Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

  95-114-cü illər (19) il atası 5-ci İmam həzrət Məhəmməd Baqir (əleyhis-salam)-ın 

mübarək imamət dövrü;

114-132-ci illər  (18 il) lənətlik Əməvi xilafəti dövründə;

132-148-ci illər (16 il) lənətlik Abbasi xilafəti dövründə;



13- Şəhadət tarixi: 25 şəvval, 148-ci hicri qəməri ili, 65 yaşında;

14- Şəhadət səbəbi: Abbasi xəlifəsi məlun Mənsur Dəvaniqinin əmri ilə 

zəhərləndirilmişdir;



15- Şəhid olduğu yer: Mədinə şəhəri;

16- Müqəddəs məzarı: Mədinədə Bəqi qəbiristanlığında. Həzrət Peyğəmbərin (s) 

müqəddəs ziyarətgahının yanında;



17- Ən böyük möcüzəsi: Qurani-Kərimin təfsiri, Rəsulullahın (səlləllahu əleyhi və alihi və 

səlləm) sünnəsini dirçəltməsi, İslam elmlərini yayması;

18- İmam Sadiq (əleyhis-salam)-ın mirası olan İlahi elmlər xəzinəsini özündə cəm edən 

hədislər: O həzrətin minlərlə tələbələri tərəfindən müxtəlif mövzularda yüz minlərlə hədis 

nəql olunmuşdur ki, onlardan on minlərlə hədis bugünkü zamanımıza kimi müxtəlif qədimi 

hədis kitablarında mövcuddur.

19- İmam Sadiq (əleyhis-salam)-ın mübarək hədislərinin toplandığı bəzi məşhur və 

mötəbər hədis kitabları: 

1. “Kafi”; 

hədislərin sayı: 16199 (on altı min yüz doxsan doqquz); müəllif: Məhəmməd ibni Yəqub 

Kuleyni (r.ə); vəfatı: hicrətin 329-cu ili. 

2.  “Mən la yəhzuruhul fəqih”;

hədislərin sayı: 5963; müəllif: Şeyx Səduq (r.ə); vəfatı: hicrətin 381-ci ili.



3. “Təhzib”;

hədislərin sayı: 13590 (on üç min beş yüz doxsan); müəllif: Şeyx Tusi (r.ə); təvəllüd və 

vəfatı: hicrətin 385-460-cı ili.

4.  “İstibsar”;

hədislərin sayı: 5511 (beş min beş yüz on bir); müəllif: Şeyx Tusi (r.ə); təvəllüd və vəfatı: 

hicrətin 385-460-cı ili.

5. “Vəsailüş-Şiə”;

 hədislərin sayı: 35868 (otuz beş min səkkiz yüz altmış səkkiz); müəllif: Şeyx Hürr Amuli 

(r.ə); təvəllüd və vəfatı: hicrətin 1033-1104-cü ili.

6.  “Biharül-Ənvar”; 

Bu əzəmətli kitab 110 (yüz on) cilddən ibarətdir və İslam dünyasının ən böyük hədis kitabı 

sayılır. Müəllif kitabı 40 (qırx) il ərzində yazmışdır. Hədislərin sayını nə qədər araşdırsaq da 

əldə edə bilmədik. Müəllifi: Əllamə Məclisi (r.ə); təvəllüd və vəfatı: hicrətin 1037-1111-ci ili.



7.  “Vafi”;

 hədislərin sayı: 50 000 (əlli min); müəllif: Şeyx Feyz Kaşani (r.ə); təvəllüd və vəfatı: 

hicrətin 1007-1091-ci ili.

8. “Mizanul Hikmət”

1

 ; 

hədislərin sayı: 23 000 (iyirmi üç min); müəllif: Ayətullah Məhəmmədi Reyşəhri (Allah 



ömrünü uzun etsin). Müəllif hal-hazırda müqəddəs Qum şəhərində yerləşən “Darül-Hədis” 

elmi-təhqiqat mərkəzinin təsisçisi və rəhbəridir. Onun rəhbərliyi altında, Qum elmiyyə 

hövzəsinin yüzlərlə alimi hədis elmi sahəsində dəyərli araşdırmalar aparır, hədis elminin 

dirçəldilməsi və inkişafı üçün yorulmadan səy göstərirlər. Allah onları müvəffəq etsin.

Həmçinin yüzlərlə digər mötəbər və möhtəşəm hədis kitablarında həzrət Rəsulullah (s) və 

onun məsum Əhli-Beytindən (ə) bizə yadigar qalan hikmətli kəlamlar qorunub 

saxlanmaqdadır.

1- Bu əzəmətli kitabın xülasəsi Azərbaycan dilinə tərcümə olunub. Həmçinin kitab tam olaraq Azərbaycan dilinə tərcümə 

olunmaqdadır.

Əhli-Beytin 6-cı İmamı

Həzrət Cə`fər Sadiq 

(əleyhis-salam)

-ın

həyatı haqqında qısa məlumat

1- Adı: Cə`fər (əleyhis-salam);

2- Məşhur ləqəbi: Sadiq (ə);

3- Məşhur künyəsi: Əbu Abdullah (ə);

4- Anadan olduğu yer: Mədineyi-Münəvvərə (indiki Səudiyyə Ərəbistanındakı Mədinə 

şəhəri);


5- Anadan olduğu il: 83-cü hicri qəməri ili (miladi 702-ci il), Rəbiül-əvvəl ayının 17-si, 

Allahın Peyğəmbərinin (s) təvəllüdü ilə eyni gündə;



6- Əziz Anası: Həzrət Ümmü-Fərvə (Allahın rəhmət və bərəkəti üzərinə olsun);

7- Kəramətli Atası: 5-ci İmam həzrət Məhəmməd Baqir (Allahın salamı, rəhmət və 

bərəkəti üzərinə olsun);

8- Əzəmətli Babası: 4-cü İmam həzrət Zeynül-Abidin (Allahın salamı, rəhmət və bərəkəti 

üzərinə olsun).

İmam Sadiq (ə) ömrünün 12 ilini babasının imaməti dövründə, 19 ilini də atasının imaməti 

dövründə yaşayıb (31 yaşına kimi);

9- Ömür gün yoldaşı və 7-ci İmam həzrət Museyi-Kazım (əleyhis-salam)-ın anası: 

Həzrət Həmidə (Allahın rəhmət və bərəkəti üzərinə olsun);



10- Övladları: yeddi oğlan, üç qız;

11- İmamət dövrü: 34 il (114-148-ci illər) 31 yaşından 65 yaşına kimi;

12- Həyatı iki hissəyə bölünür:

    1- İmamətdən əvvəlki dövr (83-114-cü hicri qəməri illəri, miladi 704-735-ci illər);

    2- İmamət dövrü (114-148-ci hicri qəməri illəri, miladi 735-769-cu illər);

    83-95-ci illər (12 il) babası 4-cü İmam həzrət Zeynül-Abidin (əleyhis-salam)-ın 

mübarək imamət dövrü;

  

Əhli-Beyt (ə) (14 Məsum)



6

7


Allahın Peyğəmbəri (s): “Tezliklə millətlər ac adamlar yemək kasasına hücum etdiyi kimi 

sizə hücum edər.” Bu zaman bir nəfər soruşdu:   “Bunun səbəbi həmin vaxt bizim sayımızın az 

olmağıdır?” Peyğəmbər buyurdu: “Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və 

çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, 

sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar.” Bir nəfər soruşdu: “Ey Allahın Peyğəmbəri, 

qüvvətsizlik və süstlük nədir?” Buyurdu: “Dünya məhəbbəti və ölümü istəməmək.”

1

Allahın Peyğəmbəri (s): “Mənim ümmətim dünyanı böyük bilən zaman Allah İslamın 



əzəmətini ondan alar.”

2

 



Allahın Peyğəmbəri (s): “Mən öz ümmətim üçün üç şeydən -  hərislik və xəsisliyə boyun 

qoymaqdan, nəfsi istəklərə tabe olmaqdan və azğın başçıdan qorxuram.”

3

1- Ət-Təşrif bil-minən, səh.307, hədis 428



2- Tənbihul-Xəvatir, c.1, səh.75

3- Biharul-Ənvar, c.77, səh.161, hədis 178

Allahın Peyğəmbəri (s): “Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra 

azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram.”

1

Allahın Peyğəmbəri (s): “Ümmətim barəsində hər şeydən çox narahatçılığa səbəb olan üç şeydir:  



alimin büdrəməsi, münafiqin Quran vasitəsi ilə mübahisə etməsi və sizin boyunlarınızı vuran dünya. 

Buna görə də özünüz barəsində dünyadan qorxun.”

2

 

Allahın Peyğəmbəri (s): “Özümdən sonra ümmətim üçün ən çox qorxduğum şeylər bunlardır:  haram 



qazanclar, gizlin şəhvət və sələm yemək.”

3

 



Allahın Peyğəmbəri (s): “Ümmətim üçün qorxduğum ən qorxulu şey iki xislətdir:  Nəfsi istəklərə 

tabe olmaq və uzun-uzadı arzu. Çünki nəfsi istəklərə tabe olmaq insanı haqdan saxlayar və uzun-uzadı 

arzu axirəti yaddan çıxardar.”

4

 



Allahın Peyğəmbəri (s): “Düçar olmağınızdan qorxduğum ən qorxulu şey kiçik şirkdir.” Dedilər: “Ey 

Allahın Peyğəmbəri! Kiçik şirk nədir?” Buyurdu: “Riya.” 

5

1- Əmali-Tusi, səh.157, hədis 263.



2- Əl-Xisal, səh.163, səh.214

3- Biharul-Ənvar, c.73, səh.158, hədis 3

4- Biharul-Ənvar, c.70, səh.75, hədis 3

5- Biharul-Ənvar, c.72, səh.303, hədis 50

Allahın Peyğəmbəri (s): “Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları 

və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır.”

1

 

Allahın Peyğəmbəri (s): “Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, 



öz  nəfsini  dünyanın  ləzzətlərindən  saxlayan  və  axirətə  ürək  bağlayan  kəsdir.  Həqiqətən, 

Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.”

2

Allahın Peyğəmbəri (s): “Mənim ümmətim nə qədər ki, bir-birlərini sevir, əmanəti (sahibinə) 



qaytarır, haramdan çəkinir, qonağı əziz tutur, namaz qılır və zəkat verir həmişə xeyir içində 

olacaqdır.”

3

 

1- Tənbihul-Xəvatir, c.2, səh.123



2- Tənbihul-Xəvatir, c.2, səh.123

3- Biharul-Ənvar, c.69, səh.394, hədis 77

Allahın  Peyğəmbəri  (s):  “Nə  qədər  ki,  bu  ümmətin  Quran  oxuyanları  hakimlərlə  əlbir 

olmayıblar,  alimləri  yaramaz  və  günahkarlara  bəraət  qazandıraraq  onları  təmizə  çıxarıb 

günahsız  kimi  təqdim  etməyiblər,  yaxşıları  pislərinə  kömək  etməyiblər  Allahın  əli  bu 

ümmətin üzərində olacaq və Onun himayəsi sayəsində yaşayacaq. Amma bu işləri görəndən 

sonra Allah öz qüdrət əlini onların başı üzərindən götürəcək və zülmkarlarını onlara hakim 

edəcəkdir.”

1

Allahın Peyğəmbəri (s): “Qiyamət günü mənim bütün peyğəmbərlərdən çox davamçım 



olacaq.”

2

 



Allahın Peyğəmbəri (s): “Cənnətdə yüz iyirmi cərgə var ki, onun səksən cərgəsi mənim 

ümmətimdir.”

3

 

Allahın Peyğəmbəri (s): “Ümmətim üçün qorxduğum ən qorxulu şey dünya malının 



parlaqlığı və bolluğudur.”

4

1- Tənbihul-Xəvatir, c.1, səh.84



2- Biharul-Ənvar, c.7, səh.130, hədis 1

3- Biharul-Ənvar, c.7, səh.130, hədis 3

4- Nurus-Səqəleyn, c.4, səh.579, hədis 91

Nurani hədislər

8

9



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə