Parlayan Günəş


 Abbasilərin Məmundan narazılığı



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
1   2   3   4   5   6   7   8   9   10   11

1. Abbasilərin Məmundan narazılığı

Tarixçilərin 

Məmunun 

ümumiyyətlə, 

Əmindən  qat-qat  üstün  və  xəlifəliyə  daha 

layiq olmasını qeyd etmələrinə baxmayaraq, 

Bəni-Abbas  nümayəndələri  onunla  müxalif 

idilər. Qeyd etdiyimiz kimi Harunun özü də 

bu  iki  qardaş  arasındakı  açıq-aşkar  təfavütə 

diqqət  yetirmiş  və  Abbasilərin  Məmunla 

müxalifətçilik edəcəyindən gileylənirdi. Ola 

bilsin  Abbasilərin  Məmundan  narazı 

olmalarının  səbəbi  bu  olub  ki,  Məmunun 

qardaşı  Əmin  əsl  Abbasi  nümayəndəsi  idi. 

Çünki  atası  Harun,  anası 

da  Zübeydə  olmuşdur. 

Zübeydə özü də bir Haşimi 

olmaqla  bərabər,  həm  də 

Mənsur 

Dəvaniqinin 



nəvəsi,  eyni  zamanda 

Abbasilərin  ən  şərəfli 

qadını  olmuşdur.  Əmin 

Harun  ər-Rəşidin  süd 

qardaşı  və  sarayının  ən 

nüfuzlu şəxsiyyəti sayılan 

Fəzl ibn Yəhya Bərməkinin 

qucağında  böyümüş,  Fəzl 

ibn Rəbi isə onun qəyyumu 

olmuşdur.  Onun  babası 

xəlifə Osmanın azad etdiyi 

qul olmuş və buna görə də, Fəzlin Abbasilərə 

olan  məhəbbətində  kimsə  şəkk  etmirdi. 

Məmun  isə  əvvəla,  Cəfər  ibn  Yəhya 

Bərməkinin qucağında böyümüş, Cəfərin isə 

nüfuzu  qardaşı  Fəzldən  qat-qat  aşağı 

olmuşdur.  İkincisi  də,  onun  qəyyumu  olan 

şəxs  heç  də  Abbasilərin  ürəyincə  deyildi. 

Çünki  Abbasilər  onu  Ələvilərə  meyilli 

olmaqda  müttəhim  edirdilər.  Üstəlik 

Məmunun  qəyyumu  ilə  Əminin  qəyyumu 

Fəzl ibn Rəbi arasında son dərəcə kin-küdurət 

hakim idi. O, sonradan Məmunun baş vəzir 

vəzifəsinə  təyin  etdiyi  iranlı  Fəzl  ibn  Səhl 

olmuşdur.  Abbasilər  iranlılardan  qorxur  və 

onların  əlindən  artıq  boğaza  yığılmışdılar. 

Buna görə də, tez saraydakı bütün iranlıları 

(farsları)  türk  və  başqa  millətlərlə  əvəz 

etdilər.

2. Əminin daha üstün mövqeyi

Əminin hakimiyyətini möhkəmlətmək üçün 

fəaliyyət göstərən, etibar edə biləcək çoxsaylı 

dost  və  dayaqları  var  idi.  Bunlar  onun 

dayıları,  Fəzl  ibn  Yəhya  Bərməki, 

bərməkilərin  əksəriyyəti,  anası  Zübeydə  və 

həm də ərəblərdən ibarət idilər. Bunlar, Harun 

ər-Rəşidi öz təsiri altına alaraq ölkənin siyasi 

idarəçiliyində  mühüm  rol  oynayan  nüfuzlu 

şəxslər olduğu üçün artıq təbii məsələdir ki, 

Harun onların qarşısında aciz qalıb nəticədə 

onların  göstərişinə  uyğun  olaraq  vəliəhdlik 

məqamına kiçik oğlu Əmini seçməli, böyük 

oğlu  Məmunu  isə  Əmindən  sonrakı  vəliəhd 

təyin  etməli  idi.  Əminin  birinci  vəliəhd 

olmasında  bəlkə  də, 

(dayısı)  İsa  ibn  Cəfərin 

yüksək 


mövqedə 

durması  və  eləcə  də, 

Bəni-Abbasın 

nəsil 


təəssübkeşliyi  əsas  rol 

oynamışdır.  Əlbəttə,  bu 

məsələdə 

əsas 


rol 

oynayanlardan  biri  də 

Zübeydə olmuşdur ki, o 

da 


öz 

növbəsində 

məsələni  oğlu  Əminin 

xeyrinə 


başa 

çatdırmışdı.  Bundan 

əlavə, 

ərəblər 


arasındakı 

nəsil 


təəssübkeşliyi  də  çox  güman  ki,  Harunun 

Əmini Məmundan üstün tutmasında öz işini 

görmüşdü.  Tarixçilərdən  bəziləri  bu 

məsələyə  aşağıdakı  ifadə  ilə  toxunmuşlar: 

“Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-

Rəşid  Məmunun,  qardaşı  Əmindən  sonra 

vəliəhd olacağı haqda qərar çıxarır. Məmun 

yaş cəhətdən bir ay qardaşı Əmindən böyük 

idi. Ancaq Əmin, Cəfər qızı Zübeydədən, o 

(yəni,  Zübeydə)  isə  Haşimi  qadınlarından 

olmuşdur.  Məmun  isə  Məracil  adlı  bir 

kənizdən  olmuş,  onun  özü  isə  Məmunu 

doğduqdan bir neçə gün sonra vəfat etmişdi.

Məmunun üzləşdiyi siyasi çətinliklər yalnız 

bu iki nümunə ilə qurtarmır. Lakin ən əsas və 

mühüm  səbəblərdən  ikisi  yuxarıda  qeyd 

olunan səbəblərdir.

1

1- Sireye pişvayan, İmam Rzanın (ə) həyatı bölməsi, 



(Mehdi Pişvayi)

Həyata keçirilməyən vəliəhdlik məqamı

Mərv  şəhərinin  əhalisi  hicrətin  iki  yüz  birinci  ilinin  ramazan  ayının  orucunu  tutmağa 

hazırlaşdığı ərəfədə, İmam Rza (əleyhis-salam)-ın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. 

Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi, həftənin birinci günü 

Məmun öz dəst-xətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam 

Rza (əleyhis-salam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən 

sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir 

ki, bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra da həmin sənədlə əlaqədar 

Yəhya ibn Əksəm, Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu 

məsələdə  şahid  duraraq  onu  təsdiqlədilər.

1

    Ramazan  ayının  onuncu  günü  cümə  axşamı 



təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Rza (əleyhis-salam)-a beyət etdi. 

Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam (əleyhis-



salam)-a tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş, onun ardınca isə baş 

vəzir Fəzl ibn Səhl, saray müftisi Yəhya ibn Əksəm, ordu başçısı Abdullah ibn Tahir, daha 

sonra  isə  hamılıqla  məclisdə  iştirak  edən  bütün  Bəni-Abbas  əyan-əşrafı  o  Həzrətə  beyət 

etmişdilər.

 

İmam Rza  (əleyhis-salam)-ın vəliəhd seçilməsi təbii ki, o Həzrətin dostları üçün 



baş ucalığı idi. Lakin İmam Rza (əleyhis-salam)-ın özü bu hadisədən çox narahat və qəmgin 

idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: 

“Bu işə bel bağlayıb sevinmə, çünki baş tutmayacaq!”

2

Məmunun, xilafəti İmam Rzaya (ə) təklifində qəsdi

Məmunun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə, məlum olur ki, o, bir 

sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzüağ çıxmaq üçün 

çarə axtarırmış. Nəhayət, Məmun bu vəziyyətdən çıxmaq üçün bir neçə cəhətli bir siyasət irəli 

sürür ki, bu da məhz İmam Rza (əleyhis-salam)-ı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi 

Məmunun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq.

1- Kəşfül-qümmə, c.3. səh.123-128.

2- Kəşfül-ğümmə, c.3, səh.67.

İmam Rza (ə)

10

11



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə