Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   81

PATRİARXIN PAYIZI 
 
 
(roman) 
 
Tərcümə: A.Məsud 
 
 
Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident 
sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri 
dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm 
yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... 
biz, yalnız bundan sonra içəri girməyə ürək elədik və artıq, nə bəzi qoçaqların 
dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o birilərin düşündüyü kimi, 
giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir vaxtlar 
Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə 
toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü 
belə köhnə və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində 
dumanlanan bu qəsrin xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala 
buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə 
biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, tələm-tələsik ora-bura atıb 
qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın 
niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, 
bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri 
yaddan çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin 
baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri 
az qala buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç 
suyuna çəkildiyi iri çəni, həyətin lap qurtaracağında vitse-kralın anbarı kimi 
işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün 
karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci Əsrinin 
əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli 
bayraq rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında 
bozarmaqlarına davam edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, 
sanki ay tozundan tökülmüş gümüşü rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu 
güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən, 
bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu səbəbdən, 
havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər 
üfunətli iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri 
qarışmışdı; biz qızılgül kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, 
inciçiçəyi basdırılmış dibçəklərlə dolu tacşəkilli artırmaya çıxdıq; bura onun, 
qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış qarmaqarışıq tullantılardan, 
müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından təxminən bilmək 
olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən vaxtından 
tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz 
mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və 
 
5


qadınlar üçün genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın 
torpağında bitib göyərən, həmin torpaqla da doldurulub nəhəng çəlləklərdə 
gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış vavilon söyüdlərini də 
gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir qəfəsləriylə bir 
kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli 
evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil 
səsimizin gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında 
tapdanıb eybəcər kökə düşən təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, 
binanın əsas mərtəbəsinə daxil olduq, birinci artırmadan axıracan – mərtəbənin lap 
qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş çəkdik, xidməti yerlərdən 
saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə ifadə eləməyən 
inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel sınıqları 
arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-
tapdalaya, kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-
mouldaya qonaq otağında, konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə 
dolu idi… biz, sınıq domino və bilyard stollarını, üstləri, inəklərin sanki indicə 
otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq yaşıl rəngli mahudu, 
künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini 
unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran 
əcayib qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş 
qəfəslərini gördük; saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm 
qoyduğu taleyüklü bazar ertəsinin ciddiliyini dərk eləməyən nəhəng əjdaha 
görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indi isə 
ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan ucsuz-bucaqsız 
çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu 
hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və 
cəmdək iyindən boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli 
qoxunun iziylə qartalların ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin 
inəkləri - bu dəfə, zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin, 
zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı əzalarını gördük; sonra biz, 
onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda nəhayət ki, onun 
özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan 
həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca 
vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü 
balışa basan tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə 
uzanmışdı; olsun ki, həmin bu görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə 
saysız-hesabsız, bitib-tükənməz, gecələrini yatmışdı; amma biz onu kürəyi üstə 
çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun şəxsiyyətinin təsdiq 
edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib tanınmaz 
hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı 
görmədiyimiz səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli 
bayraqla təsvir olunmuş, cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, 
litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili 
dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı 
dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi, 
 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə