P r o q r a m L a r t o p L u s u



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix16.01.2022
ölçüsü1,18 Mb.
#82928
1   2   3   4   5   6   7   8   9   ...   69
dovlt informasiya sistemlrinin thluksizliyi-proqram

 

 

 

 

 



 

 

 


 

KOMPÜTER ŞƏBƏKƏLƏRININ LAHIYƏLƏNDIRILMƏSI VƏ 



MÜDAFIƏSININ TEXNIKI VASITƏLƏRI  

 

Kompüter  şəbəkəsi —  rabitə  xətləri  və  xüsusi  proqram  təminatı  ilə  bir-birilə  əlaqəli 

kompüterlər  və  periferiya  avadanlıqları  sistemindən  ibarətdir. 

İnformasiyan

ın  əldə  olunması, 

ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter 

şəbəkələrinin  olması  vacib  şərtdir.  Məsafədən  asılı  olaraq,  rabitə  xətləri  kimi  kabeldən,  telefon 

xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik  lifli  xətlərdən  istifadə olunur. Ən populyar 

kompüter şəbəkəsi 

İnternetdir



Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: 

 



Kompüterlər; 

 



Kommunikasiya avadanlıqları; 

 



Şəbəkə əməliyyat sistemləri; 

 



Şəbəkə tətbiqləri (network applications); 

 



Əlaqə kanalları. 

Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: 

 



Server

 -  şəbəkənin  işini  mərkəzləşdirilmiş  şəkildə  idarə  edən  və  yaxud  şəbəkənin  digər 

kompüterlərinə  öz  resurslarını  (

fayl


printer


,  və  s.)  istifadəyə  verən,  müvafiq  proqram 

təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. 

 

Kliyent  kompüteri  -  (kliyent,  işçi  stansiyası)  serverin  resurslarına  (serverə)  giriş  əldə  edən 



şəbəkə istifadəçisinin kompüteridir. 

 



Proqram-server  –  verilmiş  kompüterin  resurslarına  şəbəkənin  digər  kompüterlərindən  giriş 

sorğularina xidmət üçün təyin edilmiş proqramdır. 

 

Proqram-kliyent  -  uzaqda  yerləşən  resurslara  giriş  üçün  sorğuların  yaradılması  və 



göndərilməsi,  həmçinin  sorğuya  uyğun  olaraq  istifadəçinin  kompüterində  informasiyanın 

alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). 

 

Konsentrator - bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur. 



 

Təkrarlayıcı - siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş məsafədən böyük 



məsafəyə  ötürüldüyü  zaman,  onun  formasının  və  amplitudasının  saxlanmasını  təmin  edən 

qurğudur. 

 

Hab (hub) - kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur. 



 

Modem  -  rəqəmsal  siqnallarının  telefon  xətləri  vasitəsilə  ötürülməsi  üçün  onları  analoq 



formasına  və  əksinə  çevirən  qurğudur.  Bu  zaman  modemdə  informasiya  siqnallarının 

modulyasiyası və demodulyasiyası həyata keçirilir. 




 



 

Verilənlərin  ümumi  istifadəsi  -  müxtəlif  iş  yerlərindən  digər  kompüterlərdə  olan  fayllara 

girişə imkan verir. 

 



Proqram  vasitələrinin  ümumi  istifadəsi  -  istifadəçilərə  digər  kompüterlərdə  qurulmuş 

proqramları istifadə etməyə imkan verir. 

 

Paket  -  kompüter  şəbəkələrində  informasiyanın  əsas  vahididir.  Verilənlərin  paketlərə 



bölünməsi  zamanı  şəbəkədəki  hər  bir  kompüter  praktiki  olaraq  verilənlərin  digər 

kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə edir. 

 

Protokol  –  kompüter  şəbəkəsində  verilənlərin  ötürülməsi  üçün  qaydalar  və  razılaşmalar 



toplusudur. 

 



Şəbəkə  protokolları  –  şəbəkədə  məlumatların  təqdimat  formalarını  və  ötürülmə  üsullarını, 

müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən standartlardır. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə