P r o q r a m L a r t o p L u s u



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix16.01.2022
ölçüsü1,18 Mb.
#82928
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
dovlt informasiya sistemlrinin thluksizliyi-proqram

6.

 

Колесников А.В. Internet для пользователя. БХВ-Kиeв, 2001 г., 304с. 



7.

 

Досталек Л., Кабелова А. TCP/IP и DNS в теории и на практике: Полное руководство. 

Наука и техника, 2006 г., 607с. 

 

VERILƏNLƏR BAZASININ TƏHLÜKƏSIZLIK SISTEMLƏRI VƏ 

INTELLEKTUAL ANALIZI 

 

Kompüter  texnologiyalarının  inkişafı  ilə  informasiyanın  idarə  olunmasında    və  mühasibat 

fəaliyyətinin,  kadrlar  şöbəsinin,  ticarət  şöbəsinin,  eləcə

 

də  digər  fəaliyyət  sahələrinin 

avtomatlaşdırılması  üçün  informasiya  sistemlərinin  yaradılmasına  başlanıldı.  Hər  bir  belə 

informasiya  sistemləri  özünün  xüsusi  verilənlər  yığımına  malik  olur  və  verilənlər  bazasının 

idarəetmə  sistemləri  (VBİS)  ilə  idarə  olunur.  Relyasiyalı  strukturlu  verilənlər  bazasına  müraciət 

SQL(Strukture  Query  Language  –  Strukturlaşmış  sorğu  dili)  dili  ilə  icra  olunur.  SQL  beynəlxalq 

standart  dil  olub  standartlaşdırılmış    sorğu  dili  adlanır.  Hər  bir  VBİS  bazanı  idarə  edərkən  SQL 

dilindən istifadə edir və bu dil üçün çoxlu sayda tətbiqlər vardır.  

Baxmayaraq  ki,  bu  fənn  texniki  yönümlü  ixtisaslar  üçün  nəzərdə  tutulmuşdur,  elektron 

hökumət  və  informasiya  cəmiyyəti  quruculuğu  baxımından  “İnformasiya  sistemləri  və  verilənlər 

bazası”  fənninin  digər  ixtisaslar  üçün  də  tədris  olunması  daha  faydalı  olardı.  Ona  görə  də  bu 

proqram ixtisasından asılı olmayaraq bakalavr və magistr pilləsi üçün nəzərdə tutulmuşdur. 

Bu  fənnin  tədrisində  əsas  məqsəd  tələbələrə  verilənlərin  modelləşdirilməsinin  nəzəri 

əsaslarını,  verilənlər  bazasının  layihələndirilməsi  prinsiplərini,  verilənlərə  əlyetərliyin 

optimallaşdırılması  və  verilənlərin  kənar  müdaxilələrdən  mühafizə  olunmasını  aşılamaqdır.  Eyni 



11 

 

zamanda  verilənlər  bazasının  layihələndirilməsi  mərhələsində  (konseptual,  fiziki),  verilənlər 



bazasının  reallaşdırılmasında  və  onunla  işləmə  interfeysində  tələbələrin  bilik  və  bacarıqlarının 

praktiki işlərə tətbiq edilməsidir.  

Tələbələrin  bu  kursu  dərindən  yiyələnməsi  üçün  ümumi  təyinatlı  dillərdən  birinin  nəzəri 

əsasları  ilə  yanaşı  praktiki  tətbiqlərini  də  bilməlidirlər.  Həmçinin  əməliyyat  sistemlərinin  və 

informasiya şəbəkələrinin də əsas funksiyaları ilə tanış olmalıdırlar. Kursun məzmunu üzrə bu fənni 

keçmiş məzunlar bu fənn üzrə minimum professional biliklərə malik olmalıdırlar, həmçinin bu fənn 

üzrə xüsusi kursların keçirilməsini, kurs və diplom işlərinin də  icra olunmasını sərbəst şəkildə  icra 

etməlidirlər.  Verilənlər  bazası  və  informasiya  sistemləri  fənnini  öyrənməmişdən  əvvəl 

İnformatika(verilənlər  bazası  informatika  fənninin  nəzəri  əsaslarından  biri  olduğu  üçün)  fənnini, 

həmçinin  bu  fənnin  bazasını  təşkil  edən  alqoritmlər,  informasiya  texnologiyaları,  informasiya 

sistemləri, verilənlər və onların strukturu və s. funksiyalarını dərindən mənimsəmək lazımdır.  

Eyni  zamanda  bu  fənnin  bölmələrinin  öyrənilməsindən  əvvəl  və  ya  paralel  şəkildə  olaraq  sistem 

proqram  təminatı  da  tədris  olunaraq  verilənlər  bazası  haqqında  biliklərin  yaradılmasına  zəmin 

yaranmalıdır. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə