Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   81

taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - 
onun ölümü barədə şəhadətnamədir.  
 
O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, 
üfürülmüş nitqinə nifrətlə qulaq asırdı: 
 
«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin, 
general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq 
almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən 
axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu 
niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri 
eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl 
kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də 
əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu! 
Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son 
sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir 
günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə 
həyatın puçluğundan danışdı: «Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır, 
sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri yandan açır. Bir baxın, 
qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan nəhəng 
okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq 
ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz 
həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..» 
O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam 
yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz 
ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz 
varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin 
erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq barmaqlarının üstündə gəzə-
gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu 
arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik qoxusundan 
cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi
qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı 
səsləri eşidilirdi: «Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz 
olursuz!» Lakin, sevgi dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı 
bir olurdu və o, bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib 
oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam 
edilir!» 
Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o 
xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon 
Alvaradonun yaşadığı məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə 
asaraq canüzən siesta saatlarını burda, tamarinlərin kölgəsində, keşiksiz-filansız, 
yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda, sarayın yataq 
otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - ən gözəl 
uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona 
qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına, 
 
15


dünyadan razı ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən 
doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar Vatikan səfiri Roma papasının gözünə 
yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da axşamüstü nunsisidə onun yanına gəlir, 
bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, katolik kilsəsinin ağuşuna 
qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək 
söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər 
Allah-taala, siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy 
məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib 
qarnını göstərərək: «qoy bu köpdən canımı qurtarıb, artıq havanı içimdən 
çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr 
edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib. 
General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. – 
Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha 
nə istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə 
baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin 
birində vəhşiləşmiş xoruz, öz rəqibinin başını boğazından qoparıb ləzzətlə 
dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan, gözünü qan 
tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş 
meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ 
biləcək incə bir işarə kimi yozdu. 
O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi 
əmr etdi. Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış 
və o, camaat çıxışa tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük 
işgəncələrdən sonra boynuna aldı. «Mən bunu o dəqiqə başa düşdüm, - general 
dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki, mən hamının gözünün içinə 
baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt 
kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». O gündən 
generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü 
ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz 
döyüşündə baş verən əhvalat deyildi. Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün 
heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına 
baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində 
keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini 
doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə 
yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. 
«Heç olmasa təkcə ölməyim.» - general fikirləşdi... 
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri 
bilinməsin deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri 
süzülən yaşımtıl mayak işığının içi ilə sanki üzürdülər. 
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin 
ayrılıq fiti sahil boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri 
dolurdu... Ya da hər ikisi üzücü sentyabr axşamları səhərdən-axşamacan 
pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən aşiqlər kimi qaranquşları 
sayırdılar.  
 
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə