Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

 
29
İkinci tərəfdən, əksər psixoloqların və bəzən dilçilərin də hər 
addımbaşı istinad etdiyi ictimai fikir, təcrübə  və  cəmiyyətin özü 
ontogenezdə “uşaq” səviyyəsində olmuşdur. Uşaqla ünsiyyət zamanı 
dərketmə və təfəkkür prosesində ümumiləşdirilmiş ifadə və ünsiyyət 
təcrübəsini hazır  şəkildə ötürmə  və ya təlqin etmə imkanına rast 
gəlindiyi halda, ontogenezdə belə bir imkan, ümumiyyətlə, mövcud 
olmamışdır.  
Göstərilən catışmazlıqlarına baxmayaraq, ilkin dilin for-
malaşması və ya ontogenezi ilə bağlı müəyyən elmi fikirlər yaranmış, 
dilin formalaşmasında təfəkkürün və ya təfəkkürün formalaşmasında 
dilin rolunun araşdırılması məsələlərinə bir sıra tədqiqat əsərləri həsr 
edilmişdir. 
§ 1.2. Dilin psixoloji problemlərinin 
öyrənilməsi mərhələləri 
Son dövrlərdə dilin psixoloji problemlərinin həlli istiqamətin-
də aparılan bütün tədqiqatlara psixolinqvistik tədqiqat adı verilməsi 
ənənə  şəklini almışdır.  Əslində necə adlandırılmasından asılı 
olmayaraq, başlıca məqsədi dilin psixoloji problemlərinin həlli olan 
belə tədqiqatların yaranmasını şərti olaraq üç mərhələyə bölmək olar: 
birinci mərhələ – psixolinqvistikanın bir elm sahəsi kimi 
rəsmən yaradılmasının elan olunduğu tarixə qədərki dövr, yəni 1950-
ci illərə qədərki dövrdür;  
ikinci mərhələ – Amerikada, Qərbi və Şərqi Avropada (əsasən 
Rusiyada), Yaxın və Uzaq Şərqdə  (əsasən Yaponiya və Çində) 
psixolinqvistik tədqiqatların  əsas nəzəri bazasının yaradıldığı dövr, 
yəni 1950-1970-ci illərdir;  
üçüncü mərhələ – konkret istiqamətlər üzrə psixolinqvistik 
tədqiqatların aparıldığı son illər, yəni 1980-ci illər və daha sonrakı 
dövrdür. 
20-ci  əsrin 40-cı illərində linqvistika və psixologiyanın eyni 
anda tətbiqi ilə bəzi dil-nitq-davranış məsələlərinə aydınlıq gətirilmə-
sinin vacibliyi, zəruriliyi haqqında çağırışlar səslənirdi.  
1953-cü ildə Amerika psixoloqları C.Keroll və Ç.Osqudun tə-
 
30
şəbbüsü ilə universitetlərarası elmi seminar keçirildi. Bir çox məşhur 
linqvistlər də bu seminarda iştirak edirdilər.  İki ay davam edən 
müzakirələrin nəticəsi olaraq bir kitab yarandı. “Psixolinqvistika” 
adlanan bu kitab 1954-cü ildə nəşr olundu
1
.  
Qeyd etmək lazımdır ki, psixolinqvistikanın bir elm sahəsi 
kimi meydana çıxmasından çox-çox əvvəl onun ayrı-ayrı problemləri 
və  məsələləri müxtəlif tədqiqatçıların  əsərlərində  nəzərdən keçiril-
mişdir. Psixolinqvistik və ya linqvopsixoloji araşdırmaların xronoloji 
təsviri və analizi bu tədqiqatın məqsədləri arasında olmasa da, dilin 
psixoloji problemləri ilə bağlı fikirlərimizin formalaşmasında az və 
ya çox dərəcədə rolu olan ayrı-ayrı müəllif və əsərlər haqqında qısaca 
söz açmağı lazım bilirik. 
Elə fikirlər var ki, onlardan ilkin mənbə kimi istifadə etmiş, 
ayrı-ayrı mülahizələri davam və inkişaf etdirərək elmi gerçəklərə 
istiqamətlənməkdə faydanlanmışıq. Bu müəllif və əsərlərdən fikrimi-
zə dəstək məqsədi ilə söz açırıq. 
Elə fikirlər var ki, yanlış olmasına baxmayaraq, onlar bu gün 
də elmi gerçək kimi qəbul edilir. Bunun tam tərsinə olaraq, elə 
fikirlər də var ki, elmi gerçəyi əks etdirsə də, haqsız irad və tənqidlərə 
məruz qalır. Belə müəllif və əsərlərdən ilk növbədə elmi ədaləti bərpa 
etmək və təbii ki, öz mövqeyimizi ortaya qoymaq məqsədi ilə söz 
açırıq. Fikri fikrimizlə daban-dabana zidd olan müəllif və əsərlərdən 
isə elmi sayıqlığı itirməmək və eyni zamanda elmi gerçəyin harada 
olduğunu müəyyənləşdirmək haqqını oxuculara vermək məqsədi ilə 
söz açmağı lazım bilirik. Yanlışlığı, demək olar ki, hamıya məlum 
olan və bu səbəbdən də bizi həmin yanlış yolla getmək əziyyətindən 
qurtaran, eyni zamanda söylədiyi ümumi nəzəri fikirlərin gerçəkliyi 
hamı  tərəfindən bilinən və  qəbul edilən müəllif və  əsərlərdən isə 
geniş şəkildə söz açmağa ehtiyac duymur, yeri gəldikcə onlara qısa 
istinadlar verməklə kifayətlənirik. 
                                                 
1
 Psycholinguistics. A survey of theory and research problems. Ed. By Ch.E.Osgood and 
T.A.Sebeok. Baltimore, 1954. 


 
31
§ 1.3. V.Humboldt: Dil fəaliyyətin özüdür 
 
Filosof, psixoloq və dilçi alim kimi tanınan V.Humboldtun 
əsərlərini şərti olaraq linqvistika və psixologiyanın qovşağında yara-
nan psixolinqvistikanın başlanğıcı  və ya bünövrəsi hesab etmək 
mümkündür. O dövr üçün psixologiya hələ natural fəlsəfədən ayrılıb 
müstəqil elm sahəsi kimi formalaşmasa da, V.Humboldtun əsərlərinə 
əsasən, onun həm linqvistikanın, həm də psixologiyanın metodolo-
giyasına yaxından bələd olduğu qeyd edilir
1
. V.Humboldtun konsep-
siyaları elmi cəhətdən dərin, dialektik baxımdan ziddiyyətli olmaqla 
yanaşı, dilçilikdə bir sıra istiqamətlərin, o cümlədən psixoloji istiqa-
mətin inkişafına başlanğıc vermişdir
2
. Hətta belə demək mümkündür 
ki, dilçilik elmində psixolinqvistik tədqiqatlar istiqamətinin ən tanın-
mış nümayəndələrindən A.Potebnya öz əsərlərində  məhz V.Hum-
boldtun fikirlərini davam və inkişaf etdirmişdir
3
.  
V.Humboldtun fikrincə, “Dil ölü məhsul (Erzeugnes) kimi 
yox, yaradıcı proses kimi (Erzeugung) nəzərdən keçirilməlidir… 
Əsas mahiyyəti baxımından dil həm stabil, həm də daima dəyişən-
dir… Dil – fəaliyyətin məhsulu (Ergon) yox, fəaliyyətin özüdür 
(Energeia)… Dil daima yeniləşən, tələffüz edilən səsləri məna ifadə 
etməyə yönəldən ruhi fəaliyyətdir”
4
.  
Psixolinqvistikanın ən son nailiyyəti və yeni məktəbi  hesab 
olunan “Nitq fəaliyyəti nəzəriyyəsi”nə fəaliyyət ideyasının psixologi-
yadan, daha dəqiq desək, A.N.Leontyevin və A.R.Luriyanın psixolo-
giya ilə bağlı tədqiqatlarından gəldiyi iddia olunsa da
5
, göründüyü ki-
mi, V.Humboldtun zamanında və onun əsərlərində belə bu ideya dil-
çilikdə artıq mövcud olmuş, sonralar A.Potebnyanın, F.de.Sessürün, 
L.Şerbanın və digər dilçilərin konsepsiyalarında öz əksini tapmışdır. 
                                                 
1
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики. Москва «Наука», 1987, с. 13. 
2
 Звегинцев В.А.О научном наследии Вильгельма фон Гумбольдта // Гумбольдт В. фон. 
Избранные труды по языкознанию. Москва, 1984. Ön söz.   
3
 Тарасов Е.Ф. Həmin əsəri, s. 14. 
4
 Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984, с. 69-70. 
5
 Леонтьев А.А.Психолингвистические единицы … . Москва, «Наука», 1969. 
 
32
§1.3.1.  Nitq vasitəsilə düşünmənin tədqiqi zamanı müəyyən 
edilmişdir ki, psixologiya və dilçilik elmi daima əməkdaşlıq edir. Bu 
əməkdaşlığın elmi şərhi ilk dəfə  məhz V.Humboldtun əsərlərində 
müşahidə olunmağa başlanmışdır. Nitq vasitəsilə düşünmənin ma-
hiyyətini şərh edərkən V.Humboldt bəzi fikirlər irəli sürmüşdür ki, 
həmin fikirlər psixologiyada L.Vıqotski, dilçilikdə isə A.Potebnya tə-
rəfindən davam və inkişaf etdirilmişdir.  
V.Humboldt yazır: “Dil fikri formalaşdıran orqandır (Die 
Sprache ist das bildende Organ des Gedanken). İntellektual fəaliyyət 
tamamilə ruhidir, dərin daxilidir və müəyyən mənada izsiz yox olan-
dır, nitqdə səsin köməyi ilə materiyalaşır və hiss orqanları vasitəsilə 
qəbul edilə bilir. Bu səbəbdən intellektual fəaliyyət və dil vəhdət 
təşkil edir ... Subyektiv fəaliyyət təfəkkürdə obyekt yaradır. 
Təsəvvürlərin heç biri əvvəlcədən verilmiş əşyaların tam mənimsə-
nilməsi deyil. Hiss orqanlarının fəaliyyəti ruhi fəaliyyətlərin daxili 
prosesləri ilə sintetik əlaqədə olmalıdır. Məhz bu əlaqə  nəticəsində 
obyektə çevrilərək subyektiv qüvvəyə qarşı qoyulan təsəvvür yaranır 
və o da yenidən mənimsənilərək subyektə çevrilir. Bütün bunlar dilin 
yardımı ilə baş verir”
1

Etiraf edək ki, dil və dərketmə məsələlərindən yazan, özünə və 
elmə hörmət edən heç bir tədqiqatçı elmi gerçəyin bir addımlığında 
dayanan bu fikirlərdən yan keçə  və ya onlara öz münasibətini 
bildirməyə bilməzdi. Çünki V.Humboldt burada hissi mənimsəmə-
dən başlayıb düşünmə fəaliyyətləri ilə müşayiət olunan və təsəvvürün 
formalaşması ilə başa çatan dərketmə prosesini şərh etmişdir. Qeyd 
edək ki, V.Humboldtun bu şərhi bu günə qədər dil və dərketmənin 
əlaqələrinin araşdırılması istiqamətində verilmiş ən müasir şərhlərdən 
yalnız bir və ya bir neçə parametri ilə fərqlənir.  
§1.3.2.  V.Humboldta görə, nitq bir tərəfdən, ümumiyyətlə, 
səsdir, digər tərəfdən isə hissi təəssüratların, daxilə yönəlmiş ruhi 
fəaliyyətlərin məcmusudur. Bu hissi təəssürat və  fəaliyyətlər dilin 
yaranması ilə anlayışların əmələ gəlməsinə xidmət edir və ya onların 
                                                 
1
 Гумбольдт В. Избранные труды по языкознанию. М., 1984, с. 75, 77. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə