Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

M üxtar Respublikanın  məclisi  1990-cı  il  20 yanvar hadisələ­

rinə siyasi qiymət vermişdi.



3.  Simasız dövlət, lidersiz millət

1992-ci  ilin  aprel  ayında dövləti idarə edənlərin düşərgə­

sində 

yaranmış 



hərc-mərclik 

hamıya 


aydın 

olanda 


R.Mehdiyev  bildirdi  ki,  Heydər  Əliyev  milləti  öz  arxasınca 

apara biləcək insandır -  «o, heç şübhəsiz qeyri-adi  şəxsiyyət 

lider  keyfiyyətlərinə  malik  olan  böyük  dövlət  xadimidir» 

(Прошлое  в  контексте  будущего.  Интервью  Р.Мехтиева 

газете  «Бакинский  рабочий»  //Mehdiyev  R.  Azərbaycan: 

tarixi  irs  və  müstəqillik  fəlsəfəsi.  Bakı,  2001.  s.  145). 1992-ci 

ilin  iyun  ayında mütəllibov ölkəni  tərk edəndən sonra Meh­

diyev  uzaqgörənliklə  demişdi:  «Əhalinin  demokratik  təbə­

qələri  tərəfindən  dəstəklənən  güclü  prezident  öz  nüfuzuna 

arxalanaraq  cəmiyyətin  demokratikləşməsi  prosesini,  iqti­

sadi  və  sosial  islahatlar  aparılmasını  sürətləndirər,  partiya­

ların  və  siyasi  hərəkatların  qurucu fəaliyyəti  üçün  şərait  ya­

radar.  Bütün  bunlar,  əlbəttə,  Azərbaycanın  həyati  mənafe­

lərinə 


cavab 

verər, 


onun 

Avropa 


demokratik 

sivilizasiyasının  standartlarına  yaxınlaşmasına  imkan  ve­

rərdi» (Yenə orada,  s.  157).

1992-ci  ilin  m art  aymda  Azərbaycanın  dövlət maşını  ilk 

ibrətamiz  böhran  keçirdi:  cəbhəçilər  və  onlara  qoşulmuş 

əqidəsiz  adam lar  bu  maşina  (dövlət  maşınına  -■  müəllifin 



qeydi)  hücum  etdilər.  Azərbaycanda  dövlət  xidmətinin  tə­

nəzzül  vəziyyətində olması göz qabağında idi.  Cəbhəçilər və 

müsavatçılar  təzyiqi  get-gedə  artırırdılar.  Onlar  faktiki  ola­

raq  cəmiyyətdə  yaranmış  milli  və  vətənpərvərlik  cəhdlərini 

qatı  millətçiliklə eyni  anlayış  kimi  qələmə verərək  inhisarçı­

lıq edirdilər.

1992-ci il  martın  3-də cəbhəçi  R.Qazıyevin  təklifi  ilə  Ali 

Sovetin  fövqəladə  sessiyasını  çağırmaq  barədə  qərar  qəbul 

ediləndə  uzaqgörən  müşahidəçilər  başa  düşdülər  ki,  əməlli

56

başlı  zəifləmiş  prezident  hakimiyyəti  üzərinə  hücum  başla­



nır.  Martın  5-də  deputatlar  «prezident  istefa  verməlidir!» 

deyə  qışqıran  kütlə  tərəfindən  mühasirəyə  alınmış  binada 

işə  başladılar.  Ali  Sovetin  sədri  E.Qafarova  istefa  verir. 

Mütəllibov  söyləyir:  «Bu  qısa  müddətdə  döyüş  qabiliyyətli 

ordu  yaratmaq  və  milli  sərhədləri  möhkəmlətmək  çox  çətin 

idi.  Lakin  belə  bir  iş  aparılır.  Bu  gün  ölkənin  rəhbərliyi  və 

respublikanın  hərbi  komandanlığı  üçün  sərhədləri  m öh­

kəmlətməkdən  və Azərbaycanın ərazi  toxunlmazlığını  təmin 

etməkdən  daha  mühüm  bir  vəzifə  yoxdur».  Lakin  dövlət 

çevrilişi  maşını  işə düşmüşdür.  Tələb  irəli  sürülür:  Azərbay­

canda  vətəndaş  müharibəsi  başlanmasının  qarşısını  yalnız 

«Rusiyanın  süngüləri  gücünə» hakimiyyətə gəlmiş  respubli­

ka  rəhbərinin  istefa  verməsi  yolu  ilə  almaq  olar.  Cəbhəçilər 

onlardan  ötrü görünməmiş  bir hal  olan  səliqəliliklə  bu  tələ­

bin  ruhunu  dəstəkləyirlər.  Özünün  qeyri-adi  çıxışları  ilə  ta­

nınmış  «sosial-demokrat»  A.Əlizadə  ölkədə  fövqəladə  və­

ziyyət  elan  etməyi  və  koalisiyalı  hökum ət  yaratmağı  təklif 

edir.  Sonra  E.Məmmədov  ayağa  qalxaraq  əvvəlcədən  ha­

zırlanmış  qərar  layihəsini  oxuyur.  Prezident  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  bir  sıra  maddələrini 

pozmaqda  günahlandırılır.  Respublika  Müdafiə  Nazirinin 

birinci  müavini  Ş.Musayev  istefaya  göndərilməsini  xahiş 

edərək  iclas  zalmı  tərk  edir:  normal  işləməyə imkan  yoxdu. 

Deputat  E.Məmmədov  daha  bir  şaşırdıcı  xəbər  verir:  guya 

ordu  hissələri  ali  sovetin  binasına yaxınlaşır.  A.Məmmədov 

da  öz  deputat  m andatını  təhvil  verir.  Bu ərəfədə  respublika 

ali  sovetinin  sədri  vəzifəsinə  seçilmiş  Y.Məmmədov  şifahi 

bəyanatla  istefa  verdiyini  bildirir:  belə  vəziyyətdə  o,  parla­

mentə başçılıq edə bilməz.

Bütün  bu  müddətdə  parlam entin  divarları  arxasında 

mitinq  davam  edirdi.  Mitinq  iştirakçılarının  bir  tələb  var 

prezident  istefa  verməlidir. 

İctimai  asayişi  təmin  etməli 

olan  şəhər  milisi  nümayişkaranə  şəkildə  özünü  bir  kənara 

çəkmiş,  azğınlaşmış  kütlə  martın  5-də  axşamçağı  parlament

57



binasını  tərk  etməyə  çalışan  deputatları  təhqir  etməyə  baş­

lamışdır.  Kütlə  onları  təhqir  edirdi,  deputatların  bir  neçəsi­

nə bədən  xəsarəti  yetirilmişdir.  Mitinq  iştirakçıları  arasında 

silahlı  adam lar  da  vardı.  O nlardan  bəziləri  maşınlarda  otu­

rub  gözləyirdilər  ki,  əgər  milis  insanları  meydandan  dağıt­

mağa başlasa atəş açsınlar.

M artın  6-da  günün  ikinci  yarısında  sessiya  öz  işini  da­

vam   etdirdi.  Axşam  saat  6-da  Mütəllibov  parlamentin  de­

putatları  qarşısında  çıxış  edərək,  istefa  verməsini  bildirdi. 

Onun dediyinə görə bu qərarı «baş verə  biləcək provokasiy­

aların  və  qan  tökülməsinin  qarşısını  almaq  naminə  çox 

düşündükdən  sonra»  qəbul  etmişdi  (Бакинский  рабочий. 

1992,  7  марта).  Bu,  AXC  və  onun  törəmə  qrupları  tərəfin­

dən 


təşkil 

edilmiş 


əsl 

çevriliş 

idi. 

Ali 


Sovetin 

A.M ütəllibovdan  istefa  haqqında  şifahi  ərizəni  qəbul  et­

məyə  hüququ  yox  idi  (yazılı  form ada  ərizəni  o  verməmiş­

dir).  Konstitusiyaya  görə  prezidentə  etimad  məsələsi  refe­

rendum a  çıxarılmalı  idi.  Ali  Sovet  kifayət  qədər  dəlil  və 

sübutu  olm adan  istefa  haqqında  qərar  çıxara  bilməzdi.  Bu­

nunla  belə  prezidentin  istefa  barədə  xahişi  Ali  Sovetdə 

mütləq  səs  çoxluğu  ilə  qəbul  edildi.  Qalib  gələnlər  dərhal 

bəyan etdilər ki,  «Prezidentin istefa verməsi heç də konstitu­

siyaya  zidd  çevriliş  deyil,  hadisələrin  millət  üçün  təhlükəli 

məcrada  inkişaf  etməsinin  qarşısını  almaq  kimi  obyektiv 

zərurətdən  irəli  gəlir.  Demokratiya 

qanunsuzluq  deyil. 

Azadlıq  -   dövlət  tərəfindən  qəbul  edilmiş  konkret  öhdəlik­

lər  çərçivəsində  müstəqillikdir»  (Бакинский  рабочий.  1992, 

10  марта).  Bu  həyasız,  psevdodemokratik  və  ritual  xatirinə 

söylənən sözlər idi:  sən  demə,  prezidentin  istefa verməsi çev­

riliş  deyil,  müəyyən  hadisələrin  «qarşısını  almaq  üçün 

obyektiv zərurət» imiş.

1992-ci ilin  5-6 m art çevrilişi  Robespyerin belə bir fikri­

nin  düzgünlüyünü  bir  daha  nümayiş  etdirdi  ki,  inqilabın 

konstitusiyası  -  yalnız  sosial  qüvvələrin  nisbətidir.  Mayın 

14-də  mütəllibovçular  hakimiyyətə  qayıtmağa  cəhd  göstəı-

58

dilər  və  çox  qəribə  vəziyyət  yarandı!  Ali  Sovetin  sessiyasın­



da  241  nəfər  deputat  Xocalı  faciəsini  təhqiq  edən  deputat 

istintaq  komissiyasının  məruzəsini  səbrlə  dinləyir  və  m əru­

zənin  sonunda  bildirilir  ki,  bu  faciədə  keçmiş  prezident 

A.Mütəllibov  «qismən  günahkar»dır.  Əsas  nəticə  belədir: 

xəyanət  ediliməmişdir,  «səhlənkarlıq»  edilmiş,  «düşünül­

məmiş  və  anlaşılmaz  kadr  siyasəti»  yeridilmişdir.  Bundan 

sonra  çıxış  edən  deputatların  bir neçəsi  Mütəllibovu  m üda­

fiə  edir.  Onların  ümumi  qənaəti  belədir:  m artın  6-da  prezi­

dentin  istefa verməsi  «təzyiq  altında» və  «kifayət qədər əsas 

olmadan» baş vermişdir (Бакинский рабочий.  1992,  15 мая). 

230 deputat m artın 6-da  qəbul edilmiş qərarın  ləğv edilməsi 

lehinə səs verir.  A.M ütəllibov  öz çılğın  nitqində deputatları 

bütün  qüvvələri  cəmləşdirməyə  və  bundan  ötrü  «bütün  ic­

timai-siyasi  hərəkatların  fəaliyyətini  dayandırm ağa» çağırır: 

«siyasi  və iqtisadi  islahatlar  həyata keçirməyə,  qanunun  ali- 

liyinin  hökm sürəcəyi  demokratik dövlət qurm ağa çalışmaq 

lazımdır»  (Вышка.  1992,  17  мая).  Lakin  mayın  15-də  saat 

00-dan  etibarən  Bakıda  fövqəladə  vəziyyətin  elan  edilməsi 

barədə  forman kağız  üzərində qaldı...  Elə həmin  gün  axşam 

Mütəllibov  Bakını  tərk  etdi.  Mayın  16-da  Ali  Sovetin  ya­

raqlılar  tərəfindən  zəbt edilmiş  binasında  Milli  Şuranın  ic­

lası başlandı.

Mütəllibovun  məğlub  olması  əslində  Azərbaycan  döv­

lətçiliyinin  ziyanına  fəaliyyət  göstərən  kütlə  siyasətbazları­

nın  əlində  aciz  qalmış,  laxlamış,  gedonist  idarəetmə  elitası­

nın  təslim  olması  idi.  Mütəllibov  administrasiyası 

başa 

düşmədi  ki,  dövlət  maşınının  gücü (əmrlərin  yerinə  yetiril­



məsinə  nəzarət  etmək  qabiliyyəti  baxımından)  siyasətdən, 

proqramlardan  və  ya  kadrlardan  daha  çox  həmin  dövlətin 

cəlb  edildiyi  ictimai  proseslərlə  bağlıdır.  Onlar  «hər  bir  evə 

daxil  olmaq»  (azərbaycanlıların  ciddi,  lakin  ədalətli  və  hə­

qiqi  hakimiyyət barədə təsəvvürlərinə cavab  verən  layihələri 

«zorla»  reallaşdırmaq  zərurətindən  daha  çox  özlərinin  pro­

blemləri  və  piar  aksiyalar  barədə  düşünürdülər.  Böhranlı

59



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə