P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə9/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   5   6   7   8   9   10   11   12   ...   103

29 
 
Bu  sözlərin  sahibi  yaxşı  bilirdi  ki,  Avropa  və  ABŞ-dan                
gəlmiş  orduların  əsas  məqsədi  neft  yataqlarını  qorumaqdır, 
müxtəlif  maraqları,  o  cümlədən  xain  və  cani  ərəb  şeyxləri-                      
nin  maraqlarını  müdafiə  etməkdir.  Çünki  neft  sənaye  cəmiy-
yətinin  şahdamarıdır.  
Yaşadığımız  dövrdə  çox  vaxt  faydanı  zərərdən,  yaxşını  da 
pisdən  fərqləndirmək  olmur.  Odur  ki,  ağıllı  insanlar  bəzi 
problemlərin   həllini   uzun-uzadı   gözləməyi   bacarmalıdırlar... 
Ərəb  neftinin  qəm-qüssə  və  qəzəb  doğuran  tarixçəsi  var-                 
dır.  Ərəb  dünyasında  bu  təbii  sərvətin  çoxlu  yataqları  yer-             
ləşirdi.  Amma  biz  həmin  yataqların  üstündə  bizə  mal-qara, 
qoyun-keçi  otartdıran  digər  işlərlə  məşğul  idik.  Ağlımıza  gəl- 
mirdi  ki,  bu  yataqlarla  bir  maraqlanaq,  onlardan  fayda  götü-              
rək! 
Həmin  yataqları  “misterlər”  (avropalılar  –  mütərcim)  aşkara 
çıxardılar.  Biz  isə  bir-birimizlə  qan-bıçaq  olub  “qızğın”  mü-
bahisələrə  girişmişdik:  “təvəssül”  hədisi  səhih,  yoxsa  “zəif”dir? 
Övliyaların  kəraməti  haqdır  ya  yox?  Xəlifə  seçilməyə  Haşim-
oğulları,  yoxsa  başqaları  daha  layiqdir?  
Müsəlmanlar  Qurana  bağışlanmaz  xəyanəti  etdilər,  ona  eti-
nasız  yanaşdılar.  Elə  bir  vaxtda  ki,  boş  danışıqlarla  dostlaşıb, 
əhəmiyyətsiz (cılız) mübahisələrə  qucaq  açdılar. 
Onlar  Erkən  Nəslə  (sələfi-əvvəl)  yad  əcaib  mübahisə  gir-
dabında  qərq  oldular.  Əgər  Erkən  Nəsil  də  bu  cür  mübahi-         
sələri  etsəydi,  əsla  uğur  qazanmaz,  bir  dənə  də  olsun  ölkə                 
fəth  etməz,  mədəniyyət  qura  bilməzdi! 
Avropalılar  neft  sənayesini  yaradıb,  neft  məhsulları  istehsal 
etdiklərində,  heyrətamiz  nəqliyyat  vasitələri  qayırıb  nefti  öz 


30 
 
ölkələrinə  daşıdıqlarında  bizə  ərsəyə  gətirdikləri  məhsulların 
qiymətini  ödədilər.  Bəs  biz  bu  pulla  nə  qayırdıq?  Az  faydala-             
nıb,  çox  zərərə  düşdük. 
Mən  şəhvət  məkanlarındakı  bədxərclik  rüsvayçılığından, 
şeytanı  razı  salmaq  üçün  Allahın  verdiyi  var-dövləti  dəlicə-              
sinə  riskə  atmaqdan,  Avropa  və  ABŞ  banklarını  “abadlaşdıran” 
pul  fondlarından,  (valyuta  ehtiyatlarından)...  danışmayacağam. 
Danışsam,  çox  paxırımızın  üstü  açılacaq... 
Bu  xoşagəlməz  vəziyyətin  “kök”ləri  haqda  sual  vermək  is-
təyirəm.  Görəsən,  bizi  bu  sıldırım  dərəyə  nə  sürüyüb  gətirdi?              
Nə  bizi  verməyə  deyil,  almağa  məcbur  etdi?  Nə  üçün  yeri-             
mizdə  sayır,  geriyə  hərəkət  edirik?  Nə  bizimlə  kitabımız  ara- 
sında  Şərqdən  Qərbədək  uzun  məsafə  qoyub?  
Bu  kitab  bugün  və  keçmişə  baxışımızın  (münasibətimizin) 
psixoloji  sorğu-sualıdır.  Bu  sorğu-sualda  dəqiqlik  göstərmə-               
sək,  əyrilik  və  pozuntuları  müsadirə  etməsək,  gələcəyimiz             
parlaq  olmayacaqdır. 
Gerilik  əsrlərinin  zehniyyəti  ilə  gələcəyin  qapısını  açmaq  
cəhdi  yalnız  və  yalnız  çaşqınlığımızı  artırır... 
Bir  dəfə  əlimə  müasir  silahlardan  bəhs  edən  bir  kitab  keç-
mişdi.  Xalqlardan  birinin  bu  sahədəki  “uğurlar”ı  məndə  təşviş 
oyatdı.  Kosmik,  yerüstü,  yerüstü-kosmik,  kosmik-yerüstü  ra-
ketlər,  qırıcılar,  bombardmançı  təyyarələr,  minaatanlar,  uzaq-
vuran  toplar,  radaların  aşkar  edə  bilmədiyi  təyyarələr,  say-                 
sız-hesabsız  mərmi  növləri,  mina  təmizləyən  qurğular  və  daha 
nələr...  
Öz-özümə  dedim:  “İdeologiya  və  dəyərlərini  möhkəmlət-               
mək  üçün  bu  insanların  düzəltdikləri  şeylər  nə  qədər  də 


31 
 
tükürpərdicidir!  Bəs  müsəlmanlar  öz  ölkələrində  sənaye  nailiy-
yətləri  və  xüsusi  bacarıqları  sayəsində  bu  cür  şeylər  qayırmış-
larmı?  Əsla,  Allah  eləməsin,  nə  üçün  qayırsınlar  ki?!  Hazır               
satın  alırlar  da!  Qərblilər  işlərinə  yaramayan  hər  şeyi  (hərbi 
avadanlıqları)  bizə  satır,  sonra  da  vaxtaşırı  olaraq  mərmilə-               
rini  göndərirlər!” 
Dini,  şərəf-izzəti,  torpaq  və  namusu  qoruya  bilməməyimiz-    
dən  daha  pis  nə  ola  bilər?!  
Nə  ilə  məşğul  olduq  ki,  belə  bir  nailiyyət  və  uğurlara  imza              
ata  bilmədik?  Nə  ilə  olacaq:  qeyb  mövzuları  ətrafında  apar-
dığımız  “qızğın”  və  “xəstə”  mübahisələrlə  (halbuki  belə  möv-
zuları  çox  “qurdalamaq”  bizə  qadağan  edilmişdi),  fiqhi  ixti-          
lafları  böyütməklə,  onlardan  qığılcım  kimi  istifadə  etməklə! 
Özümüz  də  yaxşı  bilirdik  ki,  bütün  nöqteyi-nəzərlərə  (ic-
tihadlara,  görüşlərə)  Allah  savab  yazır,  səhvi  aşkarlansa  da,               
xəta  işləmişə  danlaq  düşmür

.  
Dünya  və  axirətin  yaradıcısını  həqiqi  mənada  unutmaqla 
dünya  işlərindən  üz  çevirdik.  Nəticədə,  nailiyyətlərdən  kənar-             
da  qaldıq.  Dünya  işlərindən  üz  çevirməyimiz  təqva  naminə  
təcrid  olunmaq  və  ya  şəhvətdən  qorunmaq  deyildi,  əksinə,                 
bu,  ağılsızlıq  və  axmaqlığın “səmərə”si  idi. 
Görəsən,  müsəlmanlar  hiss  edirlərmi  ki,  dəniz  və  qitələri 
qısnayacaq,  bütün  insanları  məşğul  edəcək  əzəmətli  bir  mis-
                                                 

  Söhbət  ictihaddan  gedir.  Ənənəvi  yanaşma  bundan  ibarətdir  ki,  müc-
təhidlərin  ictihadları  səhv  çıxarsa,  buna  görə  onlara  məzəmmət  düşmür. 
Peyğəmbərimizdən  bizə  gəlib  çatmış  hədisdən  məlum  olur  ki,  ictihadı  
doğru  çıxan  müctəhidə  iki,  çıxmayan  müctəhidə  isə  bir  savab  yazılır  – 
tərcüməçinin qeydi.
  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə