idi. «Onilliklər boyu formalaşmış iqtisadi əlaqələr, m üəssi
sələr arasında istehsal kooperasiyası... 1991-1994-cü illərdə
pozuldu.... Ticarət balansmdakı müsbət saldo 1992-ci ildəki
489 milyon dollardan, 1993-cü ildə 55 milyon dollara, yəni
ÜDM-in həcminə nisbətən 40%-dən 3%-ə düşmüşdü» (А ле
скеров А.К., Ахвердова C.Г. Рынок и проблемы эффектив
ного развития внешнеэкономических связей Азербайджан
ской Республики с мировым сообществом //Аудит. 2000.
№4, С.ЗО).
2.
İqtisadi yeniliklər və islahatlar
konsepsiyasının formalaşması
İqtisadi modernləşdirmə texnoloji tərəqqi ilə xarakterizə
olunur. Texnoloji tərəqqi isə, öz növbəsində, elmin vəziyyə
tindən asılıdır. Modernləşdirmə iqtisadiyyatın birinci (ha-
siledici) sahələrinin ixtisarı hesabına ikinci (sənaye, k o m
mersiya) və üçüncü (xidmət) sahələrinin inkişafı ilə səciyyə
vidir. Bu cür modernləşdirmə həm də yüksək səviyyəli tex
nologiyalara, istehsal, istehlak və bölgü ilə bağlı iqtisadi
fəaliyyət sahələrinin get-gedə daha geniş miqyasda ixtisas
laşmasına əsaslanan sənaye sisteminin (neoindustrializminl
inkişafı ilə səciyyəvidir. İqtisadi liberalizm nəzəriyyəsinə g ö
rə, bu halda əsas bazarların - əmtəə, işçi qüvvəsi və maliyyə
bazarlarının miqyası və mürəkkəblik dərəcəsi də artmalıdır.
Ölkədə bazar iqtisadiyyatına keçidlə bağlı dəyişikliklə
rin optimal strategiyasını və onun həyata keçirilməsinin
düzgün taktikasını seçmək ehtiyacı yaranmışdı. Əslində öl
kə iki alternativ inkişaf proqramından birini seçmək məc
buriyyətində idi. Neokonservativ konsepsiyaya əsaslanan
birinci proqram bazar totalitarizmini, qiymətyaranmanın
sərbəstliyini, dövlətin əhaliyə kömək yönümlü sosial pro
qramlarının ixtisarım və bunun nəticəsində, sosial-sinfi gə
rginliyin artması ilə müşayiət olunan bir ovuc nuvorişlərin
və saysız-hesabsız binəsiblərin yaranmasını nəzərdə tuturdu.
Bazar iqtisadiyyatına tədricən keçilməsini nəzərdə tutan
ikinci halda isə geniş əhatəli orta sinfin, çoxukladlı, çoxsa
həli. elm və texnika tutumlu iqtisadiyyatın yaradılmasına
yönəlmiş
dəyişikliklərin
tempini
və
onların
sosial
yöniimünü dövlət müəyyənləşdirir (Bax: S.Səfərov İqtisadi
siyasət strategiyası: konseptual əsaslar. Bakı. 2000).
Radikal müxalifəti təmsil edən iqtisadçılar birinci vari
anta tərəfdardırlar. Məsələn, Q. İbadoğlunun təklif etdiyi
«reseptlərə» fikir verin: «Özəlləşdirmənin gedişində yüksək
dərəcədə rentabelli dövlət müəssisələrinin səhmlərinin mər
hələlər üzrə satışına üstünlük verilməlidir. Özəlləşdirmə
prosesinə strateji investorlarla yanaşı, pensiya fondları şək
lində institusional investorları da cəlb etmək, korporativ
idarəetmə və nəzarət mexanizmini daha geniş tətbiq etmək,
vasitəçilərin investisiya fondlarının və maliyyə institutları
nın
fəaliyyəti
üçün şərait yaratmaq lazımdır».
Bu
«reseptdə»ki
«pensiya
fondları»
sözlərini
çıxarsanız,
görəcəksiniz ki, xammal sahələrini («yüksək dərəcədə
rentabeili dövlət müəssisələrini») transmilli korporasiyalara
vermək,
dövləti
iqtisadiyyatdan
total
miqyasda
uzaqlaşdırmaq proqramı təklif olunur.
Bizim müxalifətçilərin çox xoşladığı kapitallaşdırm a
modeli Rusiyada həyata keçirilmişdi. Bəs nəticəsi nə oldu?
«90-cı illərdə Rusiyanın sınaqdan keçirdiyi «qovub çatma»
modernləşməsi təcrübəsi uğurlu olmadı. Burada ilk dəfə
olaraq neqativ səfərbərlik tətbiq edildi, insanlara dedilər:
«Nə istəyirsiniz, edin, amma «lehinə» səs verin». Özünütəş-
kil işlərinin pis vəziyyətdə olduğu ölkədə «neqativ» sərbəst
liyə əsaslanan bu cür «sosial kontrakt» sosial hüceyrələri
parçaladı, ancmiya və neqativ fəıdlər yaratdı, xüsusən
gənclər arasında milli dövlətçilik və fərdi identiklik sahəsin
də böhran, cəmiyyətin kriminallaşması müşahidə olunur
du». 70 il müddətində tarixin hərəkətverici qüvvələri sayılan
dünya inqilabı, yaxud Böyük tikinti kimi böyük layihələrlə
işləmiş Rusiya indi anemiya və Putinin «10 il ərzində ÜDM -
120
121
i ikiqat artırm aq» barədə çağırışları kimi gülünc vəziyyətlə
üzləşmişdir.
Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən
sonrakı dövrdə respublika iqtisadiyyat sahəsində öz suveren
hüquqlarını həyata keçirməyə və müstəqil iqtisadi siyasət
yeritməyə başlamışdır.
Azərbaycan
rəhbərliyi
ölkənin
suverenliyini
və
dövlətçiliyini daha da möhkəmlətməyi, Qərbin iqtisadi və
siyasi strukturlarına sürətlə inteqrasiya etməyi yenə özünün
strateji məqsədləri hesab edir. Azərbaycanın milli inkişaf
konsepsiyası
Xəzərin
karbohidrogen
resurslarından,
ölkənin A vropa ilə Asiyanın qovuşağında əlverişli coğrafi
mövqeyindən istifadə edilməsi əsasında qurulmuşdur.
Lakin müstəqilliyin elə ilk illərində Azərbaycan ciddi
sınaqlarla üzləşdi. 1991-ci ildə öz suverenliyini bəyan etmiş
Azərbaycan Respublikası iqtisadi və siyasi çətinliklərə sinə
gərməli oldu.
Bu dövr ərzində ÜDM-in həcmi hər il orta hesabla 13-
20 % azalırdı və artıq 1994-cü ildə ÜDM-in həcmi 1990-cı
ilin müvafiq göstəricisi ilə müqayisədə 66,6% səviyyəsində
idi. 1994-cü ildə inflyasiya göstəricisi 1763,5%-ə çatmışdı,
büdcə kəsiri 10%-dən çox idi, dövlətin valyuta ehtiyatları
tükənmişdi.
Ermənistanın
respublikamıza
təcavüzü
nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi və
1
milyondan
çox
azərbaycanlının
doğma ata-baba
yurdlarından qovularaq, öz Vətənində qaçqına çevrilməsi
ölkədə sosial-iqtisadi böhranı daha da kəskinləşdirdi.
1993-cü ildə H.Əliyev hakimiyyətə gələndən və ölkədə
siyasi
sabitlik
yaradılandan
sonra
geniş
miqyaslı
sağlamlaşdırma tədbirləri reallığa çevrildi. Bu görkəmli
dövlət
xadiminin
hakimiyyətə
qayıtması
nəticəsində
Azərbaycanda
varisliyi qoruyub saxlayan, ən yaxşı
ənənələri novatorluqla əlaqələndirən modernləşmə üçün
prinsipial imkan yarandı. Respublika Prezidenti həmin
amillərin iyerarxiyasını belə müəyyən etmişdir: «Siyasi
həyatın sabitliyi iqtisadiyyatda da sabitliyi təmin etmişdir»
(Бакинский рабочий. 2000. 25 апреля). Bu və digər
fundamental şərtlər Heydər Əliyevin gərgin və məhsuldar
fəaliyyəti sayəsində təmin edilmişdir.
Məhz. 1995-ci ildən sonra ölkədə daxili siyasi sabitlik
yaranması sayəsində milli iqtisadi təfəkkür formalaşır. Ötən
on ilin təcrübəsi göstərdi ki, bazar islahatlarının yönümü,
templəri və məzmunu siyasi menecerizmin suverenliyi,
dövlətin iqtisadi kursu, millətin idarəetmə kapitalı və sair
amillərdən, ilk növbədə isə xarizmatik liderin olmasından
asılıdır.
Hadisələri bir qədər qabaqlayaraq qeyd edək ki, 2001-ci
ilin göstəricilərinə əsasən ən tez inkişaf edən
milli
iqtisadiyyatların siyahısında (ÜDM-nin
artımına görə)
Azərbaycan ÜDM-nin 9,9% illik artımı ilə IV yer tutur
(müqayisə üçün: U krayna- 9,0%; Gürcüstan- 8,4%; Rusiya-
5,0%.) (bax: События года: 2002.M., 2003.-е. 226).
Çoxukladlı iqtisadiyyatın yaradılması, özəlləşdirmə və
torpaq islahatı, maliyyə-vergi və idarəetmə sistemlərinin is
lahatı, bazar münasibətlərinin genişlənməsi
bütün bu
konkret tədbirlər Azərbaycanda iqtisadi modernləşmənin
mahiyyətini təşkil edir. Azərbaycanda həyata keçirilən iqti
sadi modernləşmə yalnız bu şərtlə məqbul sayıla bilər ki,
dövlət bu məsələlərə müdaxilə edə bilsin. Sosialist ənənələ
rinə malik olan bu ölkədə iqtisadi modernləşmənin daha bir
xüsusiyyəti iqtisadi demokratiya prinsiplərinin geniş tətbiq
edilməsidir. Bu o deməkdir ki, dövlət bərabər imkanlar ya
ranacağına təminat verir, çünki müasir Azərbaycanda hər
hansı islahatın, elik baxımdan, yalnız o halda mənası olar
ki, həmin islahat bütün cəmiyyətin əminamanlığını təmin
etmiş olsun.
Əlbəttə, cəmiyyətdə heç kəs şübhə etmirdi ki, məhz neft
sənayesi iqtisadi tərəqqinin hərəkətverici qüvvəsinə çevrilə
bilər. Məhz neft sənayesi transmilli korporasiyaların kapi
talım cəlb edə bilərdi, lakin bu investisiyaların tezliklə somə-
122
123