P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə8/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   4   5   6   7   8   9   10   11   ...   103

26 
 
Bəzən  fəxarət  hissi  keçirir  və  öz-özümə  deyirəm:  “Mən 
mələklərlə  birlikdə  təsdiqləyirəm  ki,  Allah  təkdir,  ədalətlidir”.  
Uca  Allah  da  bunu  bizə  bildirmirmi: 
“Allah  Özündən  başqa  heç  bir  tanrı  olmadığına  şahiddir. 
Mələklər  və  elm  sahibləri  də  haqqa-ədalətlə  boyun  qoyaraq 
(haqqa  tapınaraq)  o  qüvvət,  hikmət  sahibindən  başqa  iba-               
dətə  layiq  heç  bir  varlıq  olmadığına  şəhadət  verdilər”  (Ali-           
İmran, 18). 
Bəli,  mən  bütün  şərəfli  elm  sahibləri  və  mələklərlə  bir-                
likdə  Allahın  qüdrətini,  böyüklüyünü  qəbul  edir,  Onun  gözəl 
adlarına  təzim  göstərirəm.  
Bizdə  elmin  dinə  əksliyi  və  ya  dinin  elmlə  ziddiyyəti               
mümkün  deyildir.  Elm  və  din  arasında  təxmin  olunan  zid-               
diyyət  probleminin  islama  aidliyi  yoxdur.  Bəli,  ola  bilsin  ki, 
buddizm,  yaxud  brəhmənizm,  yaxud  da  onlardan  törəmiş 
inanclar  və  din  arasında  ziddiyyət  olsun.  Habelə,  özlərini              
Allaha  aid  etsələr  də,  Onun  yolu  ilə  getməyib,  yalan  danış-               
dıqları  üçün  Rəbbin  qəzəbinə  gəlmiş  dindarların  təlimləri                 
və  elm  arasında  ziddiyyətin  yaranması  mümkündür... 
Sağlam  ağıl  (dərrakə)  vəhyi  və  ətraf  aləmi  dərk  etməyin   
yeganə  vasitəsidir.  Madam  ki,  doğru  ağıla  sahibəm,  deməli, 
dinimə  sadiq  qalacağam,  fitrətə  uyğun  davranacağam,  əyrilik               
və  sapmalara  yaxın  düşməyəcəyəm.  
Təsəvvürümdə  canlandırıb  qurur  hissi  keçirdiyim  başqa                
bir  vacib  məsələ  var.  Öz-özümə  deyirəm:  “Mən  ki  Kamil             
İnsanın  –  Məhəmmədin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  yolu  ilə  
gedirəm.  O  Məhəmmədin  ki,  Allah  təala  ona  xitabən  buyu-               
rur: 


27 
 
“(Ya  rəsulum!)  De:  “Bu  mənim  (təbliğ,  dəvət)  yolumdur. 
Mən  və  mənə  tabe  olan  (möminlər)  açıq-aşkar  bir  dəlillə 
(insanları)  Allaha  çağırırıq.  Allah  pakdır,  müqəddəsdir  (bü-              
tün  eyib  və  nöqsanlardan  xalidir,  Onun  heç  bir  şəriki  yox-              
dur).  Mən  isə  müşriklərdən  deyiləm!”  (Yusif,  108). 
Bəli,  mən  dəvətdə  Məhəmmədin  yolu  ilə  gedirəm,  özü  də 
gözüaçıq  və  şüurlu  surətdə  gedirəm... 
Allah  Sonuncu  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  həyat 
yolunu  hər  növ  kahinlik  ləkəsindən  uzaq  tutmuş,  adi  insan 
həyatının  fövqünə  qaldırmışdır.  Tarixdən  kənarda  qalan 
Ərəbistan  çöllərinin  dərinliklərindən  bir  ərəb  açıq-aydın  ki-            
tabla  insanların  üzərinə  günəştək  doğmuş,  şəxsiyyəti  və  cə-
miyyəti  formalaşdırmağın  yollarını  onlara  göstərmişdi.  Tarix 
onun  qədər  zəkalı,  onun  qədər  mədəni  kəs  görməyib,  gör-
məyəcək  də.  
Yunan  fəlsəfəsini,  fars,  hind  və  çin  ədəbiyyatını  öyrəndik, 
səltənət  sürmüş  hökmdarların,  fateh  sərkərdələrin  həyatını 
araşdırdıq,  tarixi  irs  və  mədəniyyətlərin  müqayisəsini  apardıq. 
Dəqiqləşdirmə  və  yoxlamalardan  sonra  Məhəmmədin  özü-
nəməxsus  haqq  missiyası  və  məxsusi  şərəfli  məqamı  ilə  üz-üzə 
gəldik. 
Mən  sərkərdələrinə  valeh  olub,  mədəni  irsə  məftun  qalan 
şəxslərdən  deyiləm!  Zehnimdə  şübhələrə,  suallar  və  etiraz-                
lara  daim  açıq  olan  bir  “pəncərə”  vardır.  Və  mən  şübhələri                    
rəf  etmək,  sual  və  etirazları  cavablandırmaq  üçün  ya  ötəri,  ya              
da  uzun  müddətlik  ayaq  saxlayıram.  
Hər  dəfə  Quranı  oxuduqda  yəqin  biliklərimin  dairəsi  ge-
nişlənir.  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  həyatına  da  hər 


28 
 
dəfə  diqqət  yetirdiyim  zaman  ona  daha  çox  valeh  olu-                         
ram. 
Başqalarında  ali  həqiqətlərlə  bağlı  şəkk-şübhə  oyadıb  dahi 
adını  qazanmaq  istəyənlərə,  daha  ağıllı  olduqlarını  göstərmək 
üçün  bu  həqiqətlər  qarşısında  heyrətlərini  gizlədənlərə  nifrət 
edirəm! 
Barəmdə  “sapmışdır”  –  deyənlərə  qarşı,  Allah  eləməsin, 
insafsız  davranım,  bəşəriyyətin  böyük  hissəsini  islamdan  bi-           
xəbər  buraxmış,  müsəlman  olmağına  əngəl  törətmiş  ədəbi-          
maddi  irsimizə  həqarətlə  baxım.  Bəlkə  də,  bu  üzdən  insanlar 
müsəlmanlara  nifrət  bəsləyir,  barələrində  pis  gümana  düşür-               
lər. 
Allahın  mənə  bəxş  etdiyi  fitrətin  “saziş”lərinə  ölənədək  sa-              
diq  qalacağam,  həyatlarını  o  həyatı  verən  Allaha  ismarlamış 
peyğəmbərlərin  izi  ilə  gedəcəyəm: 
“Onlar  (adları  çəkilən  peyğəmbərlər)  Allahın  doğru  yola 
yönəltdiyi  kimsələrdir.  Sən  də  onların  haqq  yolunu  tutub  get.  
De:  “Mən  bunun  (islam  dinin  təbliği)  müqabilində  sizdən  bir 
əvəz  istəmirəm.  Bu  (Quran)  aləmlər  (bütün  bəşəriyyət)  üçün 
yalnız  bir  moizədir  (öyüd-nəsihətdir)”  (əl-Ənam, 90). 
Yalan  və  saxtakarlığı  gözüm  götürmür,  hiyləbazlıqdan  da 
xoşum  gəlmir.  İngilis  və  ya  amerikalı  elm  xadimlərindən  bi-         
rinin  Körfəz  müharibəsi  ilə  əlaqədar  olaraq  öz  hökumətinə            
belə  səsləndiyi  eşitmişdim:  “Övladlarımızı  xalqlarından  oğur-          
luq  edib,  qazandıqlarını  qumar  masalarında,  gecə  oyunlarında 
dağıdan  neft  şeyxlərinin  yolunda  ölmək  üçün  müharibəyə 
(Sonuncu  Körfəz  müharibəsinə)  göndərməyimiz  yolverilməz-
dir”.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə