329
2. Haram – səhihliyi qəti, mənası da açıq-aşkar olan hər
hansı bir dəlil (ayə və “mütəvatir” hədis) əsasında Allah və
ya peyğəmbərinin öhdəçi şəxsə tərk etməsini əmr etdikləri
əməllər, davranış və sözlərdir.
3. Məndub – edilməsini Allahın və ya peyğəmbərinin qəti
şəkildə tələb etmədiyi şeydir. Edənə savab yazılar, etməyənə
də cəza düşməz.
4. Məkruh – edilməməsini Allah və ya peyğəmbərinin
qəti şəkildə tələb etmədiyi şeydir. Etməyənə savab yazılar,
edənə də cəza düşməz.
5. Mübah – edilib-edilməməyi öhdəçi şəxsin ixtiyarına
buraxılan şeydir. Haramlılığı barədə heç bir dəlilin olma-
dığı şeylər də mübahdır.
Hədislər “mütəvatir” və “ahad” olmaqla iki yerə bölünür.
Yalançılıqda həmrəy olmaqları qeyri-mümkün ravilərin öz-
ləritək ravilərdən rəvayət etdikləri hədislər “mütəvatir” hədis-
lər adlanır.
əl-Hazimi deyib:
“Bir hədisin mütəvatirliyini isbatlamaq çox çətindir”
1
.
Şatibi deyib:
“Mütəvatir” hədisin səhihliyi barədə hədis alimləri ara-
sında ixtilaf yoxdur. Alimlərin böyük əksəriyyəti belə hesab
edir ki, (bir şeyin) vacib və ya haram olduğunu isbatla-
maqda “mütəvatir” hədislərin kafi olmadığını iddia edən şəxs
1
əl-Hazimi. Beş İmama görə səhihlik şərtləri, səh. 37.
330
kafirdir. Mən də deyirəm: “Əməli hədislərin əksəriyyəti “mü-
təvatir”dir”
1
.
“Ahad” hədis isə bir neçə şəxsin Peyğəmbərdən
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
qeyri-mütəvatir yolla rəvayət etdiyi hədisdir.
Alimlər (bir şeyin) vacib və ya haram olduğunu isbatlamaqda
“ahad” hədislərin kafi olub-olmadığı məsələsində ixtilafa
düşmüşlər. Şafei məzhəbi alimləri bildirmişlər ki, namaz,
oruc, həcc və zəkat kimi əməli hökmlərdə “ahad” hədislərin
(bir şeyin) vacib və ya haram olduğunu isbatlamaqda kafi
olmadığını iddia edən kəs kafirdir. İlahi mahiyyətlər, pey-
ğəmbərliklər, axirət məsələləri və qeyb aləmi bağlı “elmi”
(nəzəri) hökmlərdə isə “ahad” hədislərin (bir şeyin) vacib-
liyi və ya haramlığını isbatlamaq üçün kafi olmadığını iddia
edən kəs kafir deyildir. Çünki belə nəzəri məsələlərin is-
batında Qurandan mənası açıq ayələr və “mütəvatir” hə-
dislər tələb olunur.
Hənəfilər isə başqa cür düşünürlər. Onlara görə, “ahad”
hədislər nə əməli, nə də nəzəri məsələlərdə bir şeyi vacib,
ya da haram edə bilər. Odur ki, bunu iddia edəni kafir
saymaq olmaz. Hənəfi üsul alimləri də eyni fikirdədirlər.
Məsələn, Bəzdəvi yazır:
“Yəqin bilik iddiasına (“ahad” hədislərin yəqinlik ifadə et-
məsi iddiasından söhbət gedir – mütərcim) gəlincə, bu, heç
şübhəsiz, puç iddiadır. Və həqiqət bunu qəbul etmir. “Ahad”
xəbərdə mümkün ehtimal vardır, deməli, yəqin deyildir.
1
Şatibi. əl-Etisam, cild I, səh. 135.
331
Çünki ehtimal yəqinlik ifadə etmir. Bunu kim inkar edərsə,
axmaqdır, ağlı da cılızdır”.
İmam Məhəmməd Əbduh, Şeyx Mahmud Şəltut, Şeyx
Mahmud əbu Dəqiqə və başqaları da bu mövqedən çıxış edir-
lər.
Mərhum İmam Məhəmməd Əbduh yazır:
“Qurani-Kərim Allaha çağırışda islamın istinad etdiyi ye-
ganə mötəbər arqumentdir
∗
. İstinadında səhih, məşhur və
“zəif” sayılan hədislərə gəlincə, qəti bilik ifadə etmirlər”.
Həmçinin, Ustad Mahmud Şəltut “İslam – etiqad və şə-
riət kimi” kitabında yazır:
“...hədislər həm deyilmə (istinad), həm də məna baxımın-
dan zənn ifadə edə bilir. Əgər hədisin Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
tərəfindən deyilməsində bir şübhə varsa,
onda bu hədis “istinadı zənn ifadə edən” hədislər (əhadis
zənniyyət əl-vürud
) kateqoriyasına aiddir. Mənasında (məz-
mununda) ehtimallı məqamların olduğu hədislər də “mə-
nası zənn ifadə edən” hədislərdən (əhadis zənniyət əd-
dəlalət
) sayılır. Deməli, belə hədislərin həm Peyğəmbər
tərəfindən deyilməsində şübhə vardır, həm də mənası ehti-
mal ifadə edir; odur ki, bu cür hədislər deyilişi və mənasın-
da zənn olan hədislər kateqoriyasına daxildir.
Əgər hər hansı bir hədis deyilmə və məna baxımından
zənn ifadə edirsə, bu və ya digər əqidə mövzusu üçün dəlil
∗
Söhbət yəqin bilik ifadə edən başlıca arqumentdən gedir – tərcümə-
çinin qeydi.
Dostları ilə paylaş: |