P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə4/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   ...   103

12 
 
lərini  dərindən  öyrənsinlər.  Onların  bu  sahələrdəki  vəziyyəti 
Qəzalini  bərk  narahat  edir:  
“Dövrümüzdə  bu  həqiqətlərdən  ən  axırda  müsəlmanların 
xəbər  tutmaları  məyusluq  yaratmırmı?! ...” 
Mütəfəkkirimiz  bildirir  ki,  təbiəti  və  kainatı  öyrənməmək, 
yaşadığımız  Yer  kürəsindən  bixəbər  olmaq  islama  xəyanətdir:  
“Bu  elmlərdən  xəbərsizlik  islama  və  onun  əzəmətli  kita-               
bına  xəyanətdir,  özü  də  rüsvayçı  xəyanət!  ...  Axı  nə  üçün                
bizdən  başqaları  dənizin  dibində  üzməli,  kosmosa  uçmalı,  biz              
isə  key-key  onlara  baxmalıyıq?  Nə  üçün  ateist  zehniyyət 
sahiblərinin  elektriki,  atomu  olmalıdır,  bizim  isə  –  iri  də-
yənəyimiz?!  Nəfsi  istəklərimizə  etiraz  edənlərə  hədə-qorxu 
gəldiyimiz  bir  dəyənək!”  
Kitabda  diqqətimizi  çəkən  məqamlardan  biri  də  budur  ki, 
müsəlmanlar  tarix  boyu  başqalarını  öyrənməyiblər,  “əğyar-                
dan  bixəbər  qalıblar”: 
“Uzun  müddət  ağrısını  çəkdiyimiz  tarixi  səhvlərdən  biri                     
də  başqalarını  tanıyıb  öyrənməməyimizdir,  barələrində  mə- 
lumat  sahibi  olmamağımızdır.  Bəli,  onları:  mədəniyyətlərini, 
tarixlərini,  mövcud  vəziyyətlərini  araşdırmadıq,  fil  qulağında 
yatdıq!  Unutduq  ki,  bu  özgələr  qəzəbli  yağı,  səksəkəli  düş-                
mən  ola  bilərlər... 
Mədəni  “bina”mızı  darmadağın  etmiş  hücumların  ək-             
səriyyəti  qəfildən  baş  verən  zəlzələni  xatırladır:  nə  vaxtı  bilinər,  
nə  də  hazırlığı  görülər! 
Paytaxtlarımız  süqut  etdi,  islam  coğrafiyasından  neçə-ne-                
çə  dövlətimiz  silinib  tarix  oldu.  Müsəlmanlar  isə  ...qəflətdə-
dirlər...  


13 
 
...Əndəlüs  itirildi.  Bu  gün  isə  Asiyada,  Afrika  və  Avropada 
itiririk... 
Özümüzdən  qeyrilərini  əsla  araşdırıb  öyrənmədik!  Onlar                 
isə  bir  an  belə  olsun  yatmadılar:  qəzəb  və  hikkə  “qazan”ları-                
nın  altı  əsla  sönmədi;  bizə  hücum  etmək,  dinimizin  dayaq-               
larını  laxlatmaq  üçün  hey  düşündülər,  baş  sındırdılar!” 
Müəllif  Qərb  qarşısında  məğlub  olmuş  Müsəlman  dün-   
yasının  problemlərinin  həlli  üçün  kitabında  konkret  tövsi-              
yələr  təqdim  edir: 
“Düşünürəm  ki,  iki  istiqamətdə  fəaliyyət  göstərən  mexa-              
nizm  yaradılmalıdır.  Belə  bir  mexanizm  imkan  verəcəkdir  ki, 
başqaları  kimi  biz  də  bacarıqlı  və  ayıq  olaq.  
Birinci  fəaliyyət 
 istiqaməti  aşağıdakıları  ehtiva  edir: 
a)  Kiminlə  danışdığımızı  və  nə  söyləyəcəyimizi  bilmək                
üçün  bizdən  qeyrilərinin  mədəni  dünyagörüşünü,  mədəni  sə-
viyyələrini  araşdırmaq; 
b)  Dünyaya  hakim  olanların  mədəni,  iqtisadi  və  istehsal 
səviyyəsinə  yüksəlmək.  Geridə  qalmış  bir  xalqın  islamı  təmsil 
etməsi  gülməli  alınır:  başqaları  ona  çəp-çəp  baxırlar.  O  isə  sa-              
hib  olduğu  haqqa  maddi  və  elmi  “özül”lərlə  dayaq  verə  bil-       
mir; 
c)  Siyasi  cərəyanları  (təmayülləri,  nəzəriyyələri...)  və  qeyri-
müsəlmanların  sahib  olduqları  hərbi  potensialı  araşdırmaq;               
digər  din  və  məzhəblərin  hegemonluğuna  hansı  “şərait”i 
yaratdığımızı  müəyyənləşdirməli,  problemin  ciddiliyini  mə-                
sul şəxslərin  diqqətinə  çatdırmalıyıq. 
İkinci  fəaliyyət
ə  gəlincə,  daxili  səciyyə  daşıyır  (və  ya:  is-               
lam  ölkələrini  əhatə  edir)  və  aşağıdakılara  əsaslanır: 


14 
 
a)  Ümməti  Allahın  kitabı  və  Peyğəmbərin  sünnəsindən 
uzaqlaşdırmış,  haqq  dininin  simasını  eybəcərləşdirmiş,  mü-
səlmanları  islama  xidmətdən  məhrum  etmiş  mədəni  özgələş-          
mə  və  fikri “naxoşluq”la  mübarizə; 
b)  Vəhyin  –  həyat,  kainatı  öyrənməyin  –  imanın  ən  mü-              
hüm  mənbəyi,  təbiətdən  düzgün  istifadənin  də  ciddi  iqti-             
sadi  və  hərbi  silah  olmağı  qənaətini  əsas  götürməklə  müsəl-             
man  ümmətinin  yenidən  formalaşdırılması; 
c)  Qurani-Kərim  dörd  yerdə  Məhəmməd  peyğəmbərin
  (Ona 
Allahın  xeyir-duası  və  salamı  olsun!)
  risalətinin  (missiyasının,  təbliğ  etdiyi  
təlimin  –  E.M)  başlıca  cizgilərindən  söz  açıb.  Bunlar  aşa-
ğıdakılardır: 
1.  Allahın  ayələrini  fəaliyyət  metodu  seçərək  oxumaq  (mə-
nimsəmək); 
2.  Ümməti  möhkəm  əxlaq,  açıq-aydın  vərdişlər  əsasında 
tərbiyə  etmək  –  “təzkiyə”  (demək  olar  ki,  təzkiyə  haqda  dır-              
naq  ucu  qədər  də  olsa  bir  şey  bilmirik); 
3. Kitabı (Qurani-Kərimi) öyrənmək; 
4. Hikmət (müdriklik).  
Təəssüf  olsun  ki,  biz  işlərimizin  çoxunda  müdrik  deyilik, 
Quranın  məzmunu  və  məqsədlərindən  də  çox  uzaq  düşmü-             
şük. 
İslama  mənsubluğumuz  real  və  konkret  olsun  deyə  sözü- 
gedən  cizgiləri  maddi  və  mənəvi  cəhətdən  aşkara  çıxartmalı-             
yıq.  
ç)  Bizə  gəlib  çatmış  islam  irsini  “xəlbir”dən  keçirməli,            
Quran  və  Sünnəyə  uyğun  “iri  dənə”ləri  saxlamalı,  qalan  “xır-           
da-xuruş”u  isə  atmalıyıq.  Biz  ki  məsum  (müqəddəs,  toxunul-


15 
 
maz)  vəhyə  sahibik.  Və  keçmişimizdə  dühalar,  böyük  imam-                
lar  (alimlər)  yaşayıblar.  Ola  bilsin  ki,  onlar  dinin  ikinci                 
dərəcəli  məsələlərində  (füruat)  bir-birindən  fərqli  düşün-     
müşlər.  Amma  bu  dahilərin  dinin  ana  prinsiplərinə  və 
məqsədlərinə  münasibəti  haqda  eyni  şeyi  söyləyə  bilmərik:             
onlar  bu  məsələlərdə  nadirən  ixtilafa  düşmüşlər.  
Saf  niyyət  və  geniş  dünyagörüşü  sayəsində  islam  dünya-              
sının  dağılmış  “parça”larını  bir  yerə  toplamaq  mümkündür.  
Odur  ki,  təklif  etdiyim  qurum  yalnız  Allahın  nuru  ilə  kifa-   
yətlənib  digər  “işıq”lara  gözünü  yummaqla  fəaliyyət  göstər-              
məli,  mövcud  islam  qurumları  ilə  (Tədqiqatlar  Akademiyası 
(Misir),  İslam  Dünyası  Assosiasiyası  (Səudiyyə  Ərəbistanı)...) 
əməkdaşlıq  etməlidir. 
Bu  qurum  bütün  dünyanı  və  islam  coğrafiyasını  öyrənən 
“rəsədxana”  rolunu  oynamalıdır.  Onun  əsas  işi  sonuncu  ri-            
salətin  keşiyini  çəkmək,  ondakı  “nasazlıq”ları  düzəltmək,  əley-
hinə  qazılmış  “quyu”ları  doldurmaq  və  nəhayət,  vəzifələrini 
yerinə  yetirmələri  üçün  digər  islam  qurumlarını  bu  şeylər-                
dən  agah  etməkdən  ibarətdir”. 
Qəzalini  islamın  adını  qara  çıxaran,  prioritetləri  müəy-
yənləşdirə  bilməyən,  “ata  ət,  itə  də  ot  verən”  müsəlman-                      
lar  narahat  edir.  Mütəfəkkirimiz  Allahın  “baldır”ından  söz              
açan,  müasir  düşmənlər  qala-qala  cəhmiyyəyə  savaş  elan              
edən,  “Dində  məcburiyyət  yoxdur”  ayəsini  “mənsux”  sayan, 
məzhəbləri  din  bilən  insanlardan  şikayətlənir  və  bildirir  ki,                     
bu  cür  dar  düşünən  kəslərə  islamın  adından  danışmaq  im-               
kanı  verilməməlidir: 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə