Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   2   3   4   5   6   7   8   9   10   ...   76

 
25
hərəkətverici qüvvəsi olan okkazional nitq ehtiyacı, dildə keçid 
mərhələsində olan amorf, okkazional formaların mahiyyəti kimi 
dilçilik məsələləri funksional-semantik və linqvopsixoloji baxımdan 
nəzərdən keçiriləcək, dilin və nitqin əsasını  təşkil edən leksik, 
leksik-qrammatik və qrammatik formalar türk dilləri materialları 
əsasında eyni aspektdən analizə cəlb olunacaqdır.   
Bu problemlərin həlli obyektiv gerçəklik-şüur-dil-nitq-forma 
zənciri üzrə reallaşan dərketmə  və  təfəkkür prosesləri ilə birbaşa 
bağlı olduğuna görə  tədqiqatda, ilk növbədə, dərketmə  və onun 
fazaları, sinktual dərketmə, onun məhsuldarlığı, başlanğıc  şərtləri, 
nitqin yaranmasını şərtləndirən modullaşma və onun transformativ, 
reprezentativ növləri,birinci və ikinci intellekt obrazının yaranması, 
sinktual dərketmədə dilin iştirakı məsələsi, dil və dərketmədə qar-
şılıqlı  əksolunmalar kimi bir-biri ilə üzvi şəkildə bağlı olan digər 
linqvopsixoloji məsələlər nəzərdən keçiriləcəkdir.  
Dilin psixoloji problemləri ilə maraqlanan linqvistlər və psi-
xoloji problemlərin həllində dilin rolu ilə maraqlanan psixoloqlar 
üçün nəzərdə tutulmuş bu tədqiqat  əsərində qoyulan və  nəzərdən 
keçirilən problemlər, seçilən metod və üsullar bəzən klassik psixo-
linqvistikanın problem və metodlarına uyğun gəlsə də, əksər halda 
ona paralel istiqamətdə, amma ondan fərqli, ilkin meyar baxımın-
dan isə tamamilə yenidir.  
Bəzən psixoloji dilçilik də adlandırılan, amma mahiyyət eti-
barilə tam şəkildə psixoloji tədqiqatlar müstəvisinə keçirilən klassik 
psixolinqvistikadan ad baxımından da fərqləndirmək üçün bu tədqi-
qatımızı linqvopsixologiya, yəni dilin psixologiyası adlandırmağı 
məqsədəuyğun hesab etdik. Klassik psixolinqvistikadan ilkin meyar 
və tədqiqat obyektinə yanaşma baxımından fərqli olan bu araşdır-
mamızın dilçiliyin müstəqil bir qolunu, yaxud psixolinqvistikanın 
yeni bir bölümünü, istiqamətini təşkil etməsi məsələsi ilə bağlı son 
qərarı isə oxucuların, daha doğrusu, dil və psixologiya məsələləri ilə 
məşğul olan mütəxəssis alimlərin ixtiyarına buraxırıq.  
 
26
 
I F Ə S İ L      
 
DİLİN PSİXOLOJİ PROBLEMLƏRİ İLƏ BAĞLI 
NƏZƏRİ FİKİR VƏ MÜDDƏALARIN  
TƏNQİDİ ANALİZİ 
 
Bu günün insanları Yer kürəsi adlı planetimizin nə ilk, nə də 
sonuncu  şüurlu varlıqlarıdır. Bütün dini və dünyəvi elmlər sübut 
edir ki, Yer Kürəsində “canlı varlıqların yaranması  və yaşaması 
üçün uyğun olan və uyğun olmayan şəraitlər silsiləli  şəkildə bir-
birini  əvəz etmiş, minilliklər  ərzində formalaşan canlı  və cansız 
təbiət növbəti minilliklərdə böyük katoklizmalara məruz qalmış – 
məhv olmuş və yenidən yaranmışdır”
1
.  
Özlərinin bizim eradan əvvəl 100-cü minillikdə
2
, az və ya 
çox dərəcədə anlaşıqlı olan ilkin ünsiyyət dillərinin isə  təxminən 
35-40-cı minillikdə
3
 formalaşmağa başladığı qeyd edilən ilk insan-
larla bağlı dəqiq, faktiki məlumatların olmaması istər onların dili-
nin, istərsə də düşüncə tərzinin formalaşmasını əyani sübutlarla şərh 
etməyə imkan vermir. İndiyə qədər ilkin dilin yaranmasına aid yal-
nız mülahizə və fərziyyələr mövcuddur.  
Bununla belə, istər nəzəri dilçilik və dil nəzəriyyəsi, istərsə 
də dilin psixoloji problemləri və psixoloji dilçiliyə aid araşdırmalar 
nəticəsində ilkin dil, dilin ontogenezi ilə bağlı müəyyən elmi fikirlər 
formalaşmışdır.  
Dilin ontogenezinin müəyyənləşdirilməsi məqsədi ilə 
aparılan araşdırmaların ən məşhur və mükəmməl olanlarında belə 
çatışmazlıq kimi qiymətləndirilə biləcək iki başlıca cəhət daima hiss 
                                                 
1
 Köksoy M. Yerbilimlerinin Katkısıyla Nuh Tufanı ve Sumerlerin Kökeni. Ankara, 2003, s.142 
2
 Parlak Tahsin. Aralın sirri. Bakı, “ASQ TTM” mətbəəsi, 2005, s 49. 
3
 Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s. 9-18; Yenə onun: Dil, tarix, poeziya. 
Bakı, 2005, s. 4-16. 


 
27
olunmaqdadır. Onlardan birincisi real faktların olmaması səbəbin-
dən dilin ilkin yaranış mexanizmi ilə bağlı tədqiqatçı təxəyyülünə
ikincisi isə  analogiya prinsipinə  əsaslanmaqdır. Belə ki, dilin 
ontogenezini müəyyənləşdirməyə çalışan bütün tədqiqatçılar ya 
fərziyyə və ehtimallardan, ya da yenicə dil açmağa başlayan uşaq-
larda dilin və nitqin formalaşması analogiyasından çıxış edirlər.  
 
§1.1. Dilin ontogenezinin müəyyənləşdirilməsində 
fərdi təxəyyülün və anologiya prinsipinin rolu 
 
Əvvəla, onu qeyd edək ki, fərdi təxəyyülün, ehtimal və fərziy-
yələrin fərqli olması bir tərəfdən müxtəlif fikir ayrılıqlarına, ifrata 
varma, bir qütbdən digər qütbə sıçrama meyillərinə gətirib çıxarır, 
digər tərəfdən isə, həqiqətdə gerçək olanın yox, daha məharətlə şərh 
olunanın elmi gerçək kimi qəbul edilməsi ilə nəticələnir.  
Məsələn, A.Leontyevin fikrincə, “Pozitivizmdə hadisənin 
mahiyyətini açmağın, daxili təbiətini araşdırmağın məqsəd kimi 
qarşıya qoyulmadığı hallar nəzərdən keçirilir. Bu zaman müşahidə 
olunan faktların və hesablamaların səthi ümumiləşdirilməsi aparılır. 
Tədqiqatçı belə hesab edir ki, “əşyanın təbiətinə varmaq” mümkün 
deyil və tədqiqatın yeganə elmi məqsədi həmin “mahiyyətin” xarici 
əlamətlərinin sistemli təsvirindən ibarətdir. Bir qayda olaraq belə 
yanaşma təcrübə anlayışını fərdi təcrübə səviyyəsinə qədər daraltma 
nəticəsində ortaya çıxır”
1
.  
Qütbdən-qütbə sıçramanın ən bariz nümunəsi A.Leontyevin 
pozitivizmə verdiyi bu qiymətin özüdür. Çünki buradan belə bir 
qənaətə gəlmək olar ki, bu istiqamətdə aparılan tədqiqatların heç bir 
elmi  əhəmiyyəti ola bilməz. Başqa sözlə desək, verdiyi bu şərhlə 
A.Leontyev pozitivizmi başdan-ayağa qara rəngə boyayıb, bu 
istiqamətin istər fəlsəfəyə, istər psixologiyaya, istərsə  də dilçiliyə 
verdiyi töhfələrin üstündən qələm çəkib. Pozitivizm nümayəndəsi 
olan tədqiqatçılarda da A.Leontyevin materializmə əsaslanan nəzəri 
                                                 
1
 Леонтьев А.А. Психолингвистика. Ленинград, «Наука» 1967, s. 17. 
 
28
fikirləri ilə bağlı bənzər qənaətlər müşahidə olunur.   
Pozitivizmdən fərqli olaraq, praqmatizmdə belə hesab olunur 
ki, insanın təfəkkürü və ümumiyyətlə, onun psixikası real gerçəkliyi 
əks etdirmir və ya lazımi qədər adekvat şəkildə əks etdirmir. Yəni 
praqmatiklərə görə, biz gerçəkliyi dərk etmirik, yalnız onunla bağlı 
bildiklərimizə  əsasən bu və ya digər tərzdə  hərəkət edirik. Bəzən 
praktik cəhətdən faydalı nəticələr əldə edirik (“praqmatizm” sözü-
nün kökü buradan yaranıb). Praqmatiklər belə iddia edirlər ki, ger-
çək olan bizim düşüncələrimizdir. Onlar gerçəkliyi düzgün əks etdi-
rir və belə  uğurlu nəticələrə  gətirib çıxarır. Başqa sözlə desək, 
“insanın təfəkkürü – onu ətraf aləmə uyğunlaşdıran vasitədir. O, 
dünyanı dərk etmək və dəyişdirmək üçün vasitə deyil”
1

Psixolinqvistikanın ilkin mərhələsində aparıcı istiqamət kimi 
formalaşan, Amerika, Avropa, Uzaq Şərq və Qərb psixolinqvistikası-
nın  əsasını  təşkil edən  behaviorizm pozitivizmin və praqmatikanın 
müəyyən cəhətlərinin üzvi şəkildə birləşməsindən yaranmışdır.  
Dilin ontogenezinin müəyyənləşdirilməsi istiqamətində aparı-
lan araşdırmaların çatışmazlıq kimi qiymətləndirilə biləcək ikinci 
cəhətinin  analogiya prinsipi, yəni uşaqlarda nitqin və dilin forma-
laşmasının nümunə kimi seçilməsi olduğunu qeyd etmişdik.  
L.Vıqotskinin, J.Piajenin tədqiqatları indi də öz aktuallığını 
itirməmişdir. Bu tədqiqatlar uşaqlarda təfəkkürün formalaşması 
baxımından tam qüsursuz, dilin formalaşması baxımından isə qismən 
məqbul hesab edilə bilər. Belə deyə bilərik ki, bu kimi təqiqatlar dilin 
ontogenezinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən az inan-
dırıcıdır və bunun iki başlıca səbəbini göstərmək mümkündür.  
Birincisi, nəzərə almaq lazımdır ki, uşaqlarda təfəkkür və nit-
qin formalaşmasından fərqli olaraq, ontogenezdə dilin formalaşması 
və ya yaranması zamanı hazır faktlar mövcud olmamış, hər bir 
təfəkkür elementi və ya intellekt obrazı
2
, eləcə də hər bir söz və ya dil 
struktur vahidi sıfır bazasında yaranmışdır.   
                                                 
1
 Леонтьев А.А. Психолингвистика. Ленинград, «Наука» 1967, s. 18. 
2
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 39-43. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə