Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   2   3   4   5   6   7   8   9   ...   76

 
13
morfemlər də daxil olmaqla dilin struktur vahidi hesab olun istəni-
lən səviyyəli söz və ya formanın, deyim və ya ifadənin, sintaqm və 
ya cümləinin, nitq və ya mətnin linqvopsixoloji, yəni həm linqvis-
tik, həm də psixoloji şərhini vermək mümkündür.  
Tədqiqatın bu fəslində leksik, leksik-qrammatik və qramma-
tik formaların gerçəklik elementi, birinci intellekt obrazı, ikinci sıra 
gerçəklik elementi və ikinci intellekt obrazından ibarət tam intellekt 
kodu, onun formalaşma mexanizmi izah olunur. Uşaqlar tərəfindən 
formanın mənimsənilməsinin spesifikliyi ayrıca araşdırılır.   
Tədqiqatın dördüncü fəslində nitq səviyyəli dil struktur 
vahidləri söyləmlər səviyyəsində analiz olunur. Kommunikal, intel-
lektual və kombinal nitq söyləmlərinin yaranması, ötürülməsi
qəbulu və mənimsənilməsi mexanizmi şərh edilir. Uşaqlarda nitqin 
yaranması  və  mənimsənilməsi mexanizminin özünəməxsusluğu, 
yəni yetkin yaşlı insanlarda olduğundan fərqli cəhətləri  əyani 
şəkildə izah edilir.   
Tədqiqatın beşinci fəslində yeni inteqral elm sahələrinin 
yaranma zəruriyyəti əsaslandırılır. Dil strukturunun həm linqvistik, 
həm psixoloji analizi yolu ilə onun linqvopsixoloji mahiyyəti izah 
olunur, dilin xaotikliyi və sistem anlayışlarının mahiyyəti açıqlanır. 
Dili əmələ gətirən struktur vahidlərinin forma və məna vəhdətinin 
kökləri müəyyən edilir və dilin inkişaf tendensiyaları açıqlanır.   
Tədqiqat  əsərinin hər bir fəslinin sonunda həmin fəslə aid 
nəticələr qeyd olunur. Əsər mövzu ilə bağlı  ədəbiyyat siyahısı  və 
türk, rus, ingilis dillərində olan xülasələrlə tamamlanır.   
İnanırıq ki, M.B.Əsgərovun  “Linqvopsixologiya və ya dilin 
psixologiyası” adlı kitabında şərh olunan nəzəri müddəaların dilçi-
lik elmində tətbiqi bu yöndə yeni tədqiqatların aparılmasına zəmin 
yaradacaqdır.  
 
AMEA Dilçilik İnstitutu Türk dilləri şöbəsinin  
böyük elmi işçisi, filologiya elmləri namizədi, dosent 
Baba Balaca oğlu Məhərrəmli 
 
14
TERMİNOLOJİ DƏQİQLƏŞDİRMƏ 
 
İnsan tərəfindən obyektiv aləmdə mövcud olan  gerçəklik 
elementlərinin dərk olunması ilə bağlı müxtəlif tədqiqat əsərlərində 
bir-birindən bu və ya digər dərəcədə  fərqlənən izahat və  şərhlər 
mövcuddur. Məsələyə yanaşma metod, üsul və ya qaydalarından 
(fəlsəfi, psixoloji, linqvistik, psixolinqvistik, linqvopsixoloji və s.) 
asılı olaraq istər dərketmənin özünə, istərsə  də apellyasiya vahidi 
kimi qəbul edilən təfəkkür vahidlərinə münasibət də müxtəlifdir. 
Müxtəlif dillərdə olan fəlsəfi-psixoloji, sırf psixoloji və psixoloji-
linqvistik  ədəbiyyatda istər apelyasiya vahidi kimi istifadə olunan 
ayrı-ayrı anlayışlara, istərsə də gerçəklik elementinin insan tərəfindən 
anlaşılıb, mənimsənilməsini və dərk olunmasını nəzərdə tutan proses-
lər kompleksinə münasibət və onlara verilən terminoloji adlar da 
müxtəlifdir. Bu baxımdan əsasən rus, qismən də alman, ingilis dilli 
mənbələrə istinad edən Azərbaycan dilli əsərlər də heç bir istisna 
təşkil etmir. Belə ki, Azərbaycan dilində mövcud olan analoji 
tədqiqat  əsərlərində  və elmi ədəbiyyatda da mənbə  ədəbiyyatların 
təsiri ilə qeyd edilən anlayışlarla bağlı həm münasibət müxtəlifliyi, 
həm də  terminoloji müxtəliflik müşahidə olunur. 
Dilin çoxmənalılığı, sinonim cərgələrin genişliyi, ümumiyyət-
lə, dil üçün müsbət hal olsa da, terminologiyada çoxmənalılıq 
fikirlərdə dolaşıqlıq və qeyri-dəqiqlik yaratdığına görə mənfi hal kimi 
qiymətləndirilməlidir. Aparılan müşahidələr göstərir ki, terminoloji 
çoxmənalılıq, yəni bu və ya digər elmi terminin həmin elm sahəsi 
daxilində bir neçə  məna bildirməsi, eləcə  də müxtəlif terminlərin  
eyni bir hadisə  və ya gerçəkliyi ifadə etməsi halı başlıca olaraq 
aşağıdakı səbəblərdən yaranır : 
1. Başqa dildə mövcud olan termin eyni bir elm sahəsinin 
müxtəlif mütəxəssisləri tərəfindən sərbəst  şəkildə  tərcümə edilib 
fərqli variantlarla dilə gətirilir; 
2. Başqa dildə mövcud olan termin olduğu kimi dilə gətiril-
dikdən sonra eyni elm sahəsinin mütəxəssislərinin bir qismi tə-


 
15
rəfindən həmin termin orijinal dildəki kimi işlədildiyi halda, mütə-
xəssislərin digər qismi tərəfindən yerli dilə uyğunlaşdırılmış 
variantda istifadə olunur; 
3. Eyni bir anlayışla bağlı müxtəlif dillərə məxsus  terminlər 
eyni dilə gətirilir; 
4. Bir anlayışı ifadə edən terminin dildə mövcud olmasına 
baxmayaraq, həmin anlayışı ifadə edən beynəlxalq termin də həmin 
dildə işlədilir və s. 
Bu yollardan hansının düzgün, hansının yanlış olması haqqın-
da müzakirə açmaq və ya müəyyən mülahizə söyləmək fikrində 
deyilik. Yalnız onu qeyd etmək istəyirik ki, bu tədqiqatda nəzərdən 
keçirilən məsələlərlə bağlı dilçilikdə, o cümlədən də türkologiyada 
müxtəlif terminlər işlədilir. Bu baxımdan, terminoloji dəqiqləşdirmə-
ni vacib hesab edirik.  
Burada biz tədqiqatda istifadə etdiyimiz əksər terminlərin izah 
və  şərhini verməyi zəruri bilirik. Həmin terminləri  şəth edərkən 
bəzən onların müxtəlif terminoloji lüğətlərdə verilmiş şərhini iqtibas 
etməklə, bəzən mövcud terminlərə daha dolğun və düzgün hesab 
etdiyimiz açıqlamaları verməklə kifayətlənmiş, bəzən isə yeni yaran-
mış terminlərin yaranma mənbəyini göstərməyi, əcnəbi sözlərin əsas 
mənasını  və Azərbaycan dilində daşıdığı  mənanı  təfərrüatı ilə  şərh 
etməyi məqsədəuyğun hesab etmişik.. 
Tədqiqatda istifadə olunmuş bəzi terminlərin isə şərhini ver-
məyə ehtiyac duymamışıq. Belə ki, müşahidələrimiz həmin terminlə-
rin əksər istifadəçilər tərəfindən eyni şəkildə və eyni mənada işlədil-
diyini söyləməyə əsas verir. Bu tədqiqatda istifadə edilən və şərhinə 
ehtiyac duyulan terminlər aşağıdakılardır:  
“abstrakt təsəvvür” -  dedikdə, informasiya mübadiləsində 
iştirak edən, informasiyanı yaradan və ya ötürən şəxs nəzərdə tutulur; 
 “aktiv kommunikant” -  dedikdə, informasiya mübadiləsin-
də  iştirak edən, informasiyanı yaradan və ya ötürən  şəxs nəzərdə 
tutulur; 
“aktiv ünsiyyət” - dedikdə, informasiya mübadiləsində iştirak 
 
16
edən tərəflərin həm informasiya vermək, həm də informasiya almaq 
imkanının olduğu ünsiyyət forması nəzərdə tutulur; 
“assosianizm” - dedikdə, xarici təsirlər nəticəsində yaranıb 
bədən hissiyyatının  əlaqələri kimi çıxış edən və  bədən daxilində 
mühafizə olunan hisslər nəzərdə tutulur. 
attaral dərketmə” - dedikdə, qoxubilmə yolu ilə müəyyən 
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi 
nəzərdə tutulur (attar – ingilis sözu olub gül yağı, gülab, ətir mənbəyi 
mənasındadır. Qeyd edək ki, bu sözə eyni fonetik variantda ətir 
satan, ətir qabı, ətir mənbəyi mənasında bir sıra şərq dillərində də rast 
gəlinir, ola bilsin ki, bu soz ingilis dilinə şərq dillərindən keçmişdir); 
dərketmə”  - dedikdə, müxtəlif metod və üsullardan istifadə 
etməklə insan beynində obyektiv aləmdə mövcud olan gerçəklik 
elementinə ekvivalent intellekt obrazının yaranması prosesi nəzərdə 
tutulur; 
behaviorizm” - insanın xarici aktivliyinə, xarici faktor və 
ona qarşı göstərilən reaksiyalarına, yəni “stimul-reaksiya” sxeminə 
əsaslanan psixoloji cərəyandır, sadəcə müşahidə olunan və obyektiv 
şəkildə qeydə alınan eksperimental tədqiqatların tərəfdarıdır (beha-
viour – ingilis sözu olub, Azərbaycan dilində mənası davranış, rəftar, 
reaksiya deməkdir); 
dərketmə aktı” - dedikdə, məlumatın intellekt obrazı  şək-
lində qəbulu, intellekt koduna çevrilərək mühafizəsi, lazımi intellekt 
kodunun axtarılıb tapılması və yenidən müvafiq gerçəklik elementinə 
ekvivalent olan intellekt obrazları şəklində modullaşdırılaraq istifadə-
sini əhatə edən tam bir təfəkkür prosesi nəzərdə tutulur;  
dərketmə fazası” - dedikdə, tam dərketmə aktının məluma-
tın qəbulu (1), qorunması (2), xatırlanması (3) və istifadəsi (4)  kimi 
şərti şəkildə bölünmüş 4 hissəsindən biri nəzərdə tutulur
dərketmə yarımaktı - dedikdə, dərketmə prosesinin ardıcıl 
şəkildə baş verən ilk və ya son iki fazası nəzərdə tutulur; 
dil” - ünsiyyət zamanı okkazional şəkildə yaranan dil struktur 
vahidlərinin və söyləmlərin əks etdirdiyi gerçəklik elementinin yad-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə