P r o q r a m L a r t o p L u s u


Əməliyyat sistemlərinin təsnifatı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix16.01.2022
ölçüsü1,18 Mb.
#82928
1   ...   20   21   22   23   24   25   26   27   ...   69
dovlt informasiya sistemlrinin thluksizliyi-proqram

Əməliyyat sistemlərinin təsnifatı 

Ümumiyyətlə 

kompüterin

 

proqram  təminatın



ı  iki  qrupa  bölmək  olar: 

Sistem  proqram 

təminatı  və  tətbiqi  proqram  təminatı.  Əslində  istifadəçi  ilə  təmasda  məqsəd  əsasən  ıstifadəçinin 

istədiyi  tətbiqi  proqramı  diskdən  yaddaşa  yükləmək  və  mikroprosessoru  həmin  proqram  kodlarını 

icra  etməyə  yönəltməkdir.  Bu  işi  görmək  üçün  ROM-BIOS-un  bir  çox  ibtidai  funksiyaları  təməl 

rolunu  oynaya  bilər.  Tətbiqi  proqramın  yaddaşda  işləməsi  üçün,  bundan  başqa,  yaddaşın  idarə 

edilməsi və ən başlıcası isə diskdə bu və ya digər şəkildə fayl sistemini qurmaq və onu idarə etmək 

gərəkdir. Bütün bu funksiyalar əməliyyat sisteminin üzərinə düşür. Onda sistem proqram təminatını 

altyapı  və  üstqurum  kimi  iki  hissəyə  ayırmaq  olar.  Burada  BIOS  sistem  proqram  təminatının 

sturukturunu, onun təməlini, əməliyyat sistemi  isə sistem proqram təminatının üstqurumunu təşkil 

edir.  Aparat  qurğularına  münasibətdə  isə  BIOS  aparat  qurğularını  birbaşa  idarə  edirsə,  əməliyyat 

sistemləri  isə  avadanlığa  çox  zaman  BIOS-un  funksiyaları  vasitəsilə,  bəzən  isə  birbaşa  müraciət 

edirlər.  Əməliyyat  sistemi,  qurğuların  tətbiqi  proqramların  istifadəsi  üçün proqram 

interfeysi yaratmaqla  o,  tətbiqi  proqramların  işləməsi  üçün  bir  mühit  təşkil  edir.  Proqramçı 

nəzərindən  tətbiqi  proqram,  qurğuları  daha  "uzaqdan"-  əməliyyat  sisteminin  rəhbərliyi  ilə  (yəni 

əməliyyat sisteminin proqram interfeysi ilə), qismən isə BIOS vasitəsilə (BIOSun funksiyalarından 

kəsilmələr vasitəsilə istifadə etməklə), çox az hallarda isə qurğuya birbaşa müraciət etməklə (portlar 

vasitəsilə)  onu  idarə  edirlər.  Tətbiqi  proqramın  əməliyyat  sisteminin  proqram  interfeysi  vasitəsilə 

fiziki qurğunu idarə etməsi onun digər maşında qüsursuz işləməsinə zəmanət verir. 

Hər bir əməliyyat sisteminin tipindən asılı olmayaraq üç əsas vəzifəsi vardır: 

 

Diskdə fayl sisteminin idarə edilməsi 



 

Giriş-çıxış qurğularını idarə etmək 



 

İstifadəçi  interfeysi  yaratmaqdır  (başqa  sözlə-istifadəçi  ilə  kompüter  arasında  ünsiyyəti 



təmin etməkdir). 

 

 



 


15 

 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə