Paralel. – 2019. – 26 dekabr. №267-268. – S. 14. Azərbaycançılıq və multikulturalizm



Yüklə 151,79 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix05.01.2022
ölçüsü151,79 Kb.
#82594
1   2
qzt2019 6627

“Bu 

mərhələdə milli ideya dövlət və milli müstəqillik ideyasında öz əksini tapır. Heydər Əliyevin siyasəti nəticəsində 

“millət” məfhumunun strukturuna özünüidentifikasiyanın bütün kollektiv formaları daxil edilmişdir: etnik, dini, 

sosial-mədəni, iqtisadi, siyasi və s. Azərbaycan ideyası Azərbaycanda yaşayan və Azərbaycanı öz Vətəni hesab 

edən bütün etnik qrupların ideyasına çevrilir”. 

Multikulturalizm siyasəti Azərbaycançılığın tərkib hissəsi kimi onun cəmiyyətdə geniş yayılmasını təmin 

edir, daha da möhkəmlədir. Sözün geniş mənasında multikulturalizm məfhumu cəmiyyətdə mövcud olan etnik, 

irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların 

əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların 

nümayəndələrinin  etnik-mədəni  dəyərlərini  qorumaqla  multikulturalizm  siyasəti  Azərbaycançılığın  sosial 

bazasını daha da möhkəmlədir, bu ideologiyanı ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına 

çevirir.  Azərbaycan  xalqının  siyasi,  iqtisadi,  sosial  və  mədəni  yüksəlişini  təmin  etməkdə  Azərbaycançılıq 

ideologiyası multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir. Akademik Ramiz Mehdiyev 

“Güclü  Azərbaycan  dövləti  qloballaşma  şəraitində  milli  ideyanın  təcəssümü  kimi”  adlı  məqaləsində 

Azərbaycanda güclü dövlətin əlamətləri sırasında Azərbaycanda yaşayan bütün etnosların dövlət ideologiyası olan 



tolerantlıq  və  multikulturalizm  kimi  dövlət  səviyyəsində  möhkəmləndirilən  elementlərə  sahib  güclü  milli 

“Azərbaycançılıq  ideologiyasının  olmasını  qeyd  edir”.  Ulu  öndər  Heydər  Əliyev  multikulturalizmi 

Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim edib. O, siyasi və hüquqi sahələrdə multikulturalizmin 

dil və milli xüsusiyyətlərini sənədlərlə təsdiq etdi. Buna görə də O, Azərbaycan multikulturalizminin siyasi banisi 



hesab olunur. 

Yüklə 151,79 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə