Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   2   3   4   5   6   7   8   9   ...   36

11 
 
hadisələrin  ümumiləşmiş,    vasitəli  və  məqsədəuyğun  formada 
beynimizdə  inikasıdır.
10
  Geniş  izaha  əsasən,  təfəkkür 
gerçəklikdəki  cisim  və  hadisələrin  ümumi,  mühüm  əlamət  və 
xassələrinin,  onlar  arasındakı  əlaqə  və  münasibətlərin 
beynimizdə  inikasıdır.
11
  Mücərrəd  təfəkkür  gerçəkliyi  vasitəli 
şəkildə  əks  etdirir.
12
  Məntiq  elminin  predmeti  təfəkkür 
prosesidir. 
Məntiq- 
düzgün 
 
təfəkkürün 
forma 
və 
qanunlarından bəhs edən elmdir.
13
 
 
Fikirlərdəki  mühüm  və  zəruri  əlaqələr  formal  məntiqin 
əsas qanunlarında (eyniyyət qanunu, ziddiyyət  
qanunu, 
üçüncünün  istisna  qanunu  və  kafi  əsas  qanunu)  əks  olunur.   
Təfəkkürün  bu  qanunları  gerçəklikdəki  cisim  və  hadisələr 
arasındakı 
əlaqə 
və 
münasibətlərin 
beynimizdə 
əks 
olunmasıdır.
14
 
 
Məlumdur  ki,  cisim  və  hadisələr  idrak  metodları  ilə  və 
duyğu orqanları və toxunma (lamisə)  ilə qavranılır.  Qavrayış 
–gerçəklikdəki  cisim  və  hadisələrin  bütün  əlamətləri  ilə 
birlikdə  bütöv,  tam şəkildə beynimizdə əks olunmasıdır.
15
 Belə 
izah  olunur  ki,  qavrayış  duyğular  əsasında  yaranır  və  sintetik 
prosesdir.
16
 Duyğu- analitik prosesdir.  
Hissi  idrakın  daha  yüksək  forması  təsəvvürdür.  Təsəvvür 
cisim  və  hadisələrin  müəyyən  cəhətlərinin  beynimizdə  hissi 
obrazıdır.
17
 İdrak hissi və məntiqi olur).
18
  
Qeyd:  mən  bir  müəllif  kimi,  insa  hüquqlarını  fəlsəfənin 
və  elmin  obyekti  kimi  araşdırmağı  qarşıma  məqsəd 
qoyduğumdan,  mənanı      oxucuya  daha  da  geniş  formada 
                                                 
10
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 13. 
11
 Həmin kitab. s. 109. 
12
 Yenə orada. s. 14.   
13
 Yenə orada.səh. 8. 
14
  Yenə orada.  s. 21. 
15
  Yenə orada.  s. 12. 
16
  Yenə orada.  s. 12. 
17
 Yenə orada.  s. 12. 
18
 Yenə orada.s. 13. 


12 
 
çatdırmaq  üçün    psixologiya  və  məntiqə  dair  dərsliklərə 
müraciət  etmişəm.  Həmin  kitblardan  anlayışların    mənaları 
haqqında sitatlar gətirmişəm. 
 
S.Xəlilovun  fikrincə,  idrak  seyrlə  başlanır,  lakin  seyrdən 
yaranmır.  İdrak  prosesinə  gətirib  çıxaran  ilkin  proses-
praktikadır.  Praktikanın  ən  ibtidai  forması,  ilk  pilləsi  isə 
insanların bilavasitə öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş 
fəaliyyətdir.  İdrak  iki  başlanğıcdan  qida  alır:  maddi  fəaliyyət 
və seyir.
19
  
Yüksək  düşüncə  fövqdür.  Çoz  zaman  əlçatmazdır,  dərin 
mənaya malikdir. Yüksək düşüncə nəzəri və praktiki  biliklərin 
ə
ldə  edilməsindən  də  yaranır.  Yüksək  düşüncə  bilikləri 
ümumiləşdirmə və konkretləşdirmədən ibarətdir.   Deməli, belə 
bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,    yüksək  düşüncənin 
obyekti  fəlsəfəyə  məxsusdur.  Fəlsəfə  dərin  və  mənalı 
olduğundan,  onu  hər  kəs  üçün  anlaşıqlı  edən,  dərin  mənalı 
sözün 
(sözlərin) 
 
tərkibini 
parçalayan 
məntiqi 
ə
məliyyatlardır. Məntiqi əməliyyatlar dərin mənalı və ümumi 
məzmunlu  məfhumun  tərkibini  parçalayır  (problem  olaraq)  və 
onu  xırdalayır,  burada    deduksiya  prosesi  həyata  keçirilir.  
Nəticədə elmin obyektləri meydana gəlir. Buradan da yenə belə 
bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  elm  fəlsəfədən  “aşağıda” 
qərarlaşıbdır,  ona  xidmət  edəndir.    Elm  fəlsəfnin  tarixini  və 
fəlsəfi  cərəyanları  öyrənməni  öz  obyektinə  və  predmetinə 
götürə  bilir.  Elm  fəlsəfəni  dərk  etmək  üçündür.  Elmin 
öyrəndiyi  və  nəticələrə  gəldiyi  son  məhsul  (burada  həm  də 
induksiya  nəticəsində  əldə  olunan)  da  fəlsəfədir.  Elmin  dərin 
mənalı məhsulu, yetkin məhsulu məhz fəlsəfədir. Məsələn, elm 
yolu  ilə  və  məntiqi  əməliyyatlarların  köməkliyi  sayəsində 
kitabların  yazılması  və  nəticələr  olaraq  ümumiləşdirilmiş 
qənaətlərə  gəlmək  və  bitkin  və  dərin  mənalı  əsərin  özü  bir 
                                                 
19
 S. Xəlilov. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” 
nəşriyyatı, 2011, 752 səh.,  s.74.
   


13 
 
nəticə  məhsulu  olaraq  fəlsəfədir.  Mühəndislər  və  memarlar 
tərəfindən  gözəl  və  nəhəng,  eyni  zamanda  zəngin  memarlıq 
üslubuna  malik  olan    bir binanın  tikilməsi özü nəticə məhsulu  
olaraq  bir  fəlsəfədir.  Eyni  zamanda  dərin  mənalı  əsər  (bitkin 
tədqiqat  əsəri,  sərgi    əsərləri,  portretlər  və  digər  əsərlər)  
yaradıcılığın məhsulu olaraq fəlsəfi məzmuna malikdir. Fəlsəfi 
məzmu  o  məzmun  olmalıdır  ki,  o,  hər  kəs  üçün  universal 
olaraq  cəlbedici,  cəzbedici  və  heyranedici  olsun.      Fəlsəfi 
məzmun həm başlanğıcda, həm də sondadır. Başlanğıcı məntiq 
deduksiya  edir,  sonluqlara  verir  (məsələn,  böyük  bir  qaya 
parçasından,  qranit  parçasından    heykəllərin    yaradılması)
sonluqları  (kiçikləri  böyüklərə)    nəticələrə-  bütövə  isə  məntiq 
induksiya  edir.  Hər  ikisinin  ucunda  –qurtaracağında  elm 
dayanır,  desək,  yanılmarıq.      Elm  öz  başlanğıcını  dərin 
mənadan,  reallıqdan,  elcə  də  təsəvvürdən  və  mücərrədlikdən 
götürür.  Həm  də  gözlə  görünən  material-maddi  aləm  burada 
bütöv  obyekt  rolunu  oynayır.    Elmin  başlanğıcı  fəlsəfə 
(deduksiya  prosesləri  zamanı),  bitkin  və  yetkin  sonu  da  yenə 
(induksiya  proseslərində  əldə  olunan  məhsul)  fəlsəfədir. 
Deməli,  elm  elə  fəlsəfənin  içərisindədir.  Elmlə  müdriklər 
məşğul  olduqda  daha  da  səmərəli  nəticələr  (burada  yaxşılığa 
xidmət  edən  məhsullardan  söhbət  gedir)    əldə  etmək  olar.  
Elm  fəlsəfi  başlanğıc  və  sonluqlara  və  onlar  arasındakı 
koordinat müsətvilərinə xidmət edir. Bu baxımdan fəlsəfə daha 
geniş  məzmunludur.  Elm  isə  tərkib  öyrənəndir,  problem 
araşdırandır.  Hər  iki  şərti  son  nöqtənin  –fəlsəfə  və  elmin  bir-
birinə  xidmət  etməsini  məntiqi  əməliyyatlar  həyata  keçirir. 
Buradan  da  belə  bir  nəticə  hasil  olur  ki,  böyük  düşüncə 
məfhumları  fəlsəfəyə,  tərkiblər  isə  elmə  və  məntiqə 
məxsusdur.  Bu  iki  -başlanğıc  və  son-  koordinatlar    (burada 
mütləqliklə yanaşı, nisbi və dəyişkənliklər də vardır) bir-birinə 
xidmət  edir  və  ümumilikdə  idrakın,  qavrayışın,  təfəkkürdə  
anlayışın  dərinləşməsinə,  mənalaşmasına    və  böyüməsinə 
xidmət göstərir.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə