P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə40/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   36   37   38   39   40   41   42   43   ...   103

141 
 
islama  aidiyyəti  vardır.  Kitabxana  yarandığı  dövrün  mədəniy-
yətini  təmsil  edirdi.  Görəsən,  indiki  kitabxana  ümumbəşəri 
səciyyə  daşıyıb,  dünyanın  əsrarəngizliklərini  aşkara  çıxaran  tə- 
biət  və  sosial  elmlərin  müasir  parlaq  inkişafınımı  nüma-                      
yiş  etdirəcək?  Təki  olsun!  Bu  bizi  qane  edir. 
Amma  ehtiyatlanıram  ki,  sözügedən  kitabxana  “çürük”               
fəlsəfi  təlimlərə  körpü  rolunu  oynasın,  avropalıların  yüksək 
insanlıq  keyfiyyətlərindən  uzaq  keçmişinə  kortəbii  bağlılığı, 
heyranlığı  təmsil  etsin...  Onlar  bugün  bizi  yenidən  inkar  et-            
mək,  acizləşdirmək  istəyirlər. 
Kitabxananın  pavilyonları  haqda  da  şübhəli  şeylər  eşitmi-
şəm... 
Bugün  islam  yaralı  dindir:  ona  mənsub  xalqların  böyük             
hissəsi  üçüncü  dünya  (inkişaf  etməmiş)  xalqlarıdır.  Bu  xalq-            
ların  maddi  geriliyi  və  mənəvi  (intellektual)  tənəzzülü  ey-              
nidir.  Əgər  rəflərini  Avropa  mədəniyyətini  təbliğ  edən  ensik-
lopediyalar,  kitablar,  jurnallar,  məcmuələr...  dolduracaqsa,               
onda  həmin  kitabxana  qurulmasa  yaxşıdır... 
Qabaqcadan  bilirəm  ki,  kitabxananı  quranlar  səkkiz  əsrlik 
Əndəlüs  islam  tarixi  haqda  nə  deyəcəklər.  Qabaqcadan  bilirəm  
ki,  Nil  vadisi  və  Şimali  Afrika  islam  mədəniyyəti  haqda  nə 
deyəcəklər.  Onu  da  bilirəm  ki,  onlar  Məhəmmədin  missiyası 
əleyhinə  olan  köhnə  irqi  haqq-hesabları  gündəmə  gətirmək            
üçün  dəridən-qabıqdan  çıxırlar... 
Bu  üzdən  mən  tələb  edirəm  ki,  çoxəsrlik  Aralıq  dənizi                
hövzəsi  mədəniyyətini  əks  etdirən  həmin  kitabxana  qurularkən 
islam  ədalətli  və  dürüst  şəkildə  təsvir  olunsun.  Biz  əsla  və  əsla             
heç  bir  mədəni  qəsbkarlıq  forması  ilə  sülh  bağlamarıq! 


142 
 
 
 
Allahın əzəmət şüası 
 
 
Avropa  və  Amerikadakı  maşınqayırma  zavodlarında  texniki 
göstəriciləri  yüksək,  görünüşü  də  cazibədar  avtomobillər  bu-
raxılır.  Amma  həmin  zavodların  sahibləri  avtomobillərini  sat-
dıqdan  sonra  onlarla  əlaqə  saxlamırlar.  Onlara  sürücünün  kim 
olmağı,  maşının  neçə  mil  sürülməsi,  haraya  sürülməsi,  harada 
saxlanması  maraqlı  deyil.  Zavod  maşını  düzəldər  və  satar;              
maşın  zavoda,  zavod  da  maşına  həmişəlik  əlvida “deyər”... 
Görəsən,  dünyamız  da  (kainatımız  da)  – o, hər  şeyi  ustalıqla 
ərsəyə  gətirmiş  Allahın  yaradıcılıq  məhsuludur  –  buna  oxşar-
dırmı?  Allah  onu  vücuda  gətirdikdən  sonra  sərbəstmi  bu-               
raxıb?  Əsla!!! 
Kainatın  hər  bir  nöqtəsindəki  hərəkətlilik  də,  sükunət  də                  
Ali  Nəzarətin  diqqətindən  kənarda  deyildir.  Möminlər  həm-
rəydirlər  ki,  hər  saniyə  kainatı  baqi  tutub,  nizamda  saxlayan            
güc – Aləmlərin  rəbbi  olan  Allahdır. 
Ay  Yerin  ətrafında  dövrə  vurur.  Onun  gözləri  yoxdur  ki, 
getdiyi  yolu  görsün.  Mənzilbaşına  çatması  və  yoluna  davam 
etməsi  üçün  yanacaq  bakına  da  sahib  deyildir.  O,  yaradıcı-            
sının  yolgöstərənliyi  ilə  hərəkət  edir... 
Yaşadığımız  Yer  kürəsi  də  öyrənilməyə  layiqdir.  Əvvəlcə,                
yer  qabığı,  sonra,  mantiyası  və  nəhayət,  plazma  maddəsin-                 
dən  ibarət  nüvəsi  tədqiq  olunmalıdır  və  olunur  da.  İlahi  Elm 
yerin  dərinliklərinə  dalır,  hər  bir  atoma  nizam  verir.  Əgər 


143 
 
istəsəydi,  zəlzələ  qoparar,  biz  də  həlak  olardıq.  Amma  o,  hər              
şeyi  qaydasında  edib  və  biz  bu  qayda-qanunların  nəticəsini 
kainatdakı  sabitlikdə  görürük.  
Yer  qabığında  minlərlə  növ  bitkiyə  rast  gəlirik.  Hər  bir                 
bitki,  toxumu  torpağa  düşüb  meyvə  gətirənədək  Allahın  nə- 
zarəti  altındadır.  Eyni  şeyi  digər  canlılar  üçün  də  söyləyə  bi- 
lərik... 
Qurani-Kərimdə bu haqda deyilir: 
“O  saatı  (qiyamətin  nə  vaxt  qopacağını)  bilmək  yalnız  Ona 
aiddir.  O  bilmədən  heç  bir  meyvə  qabığından  (tumurcu- 
ğundan)  çıxmaz,  heç  bir  qadın  hamilə  olmaz  və  bari-həmlini             
yerə  qoymaz.  (Allah)  onlara  (müşriklərə  məzəmmət  və  is-              
tehza  ilə:)  “Şəriklərim  haradadır?  –  deyəcəyi  gün,  onlar:  “(Ey 
Rəbbimiz!)  Biz  Sənə  ərz  etdik  ki,  aramızda  (Sənin  şərikin 
olduğuna  şəhadət  verə  biləcək)  heç  bir  şahid  yoxdur!”  –                
deyə  cavab  verəcəklər”  (Fussilət, 47). 
Evlərimiz  kənardan  gələn  elektrik  enerjisi  ilə  işıqlandırılır. 
Alimlər  təsdiqləmişlər  ki,  dünyanın  mövcudluğu  öz-özünə               
deyil  (və  ya:  öz  substansiyasından  irəli  gəlmir),  əksinə,  o,  Ali 
Yaradıcı  tərəfindən  vücuda  gətirilmişdir.  Quranda  bu  haqda 
oxuyuruq: 
“Həqiqətən,  Allah  göyləri  və  yeri  zaval  tapmasınlar  (öz 
mehvərindən  çıxmasınlar)  deyə,  tutub  saxlayır.  Əgər  öz  meh-
vərindən  çıxsalar,  Ondan  başqa  onları  heç  kəs  tutub  saxlaya 
bilməz.  Doğrudan  da,  (Allah)  həlimdir,  bağışlayandır!”  (Fa-               
tir, 41). 
Bilirəm  ki,  bu  sözlərdə  qəribə  bir  şey  yoxdur.  Elə  bir  
müsəlman  təsəvvür  etmirəm  ki,  bunda  şübhəyə  düşsün.  Am-              


144 
 
ma  bəziləri  soruşurlar:  “Allah  dünyanı  necə  idarə  edir?  O  öz 
işlərini  necə  görür?  O  necə  güldürür,  necə  ağladır,  necə  öl-           
dürür,  necə  dirildir?  Necə  ola  bilər  ki,  O,  eyni  vaxtda  həm 
kainata,  həm  də  gözlə  görülməyən  atomlara  nəzarət  edir?” 
Mən  bu  qəbil  suallarla  məşğul  olmadan  da  yaşaya  bi-                
lirəm.  Mən  oynaqlarımı  hərəkətə  gətirən  ruhun  mahiyyətini 
bilmədən  də  yaşayıram.  Və  mən  kainatı  bürüyən  işığın  sir-                 
rini  öyrənmədən  də  ömür  sürməyi  bacararam.  Yuxarıdakı  
sualları  hər  şeyi  bilmə  həvəsi  və  hər  yerə  özünü  dürtmə  is-                    
təyi  doğurur.  
Bəziləri  bu  cür  suallarla  məşğul  olub,  mühüm  nəticələrə 
gəlsələr  də,  ziddiyyətlərdən  qaça  bilməyiblər.  Məsələn,  bəzi 
insanlar  “varlığın  birliyi”  (vəhdəti-vücud)  təliminə  inan-             
mışlar.  Elə  güman  etmişlər  ki,  Allahla  kainatın  əlaqəsi  ruhla 
bədənin  əlaqəsi  kimidir.  Təbii  ki,  bu  ağılsızlıqdır,  dəlilikdir!              
Bəzi  sufilər  bu  cür  düşünürlər... 
Bəziləri  səbəbiyyət  (səbəb-nəticə)  qanununun  üstündən               
xətt  çəkərək,  zənn  etmişlər  ki,  “Hər  bir  hərəkətin,  əməlin  ic-         
raçısı  (səbəbkarı)  Allahdır”  –  deməyənlərin  imanı  düzgün 
deyildir.  
Onlara  xitabən  deyirəm  ki,  varlıq  aləmini  tənzimləyən 
“səbəblər”  silsiləsi  (şəbəkəsi)  mövcuddur.  Təbii  ki,  bu  sə-             
bəblər  Ali  Qüdrətin  nəzarətindədir.  Sən  nə  düşünürsən  dü-               
şün,  Ali  Güc  ona  başlanğıc  və  son  (ölüm),  hərəkətlilik  və  sü-
kunət  səlahiyyəti  vermişdir. 
Qurani-Kərim  bizim  gördüyümüz  və  görmədiyimiz  varlıq-
ların  arxasındakı  səbəblər  haqda  məlumat  verir.  Allah  təala 
buyurur: 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə