“Paralel”. 2015. 22 aprel.№69. S. Azərbaycan və Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir



Yüklə 28 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü28 Kb.
#50291


“Paralel”.-2015.-22 aprel.-№ 69.-S. 5. 

 

Azərbaycan və Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir 

 

Əli Həsənov: Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların 

maraqlarına xidmət edib 

 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  anadan  olmasının  92-ci  ildönümü 

münasibətilə  aprelin  20-də  Heydər  Əliyev  Mərkəzində  Azərbaycan  bələdiyyələrinin  milli 

assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə “Türk dünyası” 

kitabının geniş təqdimat mərasimi keçirilib. Kitab TDBB-nin dəstəyi ilə nəşr olunub. 

TDBB-nin  Yüksək  Yazarlar  Şurasının  üzvü,  tanınmış  yazıçı,  professor  Özgen  Keskinin  müəllifi 

olduğu  kitabda  türk  dünyasının  çoxəsrlik  tarixi  dövründə  maraqlı  faktlar,  iki  minillik  ərzində  əbədi  iz 

qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və 

ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur. 

Tədbirdə  iştirak  etmək  üçün  ölkəmizə  gələn  Türk  Dünyası  Bələdiyyələr  Birliyinin  baş  katibi  Fəxri 

Solak və Birliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək 

məzarı  önünə  gül  dəstələri  qoyublar.  Qonaqlar,  həmçinin  görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə 

xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzüblər. 

Təqdimat  mərasimində  dövlət  və  hökumət  rəsmiləri,  Milli  Məclisin  deputatları,  türkdilli  dövlətlərin 

ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak 

ediblər. 

Azərbaycan  Prezidentinin  ictimai-siyasi  məsələlər  üzrə  köməkçisi  Əli  Həsənov  çıxış  edərək 

ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycan  dövləti  və  xalqı  qarşısında  misilsiz  xidmətlərindən  bəhs 

edib,  Ulu  Öndərin  dərin  tarixi  köklərə  malik  türkdilli  dövlətlər  və  xalqlar  arasında  sıx  əlaqələrin 

qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb. 

Əli  Həsənov  bildirib  ki,  xalqımızın  ümummilli  lideri Heydər  Əliyev  fəaliyyətinin  bütün  dövrlərində 

türkdilli  xalqların  maraqları,  Azərbaycanın  mənafeyi  naminə  misilsiz  işlər  görüb,  dahi  rəhbərin  əsasını 

qoyduğu  və  bu  gün  uğurla  həyata  keçirilən  neft  strategiyası,  regionda  irimiqyaslı  layihələrin 

reallaşdırılması  türk  dünyası  ölkələri  arasında  birliyin,  dostluğun  və  qardaşlığın  möhkəmlənməsinə 

xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 

rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. 

Azərbaycan  və  Türkiyə  arasında  münasibətlərin  ən  yüksək  səviyyədə  olduğunu  deyən  Prezidentin 

köməkçisi  bu  əlaqələrin  dərin  tarixi  köklərə  malik  olduğunu,  tarix  boyu  xalqlarımızın  bir-birini 

dəstəklədiyini  vurğulayıb.  Əli  Həsənov  bu  günlərdə  Avropa  Parlamentinin  qəbul  etdiyi  qondarma 

“erməni soyqırımı” ilə bağlı qətnaməyə toxunaraq qeyd edib ki, bu sənəd qurumun tarixində ən biabırçı, 

həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd 

daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin antimüsəlman və antitürk ovqatından qaynaqlandığı 

şübhə  doğurmur.  Bu  qərar  Azərbaycanda  və  Türkiyədə  haqlı  olaraq  ciddi  surətdə  pislənilir.  Türkdilli 

dövlətlər bu istiqamətdə birlik nümayiş etdirməlidirlər. 

Əli  Həsənov  deyib:  “Azərbaycan-Türkiyə  strateji  tərəfdaşlığının  əsasında  müasir  dünyanın  yeni 

çağırışları fonunda dövlətlərimizin və xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığı dayanır. Mustafa 

Kamal  Atatürkün  “Azərbaycanın  sevinci  sevincimiz,  kədəri  kədərimizdir”  və  ümummilli  lider  Heydər 

Əliyevin  “Bir  millət,  iki  dövlət”  ideyaları  Azərbaycan-Türkiyə  münasibətlərinin  söykəndiyi  əsas 

prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər 

boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, 

etnik  mənsubiyyətimizdir.  Bu,  gələcək  inkişaf  üçün  çox  böyük  bir  əsasdır”  fikirlərini  irəli  sürməsi 

Azərbaycan dövlətinin türkdilli xalqların birliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir”. 

Türk xalqlarının birliyinə töhfə olan “Türk dünyası” kitabının ərsəyə gəlməsini dahi öndərin türkdilli 

ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsi kimi qiymətləndirən Əli 

Həsənov türk xalqlarının tarixini öyrənmək, topluda təqdim olunmuş müfəssəl ensiklopedik məlumatları 

geniş oxucu kütləsinə çatdırmaq baxımından nəşrin əhəmiyyətini xüsusi qeyd edib. 

Prezidentin köməkçisi diqqətə çatdırıb: “Kitabda qədimdən başlayaraq müasir dövrümüzə qədər türk 

dövlətçiliyinin  tarixində  böyük  rol  oynamış,  özlərinin  sərkərdəlik,  ölkəni  idarə  etmək  qabiliyyətləri  və 

bacarıqları ilə adları tarixə əbədi həkk olunmuş, təmsil etdiyi xalqın milli mənafeyini hər şeydən üstün 

tutaraq  bu  yolda  qətiyyətli  mübarizə  aparmış  Oğuz  xan,  Atilla,  Bilgə  Xaqan,  Alparslan,  Çingiz  xan, 

Osman  Qazi,  Mustafa  Kamal  Atatürk,  Heydər  Əliyev  kimi  müdrik  dövlət  xadimləri  və  onların  keçdiyi 



kəşməkəşli  həyat  yolu  ilə  bağlı  məlumatlar  öz  əksini  tapıb.  Bu  görkəmli  şəxsiyyətlər  türk  dünyasının 

ortaq ataları kimi dəyərləndirilib və onların öz xalqının mənafeyi naminə gördüyü işlərin gələcək nəsillər 

üçün böyük bir örnək olduğu xüsusi olaraq vurğulanıb. 

TDBB-nin  baş  katibi  professor  Fəxri  Solak  Azərbaycan  və  Türkiyə  arasında  qardaşlıq 

münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib, Ulu Öndərin 

“Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. 

Ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  yaradılaraq  fəaliyyətə  başlayan  TDBB-nin  üzv  dövlətlərinin 

bələdiyyələri  arasında  əlaqələrdən  danışan  F.  Solak  ölkəmizin  birlikdə  fəal  təmsilçiliyini,  əməkdaşlıq 

çərçivəsində birgə mədəni və humanitar tədbirlərin keçirildiyini qeyd edib, Birliyin fəaliyyəti dövründə 

bir  çox  nəşrlərin  işıq  üzü  gördüyünü,  Türkiyədə  nəfis  şəkildə  nəşr  olunmuş  “Türk  dünyası”  kitabının 

TDBB-nin bütün türk dünyasına dəyərli töhfəsi olduğunu vurğulayıb. 

Müəllif  Ö.  Keskin  təqdim  olunan  kitab  barədə  ətraflı  məlumat  verərək  topluda  türk  dünyasının  ən 

görkəmli  dövlət  xadimlərindən  bəhs  olunduğunu,  miladdan  öncə  Hun  dövlətinin  hökmdarı  olan  Oğuz 

xandan başlayaraq iki müasir müstəqil türk dövlətinin – Türkiyənin və Azərbaycanın qurucuları Mustafa 

Kamal  Atatürk  və  Heydər  Əliyevin  həyat  və  fəaliyyətləri  haqqında  geniş  söhbət  açıldığını  bildirib,  ulu 

öndər Heydər Əliyevin nəinki Azərbaycan xalqının, eyni zamanda, bütün türk dünyasının qürur mənbəyi 

olduğunu vurğulayıb. O deyib ki, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tarixi və 

müasir  dövrdəki  coğrafiyası,  ərazisi,  əhalisi,  mədəniyyəti,  dövlət  atributları,  sərhədləri,  xəritələri 

haqqında məlumatlar yer alıb. 

Tədbirdə  məruzə  ilə  çıxış  edən  AMEA-nın  Tarix  İnstitutunun  direktoru,  Milli  Məclisin  deputatı, 

Akademiyanın  müxbir  üzvü  Yaqub Mahmudov  ümummilli  lider  Heydər  Əliyevin  zəngin  irsindən,  türk 

dünyasının tarixindən danışıb, Ulu Öndərin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi dahi 

şəxsiyyət, əbədi lider olduğunu, türkdilli dövlətlərin və xalqların arasında əlaqələrin möhkəmləndirilməsi 

üzrə  tarixi  xidmətlərini  qeyd  edib.  Bildirib  ki,  Heydər  Əliyev  zəkası  ilə  türk  dünyasında  birliyin 

formalaşdırılması  üçün  uzaqgörən  addım  atıb,  dahi  rəhbərin  bilavasitə  təşəbbüsü  ilə  təməli  qoyularaq 

həyata keçirilən qlobal layihələr türkdilli dövlətləri birləşdirir. Türk dünyasının ulu öndər Heydər Əliyev 

ilə qürur duyması və onun dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul olunması da tarixi etirafdır. Bu 

mənada  türk  dünyasının  tarixi  şəxsiyyətləri  sırasında  Heydər  Əliyevin  həyat  və  fəaliyyətindən  bəhs 

olunan “Türk dünyası” kitabının nəşri qürurvericidir. Heydər Əliyevin respublikamızın gələcəyi naminə 

göstərdiyi  böyük  fəaliyyətinin  nəticələri  zaman  keçdikcə  daha  aydın  şəkildə  görünməkdədir.  Bu  gün 

ölkəmiz ümummilli lider Heydər Əliyev dühası ilə daha da inkişaf edir, möhkəmlənir. 

Heydər Əliyev irsinin tədqiqatçıları, Ulu Öndərlə bilavasitə təmasda olmuş deputatlar Arif Rəhimzadə

Elmira  Axundova,  Nizami  Cəfərov,  Musa  Qasımlı  və  İradə  Hüseynova  dünya  şöhrətli  dövlət  xadimi 

Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna 

rolunu  qeyd  edərək,  Vətən  və  xalq  naminə  gördüyü  nəhəng  işləri  vurğulayıblar.  Türk  dünyasının 

inkişafında,  türk  və  Azərbaycan  dillərinin  təbliği  və  yayılmasında,  türkdilli  xalqların  maraqlarının 

qorunmasında  ulu  öndər  Heydər  Əliyevin  müdrik  siyasəti  barədə  danışan  natiqlər  əbədiyaşar  liderin 

şərəfli  ömrünün  və  titanik  fəaliyyətinin  indiki  və  gələcək  nəsillərə  nümunə  olduğunu,  işıqlı  xatirəsinin 

xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər. 

Çıxışlarda əminliklə qeyd olunub ki, “Türk dünyası” kitabı türk xalqları və dövlətləri, onların qədim 

mədəniyyəti,  tarixi  şəxsiyyətləri  barədə  müfəssəl  və  dolğun  məlumatların  təbliği  və  gənc  nəslə 

çatdırılması baxımından dəyərli töhfə olacaq. 



Yüklə 28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə