Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
  1   2   3   4   5   6   7   8   9


 

1

 



Bazarlar haqqında iyirmi mif 

 

Tom G. Palmer 

Baş elmi işçi 

Keyto  nstitutu 

 

“Afrikanın Azadlığı üçün  nstitusional Əsaslar”  



mövzusuna həsr olunmuş konfransda məruzə edilmişdir 

2007 Regional konfrans 

Mont Pelerin cəmiyyəti 

Nayrobi, Keniya 

 

26 fevral 2007 




 

2

Sosial koordinasiya problemlərinin bazar mexanizmləri vasitəsi ilə həllinin keyfiyyət və 



məhdudiyyətləri haqqında düşünərkən, bəzi ümumi mifləri aydınlaşdırmaq faydalı olardı. 

“Miflər” dedikdə, mən heç bir arqument və sübut olmadan həqiqət kimi qəbul edilən bəzi 

bəyanatları nəzərdə tuturam. Onları biz radiodan, dostlarımızdan, siyasətçilərdən eşidirik 

-  sanki  onlar  daim  efirdədir.  Onlar  elə  bil  dərin  bir  müdrikliyin  məhsulu  kimi  təkrar 

olunur.  Təhlükə  burasındadır  ki,  onlar  belə  geniş  yayıldığından,  tənqidi  baxımdan 

təhqiqat mövzusu olmur. Mən də bu məqalədə məhz bunu etmək təklifini irəli sürürəm. 

 

Belə  fikirlərin  hamısı  olmasa  da,  çoxu  azad  bazara  düşmən  mövqe  tutanlar  tərəfindən 



yayılır. Onların bəziləri isə daha kiçik dairələrdə azad bazar həvəskarlarına məxsusdur. 

 

Nəticədə isə dörd kateqoriya üzrə qruplaşdırılan iyirmi mif yaranır. 



 

 



Etik tənqid  

 



qtisadi tənqid  

 



Hibrid formalı etik-iqtisadi tənqid 

 



Yüksək dərəcədə coşğun müdafiə 

 

Etik Tənqid 



  

1.

 



Bazarlar əxlaqsız, ya da mənəviyyatsızdır 

 

Bazarlar  insanları  yalnız  iqtisadi  gəlirləri  haqqında  düşünməyə  sövq  edir.  Bazar 



mübadiləsində  nə  mənəviyyat,  nə  də  bizi  insan  kimi  fərqləndirən  amillərə  münasibətdə 

öhdəlik  hissi  yoxdur;  yəni  bu  zaman  bizim  yalnız  bizə  xeyri  olan  şeylər  haqqında  deyil, 

nəyin düzgün, nəyin səhv, nəyin əxlaqi, nəyin mənəviyyatsızlıq olduğu barədə düşünmə

qabiliyyətimiz də olmur.  

 

Bundan  daha  yanlış  ittiham  təsəvvür  etmək  çətin  olardı.  Çünki  mübadilə  olan  yerdə 



ə

dalətə hörmət olmalıdır. Mübadilə edən adamlar alıcılardan fərqlənirlər; mübadilə edən 

adamlar  digərlərinin  ədalətli  tələblərinə  hörmətlə  yanaşır.  nsanları  mübadiləyə  sövq 

edən, hər şeydən əvvəl, onların başqalarının malik olduğuna sahiblənmək istəyidir. Lakin 

ə

xlaq  və  qanun  onlara  bunu  sadəcə  olaraq  alıb  götürməyi  yasaq  edir.  Mübadilə- 



resursların  birinin  təyinatının  başqası  ilə  dəyişdirilməsidir.  Bu  o  deməkdir  ki,  istənilən 

mübadilə  elə  bir  bazis  xətti  ilə  olçülür  ki,  əgər  mübadilə  yoxdursa,  tərəflər  əvvəldən 

malik  olduqlarını  ozlərində  saxlayırlar.  Mübadilə  çərçivələri  ədalətdə  ozünə  möhkəm 

bazis tələb edir. Belə mənəvi və hüquqi bazalar olmadan mübadilə mövcud ola bilməz. 

 

Lakin  bazarlar  heç  də  yalnız  ədalətə  hörmət  əsasında  yaranmayıb.  Onlar  həmçinin, 



insanların yalnız öz istəklərini deyil, həm də digərlərinin arzularını nəzərə almaq, özlərini 

onların  yerinə  qoymaq  bacarığı  əsasında  formalaşıblar.  Öz  müştərilərinin  nə  istədiyini 

düşünməyən  restoran  sahibinin  biznesi  uzun  sürməz.  Əgər  müştərilər  yeməkdən 

zəhərlənərlərsə,  onlar  geriyə  qayıtmazlar.  Yemək  onlara  ləzzət  verməzsə,  yenə  də  onlar 

həmin  restorana  gəlməzlər.  Restoran  sahibi  biznesini  itirəcək.  Bazarlar  iştirakçılara 

özlərini  başqalarının  yerinə  qoymaq,  onların  istəklərinin  nədən  ibarət    olduğunu  nəzərə 

almaq, məsələləri onların gözüylə görməyə çalışmaq üçün stimul yaradır. 



 

3

 



Bazarlar  zorakılığa  alternativ  təşkil  edir.  Bazarlar  bizi  ictimailəşdirir.  Bazarlar  bizə 

digərləri haqqında düşünməyin zəruri olmasını xatırladır.  

 

2.  Bazarlar xəsislik və eqoizmi təşviq edir 



 

Bazarda  adamlar  həmişə  ən  aşağı  qiymətli  mal  tapmağa  və  ən  yüksək  mənfəət  əldə 

etməyə  çalışır.  Bununla  da,  onlar  xəsislik  və  eqoizmə  can  atır  və  başqaları  haqqında 

şünmürlər. 

 

Bazarlar  xəsislik  və  eqoizmi  nə  təşviq  edir,  nə  də  onun  qarşısını  alır.  Onlar  həm  ən 



alturistlərə,  həm  də  ən  eqoistlərə  öz  məqsədlərinə  sülh  yolu  ilə  çatmaq  üçün  imkanlar 

yaradırlar.  Öz  həyatlarını  insanlara  xidmət  göstərməyə  həsr  edənlər,  amallarına  çatmaq 

üçün  məqsədləri  ancaq  bazardan  öz  anbarlarını  var-dövlətlə  doldurmaq  olan  şəxslərdən 

az istifadə etmirlər. Sonunculardan bəziləri hətta var-dövlət yığmaqla digərlərinə kömək 

etmək  imkanlarını  artırırlar.  Corc  Soros  və  Bill  Qeyts  sonunculara  nümunədir,  onlar 

böyük  miqdarda  pulu,  onun  ən  az  bir  hissəsini  xeyriyyəçilik  fəaliyyəti  vasitəsilə 

başqalarına kömək etmək imkanlarını artırmaq məqsədilə yığırlar. 

 

Tereza  ana  özünə  məxsus  olan  sərvətlə  böyük  sayda  insanı  yedirtmək,  geyindirmək  və 



onlara  rahatlıq  vermək  istəyir.  Bazarlar  ona  imkan  verir  ki,  o,  köməyə  ehtiyacı  olanlar 

üçün  ən  aşağı  qiymətə  yorğan,  yemək  və  dərmanlar  əldə  etsin.  Bazar  elə  sərvətin 

yaranmasına  imkan  verir  ki,  o,  bədbəxtlərə  yardım  etmək  və  xeyirxahların  başqalarına 

kömək  qabiliyyətini  artırmaq  üçün  istifadə  edilsin.  Bazarlar  xeyirxahların  xeyriyyəçilik 

fəaliyyətini mümkün edir.  

 

“Şəxsi maraq” güdən insanların məqsədləri aydınlaşdırılarkən ümumi bir səhvə yol verilir 



ki,  bu  da  sonda  eqoizmlə  dolaşıq  düşür.  Bazardakı  adamların  məqsədləri  həqiqətən  də 

özlərinə  xidmətdir,  bununla  belə,  öz  məqsədlərini  güdərkən  onlar  digərlərinin  də  -  ailə 

üzvlərinin,  dostlarının,  qonşularının  və  hətta  heç  vaxt  görməyəcəyi  insanların  da 

maraqlarını  və  rifahlarını  düşünmüş  olurlar.  Yuxarıda  qeyd  olunduğu  kimi,  bazarlar 

insanları başqalarının, hətta tamam yad adamların belə qayğısını çəkməyə vadar edir. 

 

Tez-tez  deyildiyi  kimi,  insan  cəmiyyətinin  ən  möhkəm  özülü  heç  də  məhəbbət  və  ya 



dostluq  deyil.  Məhəbbət  və  dostluq  istər  kiçik,  istərsə  də  böyük  qruplar  daxilində 

ə

məkdaşlıq yolu ilə qazanılmış qarşılıqlı mənfəətin bəhrələridir. Bu cür qarşılıqlı mənfəət 



olmadan  cəmiyyətin  mövcudluğu  sadəcə  qeyri-mümkün  olardı.  Qarşılıqlı  mənfəət 

olmasaydı,  Tomun  xoşbəxtliyi  Cunun  bədbəxtliyi  olardı,  yaxud  əksinə,  onlar  heç  vaxt 

ə

məkdaşlıq  edə  bilməzdilər,  heç  vaxt  nə  həmkar,  nə  də  dost  ola  bilərdilər.  Əməkdaşlıq 



bir-birini  tanımayan,  dilləri  və  ya  dinləri  fərqli  olan  və  ya  bir  daha  heç  vaxt 

görüşməyəcək  insanlar  arasında  əməkdaşlığı  mümkün  edən  bazarlar  vasitəsilə  yüksək 

dərəcədə  genişləndirilir.  Ticarət  və  yaxşı  müəyyən  edilmiş,  qanuni  cəhətdən 

ə

saslandırılmış  mülkiyyət hüquqları vasitəsilə ticarətin təşviqindən əldə edilən potensial 



gəlirlərin  mövcudluğu  yad  insanlar  arasında  xeyriyyəçiliyi  və  sərhədlərin  o  tayında 

məhəbbət və dostluğu mümkün edir.  

 



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə