Əməliyyat sistemlərinin təsnifatı
Ümumiyyətlə
kompüterin
proqram təminatın
ı iki qrupa bölmək olar:
Sistem proqram
təminatı və tətbiqi proqram təminatı. Əslində istifadəçi ilə təmasda məqsəd əsasən ıstifadəçinin
istədiyi tətbiqi proqramı diskdən yaddaşa yükləmək və mikroprosessoru həmin proqram kodlarını
icra etməyə yönəltməkdir. Bu işi görmək üçün ROM-BIOS-un bir çox ibtidai funksiyaları təməl
rolunu oynaya bilər. Tətbiqi proqramın yaddaşda işləməsi üçün, bundan başqa, yaddaşın idarə
edilməsi və ən başlıcası isə diskdə bu və ya digər şəkildə fayl sistemini qurmaq və onu idarə etmək
gərəkdir. Bütün bu funksiyalar əməliyyat sisteminin üzərinə düşür. Onda sistem proqram təminatını
altyapı və üstqurum kimi iki hissəyə ayırmaq olar. Burada BIOS sistem proqram təminatının
sturukturunu, onun təməlini, əməliyyat sistemi isə sistem proqram təminatının üstqurumunu təşkil
edir. Aparat qurğularına münasibətdə isə BIOS aparat qurğularını birbaşa idarə edirsə, əməliyyat
sistemləri isə avadanlığa çox zaman BIOS-un funksiyaları vasitəsilə, bəzən isə birbaşa müraciət
edirlər. Əməliyyat sistemi, qurğuların tətbiqi proqramların istifadəsi üçün proqram
interfeysi yaratmaqla o, tətbiqi proqramların işləməsi üçün bir mühit təşkil edir. Proqramçı
nəzərindən tətbiqi proqram, qurğuları daha "uzaqdan"- əməliyyat sisteminin rəhbərliyi ilə (yəni
əməliyyat sisteminin proqram interfeysi ilə), qismən isə BIOS vasitəsilə (BIOSun funksiyalarından
kəsilmələr vasitəsilə istifadə etməklə), çox az hallarda isə qurğuya birbaşa müraciət etməklə (portlar
vasitəsilə) onu idarə edirlər. Tətbiqi proqramın əməliyyat sisteminin proqram interfeysi vasitəsilə
fiziki qurğunu idarə etməsi onun digər maşında qüsursuz işləməsinə zəmanət verir.
Hər bir əməliyyat sisteminin tipindən asılı olmayaraq üç əsas vəzifəsi vardır:
Diskdə fayl sisteminin idarə edilməsi
Giriş-çıxış qurğularını idarə etmək
İstifadəçi interfeysi yaratmaqdır (başqa sözlə-istifadəçi ilə kompüter arasında ünsiyyəti
təmin etməkdir).
|