P r o q r a m L a r t o p L u s u


PROQRAMLAŞDIRILMASI VƏ TƏHLÜKƏSIZLIYI (DATA/BIG MINING)



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix16.01.2022
ölçüsü1,18 Mb.
#82928
1   ...   39   40   41   42   43   44   45   46   ...   69
dovlt informasiya sistemlrinin thluksizliyi-proqram

PROQRAMLAŞDIRILMASI VƏ TƏHLÜKƏSIZLIYI (DATA/BIG MINING) 

 

Bəşəriyyətin  mövcudluğundan  təhlükəsizlik  problemləri  insanları  daim  düşündürmüş.  Big 

data  erasında  isə  təhlükəsizlik  məsələlərinə  maraq  daha  da  artmış  və  siyasi,  iqtisadi,  sosial, 

demoqrafik, hərbi, ekoloji və s. kimi aspektlərdə çox ciddi elmi-tədqiqat istiqamətinə çevrilmişdir. 

Big  data  və  informasiya  təhlükəsizliyi  məsələlərinə  iki  müxtəlif  aspektdən  baxmaq  olar: 

informasiya  təhlükəsizliyində  Big  data  analitikanın  tətbiqi  və  Big  data  texnologiyalarında 

informasiya təhlükəsizliyi problemləri. 

Şəbəkə  xidmətlərindən,  veb  əlavələrdən  geniş  istifadə  müəssisə  və  təşkilatlarda  şəbəkə  və 

kompüter təhdidlərinə qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini ön plana çəkmişdir. Belə 

ki,  son  zamanlar  kiber-terror,  kibermüharibələr  və  s.  kimi  kiber-məqsədli  hücumların  (məsələn, 

kiber-terror,  kiber-müharibələr,  APT-  Advanced  Persistent  Threat  və  s.)  sayı  sürətlə  artmaqdadır.  

Korporativ  kompüter  şəbəkələrin  təhlükəsizliyinə  böyük  təhdidlər  yaradanbu  hücumların 

aşkarlanması  üçün  şəbəkə,  host,  təhlükəsizlik  qurğuları  və  s.  mənbələrdən  çox  böyük  həcmdə 

verilənlərin  toplanması,  verilənlərdə  anomaliyaların  aşkarlanması  məsələsini  aktuallaşdırır  və 




25 

 

məsələnin  həllində  daha  effektiv  analiz  metod  və  alqoritmlərinin  yaradılmasını  tələb  edir.  Çünki 



kompüter  şəbəkələrində  təhlükəli  trafiklərin  erkən  aşkarlanması,  log  faylların  analizi  şəbəkə 

təhlükəsizliyinin  təmin  edilməsində  əsas  şərtdir.  Verilənlərin  analizində  anomaliyaların 

aşkarlanması  isə  əsas  məsələlərdəndir.  Anomaliyaların  aşkarlanması  qeyri-müntəzəm  davranışlara 

müdaxilə  etmək  imkanı  verir.  Hücumların  qarşısının  qabaqcadan  alınması  (0-cı  gündən),  yəni 

əvvəllər rast gəlinməyən və bədniyyətli verilənlərin filtirlənməsi xüsusilə vacibdir. 

Hesablama  buludları,  MapReduce,  Hadoop  və  s  kimi  texnologiyalar  geniş  miqyaslı 

verilənlərin emalında kifayət qədər hesablama gücünə  malikdirlər. Bu texnologiyaların köməyi  ilə 

çoxsaylı  şəbəkə  verilənlərini  inteqrasiya  və  analiz  etmək  mümkün  olmuşdur.  Nəticə  etibarı  ilə 

böyük verilənlərin analizinə əsaslanan təhlükəsizlik analitikası texnologiyası meydana gəlmişdir.  

Təqdim  olunan  proqramda  da  məqsəd  Big  data  analitika  əsasında  kompüter  şəbəkələrində 

anomaliyaları daha düzgün, dəqiq analiz etməkdir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə