Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

Tədrisi

Əllamə  1946-cı  ildə  Qum  şəhərində  məskunlaşaraq, 

orada  təfsir  və  hikmət  dərslərinin  tədrisinə  başlamışdır. 

Ustad uzun illər boyu yorulmaq bilmədən din və hikmət 

müxalifləri  ilə  elmi  mübahisələr  təşkil  etmiş,  qərb  və 

şərqdən  məqsədyönlü  şəkildə  müsəlmanları  azdırmaq 

üçün göndərilən ideoloji məktəblərlə elmi mübarizələr 

aparmışdır.  Əql  və  məntiq  əsasında  aparılan  bu 

misilsiz fəaliyyətlər əcnəbi təsirə qapılmış bir 

çox  alim  və  ziyalıların  doğru  yola 

hidayətində müstəsna rol oynamış, həqiqət 

axtarışında  olanları  dini  həqiqətlərlə 

yaxından tanış etmişdi. O, həyatının son 

20  ilində  təkcə  ruhani  təbəqəsinə  deyil, 

ziyalı sinfinə və qərbdə təhsil alan alim və 

tələbələrə  də  əvəzsiz  bir  təsir  mənbəyi 

olmuşdur.

Əsərləri

“İslam  və  hər  əsrin  aktual  ehtiyacları”, 

“Fəlsəfənin  əsasları  və  realizm  metodu”, 

“Sual və cavab”, “Əl-Mizan təfsiri (20 cild)”, 

“Ölümdən sonrakı həyat”, “Çoxarvadlılıq və 

İslamda 


qadının 

məqamı”, 

“İslam 

təlimlərinin  xülasəsi”,  “Sonu  olmayan  yeni 



yaranış”, “Tövhid risaləsi”, “Müasir dünyada 

şiənin vəzifəsi”, “İslamda şiəlik”, “Əli (ə) və 

ilahi  fəlsəfə”,  “Dini  əqidə  və  proqramlar”, 

“İslamdan  açıqlamalar”,  “İslamda  Quran”,  “İslam 

baxışında həzrət Məhəmməd (s)” və s.

Vəfatı

Əllamə Təbatəbai, öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-

teoloji  məktəb  ərsəyə  gətirmiş  mütəfəkkir  1981-ci  ildə 

haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki, 

Əllamə  Təbatəbainin  İslam  fəlsəfəsi  üzrə  hazırladığı 

kadrlar,  yetişdirdiyi  alimlər,  yazdığı  dəyərli  əsərlər  və 

göstərdiyi  digər  mühüm  xidmətlər  günümüzdə  dünya 

elminə  və  bəşəriyyətin  səadətə  çatmasına  öz  bəhrəsini 

verməkdədir.

1

1- www.allametabatabaei.ir



Ayətullah Misbah Yəzdi buyurub:

 

Əllamə Təbatəbai (r.ə) mətanət, vüqar, 



izzəti-nəfs, təvəkkül, ixlas, təvazökarlıq 

və digər yüksək əxlaqi keyfiyyətlərdə 

misilsiz bir şəxsiyyət idi.

Əllamə Təbatəbai adı ilə tanınan Seyyid Məhəmməd 

Hüseyn Təbatəbai (Allah qəbrini nurla doldursun) İslam 

dünyasının iftixarı, son üç əsrdə ən məşhur müfəssir, 

filosof və dahi İslam alimlərindən biri olmuşdur. Ustadın 

ən mühüm əsəri müasir dövrdə böyük, əzəmətli və nəfis 

təfsirlərdən sayılan iyirmi cilddə yazdığı «Əl-Mizan» 

təfsiridir. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuş və 

müxtəlif dillərə tərcümə olunmuşdur. Qədim dövrlərdə 

yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab 

vermədiyindən, ustad belə bir əsər yazaraq İslam 

dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və 

gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə 

Təbatəbai həmin təfsirdə bir ayənin sair ayələr 

vasitəsilə təfsir olunması metodundan geniş 

istifadə etmişdir. Allahın lütfü sayəsində bu 

əzəmətli kitab Azərbaycan dilimizə tərcümə 

olunmaqdadır.



Təvəllüdü

Əllamə Təbatəbai 1904-cü ildə Təbrizdə 

tanınmış bir ailədə dünyaya göz açmışdır. 

Onun, ardıcıl olaraq on dörd nəsli, Təbrizin 

məşhur seyyid və alim sülaləsindəndir. Əllamə 

Təbatəbainin doğulduğu və böyüyüb boya-başa 

çatdığı yer Təbriz şəhəri idi. Onun nəsli əvvəldən təkcə 

bu şəhərdə deyil, bütün şiə aləmində elm və fəzilətlə 

məşhur olmuş və ata-babası Təbrizin adlı-sanlı alim və 

mütəfəkkirlərindən sayılmışlar. Əllamə Təbatəbainin 

ömründən beş bahar keçməmişdi ki, bu körpənin həyat 

səması qaranlıq və tutqunluğa büründü. O, əziz anasını 

itirdi. Dörd ildən sonra doqquz yaşlı bu uşaq ata 

itkisindən kədərə qərq oldu.



Təhsili 

Təbrizdə mövcud olan ibtidai dini məktəbi bitirdikdən 

sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün 

Nəcəfi-Əşrəf şəhərinə yola düşmüş və on il bu yüksək 

elmi-dini mərkəzdə öz elmini təkmilləşdirməyə, müxtəlif 

İslam elmlərinə yiyələnməyə başlamışdır. Əllamə 

Təbatəbai təkcə fiqh və üsul elmi ilə kifayətlənməmiş, 

ərəb dilinin qrammatikasında çox yüksək nailiyyətlər 

əldə etmiş, qədim və müasir riyaziyyat sahəsində 

müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, 

irfan və təfsir elmlərində qazandığı uğurlar hamını 

heyrətləndirmiş, o, bu sahələrdə ictihad dərəcəsinə nail 

olmuşdur.

Ustadları

Ayətullah  Naini,  Seyid  Əbülhəsən  İsfahani,  Şeyx 

Məhəmmədhüseyn  İsfahani,  Seyid  Həsən  Badkubei, 

Seyid Əbülqasim Xansari, Ayətullah Höccət, Əliağa Qazi 

Təbatəbai Təbrizi və s.

ƏLLAMƏ


 

TƏBATƏBAİNİN  HƏYATI

İslam alimlərinin hüzurunda

Şəhid Ayətullah Mürtəza 

Mütəhhəri (r.ə) əl-Mizan təfsiri 

haqqında buyurub: 

Bu son dərəcə dəyərli təfsirin 

hamısı yalnız fikirləşməklə 

yazılmayıb. Mən inanıram ki, 

bu yazının əksər hissələri 

qeybi ilhamlardır. İslami 

mövzularda axtardığım əksər 

sualların cavabını əl-Mizan 

təfsirində tapmışam.



26

27


İmam Həsən Əskərinin (ə) şəhadəti

Məşhur nəzərə əsasən İmam Həsən Əskəri (ə) hicri təqvimi ilə 260-cı 

il,  rəbiül-əvvəlin  8-ci  günü  Samira  şəhərində  28  yaşında    şəhadətə 

çatıb.  O  qərib  İmam  28  yaşında  ikən  Mötəmid  Abbasinin  əli  ilə 

zəhərləndi və şəhadətə çatdı. Onun pak bədəni, Samirada məsum atası 

İmam Hadinin (ə) pak məzarının yanında dəfn olundu.

1

 

Həzrət Peyğəmbərin (s) mübarək təvəllüdü



Rəbbiül-əvvəl ayının (12) və 17-si, bütün dünya müsəlmanları İslam 

Peyğəmbəri  həzrət  Məhəmmədin  (s)  mübarək  mövlud,  yəni  doğum 

gününü qeyd edirlər (azğın vəhhabilərdən başqa). Eyni zamanda bu 

günlər  bir  çox  yerlərdə  müsəlmanların  birliyinə,  yaxınlaşmasına, 

vəhdətinə  xidmət  edərək  “Vəhdət  Həftəsi”  kimi  də  qeyd  olunur.

Peyğəmbərlərin  sonuncusu  gəldi  ki,  bəşəriyyəti  nadanlıq  və  küfr 

əsarətindən xilas etsin, onları nur və səadət yoluna tərəf hidayət etsin. 

Minlərlə  peyğəmbərlərin  ən  ağır  işkəncələrə  qatlaşıb  daşıdıqları 

peyğəmbərliyi  kamal  nöqtəsinə  və  zirvəyə  çatdırsın.  Əziz 

peyğəmbərimizin (s) təvəllüdü münasibəti ilə başda İmam Mehdi (ə.f) 

olmaqla, bütün islam aləmini təbrik edirik!

İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüdü

Hicri təqvimi ilə 83-cü il, rəbiül-əvvəl ayının 17-ci günü bazar ertəsi, 

İmam Cəfər Sadiq (ə) Mədinədə dünyaya göz açdı və varlıq aləminə 

camalının  nuru  ilə  səfa  və  təravət  bağışladı.  Onun  uca  atası  İmam 

Məhəmməd Baqir (ə) və əziz anası Ümmü-Fərvə pəhrizkar, imanlı və 

yaxşı əməl sahibi olan qadınlardan idi. İmam Cəfər Sadiq (ə) şiə bilik 

ocağının təsis edilməsində böyük işlər görmüşdür. Həqiqətləri açmaq 

üçün  yaranan  münasib  vəziyyət,  İmam  Sadiqdən  (ə)  başqa  məsum 

İmamların  heç  bir  üçün  irəli  gəlməmişdi.  O  həzrət,  geniş  şəkildə 

mədəni,  elmi  inqilab  edərək,  həqiqi  İslam  maarifini  bütün  İslam 

aləminə yaydı. Belə bir şərait İmamlardan heç birinə nəsib olmamışdı. 

Bu  münasibətlə  bütün  müsəlmanları  təbrik  edir,  imamlarımızın  

gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı 

hər birinizə arzu edirik.



Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti

Həzrət  Peyğəmbəri-Əkrəm  (s)  13  il  müddətində  Məkkə  şəhərində 

insanları tək olan Allaha ibadət etməyə çağırdı. İslam dininə dəvət etdi. 

Bu yolda çox əzab-əziyyətlərə dözdü. Lakin Məkkədə çox az insan ona 

iman  gətirdi.  Əlavə  olaraq  Məkkə  müşrikləri  müsəlmanları  incidir, 

onlara işgəncə verirdilər. Vəziyyətin dözülməz hala çatdığı bir zaman 

Allah-təala  tərəfindən  Peyğəmbərin  (s)  və  müsəlmanların  Mədinə 

şəhərinə  hicrət  etmələri  əmri  gəlir.  Peyğəmbərin  (s)  Məkkədən 

Mədinəyə köçməsi hicrət adlanır və İslam tarixinin başlanğıcı hesab 

olunur.


1- Əl-İrşad, c. 6, səh. 242

Münasibət

“Əminullah  ziyarəti”

1

  

adı  ilə  tanınmış  bu  ziyarət  son 



dərəcə  mötəbər  ziyarətlərdən 

sayılır,  bütün  ziyarət  və  dua 

kitablarında  nəql  olunmuşdur. 

Əllamə  Məclisi  buyurmuşdur  ki, 

bu  ziyarət  həm  mətn,  həm  də 

sənəd  baxımından  ən  üstün 

ziyarətlərdən sayılır və onu bütün 

müqəddəs  hərəmlərdə  oxumaq 

lazımdır.  Bu  ziyarət  mötəbər 

sənədlərlə  İmam  Məhəmməd 

Baqirdən (ə) və o Həzrət də İmam 

Zeynəl-abidindən 

(ə) 

nəql 


etmişdir ki, həzrət Zeynəl-abidin 

(ə)  Əmirəl-möminin  Əlinin  (ə) 

ziyarətinə  gəlib,  Həzrətin  qəbri 

yanında duraraq ağladıqdan sonra 

belə demişdir:

“Əssəlamu ələykə ya əminəllahi 

fi ərzih. Və huccətəhu əla ibadih. 

Əssəlamu  ələykə  ya  Əmirəl-

muminin. Əşhədu ənnəkə cahədtə 

fillahi  həqqə  cihadihi  və  əlimtə 

bikitabihi 

vəttəbətə 

sunənə 

nəbiyyihi səlləllahu ələyhi və alihi 

hətta 

dəakəllahu 

civarihi 

fəqəbəzəkə  iləyhi  bi  ixtiyarihi  və 

alzəmə  ədaəkəl-huccətə  məəma 

ləkə  minəl-hucəcil-baliğəti  əla 

cəmii  xəlqih.  Əllahummə  fəcəl-

nəfsi  mutməin  nətən  biqədərik. 

1- Duanın tam mətni üçün «Məfatihul 

Cinan» kitabına müraciət olunsun.

Raziyətən 

biqəzaik. 

Muləətən  bizikrikə  və 

duaik.  Muhibbətən  li 

səfvəti 

əvliyaik. 

Məhbubətən  fi  ərzikə  və 

səmaik.  Sabirətən  əla 

nuzuli  bəlaik.  Şakirətən 

lifəvazili nəəmaik. Zakirətən 

lisəvabiği  alaik.  Muştaqətən 

ila 

fərhəti 

liqaik. 

Mutəzəvvidətənit-təqva  liyəvmi 

cəzaik.  Mustənnətən  bisunəni 

əvliyaik.  Mufariqətən  liəxlaqi 

ədaik.  Məşğulətən  ənid-dunya 

bihəmdikə və sənaik.”

  Sonra  Həzrət  mübarək  üzünü 

qəbirin üzərinə qoyub dedi:

  “Əllahummə  innə  qulubəl-

muxbitinə  iləykə  və  alihətun.  Və 

subuklər-rağibinə iləykə şariətun. 

Və 

əlaməl-qasidinə 

iləykə 

vazihətun.  Və  əfidətəl-arifinə 

minkə faziətun. Və əsvatəd-dainə 

iləykə  saidətun.  Və  əbvabəl-

icabəti  ləhum  mufəttəhətun.  Və 

dəvətə mə nacakə mustəcabətun. 

Və  təvbətə  mən  ənabə  iləykə 

məqbulətun. Və dəvətə mə nacakə 

mustəcabətun.  Və  təvbətə  mən 

ənabə  iləykə  məqbulətun.  Və 

əbrətə  mən  bəka  min  xəvfikə 

mərhumətun. 

Vəl-iğasətə 

limənistəğasə  bikə  məvcudətun. 

Vəl-ianətə  limənistəanə  bikə 

məvcudətun  məbzulətun.  Və 

idatikə  liibadikə  muncəzətun  və 

zələlə mənistəqaləkə muqalətunvə 

əmaləl-aləminə 

lədəykə 

məhfuzətun  və  ərzaqəkə  iləl-

xəlaiqi minlədunkə nazilətun. Və 

əvaidəl-məzidi  iləyhim  vasilətun. 

Və 

zunubəl-mustəğfirinə 

məğfurətun.  Və  həvaicə  xəlqikə 

indəkə məqziyyətun. Və cəvaizəs-

sailinə  indəkə  muvəffərətun.  Və 

əvaidəl-məzidi mutəvatirətun. Və 

m ə v a i d ə l - m u s t ə t i m i n ə 

muəddətun.  Və  mənahiləz-zimai 

lədəykə  mutrəətun.  Əllahummə 

fəstəcib duai vəqbəl sənai vəcmə 

bəyni  və  bəynə  əvliyai  bihəqqi 

Muhəmmədin  və  Əliyyin  və 

Fatimətə  vəl-Həsəni  vəl-Husəyn. 

İnnəkə vəliyyu nəmai və muntəha 

munayə  və  ğayətu  rəcai  fi 

munqələbi və məsvayə”.

“Kamiluz-ziyarət” 

kitabında 

aşağıdakı sətirlər də yazılmışdır:

  “Əntə  İlahi  və  Səyyidi  və 

Məvlayə iğfir liəvliyaina. Vəkuffə 

ənna  ədaəna.  Vəşğəlhum  ən 

əzana.  Və  əzhir  kəlimətəl-həqqi 

vəcəlhəl-ulya. Və ədhir kəlimətəl-

batil.  Vəcəlhəs-sufla.  İnnəkə  əla 

kulli şəyin qədir.”

2

  İmam  Məhəmməd  Baqir  (ə) 

buyurmuşdur: “Bizim şiələrimiz-

dən  hər  kəs  bu  ziyarət  və  duanı 

Əmirəl-möminin Əli (ə) və ya sair 

İmamlardan 

birinin 

qəbri 


kənarında  oxuyarsa,  şübhəsiz 

Allah-təala  onun  bu  ziyarət  və 

duasını nurdan olan bir məktubda 

yuxarılara  aparar  və  Həzrət 

Məhəmmədin  (s)  möhürünü  ona 

vurar  və  o  qorunaraq  həzrət 

Sahibəz-zamana  (ə.f)  təhvil 

verilər.  Həzrət  də  onun  sahibini 

müjdə,  zəhmət  və  kəramət  ilə 

qarşılayar”

3

 

“Əminullah  ziyarəti”,  bütün 



müqəddəs  hərəmlərdə  oxunan 

ziyarətnamədir.”

4

   


2- Kamiluz-ziyarət, 11-ci hissə, səh. 39, 

hədis 1


3- Məzare-Kəbir, səh. 282

4- Biharül-Ənvar, cild 53, səh. 312-316



Əminullah ziyarəti

Dua

28

29


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə