şey  bu  kainatla  əlaqəlidir.  Quranda  oxuyuruq: 
“Bundan  sonra  da  yeri  döşəyib  (yayıb)  düzəltdi  (üstündə 
gəzmək  və  yaşamaq  üçün  onu  yararlı  hala  saldı). 
Ondan  suyunu  və  otlağını  çıxartdı. 
(Orada)  dağları  yerləşdirdi. 
(Bütün  bunlar)  sizin  və  heyvanlarınızın  istifadəsi  üçün-                
dür” (ən-Naziat, 30-33). 
Yeməyimiz  də,  dava-dərmanımız  da,  geyimimiz  də  yer 
üzündədir.  Bildiyimə  görə,  Yer  böyük  bir  dünyanın  kiçik 
parçasıdır.  Hətta  atmosferdəki  bəzi  dəliklər  (ozon  dəliyin-                 
dən  söhbət  gedir  –  mütərcim)  Yerdə  həyatın  məhvinə  səbəb              
ola  bilər.  Sanki  bütün  kainat  bizim  üçün  yaradılıb: 
“O,  gecəni  və  gündüzü,  Günəşi  və  Ayı  sizə  ram  etdi  (sizin 
xidmətinizə  verdi).  Ulduzlar  da  Onun  əmrinə  boyun  əymiş-              
dir.  Doğrudan  da,  bunda  ağılla  düşünənlər  üçün  ibrətlər               
vardır! 
(Allah)  yer  üzündə  yaratdığı  cürbəcür  şeyləri  (heyvanları, 
bitkiləri,  meyvələri  və  s.)  də  sizin  ixtiyarınıza  verdi.  Öyüd-            
nəsihət  qəbul  edənlər  üçün,  sözsüz  ki,  bunda  da  (Alla-                          
hın  qüdrətini,  əzəmətini  bildirən)  əlamətlər  vardır!”  (ən-Nəhl, 
12-13). 
Dövrümüzdə  bu  həqiqətlərdən  ən  axırda  müsəlmanların  
xəbər  tutmaları  məyusluq  yaratmırmı?!  Başqaları  müxtəlif 
ölkələrdə  kəşfiyyat-qazma  işləri  aparır,  təbii  sərvətləri  çıxa-                    


49 
 
rır,  fayda  götürür,  yerdə  qalan  artıqları  isə  satırlar.  Biz  isə                
neftlə,  dəmirlə,  qızılla  zəngin  torpaqların  üzərində  gəzir,                 
amma  bilmirik  ki,  yerin  altında  nələr  var!  Odur  ki,  yadlar                  
gəlir,  torpaqlara  sahib  çıxır,  istədikləri  kimi  istismar  edir, 
yığdıqlarını  yığır,  bizə  isə  çəp-çəp  baxaraq,  nifrətlə  tur-tullan-  
tıları  atırlar.  
Ağlı  başında  olan  kəs  bu  halla  razılaşarmı?  Elə  isə  kai-                      
natı  və  ətraf  aləmi  (təbiəti)  öyrənmək  puç  (saxtakar)  zehniy-               
yət  sahiblərinin  icad  etdikləri  “zəruri”  vəzifələrdən  daha  va- 
cibdir.  Onlar  icad  etdikləri  bu  vəzifələri  din  adlandırırlar,             
halbuki  islam  onların  iddialarından  çox  uzaqdır. 
Üçüncü.
  Kainatı  və  təbiəti  öyrənəcəyik  ki,  hüquqları-                  
mızı,  dəyərlərimizi  qoruya  bilək.  Vay  o  gündən  ki,  ev  sahibi             
daşla,  oğrular  da  yaxın  və  uzaq  mənzilli  raketlərlə  silahlanmış 
olsunlar!  Belə  olan  halda  haqqımız  da  tapdanacaq,  dəyərlə-              
rimiz  də  təhqir  ediləcək. 
Allah  Quranda  dəmirin  xüsusiyyətləri,  mülki  və  hərbi  sa-
hədəki  faydaları  haqda  danışır: 
“...Biz  həddindən  artıq  möhkəm  olan  və  insanlara  fayda             
verən  dəmiri  də  icad  (nazil)  etdik  (mədənlərdən  çıxartdıq)  ki, 
Allah  (Özünü)  görmədən  Ona  (onun  dininə)  və  peyğəm-
bərlərinə  kömək  göstərənləri  (dəmirdən  düzəlmiş  silahlarla 
kafirlərə  qarşı  vuruşan  mücahidləri)  bəlli  etsin...”  (əl-Hədid,             
25). 
Allah  dəmir  nədir,  taxta  nədir  bilməyən  bir  xalqa  kömək 
göstərərmi?!  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə