P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə28/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   24   25   26   27   28   29   30   31   ...   103

99 
 
laqburması  verdiyində  haqlı  imiş.  Bu  fanatiklər  ona  qarşı               
qiyam  qaldırmış,  onun  xarici  siyasət  kursuna  şüursuzca  savaş  
elan  etmişdilər.  
Kral  –  o  həm  siyasi  lider,  həm  də  hərbi  sərkərdə  idi  –  is-                
lamı  həmin  hərfiyyətçi  (hərfgüdən,  hərfxor)  adamlardan  da-               
ha  yaxşı  bilirdi.  Bu  fanatiklər  qalib  gəlsəydilər,  dövlət  ümu-
miyyətlə  əldən  gedərdi.  
 
 


100 
 
 
 
Sağlam düşüncənin qarşısını kəsənlər 
 
 
Dövrümüzdə  ateist  zehniyyətə  və  islamı  pusub  himdə  du-
ranlara  qalib  gəlmək  üçün  sağlam  düşüncənin,  səmərəli  və                
ciddi  fəaliyyətin  qabağını  kəsmiş  həmin  adamların  “qanad”             
larını  qırmalıyıq.  Bu  insanlar,  diqqətlə  baxdığımızda  görəcə-             
yik  ki,  islam  üçün  təhlükədirlər... 
Türkiyədə  dönüklər  islam  xilafətini  yıxdıqdan  sonra  dün-              
yəvi  bir  rejim  qurdular.  Bu  rejim  kənardan  bütün  dinlərə                
“yox”  deyirmiş  kimi  görünsə  də,  əslində,  təkcə  islama  əda-                  
vət  bəsləyir,  Avropa  mədəniyyətinin  arxasınca  gedirdi... 
Yeni  rejim  hərbi  zorakılığa  əsaslanırdı.  İlk  işi  ona  qarşı                 
çıxmış  din  xadimlərini  məhv  etmək  oldu.  Halbuki  bütün  xalq             
ona  nifrət  bəsləyir,  həyat  tərzində  islama  üstünlük  verirdi.             
Amma  xalq  silahlı  dönüklərə  müqavimət  göstərə  bilmədi,  di-              
şini  bağırsağına  tutub  müvəqqəti  susmağa  məcbur  oldu.  Bu-               
na  baxmayaraq,  o,  müsəlman  kimliyini  bərpa  edib,  islamın 
hakimiyyətini  geri  qaytarmaq  üçün  hər  bir  fürsətdən  də  isti-               
fadə  etdi.  
Aydın  məsələdir  ki,  islamla  dünyəvilik  arasında  gedən  sa-              
vaş  ailə  məsələləri  və  qadın-kişi  münasibətləri  problemi  ət- 
rafında  daha  da  qızışır.  Liderlər  abırsız  Qərb  həyat  tərzini 
Müsəlman  Şərqinə  “idxal”  etmək  üçün  dəridən-qabıqdan  çı- 
xırlar.  Qurana  arxa  çevirənlərdən  bundan  artıq  nə  gözləyə-               
sən?  Ayədə  deyilir: 


101 
 
“...Kim  Şeytanın  getdiyi  yolla  getsə,  o,  (insanlara)  çirkin,                
pis  işlər  görməyi  (zina  etməyi,  yalan  danışmağı,  özgələrə  böh-           
tan  atmağı)  əmr  edər...” (ən-Nur, 21). 
Tələbə  qızlar  bu  əxlaqsız  süründürməçiliyə  qarşı  çıxdılar,  
hicab  geyinməkdə  israr  etdilər.  Hicabda  fəzilət  və  ehtiyat-                   
lılıq  vardır!  O,  həm  qadının  qadınlıq  cizgilərini  mühafizə                
edir,  həm  də  onun  bədənini  oğrun  gözlərdən  qoruyur.  
Ancaq  bu  ləyaqət  ateistləri  qəzəbləndirdi.  Ordu  rəhbər-                    
liyi  –  Baş  komandan(!)  Ali  Məhkəmənin  belə  bir  qərar 
çıxarmağına  nail  oldu  ki,  hicab  geymək  Atatürk  İnqilabının 
dünyəvilik  prinsiplərinə  ziddir,  deməli,  qadağan  edilməlidir! 
Bu  günlərdə  gördük  ki,  Fransa  Ali  Konstitusiya  Məhkə-
məsində  hicabın  mövcud  rejimə  zidd  olmamağı  təsdiqlənmiş-  
dir.  Bax  bu,  məntiqli  qərardır.  Amma  axmaq  “vassal”lar

  kral-           
dan  daha  çox  kralçı  olurlar.  Dünyəvi  türk  rejiminin  xristian 
rahibələrə  öz  dini  paltarlarını  geyməyi  qadağan  etməyə  iq-              
tidarı  çatardımı?  Əsla!  Məgər  rahibə  geyimi  müsəlman  hi-            
cabına  oxşamır?!  Amma  o,  təkcə  hicablı  tələbə  qızlara  xoruz-             
lana  bilir. 
Dediklərimdə  yeni  bir  şey  yoxdur.  Yeni  olan  budur  ki,  bəzi 
müəllimələr  hicablı  tələbə  qızlara  söyür,  heysiyyətinə  toxu-               
nur,  alovu  daha  da  körükləyirlər. 
Əlcəzair  İslam  Universitetində  dərs  dediyim  vaxtlar  dərs 
otağında  qızlar  sağda,  oğlanlar  da  solda  əyləşirdilər.  Sezmiş-              
                                                 

  Qərbdəki  dünyəvi  həyat  tərzini  Müsəlman  ölkələrində  yaymaq  istəyən-              
lər  nəzərdə  tutulur – tərcüməçinin  qeydi.  


102 
 
dim  ki,  utana-utana  mənə  sual  verən  qızların  bir-neçə  gün               
sonra  üzləri  nədənsə  gülmür.  
Öyrəndim  ki,  tələb  oğlanlar  onları  sual  veriblər  deyə 
hədələyiblər.  Qadının  səsi  övrətdir  (haramdır)!!!  Buna  əks-
reaksiya  olaraq,  həmin  gündən  həm  oğlanların,  həm  də  qız-             
ların  suallarını  yazılı  şəkildə  qəbul  etməyə  başladım.  Onlara                
da  bildirdim  ki,  nə  qadının  səsi,  nə  də  üzü  övrət  sayılır.  
Düşünürəm  ki,  bəzi  alimlərin  təbliğ  etdikləri  “lax”  fikirlər 
siyasi-iqtisadi  və  sosial  həyatda  özünə  yer  etdikcə  islamın  gə-
ləcəyi  sual  altındadır! 
İslama  forma  verənlər  onu  təkcə  müsəlman  qara  camaata 
məlum  eybəcər  formada  təqdim  etdikcə  bu  din  hər  bir  mey-
dandan  qovulacaqdır.  
Ağıllı  insanlarla,  alimlərlə  söhbətimdə  deyirəm:  “Dində 
azadlıq  olmalıdır!”  Bivec  bir  nadan  isə  etiraz  edir:  “Dində 
məcburiyyət  yoxdur”  ayəsi “mənsux”dur

,  qüvvəsini  itirib! 
Dünyanın  sülhpərvər  qüvvələrinə  səslənirəm:  “Biz  sizdən  
daha  qabaq  sülhə  çağırmışıq,  qan  axıdılmasına  “yox”  demişik.             
Biz  savaşa  yalnız  əqidəmizi  qoruyub,  islama  çağırış  etmək                 
üçün  girərik!”  Qəfildən  yelbeyin  bir  gənc  peyda  olur:  “Əsla! 
                                                 

  Bu  termin  “nəsx”  anlayışı  ilə  əlaqəlidir.  “Nəsx”  (ərəb.  “ləğv  etmə”, 
“köçürmə”)  sonrakı  dini  mətnlərlə  (dəlillərlə)  əvvəlki  hökmün  qüvvədən 
salınması  deməkdir.  Bununla  əlaqədar  olaraq,  “nasix”  və  “mənsux” 
terminləri  də  vardır.  Belə  ki,  “nasix”  qüvvədən  salan,  “mənsux”  da  qüv- 
vədən  salınmış  dəlilləri  (dini  mətnləri)  ifadə  edən  terminlərdir  –  tər-
cüməçinin qeydi



Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə