P r o q r a m L a r t o p L u s u



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix16.01.2022
ölçüsü1,18 Mb.
#82928
1   ...   44   45   46   47   48   49   50   51   ...   69
dovlt informasiya sistemlrinin thluksizliyi-proqram

4.

 

C.C. Aggarwal and  P.S. Yu “Outlier Detection  for High Dimensional Data”, Proceedings of 

the ACM SIGMOD Conference, 2001, pp. 37-46.  

5.

 

R. Zuech et al., “Intrusion detection and Big Heterogeneous Data: a Survey”, Journal of Big 

Data (2015) 2:3, p. 41. DOI 10.1186/s40537- 015-0013-4  

6.

 

M.Bai, X.Wang, J.Xin,G.Wang, “An efficient algorithm for distributed density-based outlier 

detection on big data”, Neurocomputing, 2016, vol.181, pp. 19–28.  

7.

 

H.  Kim  et  al.,.”Behavior-based  anomaly  detection  on  big  data”,  Australian  Information 

Security Management Conference, 2015, pp.73- 80.

 

 

KRIPTOQRAFIYA RIYAZIYYATI VƏ ŞIFRƏLƏMƏ NƏZƏRIYYƏSI 

 

XX əsrin 70-ci illərinə kimi verilənlərin şifrələnməsi üsullarının yaradılması və öyrənilməsi 

ilə  məşğul  olan  elm  sahəsi  və  praktiki  fəaliyyət  kriptoqrafiya  adlanırdı.  İndiki  zamanda  elmin, 

texnikanın  və  praktiki  fəaliyyətin  bu  sahəsi  yaradıcılıq  ilə  əlaqəlidir,  informasiyanın  müdafiə 

sisteminin kriptoqrafik təhlilini və tətbiqini həyata keçirir.  

Kriptoqrafik  sistem  dedikdə  kriptoqrafik  vasitələrdən  istifadə  etməklə  avtomatlaşdırılmış 

informasiya  sistemlərində  və  ya  şəbəkələrdə  informasiyanın  təhlükəsizliyinin  təmin  edilməsini 

həyata  keçirən  sistem  nəzərdə  tutulur.  Bəzən  bu  məqsədlə  altsistemin  şifrələnməsi,  istifadəçinin 

identifikasiyası, elektron rəqəmsal imza və başqalarından da istifadə olunur.  

Kriptoqrafiya vasitələri dedikdə informasiyanın kriptoqrafik çevrilməsindən istifadə etməklə 

informasiya təhlükəsizliyinin təmin  edilməsi üçün  yararlı olan  vəsaitlər və üsullar  nəzərdə  tutulur. 

Dar  mənada  isə  kriptoqrafik  vasitələr  dedikdə  kriptosistem  funksiyasını  yerinə  yetirən  ayrı-ayrı 

qurğular, sənədlər və proqramlar başa düşülür.  

İnformasiyanın  kriptoqrafik  çevrilməsi  dedikdə  kriptoqrafik  alqoritmlərin  birindən  istifadə 

etməklə  informasiyanın çevrilməsi nəzərdə tutulur. Kriptoqrafik alqoritmlərə şifrələmə/deşifrələmə 

alqoritmləri,  xeşləmə,  formatlama  və  informasiya  təhlükəsizliyi  elektron  rəqəmsal  imzaların 

yoxlanması,  açarların  paylanması  və  çoxlu  sayda  digər  alqoritmlər  daxildir.  Adları  çəkilən 

alqoritmlərin  hər  biri  ehtimal  olunan,  nizam-intizamı  pozan  (düşmən,  pisniyyətli  və  s.)  şəxs 

tərəfindən  müəyyən  informasiya  təhlükəsizliyinə  qarşı  yönəlmiş  hədələrin  aradan  qaldırılmasına 

yardımçıdırlar.  

Əksər kriptoqrafik alqoritmlər riyazı əsasa söykənərək qurulurlar. Kriptoqrafiya kriptologiya 

elminin hissələrindən biridir. Kriptologiya elminin digər hissəsi kriptotəhlil (və  ya kriptoanalız) ilə 

məşğul  olur.  XX  əsrin  70-ci  illərinə  kimi  elmin  bu  sahəsi  şifrələmə  üsullarının  zəif  və  güclü 



28 

 

tərəflərini,  həmçinin  şifrələrin  sındırılması  üsullarını  öyrənirdi.  İndiki  zamanda  kriptotəhlil 



kriptoqrafik  sistemin  müdafiəsi  ilə  məşğul  olan  elm  sahəsidir.  Sahə  informasiya  təhlükəsizliyinin 

pozulma üsullarının axtarılması ilə məşğul olur və cari sistemin informasiya təhlükəsizliyini təmin 

edir. Beləliklə, kriptotəhlil şifrələnmiş mətnin açarsız oxunma üsullarını, elektron rəqəmsal imzanın 

saxtalaşdırılma  üsullarını  və  başqalarını  öyrənir.  Kriptoqrafiya  və  kriptoanaliz  güclü  elm  sahələri 

olsada,  bir-birinin  əksinə  yönəlmiş  məqsədə  qulluq  edirlər.  Sonuncu  onilliklərdə  bu  elm  sahələri 

fasiləsiz və intensiv inkişaf edir, nəticədə bir sahənin inkişafı digər sahənin inkişafına da səbəb olur.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə